AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix03.02.2017
ölçüsü1,35 Mb.
#7588
1   2   3   4

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

39

II. İDMAN MALLARININ KEYFIYYƏTINƏ VERILƏN TƏLƏBLƏR 



 

 

Gimnastika  avadanlığının  hazırlanması  üçün  istifadə  edilən  materialların 

keyfiyyəti  fəaliyyətdə  olan  normativ-texniki  sənədlərin  tələblərinə  uyğun 

olmalıdır. 

Qəbul zamanı  nəzarət etmək  lazımdır ki,  nərdivanların, oturacaqların, tirlərin 

ağac  detalları  çatsız,  cızıqsız,  deşiksiz  və  tilişkənsiz  olsunlar.  Oturacaqların  üzəri 

hamar,  kənarları  yumrulanmış  olmalıdır.  Düz  səthli  döşəmə  üzərində  oturacaq 

yellənməməlidir. 

Paralel  gimnastika  qollarının  şüvüllərinin  üz  səthi  yaxşı  pardaqlanmış  və 

şəffaf nitrolakla örtülmüş olmalıdır. 135 kq statik yükün təsiri nəticəsində şüvül 60 

mm-dən çox əyilməməlidir. Müxtəlif hündürlüklü şüvüllərin birləşmə qurğusu 275 

kq  yükün  təzyiqinə  davam  gətirməlidir.  Gimnastik  qollarının  tökmə  detallarının 

üzərində  çatlar,  iti  çıxıntılar,  qopuqlar  olmamalıdır.  Hərəkətli  birləşmələr  sərbəst 

hərəkət edərək ilişməməlidirlər.  

Gimnastika  turnikinın  qolu  düzxəttli  olmalıdır.  Qolun  orta  hissəsinə  135  kq 

yükün təsiri ilə 8 mm əyilməyə yol verilir. 

Gimnastika  halqaları  300  kq  yükə  davam  gətirməlidir.  Halqaların  asıldığı 

trosun burazı bütöv, calaqsız və məftilləri qırılmamış olmalıdır.  

Gimnastika atları, döşəkləri və ağır toplar hamar, şişi və çuxuru olmayan səthə 

malik olmalıdırlar. Yəhər dərisindən  və süni dəridən  hazırlanmış çexollar qırışsız, 

qatsız,  çatsız  olmalı,  üzərinə  çəkilmiş  boyaq  tökülməməlidir.  Bu  avadanlıqların 

tənzimlənən dayaqlar müəyyən olunmuş hündürlükdə asan və etibarlı bərkidilməli 

və onun döşəmə üzərində dayanıqlığını təmin etməlidir. 

Gimnastika  çənbərləri  düzgün  dairə  formasında  olmalı,  metal  çənbərlərin  üst 

səthi pardaqlanmış, anodlanmış və ya kimyəvi emalla hamarlanmış olmalıdır.  

Yüngül və ağır atletika üçün avadanlıqların istehsalı üçün başlıca olaraq polad 

və ağac materiallarından istifadə olunur.  


 

40

Metal avadanlıqlar yaxşı cilalanmış və laklar, emallar və ya nikelləmə vasitəsi 



ilə paslanmadan etibarlı qorunmalıdır.  

Qaçış  üçün  start  qəliblərinin,  dayaqlardakı  vint  bərkidiciləri,  tullama 

çəkiclərində  podşipniklər  rahat  və  etibarlı  işləməlidirlər.  Qumbaralar,  çəkiclər, 

kürələrin üzəri yaxşı cılalanmış və qara və ya rəngli emallarla örtülməlidir. Qaynaq 

edilmiş  birləşmələrdə  qaynaq  yerlərində  çıxıntılar,  çatlar  və  s.  nöqsanlar  olma-

malıdır. Tikiş yerləri yaxşı hamarlanmış olmalıdır. 

Ştanqların  yoxlanması  zamanı  disklərin  qrif  üzərində  sərbəst  hərəkət 

etmələrinə  diqqət  yetirmək  lazımdır.  Bunun  üçün  diskləri  qrif  üzərinə  axıradək 

otuzdururlar və sonra onu öz oxu ətrafında fırladırlar. Qrifin sərbəst hərəkəti onun 

keyfiyyətli  hazırlanmasını  göstərir.  Ştanqların  üzərində  dərinliyi  0,8  mm  olan 

torşəkilli kəsiklər vardır. Onların üzərində əzik və iti ucların olmasına yol verilmir. 

Ştanqların  açarlarının  özbaşına  açılması  və  ya  bağlanması  yol  verilməzdir. 

Açılmış  vəziyyətdə  açar  vtulka  üzərində  rahat  hərəkət  etməli  və  onun  üzərindən 

rahat çıxarılmalıdır. 

Güləş  və  boks  üçün  avadanlıqlar  tekstil  və  dəri  materiallarından  hazırlanır. 

Dərinin  üzəri  zədəsiz  olmaqla,  yumşaq  və  elastik  olmalıdır.  Tikiş  yerləri  səliqəli, 

birləşmə  yerlərinin  kənarları  paralel  olmalı,  sap  buraxılması  və  ya  material 

üzərində  deşiklərin  qalması  kimi  nöqsanlar  olmamalıdır.  Tikiş  yerlərinin  sonları 

10-15 mm ikiqat tikişlə bərkidilməli; sintetik sapların ucları əridilməlidir.  

Boks üçün əlcəklərin tikildiyi  materialların boyaqları quru və yaş sürtünməyə 

dayanıqlı olmalıdır. 

Su  idman  növləri  üçün  rezin  materiallardan  hazırlanmış  ləvazimatların  səthi 

hamar,  çatsız,  kənar  qatışıqlarsız  olmalı,  şüşə  və  ya  digər  materiallarla  birləşmə 

yerləri  hermetikliyi  etibarlı  təmin  etməlidirlər.  Rezin  pis  qoxu  verməməli, 

boyaqları  günəş  işığı  və  dəniz suyunun təsirlərinə dayanıqlı olmalıdır. İstismar  və 

saxlanılma 

zamanı 

rezin 


məmulatlar 

formalarını 

yaxşı 

saxlamalı 



və 

çatlamamalıdırlar. 

Su  xizəklərinin  üst  səthi  hamar,  çıxıntılarsız,  tilişkənsiz  olmalı,  kənarları 

yumurlanmalı  və  ya rezin qatla kantlanmalıdır. Xizəklərin  həm  üst  həm  də kənarı 



 

41

suyadavamlı laklarla örtülməlidir. Onların həm alt həm də üst səthlərində göbələk 



ləkələri  və  zolaqları,  göyərmə  və  kimyəvi  rənglənmə  olmamalıdır.  Kənarlarının 

əyilmələri və dalğavariliklər 2 mm-dən çox olmamalıdır. 

Xizəklərin  yapışdırlma  yerləri  kip,  aralıqsız  və  yapışdırılmamış  hissələri 

olmamalı,  birləşmə  yerləri  hamar  olmaqla  nəzərə  çarpmamlıdırlar.  Metaldan  olan 

detallar paslanma əleyhinə örtüklə bağlanmalıdır.  

Penoplastdan  olan  lövhələrin  qatlarının  aralanması,  çat,  qopuq  yerləri 

olmamalıdır. 

Xizəklər  istismar zamanı əyilmə, cızılma  və deşilmə kimi  güclü  mexaniki  və 

həmçinin  rütubət  və  mikroorqanizmlərin  təsirlərə  məruz  qalırlar.  Standartlarda 

xizəklərin  möhkəmliyinin  yoxlanması  üzrə  sınaqlar  nəzərdə  tutulmuşdur.  Buna 

görə  xizəyi  burun  hissədən  300  mm  və  daban  hissədən  100  mm  aralı  olmaqla  iki 

dayaq  üzərində  yerləşdirirlər.  Yeniyetmələr  üçün  xizək  bu  zaman  70  kq,  idman-

yarış  xizəyi  80  kq-dan  az  olamamaqla,  turist  xizəyi  110  kq-dan  az  olmamaqla 

yükün təsrinə davam gətirməlidir. 

Xizəklərin  əyilgənliyi  əyilmə  xətti  ilə  xarakterizə  olunur  və  35  kq  yük 

qoyulmuş hissədə əyilmə 25-70 mm aralığında yol veriləndir.    

Xizəyin alt hissəsində açılmış novalçaya bənzər cığır düzxətli, eyni dərinlikdə 

və  endə  olmalı,  ön  hissədə  daralaraq  yox  həddinə  çatmalıdır.  Bu  novalçaların 

kənarların dağılması  yolverilməzdir.  Xizəyin alt sürüşkən  hissəsindən başqa digər 

səthlərinə şaxtayadavamlı lak və ya emal çəkilməlidir.  

Dağ  xizəklərində  plastik  kütlədən  olan  hissələrin  aralanması,  çatlaması  və 

kəsiklərin 

olması 

yolverilməzdir. 



Bütün 

detallar 

ara 

olmadan 


kip 

yapışdırılmalıdırlar. 

Xizək çubuqları paslanmaya qarşı səthlə örtülməli, bambukdan olan çubuqlar 

isə  suya  davamlı  şəffaf  lak  və  ya  emalla  örtülməlidirlər.  Xizək  çubuqlarının 

halqaları  50  kq-dan  az  olmayan  təzyiqə  davam  gətirməlidirlər.  Çubuqların  bir-

birlərindən  fərqi  uzunluğuna  görə  5  mm,  çəkisinə  görə  15  qramdan  çox  olma-

malıdır.  Çubuqların  əyilmə  məsafəsi  12-24  mm  olmalıdır.  Bunu  bir-birindən  800 


 

42

mm  aralı  yerləşdirilmiş  iki  dayağın  üzərinə  qoyulmuş  çubuğun  üzərinə  20  kq 



ağırlığında yükün qoyulması ilə müəyyən edirlər.  

Konkilərin  keyfiyyətini  başlıca  olaraq  onların  tirlərinin  keyfiyyəti  ilə 

müəyyən edirlər. Konkilərin  tirləri dəqiq düzxətli,  itiləmə  girintisiz, çıxıntısız tam 

hamar olmalıdır. Konkilərin ayağaltı və daban hissələri təmiz və hamar səthə malik 

olmalıdırlar. Onların dayaq borularının əyriliyi, çatı və əziyi olmamalıdır. Ustaların 

konkiləri xromla örtülməli, kütləvi konkilər isə nikellə də örtülə bilər. Nikellənmiş 

detalların üzərində ləkə, cızıq və qara nöqtələr olmamalıdır.  

Dəri topların hermetikliyi bu cür yoxlanılır: topun içərisi 1 atm təzyiqdə hava 

vurulur  və  1,5  saat  saxlanılır,  nippelli  topların  deşik  klapanları  sabunlu  su  ilə 

isladılır  –  bu  müddət  ərzində  top  hava  buraxmamalı  və  ilkin  ölçülərini 

itirməməlidir.  Tennis,  ot  və  buz  üstə  xokkey  üçün  toplar  kifayət  qədər  upruq 

olmalıdırlar.  Misal  üçün  2,5  metr  hündürlükdən  atılan  top  135-147  sm  məsafəyə 

tullanmalıdır.  Buz  üzərində  xokkey  oyunu  üçün  150  sm  hündürlükdən  sərbəst 

düşən  top  15-30  sm  hündürlüyə,  ot  üzərində  xokkey  oyunu  üçün  top  20-40  sm 

hündürlüyə  tullanır.  305  mm  hündürlükdən  polad  lövhənin  üzərinə  sərbəst  düşən 

stolüstü tennis topu 235-dən az olmayan və 255 mm-dən çox olmayan hündürlüyə 

tullanmalıdır.  Tennis  topu  8156  qram  yükün  təzyiqi  nəticəsində  5-6  mm 

deformasiya  olmalıdır.  Satışa  tük  səthi  olmayan  tennis  toplarının  çıxarılması 

yolverilməzdir,  çünki  həddən  artıq  sürətlə  uçan  və  tullanan  bu  cür  topları  raketka 

ilə yönləndirmək çətin olur.    

Xokkey oyunu üçün ağacların səthi düz, hamar, əziksiz və çıxıntısız olmalıdır. 

Onların üzəri atmosfer təsirlərinə davamlı şəffaf lakla örtülməlidir.  

Top ilə xokkey oyunu üçün ağacların qövsvari qarmaq hissəsi dörd buruqdan 

az  olmayaraq  dəri  kəmərlə  vişə  ilə  sarınmalıdır.  Xokkey  ağaclarının  hündürlüyü 

120 sm, kütləsi 450 qramdan çox olmamalıdır. Xokkey ağacı 65 mm diametrli hal-

qanın içərisindən keçə bilməlidir.  

Ot üzərində xokkey oyunu üçün ağacların qarmaq hissəsi metal detal olmadan 

tam ağacdan  hazırlanmalıdırlar. Qarmağın  kvadrat  və  ya  ucu biz  formasının  və  iti 



 

43

yerlərinin  olması  yolverilməzdir.  Ağacların  sağ  tərəfi  düz  səthli  olmalıdır.  Ot 



üzərində xokkey ağacı 51 mm diametrli halqanın içərisindən keçə bilməlidir. 

Badminton  və  tennis  üçün  ağac  raketkaların  üzəri  hamar,  əziksiz,  çatsız  və 

çıxıntısız olmalı, şəffaf lakla örtülməlidir. Alüminium detalların üzəri anodlanmalı, 

cilalanmalı  və  ya  rənglənməlidir.  Polad  detallar  nikellənməli  və  ya 

xromlanmalıdırlar.  

 

 



 

2.1. İdman mallarının keyfiyyətinə verilən ümumi tələblərin təyini 

 

 

Məmulatların  materialını,  quruluşunu,  çəkisini,  ölçüsünü  texniki  şərtlərlə 

müqayisə edirlər. Məmulatın mexaniki möhkəmliyini və davamlılığını yoxlayırlar.  

Malı  nəzərdən  keçirərkən  hissələrinin  qarşılıqlı    əlaqəsinə,  onların 

birləşməsinə,  bu  birləşmələrin  möhkəmliyinə  fikir  verirlər.  Qaynaq,  lehimləmə, 

yapışdırma,  hörmə,  pərçimləmə,  tikmə  və  s.  tətbiq  olunan  bütün  qovşaqlar  xüsusi 

nəzarət  və  yoxlama  məqsədi  daşımalıdır.  Bir  çox  idman  alətlərində  hərəkətedici 

hissələr,  çıxarılan  içliklər  və  s.  olur.  Bu  hissələrin  alətin  işdənkənar  mövcud 

hündürlükdə  bərkidilməsini,  onların  vəziyyətini  dəyişmək  yüngüllüyünü  və 

xüsusilə alətin istismar prosesində yoxlayırlar.  

Məmulatın  bəzəyinin,  xüsusilə  cilalanmış,  pardaqlanmış,  lakla  örtülmüş  və 

rənglənmişlərin keyfiyyətini müəyyənləşdirirlər.  

Məmulatın  hazırlandığı  materialın  keyfiyyətini,  ağac  qatlarının  düzgün 

yerləşməsini,  tilişkələrin,  qırıntıların,  batıqlığın  olub-olmamasını  yoxlayırlar; 

məmulatın sanitar-gigiyenanın əsas tələblərinə cavab verməsini aydınlaşdırırlar.  

Məmulatın  markalanmasını  yoxlayırlar,  orada  malın  keyfiyyəti  (onun  növü), 

ölçüsü,  çəkisi,  istehsalçının  adı  və  başqa  əlamətləri  barədə  məlumatlar 

göstərilməlidir.  



 

 


 

44

2.2. İdman oyunları üçün avadanlıqların çeşidinin öyrənilməsi, onların 



keyfiyyətinin təyini 

 

İdman  oyunları    üçün  avadanlıqların  çeşidini  tennis,  xokkey  (şayba  topla) 



oyunları  üçün,  üfürülən  toplardan  öyrənməyə  başlayırlar.  Topun  üzünün  hansı 

materialdan  hazırlandığını,  neçə  hissədən  tikildiyini  təyin  edirlər;  hər  hissənin 

bərkidilməsinin  keyfiyyətini  müəyyənləşdirirlər.  İçliyi  (kamerası)  olmayan 

toplarda  üzünün  (pakrışkasının)  keyfiyyətini,  nippelin  (ucu  yivli  borucuq) 

bərkidilməsini,  üfürülən  toplarda  hava  axınının  olmamasını,  səthi  nöqsanların 

mövcudluğunu, dairə səthinin pozulması və s.-ni yoxlayırlar.  

Çeşidi  öyrənərkən  futbol,  voleybol,  basketbol  (böyüklər  və  uşaqlar  üçün) 

toplarının  çeşidini  nəzərdən  keçirirlər,  ondan  sonra  müxtəlif  oyunlar  üçün  olan 

topların  ölçülərinin  və  çəki  göstəricilərinin  aşağıdakı  qaydada  cədvəlini  tərtib 

edirlər: 

 

Topun 


təyinatı 

Topun dairəsi, sm-lə 

Çəkisi, q-la 

Faktiki 


məlumatlar 

Texniki 


şərtlərin 

məlumatları 

Faktiki 

məlumatlar 

Texniki 

şərtlərin 

məlumatları 

 

Tennis  toplarının  elastikliyini  (upruqluğunu)  təyin  edirlər.  Topun  2,5  m 



hündürlükdən  taxta  yaxud  sement  döşəmənin  üstünə  düşməsini  müşayiət  edirlər; 

bu  zaman  top  134,6-147,6  sm  hündürlüyə  sıçramalıdır;  topu  50  kq-lıq  yük  ilə  5 

dəq. müddətində sıxarkən parçası rezindən laybalay aralanmamalıdır.  

Tennis  raketkasının  (torlu  kürəcik)  quruluşunu  öyrənirlər.  Raketkanın  hansı 

hissələrdən  ibarət  olduğunu,    hər  hissənin  hansı  ağac  cinsindən  hazırlandığını, 

çəkisinə və ölçüsünə görə raketkaların fərqini qeyd edirlər 

Simlərin  möhkəmliyini  dinamometrlə  təyin  edirlər.  Simin  biri  27  kq-dan  az 

olmayaraq yükə dözməlidir, onun dartılması isə 15%-dən artıq olmamalıdır. Simin 

burulması 1 sm-ə görə 2,5-3 dövrə, forması isə ciddi surətdə silindrik olmalıdır.  


 

45

Şayba (ağır rezin dairə) ilə xokkey oyunu  üçün  xokkey ağaclarının (klyuşka) 



quruluşunu nəzərdən keçirirlər. Bu ağaclara aid texniki şərtlərə əsaslanaraq onların 

ölçüsünü, ümumi uzunluğunu, dəstək və qarmaq uzunluğunu, qarmağın bərkidilmə 

bucağını,  ağacın  təyinatını  (oyunçu  və  qapıçı  üçün)  müəyyənləşdirirlər.  Ağacın 

keyfiyyətinə  ayrı-ayrı  hissələrinin  birləşməsinə,  xarici  bəzəyinə  xüsusi  diqqət 

yetirirlər.  

İdman  oyunları  üçün  torları  nəzərdən  keçirərkən  onların  ölçülərini  və 

formasını,  onların  hansı  materialdan  hörülməsini,  dəliklərinin  (gözlərinin, 

xanalarının) ölçüsünü, gözlərin düyünlərinin hörülmə qaydalarını qeyd edirlər.  

İdman  oyunları  üçün  avadanlıqların  çeşidinin  öyrənilməsini  hər  oyunun 

növünə görə avadanlıqların dəstləşmə cədvəlinin aşağıdakı qaydada tərtib edilməsi 

ilə yekunlaşdırırlar:  

 

Məmulatın adları 



Dəstdə olan 

məmulatın miqdarı 

və əsas ölçüləri 

Çəkisi, q-la 

Hazırlanması üçün 

materialı 

 

 

 



 

 

 



2.3. Yüngül atletika üçün avadanlıqların çeşidinin öyrənilməsi, onun 

keyfiyyətinin təyini  

 

Disklərin,  nizələrin,  əl  bombasının  (qranat),  qumbaraların  (yadro)  çəkisini, 



ölçüsünü, bəzəyinin keyfiyyətini müəyyənləşdirirlər.  

İdman avadanlıqları qrupundan yüngül atletika üçün diski, nizələri (cidanı) və 

atmaq  üçün  kürzü,  əl  qumbarasını,  itələmək  üçün  qumbaranı,  uzun  ağac  (şest)  və 

tullanmaq  üçün  tamasaları  nəzərdən  keçirirlər.  Öyrənmənin  nəticəsini  aşağıdakı 

qaydada cədvələ yazırlar:  

 


 

46

Məmulatın 



adları 

Çəkisi, q-la 

Ölçüsü, mm-lə 

Faktiki 


məlumatlar 

Texniki 


şərtlərin 

məlumatları 

Faktiki 

məlumatlar 

Texniki 

şərtlərin 

məlumatları 

 

 



 

 

 



 

 

2.4. Ayaq xizəyi və konkisürmə idmanı üçün avadanlıqların çeşidinin 

öyrənilməsi və onun keyfiyyətinin təyini 

 

Ayaq xizəyinin əsas növlərini öyrənirlər (turist, meşə, idman-qaçış və uşaqlar 



üçün).  

Ayaq  xizəyinin  keyfiyyətini  öyrənərkən  onların  hansı  ağacdan  hazırlandığını 

müəyyənləşdirirlər,  onların  ölçüsünü  və  nömrəsini  təyin  edirlər;  bunun  üçün 

mümkün olan kənarlaşmanı nəzərə alaraq ayaq xizəyini geyinib yoxlayırlar.  

Ayaq  xizəyinin ağacının  keyfiyyətini  yoxlayırlar  və standart  üzrə  yol  verilən 

nöqsanların  normasına  əsasən  növünü  təyin  edirlər;  ağacın  illik  təbəqələrinin 

istiqamətinə fikir verərək, xizəyin hazırlanma keyfiyyətini öyrənirlər; tozağacından 

olan  xizəklərdə  bu  mişarlanmanın  tangental  istiqamətinə  uyğun  olmalıdır;  başqa 

ağac cinsindən ayaq xizəkləri hazırlayarkən radial mişarlanmaya da yol verilir.  

Burun  hissəsinin  bükük  yerinin  düzgün  yerləşməsini  yoxlayırlar,  bu  da 

tədarükün  yoğun  ucundan  və  xizəyin aşağı səthinin  novundan  başlamalıdır; düşən 

düyünlərin  dəliyinin  necə  düzəldilməsini  nəzərdən  keçirirlər;  ağacı  əhatə  edən 

qatların istiqaməti ilə tıxacın illik qatının istiqamətlərinin üst-üstə düşməsinə xüsu-

silə  fikir  verirlər.  Xizəyin  səthinin  yaxşı  cilalanmasını,  nəmdən  və  korlanmadan 

qorunmaq üçün xizəklərin ağac qatranı ilə düzgün hopdurulmasını (xizəklər 1 mm-

dən az olmayaraq qatranla hopdurulmalıdır), xizəyin üst səthinin lak yaxud politura 

(spirtli  lak)  ilə  yaxşı örtülməsini,  haşiyəsi  üzrə  və şaquli səthi  üzrə əyriliyin olub-

olmamasını yoxlayırlar.  



 

47

Xizəkləri bərkliyə qarşı aşağıdakı qaydada sınaqdan çıxarırlar: onları  xizəyin 



burun  qatından  və  daban  kəsiyindən  100  mm  aralı  yerləşən  iki  dayağın  üzərinə 

uzadırlar; xizəyin ortasına son həddə çatmış yük qoyurlar: turist və meşə üzrə -110 

kq,  idman-qaçış  üzrə  -  90,  uşaq  üçün  olana  –  70  kq.  Yaxşı  keyfiyyətli  xizək  bu 

yükə zədəsiz dözür.  

Xizək ağaclarının çeşidini,  quruluşunu, ağacların  və  halqalarının  hazırlandığı 

materialını, ağacların bərkidilmə üsulunu öyrənirlər.  

Konkilərin çeşidini öyrənirlər (ikixizəkli, Snequroçka, Polikarpovun quruluşu, 

şayba  və  top  xokkeyi  üçün,  qaçış,  fiqurlu  diyirlənmə  üçün  diyircəkli  dördçarxlı  – 

bir və ikicərgəli). Konkiləri qruplara ayırırlar və onların ayaqqabı nömrəsinə uyğun 

gələn ölçülərini təyin edirlər. Qeydi aşağıdakı qaydada aparırlar: 

 

Konkilərin təyinatı 



Quruluşunun müxtəlifliyi və 

xüsusiyyətləri 

Ölçüləri 

 

 



 

 

Lehimləmə 



və 

elektrik 

qaynağının 

keyfiyyətinə, 

cilasının 

və 


pardaxlanmasının səlisliyinə fikir verirlər. Şayba və topla olan xokkey üçün, qaçış 

və  fiqurlu  diyirlənmə  üçün  olan  konkilərin  quruluşunda  olan  fərqləri  ətraflı 

öyrənirlər.  

Gimnastika alətlərini öyrənərkən quruluşunun  düzgünlüyünü  və onun texniki 

şərtlərə  uyğunluğunu  müəyyənləşdirirlər:  alətlərin  hansı  hissələrdən  ibarət 

olduğunu; ayrı-ayrı hissələrin hansı  materialdan hazırlandığını; onların hazırlanma 

qaydasını;  məmulatların  nöqsanlarını  müəyyənləşdirirlər.  Ağacın  keyfiyyətinə, 

ayrı-ayrı  hissələrinin  öz  aralarında  birləşmə  üsuluna  və  mövcud  alətin 

möhkəmliyinin  təmin  olunmasına,  bəzəyinin  səliqəsinə,  səthinin  hazırlanma 

keyfiyyətinə (boyağına, nigellənməsinə və s.) fikir verirlər.  



 

48

Çeşidini  öyrənərkən  gimnastika  alətlərinin  aşağıdakı  qrupları:  əl  alətlərini 



(gimnastika  ağaclarını,  toppuzları,  qantelləri,  doldurulmuş  topları,  dartılma  üçün 

burazları), dırmaşmaq üçün alətlər (uzun ağaclar, burazlar - kanatlar, gimnastika və 

ipdən olan pilləkanlar) asılmada, yelləncəkdə və yoxuşda məşq etmək üçün alətləri 

(paralel tirlər, gimnastika atı), müvazinət hərəkətləri üçün alətləri (bum, tir, şalban, 

gimnastika  kətili)  və  dayaqla  hoppanma  üçün  alətləri  (eşşək,  gimnastika  masası, 

tramplin, tullanmaq üçün körpü) nəzərdən keçirirlər.  

Gimnastika  alətlərinin  çeşidini  öyrənməyin  əsasında  gimnastika  zalı  üçün 

lazım olan avadanlıqların ölçüsünü, çəkisini və alətlərin müxtəlifliyini göstərməklə 

idman avadanlıqlarının siyahısını tərtib edirlər.  

Qantellərin,  çəki  daşlarının  və  ştanqların  çeşidini,  onların  hazırlandığı 

materialı, onların müxtəlifliyini, formasını, çəkisini, dəstəyini öyrənirlər.  

Boks  üçün  avadanlığın  çeşidini  öyrənərkən  (pnevmatik  və  tökülərək 

düzəldilmiş  boks  armudunun,  asma  torbaların,  boks  əlcəklərinin,  mühafizə 

vasitələrinin)  onların  materialına,  formasına  və  çəkisinə  fikir  verərək  bu 

məmulatların müxtəlifliyi ilə tanış olurlar.  

Boks  əlcəklərinin  keyfiyyətini  qiymətləndirərkən  ayrı-ayrı  hissələrin 

hazırlandığı  materialın  keyfiyyətinə  (dərinin  aşılanmasının  keyfiyyətinə,  onun 

elastikliyinə,  dərinin  üzərində  nöqsanların  olmamasına  və  s.),  biçilməsinə, 

tikişlərinin  keyfiyyətinə,  doldurulmasının  bərabərliyinə,  formasının  saxlanmasına 

və  başqa  bu  kimi  hallara  xüsusi  diqqət  yetirirlər.  Zərbə  əlcəklərinin  çəkisini 

müəyyən edirlər.  

 

 

 

 

 

 

 

 


 

49

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Azərbaycanda  bədən  tərbiyəsi  və  idmana  bütün  dövrlərdə  böyük  diqqətlə 



yanaşırdılar.  Çünki,  insanın  cəmiyyətdəki  mövqeyi  at  çapmaq,  ox  atmaq,  qılınc 

oynatmaq,  güləşmək  məharətinə  və  eyni  zamanda  fiziki  qüvvəsinə  görə 

müəyyənləşirdi.  Yaşlılar  öz  bacarıqlarını  ov  zamanı,  hərbi  yürüşlər  zamanı  və 

bayramlar  münasibəti  ilə  müntəzəm  keçirilən  yarış  və  oyunlarda  təkmil-

ləşdirirdilər. Cıdır və dəvələrin yarışı xüsusilə məşhur idi.   

Əsas  gimnastika  üçün  avadanlıq.  Əsas  gimnastika  (gigiyenik  və  sağlam-

laşdırıcı)  insanların  ümumi  fiziki  inkişafını  və  sağlamlığını  möhkəmləndirmək, 

əsas  hərəkət  vərdişlərinin  aşılanması  və  idman  bölmələrində  məşğul  olmağa 

hazırlıq  məqsədi  daşıyır.  Ümumi  fizikı  hazırlaq  üçün  trenajorlardan,  dırmanmaq 

üçün kəndirlərdən, qantellərdən, espanderlərdən, ağır toplar və s. istifadə edilir. 

Yüngül atletikanın əsas növü olan qaçış üçün ləvazimatlara idmançının geyim 

və  ayaqqabısından  başqa  start  üçün  qəlib  və  tapança,  estafet  çubuğu,  yüngül 

atletika səddi, saniyəölçən və addımölçən aiddir. 

Start  qəlibləri  qısa  və  orta  məsafələrə  qaçış  yarışlarında  idmançıların  start 

xəttindən  sıçrayaraq  qaçışa  başlaması  üçün  lazımdır.  Start  qəlibləri  əsas  hissədən 

və  şarnir  qurğusu  vasitəsilə  ona  birləşdirilmiş  platformadan  ibarətdir.  Qəlibin 

əsasının  altında  olan  tikanlar  onun  torpaqda  sürüşməməsini  təmin  edir,  platforma 

isə zəruri bucaq altında maili tənzimlənir. Sənaye tərəfindən həm təbii həm də süni 

örtüklü qaçış xəttləri üçün qəliblər buraxılır.  

«Boks» ingilis mənşəli sözdür. O, «zərbə» mənasını ifadə edir. Hazırki dövrdə 

boks  elə  idman  növüdür  ki,  burada  iki  idmançı  arasında  xüsusi  qaydalarla 

tənzimlənən yumruq döyüşü aparılır. Boks üzrə yarışlar rinqdə keçirilir. 

Boks  əlcəkləri  zərbənin  yumşaldılması  və  əllərin  zədələrdən  qorunması  üçün 

istifadə olunur. Boks əlcəkləri alət, məşq və döyüş növlərinə bölünür (şəkil 1.11). 

Alət əlcəkləri idmançıların boks ləvazimatları ilə məşq etdiyi zaman istifadə 

olunur. Bu növ əlcəkləri çoxda baha olmayan dəri, dəvi əvəzləyici və ya parça 

materiallarından tikirlər. 


 

50

«Kep»  konstruksiyası  yüngül  və  sərtdir,  lakin  yüksək  yüklənmədə  qatları  tez 



laylanır. 

Hibrid konstruksiyalardan aşağıdakılar məlumdur: 

- işçi hissə boyu «sendviç», burun və quyruq hissədə «kep»; 

- işçi hissə boyu «kep», burun və quyruq hissədə «sendviç». 

Məmulatların  materialını,  quruluşunu,  çəkisini,  ölçüsünü  texniki  şərtlərlə 

müqayisə edirlər. Məmulatın mexaniki möhkəmliyini və davamlılığını yoxlayırlar.  

Malı  nəzərdən  keçirərkən  hissələrinin  qarşılıqlı    əlaqəsinə,  onların 

birləşməsinə,  bu  birləşmələrin  möhkəmliyinə  fikir  verirlər.  Qaynaq,  lehimləmə, 

yapışdırma,  hörmə,  pərçimləmə,  tikmə  və  s.  tətbiq  olunan  bütün  qovşaqlar  xüsusi 

nəzarət  və  yoxlama  məqsədi  daşımalıdır.  Bir  çox  idman  alətlərində  hərəkətedici 

hissələr,  çıxarılan  içliklər  və  s.  olur.  Bu  hissələrin  alətin  işdənkənar  mövcud 

hündürlükdə  bərkidilməsini,  onların  vəziyyətini  dəyişmək  yüngüllüyünü  və 

xüsusilə alətin istismar prosesində yoxlayırlar.  

İdman  oyunları    üçün  avadanlıqların  çeşidini  tennis,  xokkey  (şayba  topla) 

oyunları  üçün,  üfürülən  toplardan  öyrənməyə  başlayırlar.  Topun  üzünün  hansı 

materialdan  hazırlandığını,  neçə  hissədən  tikildiyini  təyin  edirlər;  hər  hissənin 

bərkidilməsinin  keyfiyyətini  müəyyənləşdirirlər.  İçliyi  (kamerası)  olmayan 

toplarda  üzünün  (pakrışkasının)  keyfiyyətini,  nippelin  (ucu  yivli  borucuq) 

bərkidilməsini,  üfürülən  toplarda  hava  axınının  olmamasını,  səthi  nöqsanların 

mövcudluğunu, dairə səthinin pozulması və s.-ni yoxlayırlar.  

Ayaq  xizəyinin ağacının  keyfiyyətini  yoxlayırlar  və standart  üzrə  yol  verilən 

nöqsanların  normasına  əsasən  növünü  təyin  edirlər;  ağacın  illik  təbəqələrinin 

istiqamətinə fikir verərək, xizəyin hazırlanma keyfiyyətini öyrənirlər; tozağacından 

olan  xizəklərdə  bu  mişarlanmanın  tangental  istiqamətinə  uyğun  olmalıdır;  başqa 

ağac cinsindən ayaq xizəkləri hazırlayarkən radial mişarlanmaya da yol verilir.  

Burun  hissəsinin  bükük  yerinin  düzgün  yerləşməsini  yoxlayırlar,  bu  da 

tədarükün  yoğun  ucundan  və  xizəyin aşağı səthinin  novundan  başlamalıdır; düşən 

düyünlərin  dəliyinin  necə  düzəldilməsini  nəzərdən  keçirirlər;  ağacı  əhatə  edən 



 

51

qatların istiqaməti ilə tıxacın illik qatının istiqamətlərinin üst-üstə düşməsinə xüsu-



silə fikir verirlər. 

Boks  əlcəklərinin  keyfiyyətini  qiymətləndirərkən  ayrı-ayrı  hissələrin 

hazırlandığı  materialın  keyfiyyətinə  (dərinin  aşılanmasının  keyfiyyətinə,  onun 

elastikliyinə,  dərinin  üzərində  nöqsanların  olmamasına  və  s.),  biçilməsinə, 

tikişlərinin  keyfiyyətinə,  doldurulmasının  bərabərliyinə,  formasının  saxlanmasına 

və  başqa  bu  kimi  hallara  xüsusi  diqqət  yetirirlər.  Zərbə  əlcəklərinin  çəkisini 

müəyyən edirlər.  

1.  İdmanın  respublikamızda  belə  güclü  inkişafı  bütün  növ  idmana  aid  olan 

avadanlıqlarda  yaxşı  təminata  ehtiyacı  artır.  Ölkəmizdə  xüsusi  ixtisaslaşdırılmış 

idman  malları  marketləri  getdikcə  genişlənir.  Odur  ki  bu  malların  keyfiyyət 

göstəricilərinin ekspertizasının çeşidinin düzgün öyrənilməsi çox vacibdir. 

2. Bakı əlcəklərinin tikilməsi üçün işlənən materiallar boyanması üçün xüsusi 

boyaq  növləri  istifadə  edilməlidir  ki,  yaş  və  quru  şəraitdə  sürtülmə  zamanı  boyaq 

tökülməsin. 

3.  Topların ölçüləri və çəkiləri standart tələblərindən kənarlaşmamalıdır. 

4.  Tenis  xokkey  oyunları  üçün  toplar  xüsusi  upruq  materiallardan  hazır-

lanmadırlar ki, deformasiyaya uğranmasın.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

52

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

 

1. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Mədəni-məişət təyinatlı 



malların  ekspertizası.  I  hissə.  (Dərslik).  Bakı,  “İqtisad  Universiteti”  Nəşriyyatı, 

2014. 


2. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Mədəni-məişət təyinatlı 

malların  ekspertizası.  I  hissə.  (Dərslik).  Bakı,  “İqtisad  Universiteti”  Nəşriyyatı, 

2014. 

3. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Qeyri-ərzaq  mallarının 



ekspertizasının  praktikumu.  (Dərslik).  Bakı,  “İqtisad  Universiteti”  Nəşriyyatı, 

2014. 


4. Osmanov  T.R.Qeyri-ərzaq  mallarının  əmtəəşünaslığı  və  ekspertizasının 

əsasları. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı, 2014. 

5.  Həsənov  Ə.P,  T.R.Osmanov  və  başqaları.  Qeyri-ərzaq  mallarının 

laboratoriya tıdqiqatları, Bakı 2001. 

6.  Həsənov  Ə.P,  T.R.Osmanov  və  başqaları.  Qeyri-ərzaq  mallarının 

əmtəəşünaslığı, Bakı 1987. 

7.  Həsənov  Ə.P,  T.R.Osmanov  və  başqaları.    Əmtəəşünaslığın  nəzəri 

əssaları, Bakı 2003. 

8.  Həsənov  Ə.P.  T.R.Osmanov  və  başqaları.  Qeyri  ərzaq  mallarının 

ekspertizası, II hissə, Bakı 2006. 

9.  Həsənov  Ə.P.  T.R.Osmanov  və  başqaları.  Mədəni-məişət  təyinatlı 

malların ekspertizası. Bakı, 2014 

10. Блюм  М.М.,  Шишкин  И.Б.  Охотничье  ружье.  М.  В/О  Агропром 

издат, 1990. 

11. Жубер  Ж.  Горные  лыжи:  техника  и  мастерство.  М.  Физкультура  и 

спорт, 1983. 

12. Краткий справочник туриста. М. Профиздат, 1990. 

13. Самодельное туристское снаряжение. М. Физкультура и спорт, 1986. 



 

53

14. Туризм  и  спортивное  ориентирование.  М.  Физкультура  и  спорт, 



1987. 

15. Физкультура и спорт: Малая энциклопедия. М. Радуга, 1990. 

16. Штайнфорт Х. Нахлыст: от простого к сложному. М: Физкультура и 

спорт, 1985. 

17. Энциклопедический  словарь  юного  спортсмена.  М:  Педагогика, 

1997. 


18. М.Н.Иванов., И.Т.Шакланов и др. «Товароведение обувных товаров» 

Экономика – 1990. 

19. А.В.Валяева «Обувные товары товароведение» Экономика – 1991. 

20. А.В.Павлин.,Е.А.Мирошников«Товароведение  обувных  товаров». 

Экономика-1998. 

21. Ф.А.Петрище.  «Теоретические  основы  товароведе  и  экспертизы 

непродовольственных товаров» Москва – 2004. 

22. Е.А.Кедрин.,А.В.Павлин  и  др.  «Товароведение  обувных  товаров». 

Экономика – 1999. 

23. Серебрянов  В.К.,Е.А.Кедрин.  «Приемка  обуви  по  качеству». 

Экономика-1997. 

24. Исследование непродовольственных товаров. Экономика – 1988. 

25. «Современные материалы и их применение в обувном производстве» 

Москва – 2007. 

26. Синаюк Д.А. Золкинд А.И. «Новое в формировании и сборке обуви». 

Леч.ин.1999. 



 

 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin