19
-
həm legirli və həm də legirsiz çuqunlarda ferrit
mikrostrukturu yeyilməyədavamlılığı azaldır;
-
perlit strukturlu çuqunlarda fosforun artması
onların yeyilməyədavamlılığını
əhəmiyyətli
dərəcədə artırır;
-
mislə legirlənmiş çuqunları termiki emal edib,
martensit
strukturunu
almaqla
yeyilməyədavamlılıq yüksəldilir;
-
kobud
formalı
qrafitə
malik
çuqunun
yeyilməyədavamlılığı narın
qrafitə malik
çuqunlara nisbətən yüksəkdir.
Bərk ərintilər və bərk kompozisiya materiallanın
tərkibi dəmir, nikel və ya kobalt əsaslı metal
matriksdən və bu matriksdə yeyilməyə qarşı bərk
fazaya
malik karbidlər, boridlər və nitridlərdən
ibarətdir. Ovuntu formasında
istehsal olunan bərk
kompozit
materiallar
daha
çox
metal-matriks-
kompozitlər kimi (MMC) təsvir olunur (şək. 1.6.).
Dəmir əsaslı ərintilərin tərkibində əsasən 10-35%
xrom, 2-6% karbon və bərk fazanın alınması üçün
volfram, molibden, niob və ya vanadium olur.
Nikel əsalı ərintilərin tərkibində 5-17% xrom, 2-
4% bor və silisium olur. Al və Nb un təkibdə olması
Ni-Cr-B-Si-bərk ərintisində intermetallik faza əmələ
gətirə
bilər ki, bu da abraziv yeyilməyə qarşı
müqaviməti daha da artırar.
Kobalt əsaslı bərk ərintidə (həmçinin, stellit kimi
tanınır) 10-33% Cr, 2-20% volfram və 0,2-2% karbon
20
olur. Əlavə karbid əmələgətirən elementlər kimi
tərkibinə molibden və vanadium da qoşulur.
Bərk ərintilər
əritmə metallurgiyasında alınır.
Bunlardan tökmə hissələr, birləşdirmə və örtükçəkmə
materialları, termomexaniki
püskürtmə və ovuntu
metallurgiyası üçün mexanik doğranmış ovuntu
hazırlanır.
Dostları ilə paylaş: