Xüsusi mühafizə obyektlər.Milli park, qoruq və yasaqlıqlar Xüsusi mühafizə obyektlərinə qoruqlar, yasaqlıqlar, milli parklar, ovçuluq məqsədilə ayrılmış ərazilər aiddir. Xüsusi mühafizə olunan obyektlərə meşə fonduna daxil olan ərazilər, yaşıl zolaqlar, tarla qoruyucu meşələr, yol, kanal ətrafı yaşıllıqlar və s. də daxildir.
Qoruqlar – təbii komplekslərin qorunduğu, təsərrüfat işlərinin tam məhdudlaşdırıldığı ərazilərdir. Qoruqlarda təbii landşaftlar etalon kimi qorunur, qoruq ərazisi ekoloji monitorinq funksiyasını yerinə yetirir. Burada təbii landşaflar, obyektlər və landşaft komponentləri üzərində sistemli və uzunmüddətli müşahidələr aparılır. Belə müşahidələr əsasında ekosistemlərin rəngarəngliyi öyrənilir, onların gələcək inkişaf təmayülləri proqnozlaşdırılır.
Qoruq ərazisi ətrafında xüsusi mühafizə zolaqları yaradılır. Bu zolaqlar əsas mühafizə obyektini (nüvəni) qorumaq üçün bufer zolağı funksiyasını yerinə yetirir.
Funksiyasına görə qoruqlar bir neçə qrupa bölünür:
Fauna qorunan (faunistik) qoruqlar. Məs: Şirvan (ceyran), Taymır (morj), Baharden (sayqak), Belovoye pusnya (bizon);
Kompleks (lantşaft) qoruqları: Altıağac, Türyançay, Zaqatala, Safaridə yerləşən bütün qoruqlar və s;
Quşların qorunduğu (ornitaloji) qoruqlar. Təbii ekosistemdə quşlar qorunur, çoxaldılır. Məs: Ağgöl, Qızılağac, Novaya Zemlya, Vayqaç, Vrangel və s.
Dünyanın bütün zonalarında qoruqlar mövcuddur.
Arktik səhralarda və qayalıqlarda heyvanlar, quşlar, nadir fauna təbii landşaftlar Böyük Arktika, Viktoriya, Vrangel qoruqlarında mühafizə edilir. Tundra və meşə-tundranın dinamik landşaftları Alyaska, Taymır, Koryak, Yamal, Nenet qoruqlarında nadir heyvanlarla birgə (şimal ayısı, sayqak, xəzli heyvanlar və s.) qorunur.
Tayqa və tayqa altı boreal landşaftların unikal əraziləri Kanada və Rusiyanın 50-dən artıq qoruğunda mühafizə edilir, burada sistemli elmi-tədqiqat işləri aparılır. Bunlara Vud-Buffalo, Pinej (Kanada), Aldan, Putorana, Anabar və s. misal ola bilər.
Qarışıq və enliyarpaqlı subboreal landşaftlar nadir heyvanları, unikal təbiəti ilə Point-Pili, Belovoje, Fontenblo qoruqlarında və parklarında mühafizə edilir.
Çöl, meşə-çöl, quru çöl, subboreal landşaftlar ən çox prerilərdə (ABŞ), subtropik çöllər (pampalar) Argentinada, Rusiyada isə Xvalın, Voronej qoruqlarında qorunur.
Savannalar dünyada ən çox qorunan landşaftlardır. Savannalarda və seyrək meşələrdə fəaliyyət göstərən qoruq, milli park və yasaqlıqların sayı mindən artıqdır. Sinqu, Selus, Viktoriya şəlaləsi, İquasu şəlaləsi, Serengeti, Simen, Niskolo-Koba, Sentral-Kalaxari və s. qoruq və milli parklarda nəhəng heyvanlar nadir yırtıcılar, otyeyən məməlilər qorunur və çoxaldılır. Afrika savannalarında seyrək meşələrində Saffari adı ilə məşhur olan geniş ərazilər elmi-tədqiqat obyektləridir. Burada zebralar, antiloplar, zürafələr, fillər, kərgədanlar, begomontlar, iri yırtıcılar (şirlər, pələnglər, leopartlar və s.) üzərində sistemli müşahidələr aparılır, təbii komplekslərin inkişafı öyrənilir.
Ekvatorial meşə və cəngəlliklər, dəyişən rütubətli meşələr, tropik meşə kompleksləri Konqo, Braziliya, Ekvador, Qvineya, Kamerun və dövlətlərdə yaradılan qoruqlarda, milli parklarda qorunur. Ekvatorial meşələrin qorunduğu ən nəhəng qoruq Braziliyanın İaru və Kamerunun Ca milli parklarıdır.