Xüsusi mühafizə obyektlər. Milli park, qoruq və yasaqlıqlar



Yüklə 19,63 Kb.
səhifə3/3
tarix19.05.2023
ölçüsü19,63 Kb.
#117053
1   2   3
Mühazirə 12-2

Yasaqlıq– xüsusi mühafizə obyekti kimi qoruq rejimini yaxşılaşdırmaq, nəsli kəsilməkdə olan heyvan və bitki növlərini artıqmaq funksiyalarını yerinə yetirir. Yasaqlıq ərazisində qoruqdan fərqli olaraq müəyyən təsərrüfat işlərinə icazə verilir. Yasaqlıqda nadir heyvanlar artırıldığı üçün yem məqsədilə bir sıra bitkilər əkilir, otlaq, biçənək kimi istifadə edilir. Bununla yanaşı ekoloji sistem kimi bu obyektlərdə elmi-tədqiqat işləri aparılır.

Son illər insan fəaliyyətinin təbiətə təsirinin artımı ilə əlaqədar ətraf mühitin mühafizəsinldə kəskin problemlər əmələ yaranmışdır. Bununla əlaqədar nadir landşaftların tükənmək təhlükəsi qarşısında qalmış heyvan və bitki növlərinin qorunması və bərpasının ən optimal üsulu olan qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Lakin mövcud qoruq və yasaqlıqların fəaliyyəti ayrı-ayrı biotaların qorunması və bərpası məsələsini tamamilə təmin etmir. Həmçinin lazımi səviyyədə etalon funksiyasını yerinə yetirmir. Biosfer qoruqlarının yaradılması ideyası YUNESKOnun ”İnsan və biosfer” (MAB)beynəlxalq proqramı əsasında dünyanın bir çox ölkələrində təsdiq və müdafiə olunmuşdur.


Biosfer qoruğunun strukturu 1972-ci ildə Moskvada keçmiş SSRİ ilə ABŞ arasında təşkil olunmuş beynəlxalq konfransda işlənmişdir.
Proqramda aydın göstərilmişdir ki, biosfer qoruqlarının monitorinq rolunu oynayan 3-4 qoruq sahəsi olmalıdır. Qeyd olunmuşdur ki, hər kompleks biosfer qoruğunun: 1)Ciddi qorunan sahəsi-nüvəsi, 2)bufer zolağı qoruğun nüvəsinin mühafizəsi üçün ayrılan yeri; 3)qoruq və ya yasaqlıqdan ibarət eksperimental zonası; 4)təsərrüfat üçün ayrılan ətraf zonası olmalıdır.
Təbii mühafizə obyektlərini məqsəd və vəzifələrinə görə aşağıdakı qruplara ayırmaq olar: 1.Flora (relikt flora və qismən meşə); 2.Fauna (heyvanat və orintoloji); 3.Landşaft obyektləri (xarakter dağ-landşaftı və kompleks landşaft); 4.Təbii abidələri (qədim təbiət muzeyi və tarixi obyektlər); 5.Ovçuluq təsərrüfatları; 6.Rekreasiya obyektləri.
Azərbaycan Respublikasında təbii mühafizə obyektlərinin yaradılma məqsədinə görə təsnifatı

Sıra
sayı

Qruplar

Yarım qruplar

Qoruq və yasaqlıqların adı

Sayı

1.

Flora obyektləri

Relikt flora

Hirkan, Eldar şamı (fil.),Türyançay,
Qarayazı qoruqları və Bərdə yasaqlığı

6

meşə

Göy-göl, Zaqatala, Pirqulu qoruqları

3

2.

Fauna obyektləri

Heyvanat



Şirvan q., Ordubad, Abşeron, Gil və Bulla adası, Qarayazı-Ağstafa, Laçın, Bəndovan yasaqlıqları

7

Orintoloji

Qızılağac, Ağgöl q. Şəki, Kiçik Qızılağac,
Ağgöl, Şəmkir yasaqlıqları

6

3.

Ekosistem
objektləri

xarakter
dağ.land.

İsmayıllı qoruğu, İsmayıllı Qubadlı yasaqlıqları

3

kompleks landşaft

Züvənd,Qusar,Korçay yasaqlıqları

3

4.

Təbiət abidələri

təbiət muzeyi

Qobustan

1

tarixi obyektlər

Qəbələ,Şirvanşahlar

2

5.

Ovçuluq təsərrüfat-ları




Xanlar və Uludüzü

2

6.

Rekreasi-
ya obyektləri




Nabran, Mingəçevir,Yalama, Zaqatala, Şuşa və s.

5

Qoruq ərazisində bütün təbii komponentlər qorunur və bütün təsərüfat işləri qadağan olunur. Milli parklar da qoruqla eyni statusa malikdir, lakin burada insanların istirahət etməsinə icazə verilir. Qoruq və Milli parklardan fərqli olaraq yasaqlıqlarda təsərrüfat işləri həyata keçirilə bilər.Az-da 8 milli park, 19 dövlət təbiət qoruğu və 24 milli park salınmışdır.
Yüklə 19,63 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin