Mövzu: 4 Kommunikasiya ( Qeyri-verbal kommunikasiyasının ünsiyyətdə yeri)



Yüklə 17,64 Kb.
tarix19.12.2023
ölçüsü17,64 Kb.
#185814
Mövzu - 4 1


Mövzu: 4
Kommunikasiya ( Qeyri-verbal kommunikasiyasının ünsiyyətdə yeri)
Qeyd olunduğu kimi ünsiyyət zamanı informasiya mübadiləsini həyata keçirmək üçün optiki-kinetik işarələr sistemi özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. Barədə məlumat əldə edirlər. Optiki-kinetik işarələr sisteminin qeyri-verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrdən üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Bunlardan diqqəti xüsusilə cəlb edəni üzün ifadəli hərəkətlərindən-mimikadan ibarətdir. Mimika (yunanca mimos, təqlid, sifətin dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş,göz,yanaq,dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələri hesab olunur. Sifətin həmin sahələrini müəyyən vəziyyətə gətirməklə ünsiyyətdə olduğumuz adama bu və ya digər cisim və hadisəyə nə kimi münasibət bəslədiyinizi çatdırırıq. Adətən ünsiyyət prosesində insanlar təkcə sifətin ifadəli hərəkətləri ilə deyil, bədənin, onun digər cisim və hadisəyə nə kimi münasibət bəslədiyimizi çatdırırıq. Adətən ünsiyyət prosesində insanlar təkcə sifətin ifadəli hərəkətləri ilə deyil, bədənin, onun digər üzvlərinin ifadəli hərəkətləri vasitəsilə də öz hisslərini,həyəcanlarını və s. çatdıra bilirlər. Bu zaman artıq pantomimka özünü göstərir. Məsələn, balet tamaşasında balerina heç bir söz işlətmədən öz hisslərini bədən üzvlərinin ifadəli hərəkətlərinin köməyi ilə tamaşaçıya çatdıra bilir.Optiki-kinetik işarələr sistemi kimi jestlərdən istifadə etməklə də insanlar bir-birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilərlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq,təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq,inkar kimi başa düşülür,şərh olunur. Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür. Bolqarlar həmsöhbətlərinə razılıqlarını bildirmək üçün başlarını yanlara, narazılıqlarını bildirmək üçün isə yuxarıdan aşağıya hərəkət etdirirlər. Başqalarının hərəkətlərini də məhz bu mənada qavrayır və anlayırlar. Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbaı yoldan daha güclü təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, “Məndə hər şey yaxşıdır!” onlar onun sözünə deyil, daha çox göz yaşına inanacaqlar. Yuxarıda qeyd etdiyimiz kimi, insanların ünsiyyət zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi istifadə etdikləri ikinci qrup işarələr sistemi paralinqvistik və ekstralinqvistik işarələri özündə əks etdirir. Bunlara informasiyanı dəyişdirməyi, pauzanı, öskürməni və s. aid etmək olar. İnsanların müxtəlif birliyində,o cümlədən dərs zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyalardan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələblərin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur. İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı , hissləri , nə demək istəməsi, ədası barədə məlumat verir. Ünsiyyət mübadiləsində xüsusi rol oynayan qeyri-verbal ünsiyyət vasitələri.
1. Mimika yunanca mimos sözündən götürülmüş, simanın dəyişdirilməsi,təqlid deməkdir.Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Ekman tərəfindən müəyyən edilmişdir ki, mimikanın 7 əsas sifət konfiqurasiyası var. Onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insanın sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın - emosiya və hisslərini ifadə etməklə şərtlənir. Son zamanlar vizual ünsiyyət- (gözlərin təması) problemi diqqəti daha çox cəlb edir.Gözlərin,görünən, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları,başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
2. İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipiente münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv-emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. akustik vasitələrlə qaynaqlanır. Kinestika- “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. İnformasıya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.
3. Proksimika (latınca proximity-yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir və hətta onu bir növ fiziki bədənin davamı sayır. Ünsiyyət prosesində ya kimisə özümüzə yaxın buraxırıq hətta qolumuza gətirməsinə imkan veririk, ya da kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intiutiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq-uzaqlıq”, “istilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir. Qeyri-verbal kommunikasiya vasitələrinin fenomenologiyası belədir.
Onların ünsiyyət prosesində rolu necə qaynaqlanır? İnformasiya mübadiləsində qeyriverbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir? İnsanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin ünsiyyət məqamında öz əlifbası var. Dilin kəşfi ən böyük uğurudur. Lakin, bununla belə, bizim tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbal kommunikasiya bir çox hallarda bizə sözlərə nisbətən daha çox məlumat verir. Bu, necə deyərlər, iki tərəfli prosesdir: insanlar, bir tərəfdən, özünün gündəlik həyatında sifətin ifadəsi, səsin tonu, jestlər,poza və bədən hərəkətləri, təças və baxışlar kimi qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edirlər. Digər tərəfdən, başqa adamların qeyri-verbal davranışını elə onların ölçüləri ilə qiymətləndirirlər.



Yüklə 17,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin