F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Deformasiyaetdirici kürə ilə səthin emalı



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə14/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Deformasiyaetdirici kürə ilə səthin emalı.
Deformasiyaetdirici element kimi kürə istifadə 
etdikdə, diyirlətmə əməliyyatı zamanı element öz-
özünü tarazlaşdırır ki, bu da onun pəstahın səthi ilə 
sürtünmə 
nəticəsində, 
sərbəst 
fırlanması 
ilə 
əlaqədardır. Belə mexanizm kiçik sıxma təzyiqi ilə 
səthdə hamar təbəqə almağa imkan verir. 
Universal diyirlətmə qurğusunun işçi başlığı 
mildən- 1, yastıqlardan- 2, yastıqlara söykənən 
deformasiyaetdirici kürədən- 3 və yastığın hərəkətini 


34 
məhdudlaşdıran qapaqdan- 4 ibarətdir. İşçi başlığın 
mili diyirlənmə qurğusunun gövdəsində yerləşir.
Əyri səthlərin emalı üçün, başqa formalı 
konstruksiyalar və əlavə mexanizmlər də tətbiq 
olunur. 
Kürə ilə səthin plastiki deformasiyası, diyircəklə 
deformasiyaya nisbətən bir sıra növbəti üstünlüklərə 
malikdir: 
-
konstruksiyanın sadəliyi və universal diyirlətmə 
tərtibatı; 
-
yüksək keyfiyyətli və nisbətən aşağı qiymətli 
standart kürələrin tətbiqi; 
-
kürənin öz-özünü tarazlaşdırması səbəbindən 
əlverişli emal mühitnin yaradılması; 
-
kiçik sıxma təzyiqi altıda, yüksək kontakt 
təzyiqi əldə etmək. 
 
Şəkil 2.1. Kürə ilə hamarlamada işçi başlıq.


35 
Səthi kürə ilə diyirlətmədə standart kürələr istifadə 
olunur və kürənin bərkliyi emal olunan səthin 
bərkliyindən 
yüksək 
olmalıdır. 
Tablandırılmış 
səthlərin emalında isə daha da yüksək bərkliyə malik 
kürələr seçmək lazımdır (HRC63-65). Alətin 
davamlılığı emal rejminin parametrlərindən və 
pəstahın materialının xüsusiyyətlərindən asılıdır. Emal 
təzyiqinin və diyirlənmə sürətinin, həmçinin pəstahın 
bərkliyinin artması alətin davamlılığını azaldır. 
Emal zamanı kürənin səthində kiçik oyuqlar, çatlar 
və çökmələr müşahidə olunur. Xüsusən tablanmış 
poladların səthini uzun müddət kürə ilə emal etdikdə, 
kürənin səthində mikroçatlar əmələ gəlir. Aşağidakı 
cədvəldə bu üsula emal edilmiş nümunənin bəzi emal 
parametrləri verilmişdir. 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin