Laboratoriya iŞİ №6 Sabit cərəyan intiqalının sürətinin tənzim edilmə üsullarının tədqiqi İşin məqsədi



Yüklə 0,68 Mb.
səhifə1/3
tarix13.05.2023
ölçüsü0,68 Mb.
#112835
  1   2   3
GE 4


LABORATORİYA İŞİ № 6
Sabit cərəyan intiqalının sürətinin tənzim edilmə üsullarının tədqiqi


İşin məqsədi: Paralel təsirlənən sabit cərəyan mühərrikinin sürətinin müxtəlif üsullarla tənzimində, mühərrik və tormoz rejimlərində mexaniki xarakteristikalarının öyrənilməsi və çıxarılması.
Nəzəri hissə
Paralel təsirlənən sabit cərəyan mühərrikinin mexaniki xarakteristikası aşağıdakı düsturla ifadə olunur:
[dövr/dəq]; (1)
burada U-şəbəkə gərginliyi, (V);
Ф-mühərrikin maqnit seli, (Vb);
M-mühərrikin elektromaqnit momenti, (N·M);
n-lövbərin fırlanma tezliyi, (dövr/dəq);
R-lövbər dövrəsinin müqaviməti, (Om);
с və k-mühərrikin konstruktiv sabitləridir.
Generator rejimində mühərrikin sürəti ideal yüksüz işləmə sürətindən böyük olur, cərəyan istiqamətini dəyişdiyindən M momenti də işarəsini dəyişir.
Əks qoşulma ilə tormozlama mühərrikin lövbərinə tətbiq olunan U gərginliyinin polyarlığını dəyişməklə həyata keçirilir.
Dinamiki tormozlama rejimində isə mühərrik şəbəkədən açılır və lövbər şuntlayıcı müqavimətə qoşulur. Bu halda mexaniki xarakteristikanın ifadəsi aşağıdakı şəkil alır:
[dövr/dəq]; (2)
Lövbər şuntlanmış üsulda isə
(3)
Burada

Rl-lövbər dolağının müqaviməti, (Om);
Rş-lövbərə paralel qoşulmuş şuntlayıcı müqavimət, (Om);
Rəl-lövbərlə ardıcıl qoşulma əlavə müqavimətdir, (Om).
(1) ifadəsindən göründüyü kimi paralel təsirlənən sabit cərəyan mühərrikinin sürətini üç üsulla-lövbər dolağı dövrəsinin R müqavimətini, təsirləndirici Ф maqnit selini və lövbərə tətbiq olunan U gərginliyini dəyişməklə tənzim etmək olar.
Təsirlənmə maqnit selini dəyişməklə sürətin tənzim edilməsini təsirlənmə dövrəsinə qoşulmuş müqaviməti dəyişməklə və ya təsirlənmə dövrəsində gərginliyi dəyişməklə əldə etmək olar.
Laboratoriya işində ən geniş tətbiq olunan birinci üsuldan istifadə olunur.
Lövbərə tətbiq olunan gərginliyi dəyişmək üçün adətən generator-mühərrik sistemindən istifadə olunur.
Bu halda mexaniki xarakteristikanın ifadəsi aşağıdakı kimi yazılır:

[dövr/dəq]; (4)
 buradaRm və Rg-mühərrikin və generatorun lövbər dolağı dövrəsinin müqavimətləridir.
Gərginliyi dəyişməklə sürəti tənzim edərkən paralel təsirlənən sabit cərəyan mühərrikinin mexaniki xarakteristikaları şəkil 2.1-də göstərilmişdir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin