İşin gedişi Şəkil 6.1-də göstərilmiş sxemi yığmalı. Tədqiq olunan İM mühərriki G sabit cərəyan generatorundan qidalanır. G generatoru isə AM asinxron mühərriki vasitəsilə fırladırılır. Müstəqil təsirlənən sabit cərəyan generatorunun çıxışındakı gərginlik Rtg təsirlənmə müqavimətini dəyişməklə tənzim olunur. Sxemdə Rib tədqiq olunan paralel təsirlənən İD sabit cərəyan mühərrikinin işə buraxma müqaviməti, Rtm onun təsirlənmə müqaviməti, Rəəlavə müqavimət və Rş lövbər dolağını şuntlayan müqavimət, TG taxogenerator, n isə taxometrdir.
Mühərrikin təbii mexaniki xarakteristikasını çıxarmalı.
Bunun üçün 2P və 3P açarının açıqm vəziyyətində 1P açrını qapayıb AM mühərriki vasitəsilə G generatoru işə buraxılır. Rtg müqavimətini tənzim etməklə G-nin çıxışında İM mühərrikinin nominal gərginliyi yaradıb, onu sabit saxlayırıq. Sonra İM mühərrikininyüksüz vəziyyətində 2P açarını çapayırıq. Rnb müqaviməti vasitəsilə (Rə=0 olmaqla) İM mühərriki işə buraxılır. Bundan sonra İM mühərrikini tədricən nominal cərəyana qədər (A1 ampermetrinin göstərişi) yükləyirik. Rtm müqaviməti vasitəsilə (A2 ampermetrinin göstərişi) təsirlənmə cərəyan elə bir qiymətə çatdırılır ki, o, İM mühərrikinin lövbər cərəyanının nominal qiymətlərinə uyğun olsun. Təsirlənmə cərəyanının bu qiyməti İM mühərrikinin nominal təsirlənmə cərəyanı ItNOM olacaq. Təsirlənmə cərəyanının bu qiyməti bütün iş rejimlərində (zəiflənmiş maqnit sahəli iş rejimindən başqa) ciddi olaraq sabit saxlanılır.
Beləliklə, əvvəlcə təbii mexaniki xarakteristikanın nominal iş rejimindəki nöqtəsi, sonra isə generator tormozlanma rejimindən başlayaraq tədricən yükləməklə digər nöqtələri çıxarılır. Nəticə 6.1. cədvəlinə yazılır.
Süni (reostat) mexaniki xarakteristikanı çıxarmalı.
Rə müqavimətinin müəyyən verilmiş Rə>0 qiymətində yuxarıdakı qaydada generator tormozlanma rejimindən başlayaraq İM mühərrikini tədricən yükləyib onun mühərrik və əksqoşulma ilə tormozlama iş rejimlərində süni mexaniki xarakteristikaları çıxarılır. Bu xarakteristikaların forması təxminən şəkil 6.2-də göstərilən kimi alınacaqdır.
Təsirlənmə maqnit selinin dəyişdirilməsilə mexaniki xarakteristikaları çıxarmalı.
Mühərrikin mexaniki xarakteristikaları və qiynmətlərində çıxarılır. Bu zaman U=Unom və I=Inom olarkən çıxarılmış təbii mexaniki xarakteristikailkin xarakteristika qəbul edilir. -lı təyin etmək üçün yüksüz işləmə əyrisindən alınmış maqnitlənmə əyrisindən istifadə olunur. Yüksüz işləmə əyrisindən maqnit selinin müxtəlif qiymətlərinə uyğun təsirlənmə cərəyanının qiymətləri götürülür.
Təsirlənmə cərəyanının uyğun qiymətləri ayrılıqda sabit saxlamaqla və Rə=0 olmaqla və qiymətlərində mühərrikin mexaniki xarakteristkaları çıxarılır. Nəticələr cədvəl 2.1-də qeyd olunur.
Lövbər şuntlandığı halda mexaniki xarkteristikaları çıxarmalı.
Bu zaman təsirlənmə maqnit selinə nominal qiymət verilir. Il=Iinom=const olmaqla, Rş dövrəyə tam daxil edilməklə (3P açarı qapanır) xarakteristikalar aşağıda göstərilmiş hallar üçün çıxarılır:
Rəl=const>0 və Rş müqavimətinin Rş1>0 və Rş2>Rş1 qiymətlərində (şəkil 6.3);
Rş =const>0 və Rəlmüqavimətinin Rəl1>0 və Rəl2 > Rəl1qiymətlərində (şəkil 6.4)
Dinamiki tormozlama rejimində mexaniki xarakteristikaları çıxarmalı.
Bu rejimdə 2P açarı vasitəsilə əvvəlcə İM mühərriki G generatorundan ayrılır, sonra isə 3P açarını qapamaqla Rşmüqaviməti qoşulur. Rş–nın Rş=0 və Rş>0 qiymətləri üçün mexaniki xarakteristikalar çıxarılır. Bu xarakteristikalar təxminən şəkil 2.4-də göstərilən kimi alınacaqdır.
Qida gərginliyinin müxtəlif qiymətlərində mexaniki xarakteristikaları çıxarmalı.
Xarakteristikalar Il=Iinom=const olmaqla gərginliyin U1=0,6Unom və U2=0,2Unom (Rə=0) qiymətlərində çıxarılır (şəkil 6.5).
Təcrübənin nəticələrini cədvəl 6.2-də qeyd etməli.
Hesabat zamanı aşağıdakı düsturdan istifadə olunur.
Elektromaqnit güc
, [kVt];