Qrup: 532 (a) Tələbə: Qubadlı Şahin



Yüklə 1,66 Mb.
tarix22.05.2023
ölçüsü1,66 Mb.
#119451
elektro texnika sərb iş.


Azərbaycan Respublikası təhsil nazirliyi
Azərbaycan Texniki universiteti

  • Fakültə: Maşın qayırma və robotexnika

  • İxtisas: Cihaz mühəndisliyi

  • Qrup: 532 (a)

  • Tələbə: Qubadlı Şahin

  • Fənn: Elektrotexnkia mühəndisliyi

  • Müəllim: Qardaşov Sədrəddin

  • Mövzu:Sabit cərəyan dövrələri və onları hesabı,

Sabit cərəyan maşınları

Sabit cərəyan dövrələri və onların hesabı


Tam dövrə üçün Om qanunu:


E=IR+Ir= U+Ir , U=IR
E- mənbənin elektrik hərəkət qüvvəsi, r-mənbənin daxili müqaviməti, R-işlədicinin müqavimətidir.
Elektrik hərəkət qüvvəsi-mənbənin vahid q yükünü qapalı dövrədə hərəkət etdirməsi üçün lazım
olan enerjidir. Vahidi voltdur, “V” hərfi ilə işarə olunur. Qeyd edək ki, gərginlik dövrə hissəsində vahid q
yükünü hərəkət etdirməsi üçün lazım olan enerjidir.
Kirxhofun I qanunu: Sabit cərəyan dövrəsində düyün (budaqlanma)
nöqtəsində cərəyanların cəbri cəmi sifira bərabərdir, başqa
sözlə budaqlanma nöqtəsinə daxil olan cərəyanların cəmi həmin
nöqtədən çıxan cərəyanların cəminə bərabərdir və şərti olaraq daxil olan
cərəyanlar müsbət, çıxan cərəyanlar isə mənfi hesab edilir. Düyün
nöqtəsi-ən azı 3 müstəqil budağın birləşdiyi nöqtəyə deyilir.
Burada duyun nöqtəsinə istiqamətlənmiş I1 cərəyanını müsbət, əks
istiqamətlənmiş I2 və I3 cərəyanlarını mənfi qəbul etsək onda, I1 +(- I2) + (-I3) = I1-I2 – I3 =0 I1=I2+I3 olar.
Kirxhofun II qanunu: Sabit cərəyan dövrəsində qapalı konturda EHQ-nın cəbri cəmi elementlərdə
yaranan gərginlik düşgülərinin cəbri cəminə bərabərdir.
E

1-E2+E3=İ1R1-İ2R2+ İ3R3- İ4R4
İşlədicilərin ardıcıl birləşməsi

Müqavimətləri ayırmadan bir-birinin ardınca birləşdirilməsinə onların ardıcıl Birləşdirilməsi deyilir.


Müqavimətlərin ardıcıl birləşməsində dövrədən eyni cərəyan axır. Müqavimətlərin ardıcıl Birləşməsində dövrənin sıxaclarında gərginlik onun bütün hissələrindəki gərginliklərin cəminə Bərabərdir. Müqavimətlərin ardıcıl birləşdirilməsində ekvivalent müqavimət həmin müqavimətlərin Cəmi-nə bərabərdir.
Naqillər ardıcıl birləşərkən naqillərdən keçən cərəyan şiddəti eyni olur.

I = I1 = I2 = ... In

U = U1 + U2 + ... + Un


R= R1 + R2 + ... + R


  • İşlədicilərin paralel birləşməsi

Müqavimətlərin paralel birləşdirilməsində


müqavimətlərdə gərginliklər eyni olur,

Yəni: U=U1=U2=U3.

Sxem 1.5. Müqavimətlərin paralel birləşməsi

Naqillər paralel birləşərkən naqillərin uc nöqtələri arasındakı gərginliklər eyni olur.

U = U1 + U2 + ... + Un


I = I1 = I2 = ... In
n-ardıcıl və ya paralel birləşdirilmiş naqillərin ümumi sayıdır.

Xüsusi halda, n=2 olarsa:

Ardıcıl birləşdikdə R= R1 + R2
Paralel birləşdikdə

E
yni müqavimətə malik naqillər (R1 = R2 = ... = Rn = R ) ardıcıl v ə ya paralel birləşdirildikdə
Dövrədə cərəyanın qiymət və istiqaməti zamandan asılı olmur və sabit qalır. Enerji mənbələrində
(elektromexaniki generatorlar, termoelektriki generatorlar, qalvonik elementlər, akkumulyator
b
atareyaları və s.) mexaniki, istilik, kimyəvi və s. enerjilər elektrik enerjisinə çevrilir.

Mənbə elektrik hərəkət qüvvəsi (e.h.q.) –E, gərginlik –U, cərəyan –I, güc –P və daxili müqavimət –r ilə işarə edilir. Mənbəyin e.h.q. onun mənfi qütbündən müsbət qütbünə doğru istiqamətlənir.Mənbə daxilində cərəyan e.h.q. istiqamətində, gərginlik isə, e.h.q.-nin əksinə istiqamətlənir (e.h.q.

İnduksiyalanan elementə aktiv element deyilir).

İşlədici nominal gərginlik –Un, nominal cərəyan –In, nominal güc –Pn və omik müqavimət –R ilə

İşarə edilir. İşlədicinin normal işləməsi üçün gərginlik nominal (Unom=6,12,24,36kv; Unom=110, 220,

440v) qiymətə malik olmalıdır.



Aktiv Omik müqavimət ilə xarakterizə edilən dövrə elementinə rezistor deyilir. Rezistorlar, Qızdırıcılar, elektrik lampaları dövrənin passiv elementləri sayılırlar. Mənbə və işlədicini əlaqələndirən naqillər (xətlər) yüksək elektrik keçiriciliyinə malik olan mis və Ya alüminiumdan hazırlanır. Elektrik dövrələrini hesabladıqda naqillərin müqaviməti kiçik olduğundan Nəzərə alınmır.Rezistorun sıxacları arasındakı gərginliklə cərəyan arasındakı asılılığa U=f(İ) volt-amper Xarakteristikası deyilir. Volt-amper xarakteristikasına görə elektrik dövrələri xətti və ya qeyri-xətti olur. Xətti elektrik dövrəsində rezistorun müqaviməti gərginlik və ya cərəyandan asılı olmur, sabit qalır, volt-amper xarakteristikası xətti olur.
Qeyri-xətti elektrik dövrəsində isə, rezistorun müqaviməti gərginlik, cərəyan və ya Temperaturdan asılı olaraq dəyişir və volt-amper xarakteristikası qeyri-xətti olur. Elektrik dövrələri iki Cür olur: Birmənbəli sadə və budaqlanan elektrik dövrələri.
Sadə elektrik dövrəsi mənbədən, rezistordan (və ya ardıcıl birləşən rezistorlardan), əlaqələndirici naqillərdən ibarətdir. Birmənbəli budaqlanan elektrik dövrəsində rezistorlar paralel və ya qarışıq birləşir

  • Çox mənbəli budaqlanan elektrik dövrələri

İkidən artıq düyün nöqtəsi ətrafında birləşən aktiv və passiv budaqlardan ibarət olan dövrəyə Budaqlanan elektrik dövrəsi deyilir. İkidən artıq budağın birləşdiyi nöqtəyə düyün nöqtəsi (d), iki düyün Nöqtəsini əlaqələndirən dövrə hissəsinə budaq (b), qapalı dövrə hissəsinə isə, kontur (k) deyilir. Sərbəst Kontur elə kontura deyilir ki, həmin konturda iştirak edən budaqlardan biri və ya ikisi (sərbəst budaqbs) o biri konturların tərkibinə daxil olmasın.Sərbəst konturların sayı – Ks=b-(d-1)

Qeyri-xətti elektrik dövrələrində işlədicinin müqaviməti gərginlikdən, Cərəyandan, temperaturdan asılı olaraq dəyişir. Qeyri-xətti elementdə gərginliklə Cərəyan arasındakı asılılığa volt-amper xarakteristikası deyilir. Volt-amper Xarakteristikası U=f(I) koordinat başlanğıcına nəzərən simmetrik və ya Qeyri-simmetrik olur. Simmetrik xarakteristikaya malik olan qeyri-xətti elementdə cərəyanın qiyməti gərginliyin İstiqamətindən, müqavimət isə cərəyanın istiqamətindən asılı olmur






























Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin