31
lokomativlərin
oxlarını
hamarlayaraq,
onların
dözümlülük həddini 2-2,2 dəfə yüksəltmək olar. Dizel
mühərrikinin
yüksək
möhkəmlikli,
çuqundan
hazırlanmış dirsəkli valını hamarlayaraq, bərkliyi 1,8-
1,9 dəfə artırılmışdır.
Bərkitmə səmərəliliyi çox kiçik detallardan
başlayaraq, 600mm
və daha da böyük diametrli
detallarda geniş yayılmışdır. Bəzi təcrübi nəticələrə
əsasən bərkitmə dərəcəsi valın diametrinin artması ılə
artır.
Ağır maşınqayirmada qaltelin hamarlanması
zamanı,
diyircəyin profilinin radiusu qaltelin
radiusundan kiçik götürülür və bərkimə profil üzrə
verişlə həyata keçirilir. Həmçinin, böyük radiuslu
qalteli diyirlətmə, oxboyu veriş olmadan, üç müxtəlif
radiuslu diyircəklə aparılır. Qeyd etmək olar ki, valın
qaltelə birləşən kiçik diametrli
silindrik hissəsinin
diyirlədilməsi səmərəlidir.
Məlumdur ki, valın səthinə paslanmayan poladın,
tunc və bürüncün əridilməsi onun möhkəmlik həddini
kəskin azaldır. Paslanmayan poladla üstəəridilmiş
örtükləri diyirlətdikdə, möhkəmlik həddini 2 dəfə,
tunc və mis halında isə >1,5 dəfə artırmaq olar.
Səthin emalının keyfiyyətinə yüksək tələb
qoyulduqda, bərkitmədən sonra, sonuncu mexaniki
emal vacibdir və bu zaman
diyircəyin bir keçidi ilə
əlavə diyirlətmə tətbiq olunur.
Yeyilmənin
baş
verdiyi
yüksək
dəyişən
gərginliklər altında işləyən detallar üçün, kombinasiya
32
olunmuş bərkitmə üsulu tətbiq etmək olar. Məsələn,
teplovozun dizel mühərrikinin dirsəkli valını azotlama
və
diyircəklə
diyirlətməklə
onun
yeyilməyədavamlılığını 5 dəfə, möhkəmliyini isə 25-
30% artırmaq olar.
Dəmiryol
nəqliyyatı
vasitələrinin diyircəkli
yastıqlarının tablanmış içəri həlqələrinin diyircəklə
hamarlanması (həlqədə istismar zamanı sınma baş
verdiyini
nəzərə
alaraq),
həlqənin
əyilməyə
dözümlülük həddini 70% artırır.
Diyircək
və
kürəciklə
səthlərin
plastiki
deformasiyası müxtəlif tərtibatların köməyi ilə torna
(torna formalı xüsusi) və yonma dəzgahlarında həyata
keçirilir. Bu cür tərtibatlar bir və ya bir neçə
deformasiyaetdirici elementlərdən hazırlanır.
Deformasiyaetdirici element üzərində təzyiq,
mexaniki (yay), pnevmatik (hava) və hidravlik (maye)
üsullarla yaradılır.
Hidravlik mexanizmlər böyük
pəstahların səthində kifayət qədər deformasiya
dərinliyi almaq üçün, böyük qüvvə tələb olunduqda
tətbiq olunur.
Deformasiyaetdirici
konstruksiyanın
gövdəsi
qüvvə mexanizminin növünə görə təyin olunur.
Maşınqayirmada tətbiq olunan, deformasiyaetdirici
tərtibatın konstruksiyasını iki əsas növə bölmək olar:
deformasiyaetdirici
elementlə emal olunan səth
arasında “sərt” və deformasiyaetdirici elementlə emal
olunan səth arasında “elastik” əlaqə yaradan
konstruksiya.
33
Deformasiyaetdirici
element və emal olunan səth
arasında “sərt” əlaqə yaradan mexaniymlərin
quruluşunun sadə olmasına baxmayaraq, bu emal
üsulu ilə səthin homoqen möhkəmliyi alınmır və buna
görə də geniş tətbiq olunmur.
Deformasiyaetdirici element və emal olunan səth
arasında “elastik” əlaqə yaradan mexanizmin tətbiqi
ilə səthi diyirlədərək, hamarlama geniş yayilmışdır.
Səthi deformasiyaetdirici əlaqə yay, pnevmo və ya
hidravlik qüvvə mexanizmləri ilə təmin olunur. Bu
halda səthə düşən normal qüvvə sabit qaldığından,
praktik olaraq pəstahın forması dəyişmir. Tərtibatda
olan xətalar belə bərkitmənin nəticələrinə təsir etmir.
Həmçinin, onu da qeyd etmək lazımdır ki, pəstahda
olan forma xətaları bu üsulla düzəldilə bilmir.
Fırlanan detalları səthi plastik deformasiya ilə emal
zamanı pəstaha fırlanma
hərəkəti verilir və
deformasiyaetdirici element (kürə, diyircək, almaz
ucluq) pəstahın oxu boyunca hərəkət etdirilir.
Dostları ilə paylaş: