F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Pnevmohidroaxınla emal. 
Qarışdırıcı kamerada 
hazırlanan qırma maye və hava axını ilə sürətləndirilir. 
Əsasən kiçik ölçülü detallarda tətbiq olunaraq səthin 
emal keyfiyəti yüksəldilir. 


50 
Partlayıcı maddə ilə möhkəmləndirmə. 
Ağır 
detallar üçün tətbiq olunur və 40-50mm dərinlikdə 
təbəqənin deformasiyası mümkünlüyü və mürəkkəb 
formalı detalların tez emalı təmin olunur.
2.7. 
Qirma axını ilə səthin emalı texnikası və 
vasitələri 
Qirma axın üsulu ilə səthin bərkidilməsinin 
xüsusiyyətləri. 
Üsul 
dənəcikləri 
mexaniki 
sürətləndirən maşınla və ya axın mühiti ilə həyata 
keçirilərək, mürəkkəb formalı istənilən bərklikli 
detalların bərkidilməsi üçün istifadə olunur.
Burada pərçimlənən qatın dərinliyi çox olmayıb, 
0,5-0,7mm- dir. Əsasən 0,6-2,0mm diametrli polad 
qırmalar (çuqun, şüşə, taxta, qum, buz və s.) tətbiq 
olunur. Qırmanın sürəti ≤70-90m/san, səthin emal 
müddəti isə adətən, 0,5-2 dəqiqədir.
Qırma ilə möhkəmləndirmə yayların, resorların, 
dişli çarxların, sürgüqollarının emalında geniş 
yayılmışdır. Bununla yayların və resorların resursları 
təxminən 10 dəfə artırılır. Xüsusi qurğunun tətbiqi ilə 
əlaqədar olaraq, əsasən seriyalı və kütləvi istehsal 
üçün nəzərdə tutulmuşdur. Üsul, həmçinin azotlanmış 
və səthi tablanmış səthlərə də rahat tətbiq oluna bilər 
ki, bu zaman əvvəlcədən bərkidilmiş səthin dağılması 
baş vermir.


51 
Qirma axını ilə emalda səthin kələ-kötürlüyünün 
artması ilə tablanmış poladların kontakt möhkəmliyi 
həddi azala bilər. Buna görə də, pərçimlənmiş səthləri 
elektrolitlə cilalama və ya anoloji finiş əməliyyatı ilə 
emal etmək lazımdır.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin