F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Materialların termiki və kimyəvi-



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

3. Materialların termiki və kimyəvi-
termiki emalı. Emal avadanlıqları 
3.1. Poladların xassələri və termiki emalı
Tərkibində olan karbonun miqdarından asılı olaraq, 
poladlar və çuqunlar fərqləndirilir. Qəbul olunmuşdur 
ki, tərkibində 0,03%...2,14% karbon olan dəmir-
karbon ərintisi polad və tərkibində 2,14%...6,67% 
karbon olan dəmir-karbon ərintisi çuqun adlanır.
Poladın tərkibində olan karbon onun tribotexniki 
keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. 
Karbonun miqdarından və temperaturdan asılı olaraq, 
dəmir-karbon ərintisində baş verən dəyişikliklər 
dəmir-karbon hal diaqramında öz əksini tapmışdır 
(şək. 3.1.). Dəmir-karbon hal diaqramının iki forması 
fərqləndirilir: FeC- stabil (şəkildə ştrix xətlə verilib) 
və Fe
3
C metastabil hal diaqramları. Praktikada əsasən 
metastabil Fe
3
C diaqramdan geniş istifadə olunur.
Diaqramda olan nöqtələr materialın bir haldan 
başqa 
hala keçməsini xarakteriza edir (faza 
dəyişmələrini). ABCD xətti likvid (maye) xətti adlanır 
və bu xətdən yuxarıda material ərimiş vəziyyətdə olur. 
AHIECF xətti solidus (bərk) xətti adlanır və bu xəttən 
aşağıda material bərkdir. Xətlərarası sahədə isə 
material həm ərimiş həm də bərk qarışıqlardan ibarət 
olur (xamur kimi).
Dəmirin müxtəlif allotropik şəkildəyişməsindən 
asılı olaraq, alfa, qamma və delta fazaları fərqləndirilir 


56 
ki, bunlar da temperaturdan asılı olaraq, tərkibində 
müxtəlif miqdarda karbon həll edə bilirlər. Alfa və 
delta fazaları ferrit, qamma fazası isə austenit 
strukturunu əmələ gətirir. Perlit (tərkibində 12% 
sementit və 88% ferrit olur), ledeburit I (tərkibində 
51,4% austenit və 48,6% sementit olur) və ledeburit II 
(tərkibində 51,4% Perlit və 48,6% sementit olur) 
ayrıca faza olmayıb, qeyd olunan müxtəlif fazaların 
qarışığından ibarətdir. Dəmir və karbonun birləşməsi 
olan sementitin (Fe
3
C fazası) primer (ərintidən ayrılır), 
sekunder (austenitdən ayrilir) və tertier olmaqla üç 
növü fərqləndirilir. Ferrit strukturu aşağı sürətlə 
soyudulan dəmir-karbon ərintisində əmələ gəlir. 
Soyutma sürətini artırdıqda, austenitdən tribotexniki 
baxımdan səmərəli olan bərk martensit ayrılır.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin