F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Qirma axın üsulu ilə səthin plastik emalı üçün



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Qirma axın üsulu ilə səthin plastik emalı üçün 
təchizat və qırmanın bəzi xüsusiyyətləri. 
Bu üsulla 
emal zamanı səth, müxtəlif forma və ölçüyə malik, 
bərk dənəcik zərbəsi və ya şırnağı vasitəsiylə plastiki 
deformasiyaya uğradılaraq, onun fiziki-mexaniki 
xüsusiyyətləri dəyişdirilir. Burada ya dənəcik səthə 
mexaniki zərbə ilə atıla ya da hər hansı bir mühitlə 
birgə yönəldilə bilər. İkinci üsul zamanı əsasən maye 
və hava mühiti istifadə olunur və təzyiq yaradan 
hidro/aero mexanizm kimi uyğun olaraq, nasos və 
hava kompressoru istifadə olunur.
Axın yaradan qurğular
. Əl ilə yönəldilən, yüksək 
hava təzyiqli qırma axın üsulu geniş yayilmışdır. 
Burada tətbiq olunan hava pistoletinin iş prinsipi 
aşağıdakı şəkildə təqdim olunmuşdur.
Hava borusu kompressora, dənəcik axını borusu isə 
ovuntu bunkerinə qoşulur. Yüksək təzyiq altında 
vurulan hava A en kəsiyindən keçib, B kamerasında 
genişlənərək, D istiqamətində kənara (açıq havaya) 
çıxır. Bu zaman C borusunda yaranan vakuum, 
ovuntunu bunkerdən sovurur. Sovurulan dənəciklər B 
kamerasında hava ilə qarışaraq, D borusu içərisindən 
emal olunacaq səthə yönəldilir.


52 
 
Şəkil 2.16. Sıxılmış hava ilə qırma axını yaratmaq üçün 
tətbiq olunan pistoletin iş prinsipi. 
Əl ilə idarə olunub, su ilə püskürdülən qırma 
axınında suyun maximal həçmi 
40l/dəq
- dən çox 
olmamalıdır. Əgər suyun istifadə həcmi bu miqdardan 
çox olarsa, onda insana olan təhlükənin aradan 
qaldırılması üçün mexanikləşdirici vasitələr tətbiq 
olunur. Əl ilə idarə olunan üsullar əsasən tikintidə 
polad daşıyıcıların səthlərində olan köhnə boyaların, 
pasın təmizlənməsi üçün geniş istifadə olunur. Üsul 
səthləri yalnız təmizləmək üçün deyil, həm də səthin 
fiziki-mexaniki xüsusiyyətlərinin yaxşılaşdırılması 
üçün (lazımi kələ-kötürlük, qalıq gərgilikləri, 
yorulmaya davamlılıq və s.) əhəmiyyətlidir. 
Mexanikləşdirilmiş üsulla detalların emalı zamanı, 
qırma axınının səthə yönəldilməsi axın kabinalarında 
həyata keçirilir. Burada dənəciklər detalların səthinə 
Dənəcik 
axını 
Hava 


53 
ya sıxılmış hava ya da sürətləndirici çarxlar vasitəsi ilə 
(şək. 2. 17.,
a
) sürətləndirilir.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin