Mühazirə 4. Kəlləçarxın xarakteristikası Vışqa (qüllənin) ən yüksək kəlləçarxa yerləşib, möhkəm bərkidilərək öz qarmaqları ilə trosu quyunun dibinə göndərir. Kəlləçarx tərpənməzdir. Qaynaq edilir. Ona görə də kəlləçarx əsas funksiyasını yerinə yetirərək quyunun dibinə qədər trosu və ya kanatı öz addımı ilə istiqamətləndirir. Trosun uzunluğu (5.1) düsturu ilə hesablanaraq təxminən 500 mkm-lərlə quyuya uzadılır. Belə halda tros və qasnaq qısa müddətdə yeyilərək sıradan çıxırlar. Təmirlər əsaslı olur. Sınaqdan keçirilir və yoxlanılır. Xüsusi olaraq kəlləçarx quyunun dibindən qaldırmaq, saxlamaq, yerdəyişmə etmək (sağ, sol) və quyudan çıxardıb kənara atmaq. Kəlləçarxın ağırlığı 1,5-2,5 ton, uzunluğu 1500mm-dən uzun, eni isə 1m-dən çox olur . Əsas detalları Polad markalı Polad 20,30,35-dən ibarətdir. Kəlləçarx tədricən nasaz olub, sıradan çıxır. Kəlləçarxların bütün növləri 6 aydan bir əsaslı təmirlə bütün hissələri sökülüb yığılır.
Beləliklə kəlləçarxın iş prinsipi trosun hərəkətə gətirilməsi ilə qaldırıb, endirib, saxlamaqdan ibarətdir. Kəlləçarx AZE-də istehsal olunur. Yük ağırlığı 5-50tona qədərdir.
Kəlləçarxın nasazlığı 3 aydan 6 ay intervalında kəlləçarx intensiv yeyilir. Yanaqcıqlar və troslar. Bununla iş prinsipi pozulur təhlükə yaranır. Aşağıdakı cədvəldə kəlləçarxın nasazlığı və imtinaları göstərilib. Hal-hazırda müxtəlif markalı UKB-5,10,15,25,30,50 müxtəlif konstruksiyalı kəlləçarxlar həm dənizdə, həm quruda, sənayedə geniş tətbiq edilir. Qeyd edək ki, istismar şəraitindən asılı olaraq kəlləçarxlar çox zaman ağır yükə görə qasnaqları və yastıqları tez sıradan çıxır. Qasnağın yuvacıqlarını bərpa edirlər (2mm qədər). Yastıqları isə hər dəfə yenisi ilə yəni təmirlisi ilə əvəz edirlər. Uzunmüddətli istismardan sonra kəlləçarx ayrı yox öz qülləsi ilə tam əsaslı təmirə göndərilir. Uzunömürlülüyü artırmaq üçün aşağıdakı detalları yenisi ilə əvəz edirlər:
Qasnaq
Yastıqalrın hamısını öz markası ilə dəyişirlər.
Trosu yoxlayıb qüsurları tapmaqla daha möhkəmliyə davamlı yeni trosla əvəz edirlər.
Bəzi hallarda qasnağın oxunu bərpa edib və ya yenisi ilə əvəz etmək tələb olunur.
Xırda detalları (bolt, qayka, haqla) və müxtəlif sancaqları yenisi ilə əvəz edib yığırlar.
Yığılmış kəlləçarx qüllə ilə sınaqdan keçirilib ( 1 gün ərzində) sonra isə bağlanaraq təhvil-təslim protokolu imzalanırş
Nəticə: Bütün növ kəlləçarxlar öz qülləsi ilə birlikdə istənilən ağır şəraitdə tab gətirərək nəzarətsiz 6 aya qədər təmirsiz işləyib öz funksiyasını keyfiyyətli və məhsuldarlıqla yerinə yetirilir.