Mühazirə Kəlləçarxın xarakteristikası


Mühazirə 5 Tal blokunun iş prinsipi



Yüklə 19,1 Kb.
səhifə2/3
tarix18.11.2022
ölçüsü19,1 Kb.
#69644
növüMühazirə
1   2   3
Mühazirə 5
Tal blokunun iş prinsipi
Tal bloku qaldırıcı sistemin tərpənən yeganə hissəsidir. Tal bloku kəlləçarxın trosuna və ya kanatına sarınaraq yükü irəli-geri, aşağı-yuxarı, sağa-sola döndərir. Tal bloku aşağıdakı əsas hissələrdən ibarətdir:

  1. Qasnaqlar sistemi (3dən 5ə qədər sayda)

  2. Yastıqlar bloku (sağ-sol)

  3. Ox sistemi

  4. Bərkidici bolt, qayka və həlqələr

  5. Sırğalar sistemi (tutqac)

  6. Yanaqcıqlar (sağ-sol)

  7. Ştiv (bərkidici və saxlayıcılar)

Tal blokunun iş prinsipi:
Tal bloku sadəcə olaraq qasnaqların köməyi ilə trosu fırladaraq yükləri aşağı yuxarı və 90 dərəcə qədər sağa-sola döndərir. Eyni zamanda tal bloku yükü ani vəziyyətdə saxlaya bilir. Bununla periodik olaraq istənilən yükü quyunun dibinə qədər istənilən sahəyə çatdırır.
Tal blokunun sxemi :

  1. Polad 40A hazırlanmış xüsusi qasnaq

  2. yanaqcıqlar

  3. diyircəkli yastığın sxemi (kəsiksiz)

  4. bərkidici oynaqlar (sağ-sol)

  5. tros və kanatın kəsiyi

  6. sol hissədə bolt, qayka birləşməsi

  7. sırğa xüsusi termiki emalla hazırlanmış sırğa (asqı)

Tal blokunun nasazlığı və imtinaları
Tal bloku 6 aydan sonra cari təmirə göndərilir (3-5 gün) 12 aydan sonra isə əsaslı təmirə göndərir (2-4 ay).
Tal blokunun nasazlıqları aşağıdakılardır:
1-ci qasnağın yuvası (1mm qədər)
2ci yastıqların səthlərinin yeyilməsi (35-40mk qədər)
3- ox sisteminin abraziv yeyilməsi (2mm qədər)
4- sırğanın çat verməsi, dağılması, qopması (12 aya qədər) dəyişilir.
5- oynağın intensiv yeyilməsi (1mm qədər)
6- bolt qayka sisteminin yivləri yeyilir və dağılır.
Tal bloku öz ağırlıq çəkisinə görə (0,5t_2,5t qədər) sənayenin bütün sahələrinin qaldırıcı momentlərdə tətbiq edilir. Hündürlüyü 1,5m. Uzunluğu 1m. Qalınlıq 0,5m. Eni 1m. Tal blokunun əsas detalları Polad 35L 40X və Polad 45-dən hazırlanır. Tal blokunun markalarından asılı olaraq yükqaldırma qabiliyyəti 2,5t-dan 50t-a qədər yükü qaldırıb yerdəyişmə verə bilir. Tal blokunun uzunömürlülüyü 8 ilə qədərdir.
Nəticə: Tal blokunun konstruksiyası mürəkkəb olsa da, onun hazırlanması xüsusi texnologiya tələb edir. Azərbaycanda istehsal olunur. Tal blokunun nasazlığı və imtinaları nəticəsində onu ya əsaslı təmirə, bərpaya ya da təkrar emala göndərilir. Sadə və mürəkkəb tal blokunun iş prinsipi, konstruksiyasl və xarakteristikasını verərək, onun normal rejimdə etibarlı və uzunömürlülüyü təmin edilir.
Mühazirə 3
Məlumdur ki, imtinalarda maşın hissələri tədricən dağılır. Ona görə də neft sənayesində bütün detalların imtinalarının təhlili aparılır. Uzun müddətli müşahidələrdən sonra mühəndislərin və mütəxəssislərin gəldiyi bir neçə nəticələr aşağıdakı cədvəldə tam əksini tapmışdır:
Bunları nəzərə alaraq neft avadanlıqları öz etibarlığını və uzunömürlülüyünü təmin edə bilər. Sənayedə imtinaları 3 qrupa bölürlər :

  1. Yavaş-yavaş dağılan (nasaz)

  2. Orta sürətli (1 neçə aylarla)

  3. İntensiv, yeksək sürətli detalların dağılması (ani və qısa müddətdə).

Aşağıdakı qrafikdə imtinanın intensivliyi və ya dağılması göstərilmişdir. Ən qorxulu zona III dür. Avadanlıq tam dağılır və yararsız olur, sıradan çıxır.
Ehtimal nəzəriyyəsinə görə
- avadanlığın dağılması ehtimalı
- avadanlığın istismar müddəti
Beləliklə, imtinanın təhlili və təsnifatı göstərir ki, bütün neft avadanlıqları həm resursunu həm də xidmətini tam başa çatdırır.


Yüklə 19,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin