Nasazlığın yaranmasının əsas səbəbləri Bir müddət istismardan sonra nasazlıq yəni qüsurlar əmələ gəlir. Bunun əsas səbəbi daxili və xarici amillərdən və ətraf mühitin təsirindən tam aslıdır. Nasazlığın aşağıdakı qrupları mövcuddur:
Avadanlıqların konstruksiyalarına görə (konstruktiv). Yəni düzgün hazırlanmayıb və quraşdırılmayıb.
Texnoloji. Yəni quraşdırdıqdan sonra normal işləməməsi, keyfiyyətsiz olması.
İstismar. İşləmə zamanı rejimin pozulması (təzyiq, temperatrur, sürət) və ətraf mühitin tədircən təsiri.
Misal üçün rotorlu nasoslar fasiləsiz gecə-gündüz işləyəndə nasazlıq görünür ki, bunu da aradan qaldırmaq mümkün olur. (Su pərlərinin sıradan çıxması, çarxın, valın əyilməsi, kipləndiricinin yeyilməsi, yastıqların dağılması və s.)
- sınaqdan və təcrübədən keçməsi
- (24-30 ay) normal iş rejimi
- dağılma həddi (30-48 ay)
Aparılan təhlillər göstərir ki, bütün neft avadanlıqları ağır iş şəraitində konstruktiv, istismar qaydası, texnoloji rejimi yerinə yetirildikdə öz etibarlılığını və uzunömürlülüyünü qoruyur.
Beləliklə, imtinaların və nasazlıqların yaranmasının əsas səbəbi keyfiyyətsiz detalların quraşdırılması, rejimin pozulması (təzyiq, temperatur), xidmət (təmir) ən vacib məsələlərdən biri olub, nasazlıqları aradan qaldıra bilir.