MüNDƏRİcat giRİŞ



Yüklə 466,04 Kb.
səhifə1/8
tarix19.05.2023
ölçüsü466,04 Kb.
#118101
  1   2   3   4   5   6   7   8
Kurs işi son variant


AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ İQTİSADİYYAT


FAKÜLTƏSİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR KAFEDRASI

Beynəlxalq münasibətlər tarixi fənnindən


“XX əsrin əvvəllərində Balkan böhranı və onun beynəlxalq vəziyyətə təsiri”
Mövzusunda

IV kurs tələbəsi İsrafilov Fərzulla Rasim


K U R S İ Ş İ

Elmi rəhbər: s.e.f.d. Q.H. Məmmədov
Kafedra müdiri: prof. A.N. Abbasbəyli

B A K I – 2021


MÜNDƏRİCAT


GİRİŞ 3
I FƏSİL. XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BALKAN BÖHRANININ ƏSAS SƏBƏBLƏRİ VƏ I BALKAN MÜHARİBƏSİ.
1.1 Balkan dövlətləri arasında birliyin qurulması 7
1.2 Balkan savaşlarına gedən yol və I Balkan müharibəsi 13
NƏTİCƏLƏRİ.'>II FƏSİL. 1913-CÜ İL BALKAN SAVAŞI VƏ BU SAVAŞLARIN BEYNƏLXALQ NƏTİCƏLƏRİ.

    1. London anlaşması(1913) və II Balkan savaşının başlanması 19

    2. Balkan savaşının nəticələri və bu savaşların beynəlxalq vəziyyətə təsiri 25

NƏTİCƏ 29
ƏDƏBİYYAT SİYAHISI 32
ƏLAVƏLƏR 34

Giriş
Avropa qitəsinin cənub-şərq hissəsində, İtaliya yarımadasının şərqində, Anadolunun qərbində və şimal-qərbində yerləşən Balkan yarımadası zəngin və bir o qədərdə qarışıq tarixə malikdir. Qədim dövrlərdən bu regionun ölkələri ayrı-ayrı krallıqların və imperiyaların tərkibində olmuş, müstəqillik üçün mübarizələri isə çox sonra baş vermişdi.
XIV yüzilliyin ortalarında Osmanlı türklərinin Çimbə qalasını alaraq Ruməliyə keçid əldə etmələri Balkanların tarixində olduqca önəmli hadisələrdən biri idi. Fatih Sultan Mehmetdən başlayaraq bir çox Osmanlı hökümdarlarının Balkan dövlətlərini Osmanlının sərhədlərinə daxil etmə planları uğurlu olmuş və region ölkələri uzun müddət Osmanlı İmperiyasının sərhədləri daxilində idilər. Ümumiyyətlə, Osmanlı türk ordusunun Balkanlardakı ən uğurlu addımları, 1453-cü il Fatih Sultan Mehmetin İstanbulu fəth etməsi və bu region ölkələrinə keçid əldə etməsi ilə başladı.
Məhz bu tarixdən sonra, başqa dövlətlər Osmanlının Balkan dövlətlərinə keçid yolunun açılmasından narahatlıq güdərək, dəfələrlə bu torpaqlara hücum edib Osmanlı türklərini uzaqlaşdırmaq istədilər. II Muradın hakimiyyəti dövründə(1421-1444 və 1446-1451) Balkan torpaqlarında belə hadisələrdən daha çox yaşandı. Belə ki, Macar kralı Hunaydi, Balkanlara üçüncü dəfə girsə də, 1448-ci ilin 17-20 oktyabrında Kosovada məğlub edilmişdi.
II Kosova müharibəsi başa çatdıqdan sonra həm Balkanların, həm də digər dövlətlərin bu regionda Osmanlı hakimiyyətinə qarşı dirənişi qəti olaraq sonlanmışdı. XVII yüzilliyin sonlarına qədər, xüsusilə Osmanlı türklərinin Vyananı ikinci dəfə mühasirəyə almasına qədər regiondakı vəziyyət sabit sürmüşdü. 1699-cu ildə Karlofca müqaviləsini imzalayan Osmanlının Orta Avropanın böyük bir hissəsində nəzarəti sona çatdı. Bu müqavilənin imzalanması Balkan dövlətlərinin də, müstəqilliyə olan ideyalarını yenidən alovlandırdı. XVIII əsrdən etibarən Çar Rusiyası belə durumlardan istifadə etmiş və Balkanları Osmanlıya qarşı doldurmaqla onlara hər cür dəstəyi göstərmişdi. Xüsusilə XIX əsrin sonu XX əsrin əvvəllərində bu regionun çoxsaylı xalqları tərəfindən Osmanlıya qarşı çoxsaylı üsyanlar oldu. Fransız ixtilafından sonra xüsusilə Avropada meydana gələn millətçilik hərəkətləri və bu sahədə Avropa dövlətlərinin Balkan dövlətlərinə tez-tez müdaxiləsi nəticəsində Osmanlı dövləti Balkanlarda olduqca çətin bir vəziyyətə düşdü. 1877-1878-ci ildə serblər Rusiya-Osmanlı müharibəsindən istifadə etməklə bir çox əraziləri ələ keçirdi. Oxşar olaraq Yunanıstan, 1881-ci ildə Osmanlının nəzarət etdiyi Tesaliyanı tutur. Nəticədə, Osmanlının digər Avropa dövlətləri ilə apardığı müharibələrdən zəiflədiyini görən Balkanlar Osmanlıya qarşı cəbhə alaraq müharibəyə başlamışdılar.

Yüklə 466,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin