MüNDƏRİcat giRİŞ



Yüklə 466,04 Kb.
səhifə3/8
tarix19.05.2023
ölçüsü466,04 Kb.
#118101
1   2   3   4   5   6   7   8
Kurs işi son variant

Mövzunun tarixşünaslığı. M.B. Fətəliyevin, “Türkiyə, Yunanıstan və Böyük dövlətlər birinci dünya müharibəsi ərəfəsində və illərində” adlı əsərində Balkan müharibələrinə qədərki beynəlxalq vəziyyət araşdırılır. A.H.Hacıyevanın, “Beynəlxalq münasibətlər tarixi(1871-1919)”, M.Ə.Baxışovun, “Beynəlxalq münasibətlər tarixi (1871-1918)” və “S.Mustafayeva, Z.Cavadova, Birinci dünya müharibəsi dövründə beynəlxalq münasibətlər”, dərsliklərindən isə, müharibənin gedişi, həmçinin müharibəyə Böyük dövlətlərin münasibəti və beynəlxalq vəziyyət tədqiq edilir.
Digər tərəfdən, türk dilli “Siyasi tarix” dərs vəsaitlərindən istifadə etməklə müharibəyə qədər Balkan dövlətlərinin Osmanlı imperiyasındakı vəziyyəti və müharibədən sonrakı dövr araşdırılır.
Bundan başqa, kurs işinin yazılmasında ingilis dilli ədəbiyyat və internet resursları vasitəsilə əlavə məsələlərə toxunulur.
Işin strukturu. Kurs işi giriş, iki fəsil, hər fəsilə uyğun olaraq iki yarımfəsil, nəticə və ədəbiyyat siyahısı olmaqla 35 səhifədən ibarətdir.


I fəsil. XX əsrin əvvəllərində Balkan böhranının əsas səbəbləri və I Balkan müharibəsi

    1. Balkan dövlətləri arasında birliyin qurulması

XX əsrin əvvəllərində Balkanlar Osmanlı dövlətinin ən gərgin və kritik yerlərindən birisi halına çevrilmişdi. Buna Balkan dövlətlərinin bölgədəki əməlləri, Böyük dövlətlərin bu region ölkələrinə olan maraqları və nəhayət by dövlətlərin qışqırtmaları ilə bölgədəki toplum xalqların çoxsaylı üsyanları önəmli rol oynayırdı. II Məşrutiyət dönəmində Böyük dövlətlər, Balkanlarda kökləri XIX əsrə, hətta daha əvvəlki dövrlərə dayanan və getdikcə daha çox artan Balkan xalqları arasında mübarizəyə dayanırdı. Burada baş qaldıran gərginliklərin əsas səbəbi, bu xalqların öz xarici siyasətində maraqlarının özləri tərəfindən təmin etmə istəyi idi. Xüsusilə 1908-ci ildə Avstriyanın Bosniya-Hersoqovinanı rəsmən öz protektorluğuna qatması, Bolqarıstanın müstəqilliyini elan etməsi, Boğazlar və Osmanlı dövləti üzərində alman nüfuzunun genişlənməyə başlaması və bir çox səbəblərdən iki bloka ayrılmış Avropa dövlətləri arasındakı rəqabət Balkanlardakı vəziyyəti daha da şiddətləndirdi.
Ümumi olaraq, “Şərq məsələsinin” gərgin bir dönəmə girdiyi vaxtda, Balkan dövlətləri də əslində dağılmaqda olan Osmanlı imperatorluğundan öz mənafeləri üçün istifadə edərək, Osmanlıya qarşı düşmən münasibət bəsləyirdilər. Həmçinin Böyük dövlətlər hələ də, Osmanlı dövlətinin idarəsində olan Balkanlarda yaşayan rum, serb, bolqar kimi xalqları öz idarələri altına almaq istəyirdilər. Lakin Balkan dövlətlərinin buradakı əsas məqsədi Osmanlı İmperiyasının Avropada qalan son torpaqlarını, yəni Balkanları ələ keçirmək idi. Bunun üçün başqa dövlətlərin vasitəçiliyi ilə ittifaq qurulması vacib idi. Lakin Balkan dövlətlərinin öz aralarında müəyyən mübahisəli məsələlər hökm sürürdü.
Bu dövlətlər arasında ayrılıqlara və eyni problemlərin olmasına baxmayaraq, Osmanlı dövlətinin daxili siyasi həyatında böyük problemlərlə mübarizə aparmağa məcbur qalması, Osmanlı ilə İtaliya arasında Trablusqar müharibəsinə başlaması, Osmanlının hərbi və maliyyə cəhətdən çətin vəziyyətə düşməsi və Avropada bu savaşın nəticəsində meydana gələn güclər balansındakı təkmilləşmələr, Rusiyanın iştirakı ilə Balkan dövlətləri arasında birliyin qurulması işinin tətbiq olunmasına səbəb oldu. Xüsusilə Trablusqar savaşında Osmanlı dövlətinin dənizlərdə böyük itkilərə məruz qalması və dəniz üstünlüyünü əlində saxlayan italiyalıların osmanlı gəmilərini Mərmərə dənizində mühasirəyə alması Balkan dövlətlərinə, Osmanlı dövləti əleyhinə hərəkətə keşçməyə cəsarət verdi və şərait yaratdı.
Rus diplomatiyası fəal sürətdə Balkan ittifaqının yaradılmasına maraqlı olduğu üçün bu dövlətlər arasında vasitəçilik etməklə ittifaqın yaradılmasında xüsusi rol oynadı. Lakin Çar Rusiyası bu ittifaqa Osmanlıya qarşı mübarizədən daha çox Almaniya və Avstriya-Macarıstan imperiyasına qarşı silah vasitəsi kimi baxırdı. Belə ki, Rusiya Osmanlıya bu ittifaqa qoşulmağı təklif belə etmişdi. Lakin Osmanlının bu ittifaqa qoşulmasına mane olan bir neçə səbəb var idi.
Birincisi, Osmanlı Dövləti o zamanlar Almaniyanın təsiri altında idi. İkincisi, Bolqarıstan Osmanlının bu ittifaqa qoşulmasına qarşı idi, hətta dəstəkləmirdi. Çünki Osmanlının ittifaqa daxil olmaması, Bolqarıstanın qazanacaqlarını daha da artırırdı. Üçüncüsü, Peterburqda Balkan yarımadasında xristian dövlətlərinin birləşməsi ideyasının irəli sürülməsi idi. Bunun təşəbbüskarı isə Serbiyanın nümayəndəsi Qartviq idi. Digər tərəfdən Serbiya çalışırdı ki, Avstriya-Macarıstana qarşı mübarizə aparsın. Serbiya bu işdə Bolqarıstan və Yunanıstanı öz yanına çəkmək niyyətində idi, lakin bu mümkün olmamışdı.
Balkan ittifaqının yaradılmasını çətinləşdirən ən başlıca amil Makedoniyanln Serbiya, Bolqarıstan və Yunanıstan arasında bölüşdürülməsi barədə razılığa gəlməmək idi. Osmanlının mirasının, yəni Albaniyanın bölüşdürülməsi də, digər çətinliklərin yaranmasına səbəb olurdu. Serbiyanın əsas məqsədi, Albaniya torpaqlarını işğal etmək və Adriatik dənizinə çıxış əldə etməklə, dənizə çıxışı olan Serbiya dövlətinin yaradılması arzusuna nail olmaq idi. Lakin Avstriya-Macarıstan imperiyası Serbiyanın bu istəyinin reallaşmasına imkan vermirdi. Avstriya-Macarıstan isə gələcəkdə bu məsələ haqqında yaranacaq problemin həllində özünə müttəfiq axtarırdı və o, İtaliyaya yaxınlaşmaq niyyətində idi. Lakin İtaliyanın Adriatik dənizinə, həmçinin Albaniya torpaqlarını tutmağa olan marağının Avstriya-Macarıstanın maraqları ilə toqquşması buna imkan vermədi.
Balkanlar arasında ilk yaxınlaşma 1910-cu ildə Yunanıstanın iştirakı ilə oldu. Amma bu yaxınlaşma təklifinin hərbi yöndən düşünülməmiş bir hərəkət olması uğursuzluqla nəticələnməsinə səbəb oldu. Bundan sonra Yunanıstan hərbi sənayesini daha da inkişaf etdirməklə Balkan dövlətlərini yenidən ittfaq qurmağa çağırdı. İlk təklifi də, gizli şəkildə Bolqarıstana etdi. Lakin Bolqarıstanın Yunanıstana olan güvənsizliyi səbəbindən, heç bir tərəf irəli addım atmadı.
Bu zaman Osmanlı dövləti ilə Yunanıstan arasında Qrit adası uğrunda mövcud problem yeni bir müharibəyə yol açacaq qədər gərgin idi. Bu səbəbdən Yunanıstan savaşa hazırlıq mərhələsində idi. Çar Rusiyası 1911-ci ildə ikinci Fas böhranından çıxmasından və İtaliyanın Trablusqara hücum etməsindən istifadə edərək, daha əvvəl müvəffəq ola bilmədiyi Boğazların Rusiya üçün açılması məsələsini yenidən gerçəkləşdirməyə başladı. Lakin başda müttəfiqi İngiltərə olmaqla, digər dövlətlər ilə Osmanlının qarşı qoyması üzərinə Çar Rusiyası yenə istəyinə nail ola bilmədi. Bunun üçün Rusiya Balkan dövlətlərinə yaxınlaşmağa və Balkan ittifaqının qurulmasına xüsusi önəm verərək bu dövlətləri Osmanlıya qarşı qaldırmağa başladı. İttifaqın yaradılması ətrafında danışıqlar Serbiyanın təşəbbüsü ilə başladı. 1911-ci ilin aprelində Serbiya hökuməti Bolqarıstan səfirinə, “Makedoniyanı istədikləri kimi təsir dairəsinə bölmək” haqqında saziş bağlamağı təklif etdi. Bu saziş Osmanlıya qarşı hərbi sahədə birlikdə çıxış etmək üçün əsas ola bilərdi. Çar Rusiyası Serbiyanın bu təklifini bəyənsə də, Bolqarıstan hökuməti bununla razılaşmadı.
Ümumiyyətlə, Rusiyanın Balkan ittifaqının yaradılmasında müsbət maraqları olsa da, riskləridə vardı. Belə ki, Serbiya Bolqarıstanla razılığa gəlib Osmanlıya qarşı müharibəyə başlayarsa, onda Almaniya və Avstriya-Macarıstan da müharibəyə qoşula bilərdilər. Rusiya isə slavyan xalqlarını müdafiə etmək üçün müharibəyə qoşula bilərdi. Lakin Rusiya hərbi qüvvələrinin bərpa edilməsi və yenidən qurulması planını tamamlamamışdı.
1911-ci ilin payızında Serbiya və Bolqarıstan arasında aparılan danışıqlar nəticəsiz qaldı. 1911-ci ilin noyabr ayının ikinci yarısında Serbiya kralı və Milovanoviç Parisdə bir araya gəldilər. Milovanoviç tərəfindən irəli sürülən mübahisəli zonalar və Rusiyanın arbitr olması ideyası, Sofiya tərəfindən rəğbətlə qarşılanmadı. Nəticədə hər iki tərəf mübahisəli məsələlərin həlli üçün vasitəçi olmadan danışıqlara başlamaq barədə razılığa gəldilər.
Danışıqların sonunda, 1912-ci ilin 13 mart tarixində Bolqarıstan ilə Serbiya arasında “Dostluq və ittifaq” müqaviləsi imzalandı. Bu müqaviləyə görə:

  1. Bolqarıstan və Serbiya hökuməti bir-birilərinin müstəqilliyini və ərazi bütövlüyünü tanıyır və tərəflərdən biri hücuma məruz qaldığı zaman digər dövlət ona bütün gücüylə kömək edəcək

  2. Böyük dövlətlərdən biri, daimi və ya geçici olaraq Osmanlı suverenliyindəki Balkan torpaqlarından bir qismini belə ələ keçirməyə çalışsa, tərəflərdən biri bunu öz dövlətinin maraqlarına zidd kimi görəcək və bu, müharibəyə aparacaq məsələyə çevrilərsə digəri ona dərhal yardım göstərəcək

  3. Bu müqavilə ilı 2 ay ərzində imzalanacaq hərbi müqavilə 31 dekabr 1920-ci ilə qədər qüvvədə olacaq

  4. Osmanlı dövlətində daxili problemlər artarsa və bunun sonunda Balkan status-kvosu təhlükəyə düşərsə, bu durum qarşısında hərbi cəhətdən kömək etmək gərəyi görən dövlət digərinə düşüncəsini bildirməli və Rusiyanın razılığı ilə həmin tərəf müharibə elan edəcək

  5. Osmanlı dövləti ilə savaş zamanı əldə ediləcək torpaqlar iki dövlət arasında paylanacaq. Lakin Şar dağları ilə Rodoplar arasındakı torpaqların bölünməsi Rusiyanın hakimliyi ilə həyata keçiriləcəkdi.

Müqavilədən aydın görünür ki , Bolqarıstan və Serbiya bir birilərinin ərazi bütövlüyünü tanımaqla, Osmanlı dövlətinə qarşı müharibənin başlanmasının ilk pilləsini tamamlamaqla birləşdilər. Bu müqavilənin imzalanmasından sonra, yəni 1912-ci il 12 may tarixində Bolqarıstan və Serbiya arasında hərbi müqavilə imzalandı. Eyni zamanda, 1912-ci ilin 1 iyulunda hər iki tərəfin Baş Qərargahları arasında yeni müqavilələr imzalandı.
Bolqarıstan Serbiya ilə razılaşdıqdan sonra daha əvvək istəyini geri çevirdiyi Yunanıstanla yaxınlaşmaq istədi. Bu zaman ilə Bolqarıstan 1878-ci ildə Ayastafonas müqaviləsi əsasında qurulan geniş sərhədlərini unutmayan Yunanıstan ilə münasibətl
Yüklə 466,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin