1.Ekoloji amil, növləri Ekoloji amil elə bir mühit şəraitidir ki, orqanizm həmin mühitə uyğunlaşma reaksiyası verir. Ekoloji amillər abiotik (cansız) və biotik (canlı) olurlar.
Abiotik amillər – hava (işıq, hərarət, nəmlik, havanın hərəkəti, təzyiq); edafik (mexaniki tərkib, sıxlıq, rütübət tutumu, torpağın havakeçiriciliyi); oroqrafik (relyef, dəniz səviyyəsindən yüksəklik); kimyəvi (havanın qaz tərkibi, suyun duzluluq tərkibi, torpağın turşuluğu).
Biotik amillərə - fitogen (bitkinin təsiri); zoogen (heyvanat aləminin təsiri); mikrobiogen; antropogen (insanın fəaliyyəti) daxildir. Canlı orqanizm bu amillərin müəyyən qiymətlərində yaşaya bilər. Bu amillərin dəyişmə intervalları nə qədər geniş olarsa, orqanizmin yaşaması üçün əlverişli şərait yaranır.
2.Statistik üsul - tezlik və ağırlıq düsturları 1. Statistik üsul – bu üsul qeydiyyatdan keçmiş bədbəxt hadisələrin analizinə əsaslanır. Bu üsul istənilən istehsalat müəssisəsində travmatizmin səviyyəsini xarakterizə edir.
Statistik üsul müəssisənin ayrı-ayrı bölmələrində (sexlərində) bədbəxt hadisələrin baş verməsinin xarakterini və səbəbini müəyyən etməyə imkan verir. Yalnız bədbəxt hadisələrin sayına görə müəssisənin texniki təhlükəsizliyini dəqiqləşdirmək mümkün deyil, orada çalışan işçilərin sayı və iş günlərinin sayını da nəzərə almaq lazımdır. Ona görə də, müqayisəli nəticələri əldə etmək üçün zədələnmələrin tezlik və ağırlıq kimi nisbi göstəricilərini təyin etmək lazımdır.
Zədələnmənin tezlik göstəricisi (Kt) hesabat dövründə hər 1000 nəfər işçiyə düşən zədələnmənin sayı ilə müəyyən edilir:
, (1)
A – hesabat zamanı müəyyən zaman kəsiyində baş vermiş zədələnmənin sayı;
B – hesabat dövründə işçilərin orta sayıdır.
Zədələnmənin tezlik göstəricisi hər bir zədələnməyə müvafiq olan itirilmiş iş günlərinin sayıilə müəyyən edilir
, (2)
- hesabat dövründə işçinin iş qabiliyyətini itirdiyi iş günlərinin sayı;
A – həmin dövrdə zədələnmənin sayıdır.