5.İstixana effekti necə yaranır Atmosferin tərkibini və yer səthinin xassələrini dəyişməklə atmosferə və hidrosferə istilik verilməsini süni yollarla artırmaqla insan planetin iqliminə daha çox təsir göstərir. Xüsusi ilə də atmosferdə karbon qazının (CO2) artması böyük əhəhmiyyət kəsb edir. Bu isə karbon qazının atmosferdə uzun müddət qala bilməsilə əlaqədardır.
Bu hadisənin nəticəsində atmosferin aşağı qatlarında dəyişiklər baş verir və onunla əlaqədar olaraq atmosferdə hava cərəyanının və yağıntıların miqdarı dəyişir. Bu isə öz növbəsində kənd və meşə təsərrüfatına, balıqçılıq və energetikaya mənfi təsir göstərir. Ümumi planet miqyasında təbiətin və mühitin taleyi üçün ən böyük təhlükə “istixana effektı”ilə əlaqədardır. Bu effekt insan tərəfindən üzvi yanacaqlarının yandırılmasının nəticəsidir. Belə ki, atmosferin aşağı qatlarında (troposferdə) yanacağın yanmasından alınan karbon qazının toplanması ekran rolunu oynayır və yer səthindən uzundalğalı günəş şualarının geri qaytarılmasına mane olur və planetin temperaturunun artmasına səbəb olur. Bu effektə təsir edən ən bacib amil – günəşlə müəyyən edilən yerin istilik balansının pozulmasıdır. Normal halda təbiətdə “yer – günəş” sistemi müvazinətdədir. Yəni bu sistem verdiyi qədər də enerji alır.
Troposferdə karbon qazı, metan qazı və s. toplanıb “istixana effekti” yaradır. Bu halda troposfer istixananın üstünün qapağı rolunu oynayır. Bu qapaq – qaz qatı yer səthinə çoxlu miqdarda günəş şuaları buraxır və yerdən əks olunan şuaları yuxarı buraxmır. Buna “istixana effekti” deyilir. Bu effekti yaradan səbəblər aşağıdakı qazların troposferdə miqdarının artmasıdır.
Karbon qazı – 50% Metan – 19% Xlorflor karbon – 17% Atmosfer ozonu – 8% Azot oksidlər – 4% Su buxarları – 2% 6.Bədbəxt hadisə İstehsalat prosesi ilə əlaqədar olaraq insan orqanizmində qəflətən gedən dəyişikliklər istehsalat zədələnmələri yaxud bədbəxt hadisə adlanır.