İnsan ətraf mühit



Yüklə 18,11 Kb.
tarix27.03.2020
ölçüsü18,11 Kb.
#30723
HFT-1

İnsan - ətraf mühit” sisteminin məqsədləri

Ətraf mühit - insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogenmaddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir.

Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqlari mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır.

Müasir elmin koməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyekləridir.

Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar.

 

Ətraf mühitin növləri



İntral (daxili) mühit

Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti

 

Ekzal mühit

Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit;



Biosenotik mühit

Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.



Aqressiv mühit

Təmasda olduğu elementə dağıdıcı təsir göstərən mühit;



Dispers mühit

Dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers faza paylanır;



Turş mühit

Hidrogen göstəricisi (pH) 7-dən aşağı olan mühit;



Susuz mühit

Tərkibində su olmayan və ya həlledici komponent kimi su olan mühit;



Neytral mühit

Hidrogen göstəricisi (pH) 7- yə bərabər olan mühit;



Qida mühit

Mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq;



Təbii mühit

Texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir hissəsi;



Qələvi mühit

Hidrogen göstəricisi (pH) 7- dən artıq olan mühit;

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.  Ətraf mühit deyərkən - insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədar insanların fəaliyyəti nəticəsində yaradılmışdır. 
Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. 
Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum iki əsas məsələni həll etməli olur: özünün qidaya, suya və havaya olan tələbatını təmin edir; məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir. 
Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. 

Əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrindən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən isə neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklər nəticəsində müasir dövrdə son dərəcə ekoloji problemlər artmışdır. Bu problemlərin artmasının ilk əsas səbəbi müxtəlif sahələrin olduqca inkişaf etməsidir. Digər səbəb isə antropogen fəaliyyətin və təsirin mövcudluğudur. 


Son zamanlar antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür edilir: Meşələrin məhv edilməsi, yaşıllıqların qırılması; Atmosferdə parnik effekti yaradan toz və qazların toplanması nəticəsində istilik balansının dəyişməsi və qlobal istiləşmənin yaranması; Ozon təbəqəsinin ildən-ilə nazikləşməsi və ozon deşiklərinin yaranması; Torpağın deqradasiyası (şorlaşma, eroziya, münbitliyin aşağı düşməsi və s.); Torpaqda, suda, havada zərərli maddələrin toplanması; Okean səviyyəsinin qalxması; Bitki və heyvanların (flora və fauna) məhv edilməsi; Zərərli fiziki sahələrin intensivliyinin yüksəlməsi (elektromaqnit sahə, səs-küy çirklənməsi və s.); Müəyyən qism sadalananlara istinad edərək təbii fəlakətlərin sayının artması; Həyatın keyfiyyətinin aşağı düşməsi (immun sistemi, genetik sistem və s.).
Havanın kimyəvi tərkibinin çirkləndirilməsi və zəhərləndirilməsi ilə mübarizə tədbirləri sisteminə havanın qorunması deyilir. Bunun üçün nüvə silahları sınağını dayandırmaq, atmosfer havasının qorunması haqqında bütün ölkələrin qəbul etdikləri qanunlara əməl edilməsi, havanı çirkləndirən və zəhərləyən istehsal prosesləri texnologiyasını təkmilləşdirmək, sanitar-epidemioloji xidmətdən geniş istifadə etmək, qalıqsız və ya az qalıqlı işləyən prosesləri yaratmaq və s. lazımdır. 
Torpağın əsas xassəsi onun məhsuldar olmasıdır. Lakin radioaktiv maddələr, eroziya, şorlaşma, bataqlaşma və s. onun məhsuldarlığını azaldır. Bu isə onun çirklənməsi deməkdir.Torpağın qorunması sahəsində mühüm tədbirlər: torpaqdan düzgün istifadə edilməsi haqqında əsasnamələrin tətbiqi, torpaq kadastrının tərtibi, torpağın məhsuldarlığını aşağı salan proseslərin qarşısının alınmasının həyata keçirilməsi, torpağa gübrə verərkən elmi dəlillərə əsaslanmaq, torpağa aqrotexniki qulluğun təkmilləşdirilməsi və s. 
Su həyatın mənasıdır. Orqanizmdə gedən bütün proseslər su ilə əlaqədardır. Suyun qorunması dedikdə, su haqqında dövlət əsasnaməsinə əməl edilməlidir. Suyun öz-özünə təmizləmə mexanizmini qoruyub saxlamaq, çirkli suların müasir texnika ilə təmizlənməsi, qalıqsız istehsal texnologiyasının inkişafı və s. tədbirlərə əməl edilməsi çox vacibdir. 
Bunlardan əlavə, bitkilərin qorunmasına ciddi əhəmiyyət verilməlidir. Fotosintezsiz həyat mümkün deyil. Deməli bitkilərsiz yaşamaq olmaz. Fotosintez edən heç bir bitkiyə zərərli demək olmaz. Meşələri qorumaq məqsədi ilə, meşə haqqında dövlət qanununa əməl edilməli, qırılmış meşələrin bərpası, meşə yanğınlarına qarşı mübarizəni gücləndirməli, "Qırmızı kitab"a daxil edilmiş bitkiləri qorumalıyıq. 
Heyvanlar aləminin praktik əhəmiyyəti çox müxtəlifdir. Heyvanların müsbət əhəmiyyətindən danışsaq, heyvan qida zəncirində iştirak edir, onların ətindən, dərisindən və s. müxtəlif sahələrdə geniş istifadə edilir. Bəzi heyvanlar təbiətin sanitarlarıdır. Məhz buna görə də heyvanların qorunması haqqında qanuna əməl edilməli, ovçuluq cəmiyyətinin əsasnaməsinə riayət olunmalı, "Qırmızı kitab"a daxil edilmiş heyvanların qorunmasına ciddi nəzarət olunmalıdır.

"İnsan-ətraf mühit" sistemi


Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum is məsələni həll etməli olur:

  • özünün qidaya, suya və havaya olan tələbatını təmin edir;

  • məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir.

Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə, öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklərə:

  • Yer əhalisi sayının yüksək artım sürəti (demoqrafik partlayış) və onun urbanizasiyası;

  • istehlak artımı və enerji mənbələrinin təmərküzləşməsi;

  • sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişafı;

  • nəqliyyat vasitələrindən kütləvi istifadə;

  • hərbi məqsədlərə və digər proseslərə xərclərin artımı səbəb oldu.



Ətraf mühit üzrə BMT-nin proq­ram; - UNEP (United Nation Environment Proqram)


BMT-nin ətraf mühit üzrə (1972) Stokholm Konfransının təşəbbüsü və BMT Baş Assambleyasının qərarına (1973) əsasən başla­nan Dövlətlərarası Proqram, müasir ekoloji böh­ranın daha gərgin problemlərinə həsr olunmuşdur: planetin səhralaşması, torpağın deq­radasiyası, Yer kürəsinin meşəsizləşdirilməsi, şirin suların keyfiyyətinin kəskin pisləşməsi və miqdarının azalması, Dünya okeanının çirklənməsi və s. Proqramda dünyanın 58 dövlətinin nümayəndəsi iştirak edir, BMT-nin Baş Assambleyası tərəfindən üç ildən bir seçilir, UNEP-in mənzil ştabı Nayrobidə (Keniya) yerləşir.
Ədəbiyyat

https://az.wikipedia.org/wiki/%C6%8Ftraf_m%C3%BChit

https://www.ens.az/az/etraf-muhit

https://www.bizimyol.info/news/50099.html



kayzen.az
Yüklə 18,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin