Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?



Yüklə 1.75 Mb.
səhifə1/18
tarix26.11.2016
ölçüsü1.75 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18
Qastroentrologiya

1) Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?

A) 20-40 sm

B) 10-20 sm

C) 15-25 sm

D) 20-25 sm

E) 20-35 sm


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.14
2) Aşağıdakılardan hansı qida borusunun boyun hissəsinin qanla təchizatında iştirak edir?

A) Döş aortasının qida borusu şaxəsi

B) Yuxarı qalxanabənzər arteriya

C) Aşağı diafraqmal arteriya

D) Sol mədə arteriyası

E) Aşağı qalxanabənzər arteriya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.15
3) Qida borusunun divarında hansı qişa yoxdur?

A) Selikaltı qat

B) Əzələ qişası

C) Adventisial qişa

D) Selikli qişa

E) Seroz qişa


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.15
4) Sağlam insanlarda sakit vəziyyətdə aşağı qida borusu sfinkterinin toniki təzyiqi nə qədərdir?

A) 0-10 mm c. st

B) 10-30 mm c. st

C) 30-50 mm c. st

D) 30-40 mm c. st

E) 5-10 mm c. st


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.17
5) Qida borusunun klirensi dedikdə nə başa düşülür?

A) Qida borusunun peristaltikası

B) Qida borusunun özünü qidadan təmizləməsi

C) Qida borusunun diffuz spazmı

D) Yuxarı qida borusu sfinkterinin tonusunun azalması

E) Udma aktının pozulması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.17
6) Mədənin giriş dəliyi necə adlanır?

A) Kardial

B) Subkardial

C) His küncü

D) Antrum

E) Z- xətti


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.19
7) Aşağıdakılardan hansı mədənin anatomik təsnifatına daxil deyil?

A) Mədənin cismi

B) Mədənin tağı

C) Kardial hissə

D) Mədənin dibi

E) Pilorik hissə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.19
8) Mədənin çox hissəsi qarın boşluğunun hansı hissəsində yerləşir?

A) Sol qabırğaaltı nahiyyədə

B) Sağ qabırğaaltı nahiyyədə

C) Qarının sağ yarısında

D) Göbək nahiyyəsində

E) Epiqastral nahiyyədə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.21
9) 12-barmaq bağırsaq anatomik olaraq neçə hissədən ibarətdir?

A) Üç


B) Dörd

C) Bir


D) Beş

E) Iki
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.22


10) Mədə və 12-barmaq bağırsağın divarında aşağıdakı hansı qişa yoxdur?

A) Selikli qişa

B) Əzələ qişası

C) Seroz qişa

D) Selikaltı qat

E) Adventisial qişa


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.24
11) Mədə vəziləri mədə divarının hansı qatında aşkarlanır?

A) Selikli qişanın səthində

B) Əzələ qatında

C) Selikaltı qatda

D) Selikli qişanın xüsusi lövhəsində

E) Seroz qişada


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25
12) Mədə selikli qişasının stroması hansı funksiyanı yerinə yetirir?

A) Dayaq


B) Müdafiə

C) Hərəki

D) Sekretor

E) Regenerator


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25
13) Bağırsaq borusunun daxili inervasiyası aşağıdakılardan hansının vasitəsilə baş verir?

A) Avtonom fəaliyyət göstərən xüsusi sinir kələfi

B) Parasimpatik sinir sistemi

C) Simpatik sinir sistemi

D) Periferik sinir ucları

E) Günəş kələfi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.25
14) Pepsinin təsiri altında mədənin yerinə yetirdiyi əsas funksiya aşağıdakılardan hansıdır?

A) Motor-evakuator

B) Anbar

C) Karbohidratları parçalamaq

D) Zülalları parçalamaq

E) Yağları parçalamaq


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.26
15) Mədə sekresiyasının tənzimlənməsində aşağıdakılardan hansı rol oynayır?

A) Mərkəzi sinir sistemi

B) Periferik sinir ucları

C) Parasimpatik sinir sistemi

D) Simpatik sinir sistemi

E) Avtonom sinir kələfi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.26
16) Aşağıdakılardan hansı mədənin endokrin hüceyrələrinə aid deyil?

A) D- hüceyrələr

B) Enteroxromaffinə bənzər

C) Parietal

D) Enteroxromaffin

E) G- hüceyrələr


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.30
17) Aşağıdakılardan hansı G- hüceyrələrinə tormozlayıcı təsir göstərir?

A) Mədənin antral hissəsində pH-ın 3-dən aşağı düşməsi

B) Mədənin antral hissəsinin mənfəzində pH yüksəlməsi

C) Asetilxolin

D) Mədənin mənfəzində aromatik aminturşular

E) Qastrin- relizing peptid


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.33
18) G- hüceyrələrinin sayı mədənin hansı hissəsinin selikli qişasında daha çoxdur?

A) Antral

B) Subkardial

C) Dibi


D) Mədə cismi

E) Kardial


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.33
19) D- hüceyrələrə aşağıdakılardan hansı blokadaedici təsir göstərir?

A) Asetilxolin

B) Peptidlər

C) Xolesistokinin

D) Antral şöbədə pH-3 olması

E) Qastrin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.34
20) Xolesistokinin əsasən hansı orqanın hormonudur?

A) Mədəaltı vəzin

B) Böyrəküstü vəzin

C) Qalxanabənzər vəzin

D) 12-barmaq bağırsağın

E) Hipofizin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.29
21) Xolesistokininin ifrazını aşağıdakılardan hansı artırır?

A) Zülallar

B) Karbohidratlar

C) Mineral sular

D) Vitaminlər

E) Yağlar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.29
22) Mədə selikli qişasında prostaqlandinləri əsasən hansı hüceyrələr ifraz edir?

A) Bürüyücülər

B) Enteroxromaffinə bənzər

C) Baş hüceyrələr

D) Enteroxromaffin

E) Mukositlər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.28
23) Prostaqlandinlər aşağıdakılardan hansının sekresiyasını blokada edir?

A) Bikarbonat

B) Selik sekresiyası

C) Duz turşusu

D) Katexolamin

E) Somatostatin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.28
24) Normada qan zərdabında qastrinin normal səviyyəsi nə qədərdir?

A) 50-100 pq/ml

B) 110-160 pq/ml

C) 25-50 pq/ml

D) 0-50 pq/ml

E) 100-150 pq/ml


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.33
25) Pepsinin əsas təsir xüsusiyyəti hansıdır?

A) Yağları parçalamaq

B) Karbohidratları parçalamaq

C) Zülalları parçalamaq

D) Bakterial yoluxmanın qarşısını almaq

E) Mədənin hərəki funksiyasını tənzimləmək


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.38
26) Mədə şirəsində daxili faktorun çatmazlığı aşağıdakılardan hansının sorulmasının pozulmasına səbəb olur?

A) Yağlar

B) Mikroelementlər

C) Vitamin B12

D) Zülallar

E) Vitamin B6


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.39
27) Bikarbonatların sekresiyasını aşağıdakılardan hansı azaldır?

A) Öd turşusu duzları

B) Qastrin

C) Prostaqlandin E2

D) Duz turşusu

E) Somatostatin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.39
28) Hal-hazırda mədənin turşuəmələgətirmə funksiyasının öyrənilməsinin ən adekvat və effektiv metodu hansıdır?

A) Duodenal zondlama

B) Zondsuz metod

C) Sutkalıq mədədaxili pH-metriya

D) Qısa müddətli mədədaxili pH-metriya

E) Fraksion metod


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.45
29) Reflyuks ezofagit diaqnozunun dəqiqləşdirilməsində aşağıda verilənlərdən hansından istifadə edilməz?

A) Qida borusu daxili pH-metriya

B) Bariumla müayinə

C) Pentaqastrin testi

D) Turşu perfüzon testi

E) Radioizotop testi


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s. 158
30) Mədənin motor-evakuator funksiyasının tənzimlənməsində verilənlərdən hansı iştirak etmir?

A) İntramural sinir kələfləri

B) Neyrotenzin

C) Vazoaktiv intestinal polipeptid

D) Mədə şirəsinin daxili faktoru

E) Azan sinir


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с. 39, 47-48
31) Klinik təcrübədə mədənin motor-evakuator funksiyasının öyrənilməsinin ən dəqiq metodu hansıdır?

A) Kompyuter qamma ssintiqrafiyası

B) Endoskopiya

C) Balonlu kimoqrafiya

D) Rentgenoloji

E) Mədədaxili pH-metriya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.50


32) 18 yaşında gənc qadında emosional stresdən sonra duru qidalara qarşı disfagiya əmələ gəlmiş, bərk qidalar isə yaxşı keçmişdir. Fizikal müayinədə patologiya aşkar olunmamışdır. Disfagiyanın daha çox ehtimal olunan səbəbi nədir?

A) Qida borusunun peptik xorası

B) Qida borusunun xərçəngi

C) Qida borusunun aşağı sfinkterinin hipokineziyası

D) Qida borusunun funksional pozğunluğu

E) Qida borusunun diafraqmal dəliyinin sürüşən yırtığı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с. 90
33) Ezofaqusun aşağıda göstərilən pozulmalarından hansında xarakterik olaraq həm bərk, həm də duru qidalara qarşı disfagiya mövcuddur?

A) Diafraqmanın qida borusu dəliyinin yırtığı

B) Barret qida borusu

C) Qida borusunun psevdodivertikulu

D) Qida borusunun infiltrativ xərçəngi

E) Şatski həlqəsi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., c. 108
34) Udma aktının pozulması, döş sümüyü arxasında ağrı, bariumla müayinə zamanı qida borusunun burğuyabənzər şəklində görülməsi aşağıdakılardan hansının əlamətidir?

A) Plummer-Vinson sindromu

B) Qida borusunun kanseri

C) Qida borusunun divertikulu

D) Qida borusunun diffuz spazmı

E) Axalaziya


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.158
35) Qastroezofageal reflyuks xəstəliyinin atipik əlamətlərinə nə daxildir?

A) Gəyirmə

B) Requrqitasiya

C) Qıcqırma, ürəkbulanması

D) Hıçqırma, disfoniya, gecə öskürəyi

E) Disfagiya, odinofagiya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.90
36) Qida borusunun aşağı hissəsinin strikturasını adətən aşağıdakılardan hansı əmələ gətirir?

A) Mədənin xora xəstəliyi

B) Xronik aktiv panqastrit

C) Sklerodermiya

D) Eroziv-xoralı reflyuks-ezofagit

E) Xronik pnevmoniya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.95
37) 58 yaşında bir kişidə çoxlu miqdarda alkohol qəbulundan sonra güclü qusma və onu müşayiət edən hematomezis baş vermişdir. Bunlar aşağıdakı xəstəliklərdən hansına daha çox uyğun ola bilər?

A) Qida borusunun xorası

B) Eroziv ezofagit

C) Ezofaqus divertikulu

D) Mallory-Weiss sindromu

E) Diafraqmanın qida borusu dəliyinin yırtığı


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s. 159
38) Qastroezofageal reflyuks xəstəliyi zamanı aşağıdakılardan hansının terapevtik qaydalara daxil edilməsi vacibdir?

A) Qida borusunun endoskopik dilatasiyası

B) Yatağın baş hissəsini qaldırmaq

C) 15 saylı pəhriz

D) Spazmolitiklər

E) M-xolinoblokatorlar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.114
39) Endoskopik olaraq kataral ezofagit üçün aşağıdakılardan hansı xarakterikdir?

A) Selikli qişanın səthində 2-3 mm diametrində darıyabənzər şişkinliklərin olması

B) Qida borusunun selikli qişasının diffuz ödemi, hiperemiya

C) Selikli qişanın nazilməsi, hamarlaşması

D) Selikli qişanın hipertrofiyalaşması

E) Selikli qişada xətti çapığın olması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.94-95
40) Aşağıdakı hormonlardan hansı alt qida borusu sfinkterinin (AQS) tonusunu artırır?

A) Prostoqlandin E

B) Sekretin

C) Qastrin

D) Xolesistokinin

E) Qlükaqon


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.157
41) Barretin qida borusunun əsas morfoloji əlaməti hansıdır?

A) Epitelinin bazal hüceyrələrinin hiperplaziyası

B) Qida borusunun selikli qişasinın iltihabi hüceyrələrlə infiltrasiyası

C) Qida borusunun distal hissəsinin selikli qişasında mədə və ya nazik bağırsaq tipli metaplaziyanın olması

D) Selikli qişanın eroziv-xoralı zədələnməsi

E) Məməciklərin uzanması və onlardakı damarların genişlənməsi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000, с.86-87
42) Peptiki xoranın çox rast gələn ağırlaşması hansıdır?

A) Stenoz

B) Qanaxma

C) Maliqnizasiya

D) Penetrasiya

E) Perforasiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» м.; 2001 г., с.186
43) Qida borusunun ekzofit formalı xərçənginin endoskopik əlaməti verilənlərdən hansıdır?

A) Selikli qişanın rənginin sianotik olması

B) Şiş nahiyyəsində səthi nahamar, qanayan şiş düyünlərinin, nekrotik kütlənin və fibrinoz çöküntülərin olması, qida borusu mənfəzinin daralması

C) Qida borusu divarının rigid olması

D) Qida borusu mənfəzinin sirkulyator daralması

E) Qırışların hamarlanması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.110
44) Senker divertikullarının lokalizasiya yeri haradadır?

A) Udlağın və qida borusunun ön divarında

B) Qida borusunun abdominal hissəsində

C) Qida borusunun orta üçdə birində

D) Qida borusunun aşağı üçdə birində

E) Udlağın və qida borusunun arxa divarında


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» 2001г., с.122
45) Ezofaqospazm üçün aşağıdakılardan hansı xarakterik deyil?

A) Duru qidalara daima olmayan disfagiya

B) Həyəcanlanma vaxtı döş sümüyü arxasında ağrı

C) Qidanı udarkən döş sümüyü arxasında ağrı

D) Ağrı zamanı ölüm qorxusu hissi

E) Spontan ağrılar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.104
46) Stenozla ağırlaşmamış ezofagit aşağıdakı verilmişlərdən hansının əmələ gəlməsinə səbəb ola bilməz?

A) Sinusit

B) Mədə-bağırsaq traktının üst qanamaları

C) Anemiya

D) Udma çətinliyi

E) Gecələr baş verən öskürək tutmaları


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.160
47) Sadalananlardan hansı peritondaxili təzyiqin yüksəlməsinə gətirib çıxarır?

A) Defekasiya aktının tezləşməsi

B) Həzm fermentlərindən istifadə

C) Prokinetik

D) Aktiv fiziki hərəkət

E) Meteorizm


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.79
48) Aşağıda sadalananlardan qastroezofageal reflyuks xəstəliyinin inkişafına nə kömək edir?

A) Prokinetiklər

B) Qələvi tərkibli mineral suların qəbulu

C) Qıcıqlandırıcı olmayan pəhriz

D) Yağlı qida

E) Proton nasosun blokatorları


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.113
49) Barretin qida borusu aşağıdakılardan hansının qida borusuna atılması hesabına inkişaf etmir?

A) Öd


B) Pepsin

C) Pankreatik şirə

D) Tüpürcək

E) Duz turşusu


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.35
50) Aşağıda verilənlərdən hansı qida borusu xərçənginin ilkin və yaxud ən önəmli əlamətlərindən biridir?

A) Aspirasion pnevmoniya

B) Lokal yayılma ilə bağlı döş qəfəsində ağrı

C) Udma zamanı ağrının olması

D) Qastrointestinal qanama

E) Udmanın proqressivləşən tipdə çətinləşməsi


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.159
51) Reflyuks ezofagit üçün nə səciyyəvidir?

A) Ağrı zamanı təngənəfəsliyin əmələ gəlməsi

B) Udma aktının ağrıya təsir etməməsi

C) Nitratların qəbulunun effektiv olması

D) Döş sümüyünün arxasında ağrı

E) Ölüm qorxusu


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.90
52) Qastroezofageal reflyuks xəstəliyi ilə stenokardiyanın differensial diaqnostikası üçün hansı dərmanın qəbulunun əhəmiyyəti var?

A) Spazmolitiklər

B) Yuxugətiricilər

C) Antidepressantlar

D) Aldesteronun antoqonistləri

E) Duru antasidlər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.99
53) QERX zamanı qida borusunun distal hissəsinin zədələnməsinin genezində aşağıdakılardan hansı aparıcı rol oynayır?

A) İsti və soyuq qidaların qəbulu

B) Mədə möhtəviyyatının qida borusuna reflyuksu

C) Mikrosirkulyasiyanın pozulması

D) Qida borusunun hərəki funksiyasının pozulması

E) Regenerasiyanın pozulması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.79-80
54) Aşağıda verilənlərdən hansı qida borusu divertikulitinin klinik əlamətlərinə aid deyil?

A) Qıcqırma, ishal

B) Döş sümüyü arxasında ağrı

C) Disfagiya

D) Requrqitasiya

E) Disfoniya, ağızdan pis qoxunun gəlməsi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.102-103
55) Kardiyanın axalaziyasının klinik əlaməti aşağıdakı hansı bənddə öz əksini tapmışdır?

A) Hava ilə gəyirmə

B) Qıcqırma

C) Meteorizm

D) Qida borusu möhtəviyyatının ağız boşluğuna requrqitasiyası

E) Boyun nahiyyəsində dərialtı emfizema


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.106
56) Kardiyanın axalaziyası zamanı sadalananlardan çox rast gələn ağırlaşma hansıdır?

A) Laringit

B) Xronik bronxit

C) Xronik pnevmoniya

D) Durğunluq ezofagiti

E) Qida borusunun divertikulu


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.107
57) Bronxial astma xəstəliyi olan şəxslərin neçə faizində QERX simptomları müşahidə olunur?

A) 65-72%

B) 20-36%

C) 10-15%

D) 37-46%

E) 47-60%


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г., с.18
58) Sadalananlardan hansı Menetrie xəstəliyinə aiddir?

A) Kimyəvi (reaktiv) qastrit

B) Qiqant hipertrofik qastrit

C) Qranulematoz qastrit

D) Radiasion qastrit

E) Eozinofil qastrit


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.103
59) QİÇS olan xəstələrdə qida borusunda infeksion xoraların əmələ gəlməsinin potensial səbəbi aşağıdakılardan hansıdır?

A) Qram mənfi çöplər

B) Vərəm mikobakteriyaları

C) Qram müsbət kokklar

D) Kandida tipindən olan göbələklər, sadə herpes virus və sitomeqalovirus

E) Helicobacter pylori


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.558
60) Aşağıdakılardan hansı praktik olaraq bədxassəli potensiala malik deyil?

A) Adenomatoz poliplər

B) Atrofik qastrit

C) Mədə limfoması

D) Hiperplastik poliplər

E) Mədə dibinin vəzili polipi və hamartom poliplər


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.97-99
61) Qida borusunun endogen yolla kandidomikoza yoluxması necə baş verir?

A) Qida məhsulları vasitəsilə

B) Prosesin yayılması zamanı

C) Daşıyıcı ilə birbaşa əlaqə

D) Su vasitəsilə

E) Saprofit göbələklərin aktivləşməsi


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.54-55
62) Diafraqmanın qida borusu dəliyinin paraezofageal yırtığının ən önəmli ağırlaşması sadalananlardan hansıdır?

A) Qida borusunun cırılması

B) Mədə burulması

C) Qida borusu strikturu

D) Mallory-Weiss simptomu

E) Reflyuks ezofagit


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.176
63) Sklerodermiya zamanı qida borusunun hansı hissəsi daha çox zədələnir?

A) Qida borusunun yuxarı üçdə biri

B) Udlaq - qida borusu sfinkteri

C) Qida borusunun orta üçdə biri

D) Qida borusunun distal 2/3 hissəsi və alt sfinkter

E) Qida borusunun yuxarı 2/3 hissəsi


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.57
64) Mallory-Weiss sindromunun aşkarlanmasında ən effektiv metod aşağıdakılardan hansıdır?

A) Ezofaqomonometriya

B) Döş qəfəsinin düz proyeksiyasında rentgen müayinəsi

C) Ultrasəs müayinəsi

D) Endoskopik müayinə

E) Ezofaqusun bariumla müayinəsi


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.159
65) Qida borusu divertikullarının ağırlaşmaları daha çox nə ilə müşaiyət olunur?

A) Perforasiya

B) Divertikulit, qanaxma, aspirasion pnevmoniya

C) Xərçəng

D) Mediastenit

E) Ağciyər absesi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.103
66) Sadalanan hansı tip qastrit helicobacter pylori ilə əlaqəlidir?

A) Fundal qastrit

B) Antral qastrit

C) Autoimmun qastrit

D) Kimyəvi (reaktiv) qastrit

E) Eozinofil qastrit


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. с.78
67) Perforasiya aşağıdakılardan hansının daha çox rast gələn ağırlaşmasıdır?

A) Eroziv reflyuks-qastrit

B) Koroziv ezofagit

C) Kardiyanın axalaziyası

D) Senker divertikulu

E) Barretin qida borusu


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.52
68) Qida borusu ilə qida keçərkən ağrı və proqressivləşən davamlı disfagiya hansı xəstəlik üçün xasdır?

A) Qida borusunun infiltrativ xərçəngi

B) Xronik eroziv reflyuks-qastrit

C) Qastroezofageal reflyuks xəstəliyi

D) Ezofaqospazm

E) Diafraqmanın qida borusu dəliyinin yırtığı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.108
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə