Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Qaraciyərin sadalanan xəstəliklərindən hansına hamiləlik dövründə daha çox rast gəlinir?



Yüklə 1,75 Mb.
səhifə7/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   2   3   4   5   6   7   8   9   10   ...   18

391) Qaraciyərin sadalanan xəstəliklərindən hansına hamiləlik dövründə daha çox rast gəlinir?

A) Birincili biliar sirroz

B) Virus hepatitləri

C) Hemoxromatoz

D) Vilson xəstəliyi

E) Xolestaz


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г, стр. 199
392) Qaraciyər qranulyomasının yaranma səbəblərindən hansı infeksion səbəblərinə aid deyil?

A) Xodjkin xəstəliyi

B) Epşteyn-Barr virus infeksiyası

C) Sitomeqalovirus

D) Q-qızdırması

E) Bruseloz


Ədəbiyyat: П.Я. Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва- 2003, стр. 320
393) Qaraciyər sirrozunda assitik mayesinin infeksiyasina şüpə olduqda nə zaman antibiotikoterapiya aparılmalıdır?

A) Təcili rentgenoqrafiyadan sonra

B) Assitik mayenin əkilməsini cavabı gələndən sonra

C) Xəstənin vəziyəti yaxşılaşandan sonra

D) Dərhal assitik mayeni əkilməyə göndərəndən sonra ( cavabı gözləmədən)

E) Cərrahiyə əməliyatından sonra


Ədəbiyyat: П.Я. Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва- 2003, стр. 387
394) Qaraciyər sirrozunda assitin yaranma səbəbi hansıdır?

A) Hipoalbuminemiya

B) İkincili hiperaldosteronizm

C) Portal hipertenziya

D) Sadalanan səbəblərin hamısı

E) Böyrək çatmamazlığın yaranması


Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко, Внутренние болезни, Москва, 1999 г, стр. 366
395) Sadalanan şikayətlərdən hansı qaraciyərin xroniki diffuz xəstəliklərində ən çox rast gəlinir?

A) Sarılıq

B) Zəiflik və artmış yorğunluq

C) Dalağın və qaraciyərin böyüməsi

D) Ensefalopatiya

E) Assit
Ədəbiyyat: Н.А.Мухин «Практическая гепатология»Москва 2004 г , стр. 34


396) Aşağıdakı dərmanlardan hansı öd daşlarının yaranmasının profilktikasında istifadə olunur?

A) Ursodezoksixol turşusu

B) Peroral kontraseptivlər

C) Somatostatin

D) Proqestin

E) Seftriakson


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 334
397) Aşağıdakı öd daşlardan hansı xolesterinin monohidratından ibarətdir?

A) Qəhvəyi daş

B) Qara və sarı daşlar

C) Sarı daşlar

D) Qara daşlar

E) Qəhvəyi və qara daşlar


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 335
398) Öd kisəsində qara daşlar nədən əmələ gəlir?

A) Qlikoproteinlərdən

B) Xolesterinin monohidratından

C) Bağırsağ bakteriyalarından, musindən

D) Bilirubindən

E) Bağırsağın parazitlərindən


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 335
399) Öd kisəsində 1sm-dan artıq olan törəmə aşkar olunan halda müalicəni hansı istiqamətdə aparmalısınız?

A) Ultrasəs müayinəsi altında dinamik nəzarət

B) Ursodezoksixol turşusunun istifadəsi

C) Parenteral qidalanma

D) Müalicəvi aclıq

E) Carrahiyə yolu ilə törəmənin götürülməsi


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 338
400) Sadalanan səbələrdən hansı öd daşlarının əmələ gəlməsində iştirak edir?

A) Seftriaksonun istifadəsi

B) Yüksək hərarət

C) Viruslu hepatitlər

D) Böyrək-daş xəstəliy

E) Yüksək qan təziqi


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 334
401) Aşağıdakı pozulmalardan hansı Oddi sfinkterinin disfunksiyasını yaradan səbəblərdən deyil?

A) Sfinkterin fibrozu

B) Xolesterinin qanda artması

C) Sfinkterin diskineziyası

D) Sfinkterin iltihabı

E) Sfinkterin selikli qişasının hiperplaziyası


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 340
402) Aşağıdakı ağrı növlərindən hansı Oddi sfinkterinin disfunksiyasına xasdır?

A) Epiqastral nahiyədə kəskin ağrılar, əksəriyətcə gecələr olan ağrılar

B) Sol qabırğaaltı nahiyədə daimi ağrı

C) Qəflətən aşlayan şiddətli qarın ağrıları

D) Döş qəfəsində ağrı

E) Daimi, sağ qabırğaaltı ya epiqastral nahiyədə yerləşən, bəzən sağ çiyinə ya kürəyə irradiasiya edən ağrı


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 342
403) Oddi sfinkterinin disfunksiyasında aşağıdakı müayinə üsüllarından hansı invaziv üsullara aiddir?

A) Yağlı qidadan sonrakı ultrasəs müayinəsi

B) Qaraciyər fermentərin aktivliyinin müəyyənləşdirilməsi

C) Qaraciyərin kəmiyətli ssintiqrafiyası

D) Retroqrad xolangiopankreatoqrafiya (RXPQ)

E) Provokasiyalı ağrı sınaqları


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 342
404) Sadalanan üsullardan hansı Oddi sfinkterinin disfunksiyasinın qeyri-invaziv müalicəsinə aiddir?

A) Öd axarına müvəqqəti kateterin qoyulması

B) Carrahi sfinkteroplastika

C) Dərman müalicəsi

D) Endoskopik sfinkterotomiya

E) Endoskopik ballonlu dillatasiya


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 347
405) Sadalanan üsullardan hansı Oddi sfinkterinin disfunksiyasının invaziv müalicəsinə aiddir?

A) Analgetiklər

B) Nitratlar

C) Kalsiy kanallarının blokatorları

D) Endoskopik sfinkterotomiya

E) Piyin aşağı tərkibli pəhrizi


Ədəbiyyat: Питер Мак Нелли «Секреты гастроэнтерологии»второе второе издание, Москва – 2005 г., стр. 347
406) Sadalanan vəziyətlərdən hansı birincili sklerozlaşdıran xolanqitin patoqenezinin başlanqıc mərhələsini təşkil edir?

A) Xolestaz

B) Hepatosidlərin viruslarla zədələnməsi

C) Dəmirin qaraciyərdə artıq toplanması

D) Misin qaraciyərdə artıq toplanması

E) Qeyri irinli destruktiv xolanqit


Ədəbiyyat: Н.А.Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 111
407) Sadalanan üsullardan hansı birincili sklerozlaşdıran xolanqitin diaqnozunu təsdiq etmək üçün vacibdir?

A) Kompüter tomoqrafiyası

B) Endoskopik retroqrad xolanqiopankreatoqrafiya (ERXPQ)

C) Fibroezofaqoqastroskopiya

D) Qaraciyər biopsiyası

E) Ultrasəs müayinə


Ədəbiyyat: Н.А.Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 113
408) Birincili sklerozlaşmış xolangitli xəstələrdə qaraciyərdən kənar təzahürlərdən hansı böyrək xəstəliyinə aiddir?

A) Sarkoidoz

B) Kron xəstəliyi

C) Reyno sindromu

D) Xroniki qlomerulonefrit

E) Şeqren sindromu


Ədəbiyyat: Н.А.Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 165
409) Birincili sklerozlaşmış xolangitli xəstələrdə qaraciyərdən kənar təzahürlərdən hansı endokrin xəstəliyinə aiddir?

A) Hemolitik anemiya

B) Şəkərli diabet

C) Sarkoidoz

D) Xroniki qlomerulonefrit

E) Pankreatit


Ədəbiyyat: Н.А.Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 165
410) Birincili sklerozlaşmış xolangit xəstələrdə qaraciyərdən kənar təzahürlərdən hansı mədə-bağırsaq xəstəliyinə aiddir?

A) Şəkərli diabet

B) Reyno sindromu

C) Kron xəstəliyi

D) Şeqren sindromu

E) Sarkoidoz


Ədəbiyyat: Н.А.Мухин «Практическая гепатология» Москва 2004 г , стр. 165
411) Sadalanan simptomlardan hansı kəskin kalkuloz xolesistitə aid deyil?

A) Sağ tərəfli qarın ağriları

B) Sarılıq

C) Qəhvə rəngli qusuntu

D) Hərarətin artması

E) Leykositoz


Ədəbiyyat: П.Я. Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва- 2003, стр. 248
412) Sadalanan simptomlardan hansı xroniki daşsız xolesistitin remissiya dövrünə aiddir?

A) Gəbizliyin ishalnan dəyişməsi

B) Kəmərvarı ağrılar

C) Sadalanan simptomların heç biri

D) Yağlı yeməyə davamsızlığı

E) Qıcqırma


Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко, Внутренние болезни, Москва, 1999 г, стр. 367
413) Sadalanan dərman preparatlar qruplarından hansı bakteriaıl xolanqitin müalicəsində ön yer tutur?

A) Spazmolitiklər

B) Vitaminlər

C) Ödqovucu dərmanlar

D) Hepatoprotektorlar

E) Antibiotiklar


Ədəbiyyat: П.Я. Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва- 2003, стр. 264
414) Sadalanan simptomlardan hansı postxolesistektomik sindromuna xas deyil?

A) Qarındakı köp

B) İshal

C) Sarılıq

D) Yağlı yeməyin dözülməzliyi

E) Sancılı təkrar sağtərəfli qarın ağriları


Ədəbiyyat: П.Я. Григорьев А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» Москва- 2003, стр. 270
415) Pankreatik (Langerhans) adacıqlar mədəaltı vəzin ən çox hansı hissəsində yerləşirlər?

A) Bütün mədəaltı vəziyə bərabər yayılmışdır

B) Quyruğunda

C) Cismində

D) Oddi sfinkterinin yaxınlığında

E) Başında


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология»

2004, стр. 399


416) Mukovissidozun diaqnostikasında əsas əhəmiyyət kəsb edən laborator müayinə hansıdır?

A) Qanda amilaza

B) Sidik sindromu

C) Nəcisdə yağ turşulari

D) Tər testində xlorun sәviyyәsinin yoxlanılması

E) Nəcisdə aminturşular


Ədəbiyyat: А.Л.Гребенев «Руководство по гастроэнтерологии» III том, 1996, стр. 80.
417) Тərdə natrium və xlorun əhəmiyyətli artması nəyi göstərir?

A) Mədəaltı vəzin xərçəngini

B) Mədəaltı vəzinin kistoz-fibrozunu (mukovissidozu)

C) Parotiti

D) Xroniki pankreatiti

E) Şəkərli diabeti


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология»

2004, стр. 424


418) Auotoimmun xroniki pankreatitin diaqnostikasında hansı müayinə üsulu böyük əhəmiyyət kəsb edir?

A) Mədə və 12 barmaq bağırsağın rentgen müayinəsi

B) Maqnit rezonans tomoqrafiya

C) Endoskopik retroqrad xolangiopankreatoqrafiya

D) Endoskopik ultrasəs müayinə

E) Transabdominal ultrasəs müayinə


Ədəbiyyat: И.В. Маев «Хронический панкреатит» 2006, səh.17
419) Aşağıda sadalanlardan hansı doğrudur?

A) Xroniki pankreatitin kəskinləşməsində pəhriz təyin etməmək olmaz

B) Pankreatogen şəkərli diabetli xəstələrə hipoqlikemiyanın yüksək təhlükəsinə görə böyük dozada insulin təyin etmək olmaz

C) Hamısı

D) Xroniki pankreatitin kəskinləşməsində xəstəni terapevtik şöbədə hospitalizə etmək olmaz, ilk 3 gün ərzində xəstə intensiv terapiya şöbəsində müşahidə altında olmalıdır

E) Oddi sfinkterinin spazmı ilə əlaqədar xroniki pankreatitin ağrı sindromumun müalicəsində morfin istifadə etmək olmaz


Ədəbiyyat: О,Ю.Атьков«Планы ведения больных»,2007.səh 233
420) Pankreatitin ağırlaşmış formalarında hansı qonşu orqanların sıxılma sindromu yarana bilәr?

A) Qapı venasının sıxılma sindromu

B) Sadalananların hamısı

C) Dalaq venasının sıxılma sindromu

D) Biliar hipertenziya sindromu

E) 12-barmaq bağırasağın sıxılma sindromu


Ədəbiyyat: И.В.Маев,Ю.А.Кучерявый«Болезни поджелудочной железы»том1,2008,səh 68-69
421) Aşağıda sadalanan ferment preparatların hansında öd komponentləri var?

A) Kreon


B) Pankreatin

C) Festal

D) Mezim

E) Heç biri


Ədəbiyyat: М. Д. Машковский «Лекарственные средства» 2005, səh. 658
422) Aşağıda sadalanan laborator müayinələrdən hansı xroniki pankreatitin diaqnostikasında mütləq deyil?

A) Sidikdə α – amilazanın (diastazanın) təyini

B) Qanda kalsiumun təyini

C) Qanda şəkərin təyini

D) Qanda turş fosfatazanın təyini

E) Qanın ümumi analizi


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология» 2004, стр. 639
423) Aşağıda sadalanan laborator müayinələrdən hansı xroniki pankreatitin diaqnostikasında mütləq deyil?

A) Qanda lipazanın tәyini

B) Qanda tripsinin tәyini

C) Qanda bilirubinin vә fraksiyalarının tәyini

D) Qanda retikulositlərin miqdarının hesablanması

E) Qanda ümumi zülal vә fraksiyaların tәyini


Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология» 2004 стр 639
424) Aşağıda sadalananlardan hansı mәdәaltı vәzin inkişaf anomaliyasına aid deyil?

A) Abberant mәdәaltı vәzi

B) Pankreas divisium

C) Şvaxman-Daymond sindromu

D) Üzüyәbәnzәr mәdәaltı vәz (pankreas annulare)

E) Mәdәaltı vәzinin ageniziyası


Ədəbiyyat: И.В.Маев,Ю.А.Кучерявый«Болезни поджелудочной железы»том1,2008,səh 211:284
425) Mədəaltı vəzin kapsulası necə adlanır?

A) Tenon kapsula

B) Kapsulası yoxdur

C) Daxili kapsula(internal capsule)

D) Qlisson

E) Şumlyanski-Boumen


Ədəbiyyat: А. Л. Гребенев «Руководство по гастроэнтерологии» III том, 1996,səh.5
426) “Pankreas divisium” nədir?

A) Mədəaltı vəzin xərçənginin bir növüdür

B) Mədəaltı vəzin inkişaf anomaliyasıdır

C) Sadalananların hamısı

D) Ağır şəkərli diabetdə müşahidə olunur

E) Mukovissidozda müşahidə olunur


Ədəbiyyat: Joseph M. Henderson «Патофизиология органов пищеварения» 1999, səh. 201
427) Xroniki pankreatitin kəskinləşməsinin terapiyasında aşağıdakılardan hansını istifadə etmək olmaz?

A) Pәhriz

B) Novokainı

C) İsti proseduraları

D) Aclıq terapiyasını

E) Antasidi


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 109
428) Mədəaltı vəzinin adacıq aparatının zədələnməsi zamanı hansı dəyişikliklər ola bilər?

A) Qlükozuriya

B) Fenilalaninuriya

C) Oliqouriya

D) Hematuriya

E) Nikturiya


Ədəbiyyat: R. M. Məmmədhəsənov “Daxili xəstəliklər” 2004, səh 255.
429) Mədəaltı vəzidə vərəmin ən çox hansı formasına rast gəlmək olar?

A) Ocaqlı vərəmə

B) Miliar vərəmə

C) Kavernoz vərəmə

D) Infiltrativ vərəmə

E) Səpələnmiş vərəmə


Ədəbiyyat: Н.Б. Губергриц «Поджелудочная железа при инфекционных и паразитарных заболеваниях» 2008, səh 12
430) Qadınlarda kəskin pankreatitin ən çox rast gələn səbəbi nədir?

A) Alkoqolizm

B) Qarın travması

C) Öd daşı xəstəliyi

D) Hamiləlik

E) Kortikosteroidlərin qəbulu


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология» 2001, səh. 353
431) Kişilərdə kəskin pankreatitin ən çox səbəbi olan faktor hansıdır?

A) Xroniki xolesistit

B) Qaraciyərin sirrozu

C) Qarnın travması

D) Kortikosteroidlərin qəbulu

E) Alkoqolizm


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология» 2001, səh. 353
432) Mukovissidozlu xəstələrin tərində aşağıda sadalanan elementlərdən hansı normadan artıq olur?

A) Maqnezium

B) Fosfor

C) Dəmir


D) Natrium

E) Kalsium


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология» 2001, səh. 424
433) Mədəaltı vəz hansı hissələrdən ibarətdir?

A) Sağ pay, sol pay, quyruq pay

B) Baş, boyun, cisim

C) Ön pay, arxa pay

D) Baş, cisim, quyruq

E) Sağ pay, sol pay


Ədəbiyyat: Şadlinski V. “İnsan anatomiyası” II cild 1998 səh 90
434) Xroniki kəskinləşmiş pankreatititn diaqnostikasında sadalananlardan ən informativ göstərici hansıdır?

A) Qanda və sidikdə amilazanın dərəcəsi

B) Qanda transaminazaların dərəcəsi

C) Qanda qələvi fosfatazanın təyini

D) Hiperqlikemiya

E) Leykositoz


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 108
435) Mədəaltı vəzin təxmini çəkisi nə qədərdir?

A) 80-100 q

B) 300-350 q

C) 500-600 q

D) 1500-2000 q

E) 20-30 q


Ədəbiyyat: И.В.Маев,Ю.А.Кучерявый«Болезни поджелудочной железы»том1,2008,səh 23
436) Xroniki pankreatitin kəskinləşməsini nə göstərir?

A) Şəkərli diabet

B) USM-də mədəaltı vəzinin yüksəlmiş exogenliyi

C) Qlükozaya qarşı tolerantlığın pozulması

D) Mədəaltı vəzinin kalsifikasiyası

E) Hiperamilazuriya


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 108
437) Xroniki residivləşən pankreatit aşağıda sadalanan xəstəliklərin hansında daha çox müşahidə olunur?

A) Xora xəstəliyində

B) Xroniki kolitdə

C) Postrezeksion sindromda

D) Xolelitiazda

E) Lyambliozda


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 108
438) Aşağıda sadalananlardan hansı mədəaltı vəzinin daxili sekresiyanın pozulma sindromuna daxildir?

A) Hipokalsemiya

B) Kreatoreya

C) Qlükozaya qarşı tolerantlığın pozulması

D) Steatoreya

E) Hipoproteinemiya


Ədəbiyyat: B. И. Маколкин, С.И.Овчаренко «Внутренние болезни» 1999, səh. 355
439) Aşağıda sadalanan müayinə üsullarından hansı xroniki pankreatitin kilinikasını ağırlaşdıra bilər?

A) Endoskopik retroqrad xolangiopankreatoqrafiya

B) Maqnit rezonans tomoqrafiya

C) Transabdominal ultrasəs müayinə

D) Endoskopik ultrasəs müayinə

E) Kompyuter tomoqrafiya


Ədəbiyyat: И. В. Маев «Хронический панкреатит» 2006, səh 15
440) Xroniki pankreatitdə ağrıkəsicilərdən hansını istifadə etmək olmaz?

A) Novokainı

B) Fentanilı

C) Analginı

D) Baralginı

E) Morfinı


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 109
441) Aşağıdakılardan hansı pankreas sekresiyasının stimulyatoru deyil?

A) Somatostatin

B) Qastrin

C) Insulin

D) Xolesistokinin

E) Sekretin


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 109
442) Aşağıda sadalananlardan hansı müayinə metodu xroniki pankreatitin diaqnostikasında daha az informativdir?

A) Qarın boşluğu orqanlarının USM-i

B) Laporaskopiya

C) Endoskopik retroqradoxolesistopankreatoqrafiya

D) Kompyuter tomoqrafiya

E) Prozerin testi


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 109
443) Xroniki residivləşən pankreatitin müalicəsində hansı pəhriz stolundan istifadə olunur?

A) 4 b


B) 5 a

C) 1 a


D) 1 b

E) 5 p
Ədəbiyyat: Н.А. Скуя «Заболевания поджелудочной железы» 1986, səh 224.


444) Qanda hansı onkomarkerin təyini mədəaltı vəzin xərçəngində daha çox spesifikdir?

A) Karbohidrat antigen 72-4 (CA-72-4)

B) Prostatın spesifik antigeni (PSA)

C) Mutsinəbənzər assosiasiya olunmuş antigen

D) Alfa-fetoprotein (α-FP)

E) Karbohidrat antigen 19-9 (CA-19-9)


Ədəbiyyat: Г.Н.Назаренко, А.А.Кишкун, «Клиническая оценка результатов лабораторных исследований» 2000, стр 340
445) Endokrin çatışmazlıqla fəsadlaşan xroniki pankreatitin müalicəsində hansı pəhriz təyin olunur?

A) 1 a/ 2

B) 5 p/ 9

C) 1b / 2

D) 10 a/ 6

E) 7 a/ 4


Ədəbiyyat: Н.А. Скуя «Заболевания поджелудочной железы» 1986, səh 225.
446) Xroniki pankreatitin müalicəsinin əsasında hansı prinsiplər qoyulub?

A) Mədəaltı vəzin endokrin çatışmazlığının korreksiyası

B) Mədəaltı vəz sekretor funksiyasını artırmayan pəhriz həmçinin, alkoqoldan imtina

C) Ağrı sindromunun qarşısının alınması

D) Mədəaltı vəzin ekzokrin çatışmazlığın korreksiyası

E) Sadalananların hamısı


Ədəbiyyat: П. Я.Григорьев, А. В.Яковенко «Клиническая гастроэнтерология» 2004, səh 367.
447) Endokrin çatışmazlıqla fəsadlaşan xroniki pankreatitin müalicəsində hansı pəhriz təyin olunur?

A) 4 v/ 6

B) 7 b/ 2

C) 1 b/ 4

D) 5 p/ 9

E) 10 i /3


Ədəbiyyat: Н.А. Скуя «Заболевания поджелудочной железы» 1986, səh 225.
448) Mədəaltı vəzin xərçənginin risk faktorları hansılardır?

A) Alkohol

B) Heyvani yağlar

C) Siqaret çəkmə

D) Sadalananların hamısı

E) Xolesistokinin ifrazının güclənməsi


Ədəbiyyat: В.Т.Ивашкин «Рациональная фармакотерапия заболеваний органов пищеварения»,2003, səh 383.
449) Kəskin pankreatitdə psevdokistaların fəsadı aşağıda sadalananlardan hansıdır?

A) Ağrısız assit

B) Kistanın partlaması

C) Sadalananların hamısı

D) Sarılıq

E) İnfeksiyalaşma


Ədəbiyyat: S.P.L. Travis, R.H.Taylor “Gastroenterology”, 2002, səh 172.
450) Xroniki pankreatitin klinik diaqnozunun qoyulmasında aşağıda sadalananlardan nəyi göstərmək lazımdır?

A) Mədəaltı vəzin funksional xarakteristikası

B) Fəsadların olması

C) Sadalananların hamısı

D) Xəstəliyin fazası

E) Xəstəliyin etioloji formaları


Ədəbiyyat: О. Ю. Атьков «Доказательная медицина» 2007, səh 235.
451) Hansı preparatların təsirindən mədəaltı vəz şirəsi və hidrokarbonatların sekresiyası artır?

A) Sekretinin

B) Askorbin turşusunun

C) Südün


D) Atropinin

E) Xolesistokinin


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 109
452) Aşağıda sadalananlardan hansı xroniki pankreatitin əmələ gəlməsinə səbəb olan faktor deyil?

A) Böyük duodenal məməciyin sklerotik dəyişikliyi

B) Alkoholdan həddən çox istifadə

C) Mədə şirəsinin yüksək turşuluğu

D) Limfogen yolla keçən infeksiya

E) Pankreas axacağına öd reflüksü


Ədəbiyyat: B. И. Маколкин «Внутренние болезни в тестовых вопросах и ответах» часть I, 1999, səh. 109
453) Kəskin pankreatitin yerli fəsadları aşağıda sadalananlardan hansıdır?

A) Abses


B) Zərdabda amilazanın uzunmüddətli yüksəlməsi

C) Psevdokistalar

D) Sarılıq

E) Sadalananların hamısı


Ədəbiyyat: П. Я. Григорьев, А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» 2003, səh 277
454) Kəskin pankreatitin fəsadları aşağıda sadalananlardan hansıdır?

A) Sadalananların hamısı

B) Hipovolemik şok

C) Paralitik bağırsaq keçməməzliyi

D) Sol tərəfli plevrit və assit

E) Hipokalsiemiya


Ədəbiyyat: П. Я. Григорьев, А.В. Яковенко «Справочное руководство по гастроэнтерологии» 2003, səh 82
455) Aşağıda sadalanan simptomlardan hansı kəskin hemorragik pankreatit zamanı peritondaxili qanaxmanın əlamətidir?

A) Dodaq simptomu

B) Damar ulduzcuqları simptomu

C) Örtük simptomu

D) Kullen simptomu

E) Palmar eritema simptomu


Ədəbiyyat: Мак Нелли «Секреты гастроэнтерологии» 2001, səh 710
456) Bədxassəli insulinoma ən çox hansı orqana metastaz verir?

A) Qaraciyərə

B) Böyrəyə

C) Ürəyə


D) Beyinə

E) Ağ Ciyərə


Ədəbiyyat: А. Л. Гребенев «Руководство по гастроэнтерологии» III том, 1996 , səh 149
457) Bədxəssəli şişin hansı lokalizasiyasında Kurvuazye simptomu diaqnostik sayılır?

A) Mədəaltı vəzin başında

B) Ümumi qaraciyər axacağında

C) Qaraciyər toxumasında

D) Mədəaltı vəzin quyruğunda

E) Mədəaltı vəzin cismində


Ədəbiyyat: П. Я. Григорьев, А.В. Яковенко «Клиническая гастроэнтерология» 2004, səh 714
458) Zollinger-Ellison sindromu ilə assosiyasiya olunan şiş ən çox harda lokalizə olunur?

A) Mədədə

B) Mədəaltı vəzidə

C) 12 barmaq bağırsaqda

D) Limfa düyünündə

E) Dalaqda


Ədəbiyyat: П. Я. Григорьев, А.В. Яковенко «Клиническая гастроэнтерология» 2004, səh 719
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin