Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Xroniki idiopatik pankreatit zamanı latent dövr nə qədər çəkə bilər?



Yüklə 1,75 Mb.
səhifə10/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

596) Xroniki idiopatik pankreatit zamanı latent dövr nə qədər çəkə bilər?

A) 3 il


B) 6 ay

C) 20-30 il

D) 1 il

E) 5 il
Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 270


597) 12 barmaq bağırsaq patologiyaları zamanı bu amillərdən hansının təsirindən pankreatit inkişaf edə bilər?

A) Qastrinin

B) 12 barmaq bağırsağın diskineziyasının

C) Hər birinin

D) Xlorid turşusunun

E) 12 barmaq bağırsaq divertikulitinin


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 262
598) Aşağıdakılardan hansı xroniki pankreatitlərin inkişafına səbəb olmur?

A) İrsi pozğunluqlar, aminoasiduriya və s.

B) Hiperlipidemiya

C) Metil spirti ilə zəhərlənmə

D) Vitamin C çatışmazlığı

E) Bəzi dərman preparatları (azatioprin, furosemid ve s.)


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 262
599) Xroniki pankreatitin kəskin həmləsində hansı cavab variantı səhvdir?

A) Antihipoksantlar təyin olunur

B) H2-blokatorlar təyin olunur

C) Pəhriz, 1A təyin olunur

D) Prokinetiklər təyin olunur

E) Pəhriz, 5n təyin olunur


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 279
600) Ağır gedişli xroniki pankreatitin remissiya dövründə pəhriz pozularsa bu əlamətlərdən hansı ola bilər?

A) Hamısı

B) Qarının yuxarı hissəsində ağrılar

C) İslaha meyllilik

D) Kəmərvari ağrılar

E) Meteorizm


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 280
601) Aşağıda sadalanan faktorlardan hansı pankreatitlərin inkişafına səbəb ola bilər?

A) Virus hepatitləri

B) Koksaki virusu

C) İnfeksion mononukleoz

D) Hamısı

E) İnfeksion parotit


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 262
602) Orta ağırlıqlı xroniki pankreatitin remissiya dövründə bu əlamətlərdən hansı müşahidə olunur?

A) İshala meyllilik

B) Duodenal möhtəviyyatda pankreas fermentlərinin aktivliyinin aşağı olması

C) Meteorizm

D) Bədən çəkisinin itməsi

E) Hər biri


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 280
603) Orta gedişli pankreatitin remissiya dövründə müalicəyə bu tədbirlərdən hansını əlavə etmək olar?

A) Antihipoksantların təyini

B) Hər birini

C) Disbakterioz əleyhinə tədbir

D) Essensial fosfolipidlərin təyini

E) Polivitamin təyini


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 280
604) Xroniki obsruktiv pankreatitdə aşağıda göstərilənlərdən hansı ağrı sindromunu gücləndirə bilər?

A) Ağırlıq qaldırılması

B) Çox soyuq qida qəbulu

C) Pəhrizin pozulması

D) Çox qaynar qida qəbulu

E) Hər biri


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 281
605) Duodenal möhtəviyyatda olan bu faktoralrın hansı mədəaltı vəzinin parenximasını zədələyə bilər?

A) Proteolitik fermentlər

B) Öd turşuları

C) Hər biri

D) Lizolesitin

E) Bakteriyalar


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 263
606) Aşağıdakı sadalanan faktorlardan hansı pankreatitlərin inkişafına səbəb ola bilər?

A) Sadalanların hamısı

B) Mədəaltı vəzinin birincili karsinoması

C) Mədəaltı vəzinin metastatik karsinoması

D) Mədə axiliyası

E) 12 barmaq bağırsağın divertikuliti


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 263
607) Bu dərman vasitələrindən hansı mədəaltı vəziyə zədələyici təsir göstərə bilər?

A) Sulfanilamidlər

B) 6-Merkoptopurin

C) Metronidozal

D) Sadalanların hamısı

E) Furosemid


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 264
608) Bu dərman vasitələrindən hansı mədəaltı vəziyə zədələyici təsir göstərə bilər?

A) Spazmolitiklər

B) Qeyri- steroid iltihab əlehyinə olan vasitələr

C) Analgetiklər

D) H2 reseptorlarının blokatorları

E) Sefalosporinlər


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 264
609) Bu dərman vasitələrindən hansı mədəaltı vəziyə zədələyici təsir göstərə bilər?

A) Antasidlər

B) Metronidazol

C) Xolinolitiklər

D) Proton nasosunun ingibitorları

E) Spazmolitiklər


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 264
610) Bu xəstəliklərdən hansı pankreatitlərin əmələ gəlməsinə səbəb ola bilər?
A) Hepatit B

B) Hər biri

C) Trombositopenik purpura

D) Sistem qırmızı qurdeşənəyi

E) Düyünlü periarteriit
Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 265
611) Kəskin pankreatitdə fosfolipaza A2-nin aktivliyi neçə dəfə artır?

A) 10 dəfəyə qədər

B) 600 dəfəyə qədər

C) 200 dəfəyə qədər

D) 100 dəfəyə qədər

E) 50 dəfəyə qədər


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 265
612) Kəskin pankreatintin həmlələrində proteazaların aktivləşməsi ilə yanaşı başqa hansı sistemlər aktivləşir?

A) Kinin


B) Fibrinoliz

C) Kaoqulyasiya

D) Komplement

E) Hər biri


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 265
613) Bu amillərdən hansı pankreatitlərin inkişafına səbəb ola bilər?

A) Hamısı

B) 12 barmaq bağırsağın xorası

C) 12 barmaq bağırsağın diskineziyası

D) Ümumi öd axacağının struktur anomaliyası

E) 12 barmaq bağırsağın divertikulu


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 263
614) Ağır gedişli xroniki pankreatitlərin remissiya dövründə bu əlamətlərdən hansına rast gəlinmir?

A) Psixoastenik sindroma

B) İshala

C) 2-cili şəkərli diabetə

D) Bədən çəkisinin itməsinə

E) Ağrı simptomuna


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 281
615) Bu dərman vasitələrindən hansı mədəaltı vəziyə zədələyici təsir göstərə bilər?

A) Hipotiazid

B) Qeyri-steroid iltihab əleyhinə olan vasitələr

C) Metronidazol

D) Üzvi həlledicilər

E) Hamısı


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 264
616) Çox alkoqol qəbul edən insanlarda pankreatitin inkişafında əsas səbəb nədir?

A) Dəm qazı

B) Hər biri

C) Nikotin

D) Sirkə aldehidi

E) Karbon qazı


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 266
617) Xroniki pankreatitdən başqa digər hansı xəstəliklərdə mədəaltı vəzinin xarici sekretor çatmamazlığı rast gələ bilər?

A) Kvaşiorkorda

B) Postqastroektomik xəstəlikdə

C) Sadalananların hər birində

D) Mədəaltı vəzin lipomatoz və atrofiyasında

E) Mukovisidozda


Ədəbiyyat: И.И Дегтярева « Клиническая гастроентерология» Москва 2004, səh 288
618) Mədəaltı vəzi xərçənginin 90%-ni hansı şişlər təşkil edir?

A) Adenokarsinoma

B) Asinar xərçəng

C) Yastıhüceyrəli xərçəng

D) Differensasiya olunmamiş xərçəng

E) Sistadenokarsinoma


Ədəbiyyat: А.С.Белоусов, В.Д. Водолагин, В.П. Жаков "Диагностика, дифференсиальная диагностика и лечение болезней органов пищеварения" Москва, 2002, səh 397
619) Mədəaltı vəzi xərçənginin müayinəsində hansı halda kompyuter tomoqrafiya metodunun diaqnostik həssalığı azalır?

A) Şişin ölçüsü 3 sm-dən kiçik olarsa

B) Şiş vəzinin quyruğunda yerləşərsə

C) Şiş vəzinin başında yerləşərsə

D) Meteorizm olarsa

E) Şiş vəzinin gövdəsində yerləşərsə


Ədəbiyyat: А.С.Белоусов, В.Д. Водолагин, В.П. Жаков "Диагностика, дифференсиальная диагностика и лечение болезней органов пищеварения" Москва, 2002, səh 398
620) Nazik bağırsağın divarlarının quruluşunda hansı qat iştirak etmir?

A) Selikli

B) Seroz

C) Subseroz

D) Əzələ

E) Selikaltı qişa


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.27
621) Yeyunum (acı bağırsaqda) epitelin yaşama müddəti nə qədərdir?

A) Bir gün

B) Dörd gün

C) Beş, altı gün

D) 10 gündən 15 günə qədər

E) 12 gün


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.29
622) Nazik bağırsağın əsas funksiyalarına hansılar aiddir?

A) Divar önü həzm

B) Fermentativ

C) Hərəkət

D) Sovrulma və ekskretor

E) Bütün sayılanlar


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.43
623) Suyun və mineral duzların sovrulma müddəti nədən asılıdır?

A) Sayılanlardan heç birindən

B) Bütün sayılanlardan

C) Sovrulma səthinin ölçüsündən

D) Hüceyrədə olan metobolik proseslərdən

E) Mineral duzların konsentrasiyasından


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.61
624) Seliakiyalı xəstələr hansı məhsulu istifadə edə bilərlər?

A) Arpa sıyığı (selikli)

B) Makaron məmulatları

C) Buğda xəmirindən quru məmulatlar

D) Manna yarması

E) Qarğıdalı


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.440
625) Qlüten enteropatiyasında nazik bağırsaqda hansı qat zədələnir?

A) Seroz


B) Selikaltı qişa

C) Bütün sayılanlar

D) Əzəzlə qatı

E) Selikli qişa


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.416
626) Qlüten enteropariyasının prinsiplərinə nə daxildir?

A) Fermentlər

B) Antibiotiklər

C) Aqlüten diet və qlükokortikoidlər

D) Bütün sayılanlar

E) Əvəzedici terapiya


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.440
627) Düz bağırsağın uzunluğu təqribi olaraq nəqədərdir?

A) 15 -18 sm

B) 40 sm

C) 5 sm


D) 5-10 sm

E) 50 sm
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.39


628) Şarko-Leydən kristalları nəcisdə hansı xəstəlikdə aşkar olunur?

A) Kron xəstəliyində

B) Eozinofil qastroenteritdə

C) Q.B. sindromunda

D) QİÇS-da

E) Qeyri-spesifik xoralı kolitdə


Ədəbiyyat: Питер Р. МакНелли «Секреты гастроэнтерологии», Санкт - Петербург, 2001 г., стр. 436
629) Alimentar qəbizlik nə zaman baş verir?

A) Müxtəlif səbəblərdən orqanizmdə suyun azalmasi və rasionda bitki liflərinin azlığı zamanı

B) Mexanizmi məlum deyil

C) Bağırsağın inkişaf anomaliyaları zamanı

D) Bağırsağın motor funksiyasının pozulması zamanı

E) Nazik bağırsaq keçməməzliyi zamanı


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.95-96 таблица 3.3
630) Kron xəstəliyinin ağırlaşmalarına şübhə olduqda ilkin olaraq aşağıdakı instrumental müayinələrdən hansı yerinə yetirilməlidir?

A) Kolonoskopiya

B) Mədə-bağırsaq traktının kontrast rentgen müayinəsi

C) İrrioskopiya

D) USM

E) Qarın boşluğunun obzor (icmal) rentgenoqrafiyası


Ədəbiyyat: В.Т. Ивашкин, Т.А. Лапина «Гастроэнтерология национальное руководство» Москва 2008, стр.456
631) Xroniki enteritin inkişafının etioloji faktorlarına aşağıdakılardan hansı daxil deyil?

A) Erkən keçirilmiş kəskin bağırsaq infeksiyaları

B) Qarın boşluğu orqanlarında operativ müdaxilələr

C) Antibiotiklərdən həddindən artıq çox istifadə etdikdə

D) Həzm sisteminin digər orqanlarında baş verən xroniki xəstəliklər

E) Qarın boşluğunun travmaları


Ədəbiyyat: А.Н.Окорков «Диагностика внутренних болезней» стр.175-177
632) Hansı metod bağırsağın sovrulma qabiliyyatını göstərmir?

A) Qlükozanın tolerantlıq testi

B) Hidrogen tənəffüs testi

C) Ureaza testi

D) D-ksilozanın absorbsiyasına olan test

E) Şillinq testi


Ədəbiyyat: В.А.Максимов, К.К.Далидович «Диагностические тесты при заболеваниях органов пищеварения» стр.100-101
633) D-ksiloza testi nəyi təyin edir?

A) Qaraciyərin funksiyası

B) Nazik bağırsağın sovurma funksiyasını

C) Yoğun bağırsağın sorma funksiyasını

D) Mədəaltı vəzin funksiyasını

E) Sayılanlardan heç biri


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.154-156
634) Kəskinləşmə fazasında olan xronik enterit üçün bütün sayılan simptomlardan hansı xas deyil?

A) Qəbizlik

B) Orqanizmin susuzlaşması

C) Həddən artıq köpüklü, açıq rəngli nəcisin ifrazı

D) Qanın elektrolit tərkibinin pozulması

E) Çəkinin azalması


Ədəbiyyat: П.Я.Григорьев, А.В. Яковенко «Клиническая гастроэнтерология» 2001 г. стр.384-388
635) Uzunmüddətli gedən xronik diareya səbəbləri hansılardı?

A) Psevdomembranoz kolit

B) Qastroenteritlər

C) Bütün sayılanlar

D) Addison xəstəliyi

E) Qeyri-spesifik xorali kolit


Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко “Клиническая гастроэнтерология” 2001, стр 385-386
636) Xroniki diareya zamanı hansı diaqnostik tədqiqat üsullarından istifadə etmək vacibdir?

A) Rentgenoloji

B) Bütün sayılanlar

C) Nəcisin disbakterioza müayinəsi

D) Kolonoskopiya

E) Koproloji


Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко “Клиническая гастроэнтерология” 2001, стр 388-389
637) Nazik bağırsağın rentgenoloji müayinəsində nə aşkar oluna bilər?

A) Strikturalar

B) Mayenin və qazın horizontal səviyyəsi

C) Bütün sayılanlar

D) Selikli qişanın atrofiyası

E) Nazik bağırsağın dilatasiyası


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.181
638) Meteorizm nədir?

A) Bağırsaqda qazın toplanması

B) Bağırsaqda yağların həzminin pozulması

C) Bağırsaqda zülalların həzminin pozulması

D) Bağırsaqda mayenin toplanması

E) Bağırsaqda ximusun toplanması


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.109
639) İleosekal qapaq (Bauqini) harada yerləşir?

A) Acı bağırsağın qalça bagırsağa keçən hissəsində

B) 12-barmaq bağırsağın enən hissəsində

C) S-vari bağırsağın düz bağırsağa keçən yerində

D) Qalça bağırsağın kor bağırsağa keçən hissəsində

E) Köndələn çənbər bağırsağın enən hissəyə keçən hissəsində


Ədəbiyyat: А.C.Логинов А.П. Парфенов “Болезни кишечника” 2000, стр.34
640) Malabsorbsiya sindromu öz ağırlığına görə neçə dərəcəyə bölünür?

A) 5


B) 3

C) 2


D) 6

E) 4
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г. cтр.119


641) Qısa bağırsaq sindromunda əsas kliniki əlamətlər hansıdır?

A) Makrositar anemiya

B) Diareya

C) Bədən kütləsinin aşağı düşməsi

D) Xroniki vitamin və mikroelementlər çatmazlığı

E) Sadalanlanların hamısı


Ədəbiyyat: A.B.Kaлинин с соавт. “Гастроэнтерология” Справочник. 2009, c.49.
642) Eozinofil qastroenteritin müalicəsi necə olmalıdır?

A) Fermentlərlə

B) Kortikosteroidlərlə

C) Antibiotiklərlə

D) Sulfasalizin

E) Sadalanların hamısı


Ədəbiyyat: Питер Р. МакНелли «Секреты гастроэнтерологии», Санкт - Петербург, 2001 г., стр.437.
643) Karsinoid sindromuna nə aiddir?

A) Dəri simptomları

B) Sadalanların hamısı

C) Ağciyər simptomları

D) Ürək simptomları

E) Mədə-bağırsaq simptomları


Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр.546.
644) Çənbər bağırsağın bakteriya sıxlığı nə qədərdir?

A) 1ml-da təqribən 30 000

B) 1ml-da təqribən 600 000

C) 1ml-da təqribən 4000-5000

D) 1ml-da təqribən 1000

E) 1ml-da təqribən bir trillion-dan az


Ədəbiyyat: Питер Р. МакНелли «Секреты гастроэнтерологии» Санкт - Петербург, 2001 г., cтр. 438
645) Qısa bağırsaq sindromunun yaranma səbəbi nədir?

A) Kron xəstəliyi

B) Bağırsaq çevrilməsi

C) Sadalanların hamısı

D) Nazik bağırsağın işemiyası

E) Travma


Ədəbiyyat: Питер Р. МакНелли «Секреты гастроэнтерологии» Санкт - Петербург, 2001 г., cтр. 444
646) Anadangəlmə laktoza çatışmazlığı zamanı xəstədə hansı qida həzm olunmur?

A) Süd


B) Heç biri

C) Çörək


D) Yumurta

E) Kələm
Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов « Болезни кишечника» 2000 г. cтр.388-389.


647) Sadalanan hansı şiş növü xoş xassəlidir?

A) Limfoma

B) Adenokarsinoma

C) Sarkoma

D) Karsinoid

E) Leyomioma


Ədəbiyyat: И.И. Гончарик «Клиническая гастроэнтерология» 2002 г. cтр.242-243.
648) Kor ilgək sindromu nə zaman baş verir?

A) Uzun müddət diareya vəziyyətində olan xəstələrdə

B) Bağırsağın iltihabi xəstəliklərinin ağırlaşması zamanı

C) Bağırsaqda cərrahi əməliyyatdan sonra

D) Bağırsaq qanaxmaları zamanı

E) Qəbizlik olan xəstələrdə


Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр.454.
649) Yoğun bağırsağın şişləri zamanı aşağıdakı hansı onkomarkerlərin müayinəsi daha çox əhəmiyyət kəsb edir?

A) Qan zərdabında xərcənq-embrional antiqen

B) Alfa fetoprotein – AFP

C) CA-125 xərçəng antiqeni

D) CA-72-4 – karbohidrat antiqeni

E) CA-15-3 – xərçəng antiqeni


Ədəbiyyat: Г. И. Назаренко, А.А. Кишкун, «Клиническая оценка результатов лабораторных исследований» Москва 2000, cтр. 338
650) Nazik bağırsağın adenokarsinoması əsasən hansı xəstələrdə rast gələ bilər?

A) Qeyri–spesifik xoralı kolitli xəstələrdə

B) Hormonal pozğunluğu olan xəstələrdə

C) QBS-lu xəstələrdə

D) Bağırsaq rezeksiyası keçirilmiş xəstələrdə

E) Qardner sindromu və Peyts-Yegers sindromlu xəstələrdə


Ədəbiyyat: И.И. Гончарик «Клиническая гастроэнтерология» 2002 г. cтр. 245.
651) Aşağıdakı sadalananlardan hansı nazik bağırsağın xoşxassəli şişlərinə aid deyil?

A) Hemangioma

B) Mioma

C) Lipoma

D) Limfoangioma

E) Limfoma


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфенов «Болезни кишечника», 2000 г., Москва, cтр. 541
652) Malabsorbsiya sindromuna nə xarakterdir?

A) Sadalanların hamısı

B) Diareya

C) Oynaq ağrıları

D) Bədən çəkisinin azalması

E) Anemiya


Ədəbiyyat: А.С. Логинов, А.И. Парфенов, «Болезни кишечника» 2000 г., Москва, cтр. 118.
653) Dəmir bağırsağın hansı hissəsində sovrulur?

A) Hamısında

B) 12 b.bağırsaqın proksimal hissəsində

C) Nazik bağırsaqda

D) Qalça bağırsaqda

E) 12 b.bağırsaqın distal hissəsində


Ədəbiyyat: А.С. Логинов, А.И. Парфенов, «Болезни кишечника» 2000 г., Москва, cтр. 62
654) Zollinger- Ellison sindromu zamanı hansı hüceyrənin fəaliyyəti pozulur?

A) İnsulini sintez edən

B) Qastrini sintez edən

C) Sadalaların hamısı

D) Somatostatini sintez edən

E) Qlükaqonı- sintez edən


Ədəbiyyat: А.С. Логинов, А.И. Парфенов, «Болезни кишечника» 2000 г., Москва, cтр. 247, 373.
655) Aşağıda qeyd olunanlardan hansı kolonoskopiya müayinəsi zamanı baş verən ağırlaşmalara aid deyil?

A) Qanaxma

B) Bağırsaq divarının perforasiyası

C) Ürək aritmiyaları

D) Bakteremiya

E) Kimyəvi kolit


Ədəbiyyat: В.С. Сотников с соавторы, «Колоноскопия в диагностике заболевания толстой кишки», 2006, стр.38-41
656) Xroniki enterit diaqnozunu əsaslandırmaq üçün hansı sayılan müayinə metodlarından istifadə olunmamalıdır?

A) Anamnestik göstəricilərin dəqiq analizi

B) Morfoloji

C) Sadalanan heç biri

D) Koproloji

E) Ultrasəs


Ədəbiyyat: И.И.Гончарик « Клиническая гастроэнтерология» 2002 г. cтр.224.
657) Uzunmüddətli kiçik absorbsiya sindromu üçün hansı sayılan simptomlar xarakter deyil?

A) Qəbizlik

B) Sümüklərdə ağrı

C) Meteorizm

D) Anemiyalar

E) Ishallar


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г. cтр.120 (таблица)
658) Remissiya fazasında (II dərəcəli ağırlıqda) xroniki enteritli xəstəyə hansı pəhriz göstərişdir?

A) Karbohidratlı

B) Ümumi tam keyfiyyətli rasion

C) Zülalların üstünlüyü ilə

D) Yağların üstünlüyü ilə

E) Düzgün cavab yoxdur


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфенов “Болезни кишечника” 2000 стр.215-222.
659) Hansı xəstəlik zamanı 12 barmaq bağırsağın distal hissəsi daxil olmaqla nazik bağırsağın biopsiyası vacibdir?

A) Xroniki enteritdə

B) Qlüten enteropatiyalarında

C) Uippl xəstəliyində

D) Bütün sayılanlar

E) Birincili limfangioektaziyada


Ədəbiyyat: А.Н.Окороков «Диагностика заболеваний внутренних органов» 1999 г, Т.1. cтр.175
660) Malasorbsiyası sindromunun diaqnostikasında aşağıdakı sınaqlardan hansı daha düzgündür?

A) Laktozaya qarşı tolerantlıq sınağı

B) Şillinqa sınağı

C) Yoğun bağırsağın rentgen müayinəsi

D) D - ksiloza sınağı

E) Qlükoza tolerantlıq sınağı


Ədəbiyyat: П.Я.Григорьев, В.А.Яковенко «Клиническая гастроэнтерология» 2001, стр. 629
661) Tropik spruda nazik bağırsağın selikli qişasının bioptatının histoloji müayinəsi hansı göstərilənləri aşkar edir?

A) Bağırsaq qişasının atrofiyasını

B) Selikli qişanın atrofiyasını

C) Sadalanan heç biri

D) Bağırsaq epitelisinin degenerasiyasını

E) Enterositlərin mitoxondrionlarının hipertrofiyasını


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г. cтр.450
662) Rentgenoloji əlamət “Qar dənəciyi” hansı xəstəliyə xarakterdır?

A) Yoğun bağırsağın polipozu üçün

B) Xroniki pankreatit üçün

C) Spru üçün (qeyri-trofik forma)

D) Mukovisidoz üçün

E) Yoğun bağırsağın divertikulyozu üçün


Ədəbiyyat: Н.У.Шнигер «Рентгенология тонкого и толстого кишечника» 1989 г., cтр 252
663) Sprunun tropik formasının inkişafı nə ilə əlaqədardır?

A) Endokrin vəzilərin disfunksiyası ilə

B) İsti iqlimlə

C) Bütün sayılanlarla

D) Fol turşusunu defisiti ilə

E) Qidada zülalın defisiti ilə


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.449.
664) Tropik formalı sprunun müalicəsində hansı vitaminləri təyin etmək lazımdır?

A) Vitamin D

B) Askorbin turşusu

C) Fol turşusu

D) B qrupu

E) Bütün sayılanları


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.450
665) Tropik sprunun patogenetik terapiyasına nə daxildir?

A) Anaboliklər

B) Pəhriz, vitaminlər, antibiotiklər, fol turşusu

C) Sitostatiklər

D) Fermentlər

E) Eubiotiklər


Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр.450
666) Xroniki enterokolitin inkişafetmə səbəblərinə nə aiddir?

A) Qarın boşluğu orqanlarında cərrahi müdaxilələr

B) Bütün sayılanlar

C) Alimentar pozğunluqlar və alkoqollu içkilərin artıq dərəcədə içilməsi

D) Əvvəllər keçirilmiş kəskin bağırsaq infeksiyaları

E) Həzm sisteminin digər orqanlarının xroniki xəstəlikləri


Ədəbiyyat: А.Л.Гребенев “Руководство по гастроэнтерологии” 1996, Т.3 стр.360
667) Xroniki enterokolitin inkişafına səbəb olan mümkün mexanizmlərə nə aiddir?

A) Sorulmanın pozulması

B) Qidanın həzm olunmasının pozulması

C) Bağırsağın ifraz-hərəki funksiyasının pozulması

D) Disbakterioz

E) Bütün sayılanlar


Ədəbiyyat: А.Л.Гребенев “Руководство по гастроэнтерологии” 1996, стр. 360-362.
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin