740) Yoğun və ya düz bağırsağın xovlu - adenomatoz polipi zamanı ən cox rast gələn simptomlar hansılardır ?
A) Ağrı sindromu
B) Qəbizlik
C) Qıcqırma
D) Defekasiya aktı-duru səkilində selikli və qan qarışıqlı, bədən kütləsinin azalması, dəmir defisitli anemiya
E) Ürək bulanma, qusma
Ədəbiyyat: А.С. Логинов.А.И.Парфенов “Болезни кишечника” 2000-стр.560 (клиника).
741) Sadalananlardan hansı kolonoskopiya müayinəsi üçün nisbi əks göstəriş sayılır?
A) Bütün sadalananlar
B) Hidrotoraks və hidroperikardit
C) Anorektal sahənin kəskin iltihabi xəstəlikləri
D) Hamiləlik 2-ci, 3-cü trimestrdə
E) Peritonit
Ədəbiyyat: Сотников В.Н «Колоноскопия в диагностике заболеваний толстой кишки» стр 30-31.
742) Xroniki kolitin mümkün səbəbləri nə ola bilər?
A) Bütün sayılanlar
B) Alimentar pozğunluqlar
C) Alkoqollu içkiləri həddən artıq qəbul etmək
D) Qarın boşluğu orqanlarında operativ müdaxilələr
E) Əvvəllər keçirilmiş kəskin bağırsaq infeksiyaları
Ədəbiyyat: А.Н.Окороков «Диагностика заболеваний внутренних органов» 1999, стр. 225
743) Daxilə qəbul edilmiş barium normada kör bağırsağa nə vaxt daxil olur?
A) 8 saatdan sonra
B) 1 saatdan sonra
C) 2 saatdan sonra
D) 4-6 saatdan sonra
E) 12 saatdan sonra
Ədəbiyyat: Иванов К.С., Зубчик Т.М «Дифференциальная диагностика заболеваний внутренних органов» 1999, стр. 320
744) Nəcis kütlələrinin əsas rezervuarına nə aiddir?
A) Enən şöbə
B) Köndələn-çənbər bağırsaq
C) Düz bağırsaq
D) Siqmayabənzər bağırsaq
E) Kor bağırsaq
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология» 2001 г. стр 501
745) Yoğun bağırsağın əsas funksiyalarına nə aiddir?
A) Sorucu
B) Ekskretor
C) Bütün sayılanlar
D) Həzmedici
E) Defekasiya aktı
Ədəbiyyat: Гребенёв А.Л. «Руководство по гастроэнтерологии » 1995, T 3, стр. 199
746) Yoğun bağırsağın selikli qişasının biopsiyası hansı xəstəliklərdə informativ-diaqnostik üsul sayılmır?
A) Qranulematoz kolitdə
B) Amiloidozda
C) Yoğun bağırsağın xərçəngində
D) Divertikulyozda
E) Qeyri-spesifik xoralı kolitdə
Ədəbiyyat: А.Н.Окороков «Диагностика заболеваний внутренних органов» 1999, стр. 217
747) Xroniki kolit diaqnozunu əsaslandırmaq üçün aşağıdakılardan hansı əsas müayinə üsulu sayıla bilməz?
A) Ultrasəs müayinəsi vacib deyil
B) Anamnestik göstəricilərin dəqiq analizi
C) Rentgenoloji
D) Endoskopiya və biopsiya
E) Koproloji
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология». 2001 г. стр. 467
748) Səbəbindən asılı olaraq hansı qəbizlik növləri var?
A) İltihabi
B) Bütün sayılanlar
C) Alimentar və toksik
D) Mexaniki
E) Nevrogen
Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” 2000, стр.95.
749) Qəbizlikdə “yerli” bağırsaq simptomları necə özünü göstərir?
A) Bağırsağın natamam boşalma hissiyyatı
B) Bütün sayılanlar
C) Meteorizm
D) Qurultu
E) Yalançı çağırışlar
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. Səh 95
750) Qəbizlikdə ümumi pozğunluqlara nə aiddir?
A) Depressiya vəziyyəti
B) Bütün sayılanlar
C) Oynaqlarda ağrı
D) Tez yorulma
E) Baş ağrıları
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр. 95
751) Yoğun bagırsaq xərçənginin ən çox rast gəlinən hissəsi hansıdır?
A) Qaraciyər əyriliyi
B) Dalaq əyriliyi
C) S-ə bənzər bağırsaq və düz bağırsaq
D) Kor bağırsaq
E) Köndələn çənbər bağırsaq
Ədəbiyyat: S.Çalangu A.Ökten “Praktik iç hastalıkları” 1992, səh. 170
752) Aşağıdakı əlamətlərdən hansı psevdomembranoz kolitin klinik şəklini təsvir etmir?
A) Clostridium difficile
B) Nəcis yaxmasından göy irin çöplərinin tapılması
C) Qəbizlik
D) İshal
E) Qarını köpməsi
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр 210
753) Xoralı kolitin səbəbləri hansılardır?
A) Məlum deyil
B) Allergiya
C) İmmunoloji pozğunluq
D) Bakterial infeksiya
E) Damar pozğunluğu
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Справочник по гастроэнтерологии» Москва 2003, стр.445
754) Qeyri-spesifik xoralı kolitin kəskinləşməsinə səbəb nə ola bilər?
A) Kəskin gedişli sitomeqalovirus infeksiyası
B) Pəhrizin pozulması
C) Yazılanların hamısı
D) İnterkurent infeksiya
E) Sulfasalazinlə müalicənin dayandırılması
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Справочник по гастроэнтерологии» Москва 2003, стр. 445
755) Xoralı kolitin əsas klinik simptomlarına hansı aid deyil?
A) İshal
B) Bağırsaq qanaxması
C) Büyüt sayılanlar
D) Perianal abses
E) Qarında ağrı
Ədəbiyyat: Балтайтис У.В и другие « Неспецифический язвенный колит» Киев 1986 г, cтр. 58
756) Yeniyetmələrdə xoralı kolitin gediş xüsusiyyəti hansıdır?
A) Xəstənin ümumi vəziyyəti pozulur
B) Yoğun bağırsağın yalnız distal şöbəsinin zədələnməsi
C) Tez-tez qəbizlik olur
D) Yoğun bağırsağın başlanğıc hissəsində xərçəngin inkişaf riski azdır
E) Xəstəlik ağır gedişə malik olur
Ədəbiyyat: Румянцев.В.Г. “Неспецефический язвенный колит” 2002г. стр 531-541
757) Histoloji müayinə nəyin diaqnostikasında həlledici rol oynayır?
A) Yoğun bağırsaq polipinin novünün təyinində
B) Qeyri-spesifik xoralı kolitdə
C) Kron xəstəliyində
D) Aşagıdakılardan hamısında
E) Eozinofil qastroenterit
Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр;.334 ;352.562;364
758) Xoralı kolitdə patoloji proses hansı qişaları əhatə edir?
A) Bağırsağın bütün divarını
B) Seroz qişanı
C) Selikli qişanı
D) Bağırsağın əzələ qatını
E) Selikli və selikaltı qişanı
Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2000, стр.352.
759) Qeyri-spesifik xoralı kolitin bağırsaqdan kənar əlaməti hansıdır?
A) Dərinin zədələnməsi
B) Artrit
C) Qaraciyərin zədələnməsi
D) Tromboflebit
E) Sadalanların hamısı
Ədəbiyyat: Румянцев.В.Г. “Неспецефический язвенный колит” 2002г. стр. 531-541
760) Qeyri-spesifik xoralı kolitin yerli ağırlaşmaları hansılardır?
A) Bütün sayılanlar
B) Qanaxma
C) Yoğun bağırsağın xərçəngi
D) Striktura
E) Bağırsağın deşilməsi
Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр.355 (таблица)
761) Yoğun bağırsağın toksik dilatasiyası aşağıdakılardan hansının tipik ağırlaşması sayılır?
A) Anadangəlmə dolxosiqmanın
B) Yoğun bağırsağın polipozunun
C) Qeyri-spesifik xoralı kolitin
D) Kron xəstəliyinin
E) Yoğun bağırsağın divertikulunun
Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр.362
762) Xoralı kolitdə aşağıdakı hansı rentgenoloji əlamətlər diaqnostik əhəmiyyət kəsb edir?
A) Haustrasiyanın itməsi
B) “Daş döşəmə” simptomu
C) Haustrasiyanın itməsi, bağırsaq mənfəzinin daralması
D) Bağırsaq divarının torbaşəkilli xaricə genişlənməsi
E) Bağırsağın diametrinin böyüməsi
Ədəbiyyat: А.С.Логинов А.И.Парфенов “Болоезни кишечника” стр.357.
763) Qeyri-spesifik xoralı kolitin diaqnostikasında aparıcı rol nə oynayır?
A) Qanlı nəcis
B) İrriqoskopiya
C) Fizikal müayinə
D) Rektomanoskopiya (kolonoskopiya)
E) Nəcisin mikrobioloji mayinəsi
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Справочник по гастроэнтерологии» Москва 2003, стр. 445
764) Qeyri-spesifik xoralı kolit zamanı birinci diaqnostik addım nə olacaq?
A) Proktosiqmoidoskopiya
B) Nəcisin parazitə görə laborator müayinəsi
C) Kolonofibroskopiyadan əvvəl diareya əleyhinə dərmanla sınaq
D) Bariumla imalə
E) Yoğun bağırsaq rentgenoloji müayinəsi
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Справочник по гастроэнтерологии» Москва 2003, стр. 445
765) Qeyri-spesifik xoralı kolitin qeyri-aktiv fazası üçün aşağıdakı hansı rektoskopik əlamətlər xarakterdır?
A) Kontakt qanaxma
B) Xoralanmanın başlanması
C) Damar şəklinin pozulması
D) Psevdopoliplərin əmələ gəlməsi
E) Selikli qişanın qanamasının başlaması
Ədəbiyyat: РумянцеваВ.Г., Щеголева М.Е «Неспецифический язвенный колит» 2002. стр. 540
766) Qeyri-spesifik xoralı kolitin residivinin profilaktikasında nə mühüm əhəmiyyət kəsb edir?
A) Fiziki yükün azaldılması
B) Pəhriz
C) Sedativ dərman
D) Sayılanlardan heç biri
E) Sulfasalazın gündəlik
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр. 360
767) Xoralı kolitin müalicəsinin əsas prinsipləri hansılardı?
A) Mübadilə pozğunıuğunun bərpa edilməsi
B) Sulfanilamidlərin salisil turşusu ilə azobirləşməsi (mesalazin, predizalon)
C) Bağırsağın funksiyasını normallaşdıran dərmanlar
D) Bütün sayılanlar
E) Sedativ dərmanlar
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г. стр. 360
768) Qeyri-spesifik xoralı kolitin orta ağır formasında nə istifadə olunur?
A) Ftalazol
B) Levomisetin
C) Ampisilin
D) Sulfasalazin, mesalazin kortikosteroidlər
E) Antikauqulyantlar
Ədəbiyyat: А.С.Логинов А.И.Парфенов “Болезни кишечника” стр360.
769) Qeyri-spesifik xoları kolitdə steroid hormonlar nə zaman qəbul edilir?
A) Ağır formalarda
B) Digər preparatlarla müalicə effekt vermədikdə
C) İldırım gedişli (fulminant) formada
D) Bütün sayılanlar
E) Digər orqan sistemlərinin prosesə cəlb olunması zamanı
Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2000, стр.326
770) Xoralı kolit xəstəliyinin müalicəsi zamanı hansı immunosupressiv preparat istifadə olunur?
A) Ampisillin
B) Levomisetin
C) Azatioprin
D) Neomisin
E) Sulfasalazin
Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника”, стр360.
771) Nazik bağırsağın kəskin infeksiyalarına aşağıdakılardan hansı aiddir?
A) Sadalanların hamısı
B) Bakteriyalar (E.coli.Salmonella.Şiqella.Vibrio və.s)
C) İbtidailər (Giardia lamblia.cryptosporidum)
D) Viruslar (Rotovirus.Astroviruslar.herpes və.s)
E) Parazitlər (Stronqyloides.Sterkoralis və.s)
Ədəbiyyat: Д.М.Хендельсон “Патофизиология органов пищеварения” Санк-Петербург 1997, стр.99.
772) Divertikul xəstəliyini hansı xəstıliklərlə differensial diaqnostikası aparılmalıdır?
A) Psevdomembranoz kolit
B) Bağırsağın qıcıqlanma sindromu
C) Kəskin appendisit
D) Bütün sayılanlar
E) Kolorektal xərçəng
Ədəbiyyat: В.Т.Ивашкин,Т.А.Лапина «Гастроэнтерология Национальное руководство» 2008 стр.455-456
773) Dişeziya nə deməkdir?
A) Udqunma aktının pozulması
B) Nəcisdə qanın aşkar edilməsi
C) Oynaqlarda ağrıların olması
D) Çanaqdibi əzələlərinin və ya anal sfinkterin disfunksiyası
E) Bağırsaqlarda artıq qazın toplanması
Ədəbiyyat: А.С.Логинов А.И.Парфенов “Болезни кишечника” стр. 514
774) Verilən variantlardan hansı divertikul xəstəliyində hospitalizasiyaya birbaşa göstəriş ola bilər?
A) Nəzərə çarpan intoksikasiya
B) Bütün sayılanlar
C) Ağır yanaşı gedən xəstəliklər
D) Kəskin divertikulit
E) Yüksək temperatur (39-40C)
Ədəbiyyat: В.Т.Ивашкин, Т.А.Лапина «Гастроэнтерология Национальное руководство 2008 стр.456
775) Aşağıda göstərilənlərdən hansı qeyri-spesifik limfadenomeqaliya, bədən piqmentasiyası ilə səciyyənən xəstəlikdir?
A) Karsinoid sindrom
B) Hemoxromatoz
C) Kron xəstəliyi
D) Uipple xəstəliyi
E) Seliakiya xəstəliyi
Ədəbiyyat: S.Çalangu A.Ökten “Praktik iç hastalıkları” İstanbul 1992, səh.166
776) Aşağıda göstərilənlərdən hansı qeyri-spesifik xoralı kolitin ağırlaşmasına aid deyil?
A) Qanqrenoz piodermiya
B) Bağırsağın perforasiyası
C) Bağırsaq qanaxması
D) Yoğun bağırsağın kəskin toksiki dilatasiyası
E) Bağırsağın stenozu
Ədəbiyyat: В.Т.Ивашкин, Т.А.Лапина «Гастроэнтерология национальное руководство» Mockва 2008, стр. 460
777) Aşağıdakılardan hansında yoğun bağırsağın toksiki dilatasiyası olmur?
A) Xoralı kolit
B) Kron xəstəliyi
C) Psevdomembranoz kolit
D) Dizenteriya
E) Salmanelyoz
Ədəbiyyat: S.Çalangu A.Ökten “Praktik iç hastalıkları” İstanbul 1992, səh. 190
778) Bağırsaq vərəmini aşağıdakı hansı xəstəliklər ilə differensasiya etmək lazımdır?
A) Yoğun bağırsağın bəd xassəli şişi
B) Xoralı kolit
C) Kron xəstəliyi
D) Dizenteriya
E) Bütün sayılanlar
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г. стр. 298
779) Aşağıda sayılan müayinə metodlarından qeyri-spesifik xoralı kolit xəstəliyinin diaqnostikasında ən son informativ metod hansıdır?
A) Nəcisin mikrobioloji müayinəsi
B) Kolonoskopiya
C) Kompyüter tomoqramı
D) İrriqoskopiya
E) Yoğun bağırsağın endoskopik muayinəsi zamanı götürülmüş bioptatın histoloji müayinəsi
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000 г. стр. 354
780) Bağırsaq pnevmatozu hansı klinik əlamətlərlə özünü göstərir?
A) Qarında ağrı
B) Bütün sayılanlar
C) Duru nəcis
D) Bağırsaq keçiriciliyinin pozulması-çoxlu miqdarda kistalarla
E) Meteorizm
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г. стр. 482.
781) Bağırsaqda pnevmokistalar daha çox harada yerləşir?
A) Seroz qatda
B) Düzgün cavab yoxdur
C) Serozaltı qatda vəya selikli qatda
D) Əzələ qatında
E) Selikaltı qatda
Ədəbiyyat: А.Л.Гребенева “Руководство по гастроэнтерологии” 1996, стр.434
782) Xroniki enterekolit xəstəliyinin diaqnostikasında aşağıdakı müayinə metodlarından hansıları daha çox əhəmiyyət kəsb edir?
A) Rektoromonoskopiya və koprololoji
B) Koproloji müayinə
C) Rektoromonoskopiya
D) Fizikal
E) Nəcisin gizli qana görə müayinəsi
Ədəbiyyat: В.И.Маколкин “Внутренние болезни” 1989, стр.301
783) Aşağıdakılardan hansı duodenumda sovrulmur?
A) B12
B) Fol turşusu
C) Kalsium
D) Qlükoza
E) Dəmir
Ədəbiyyat: S.Çalangu, A.Ökten “Praktik iç hastalıkları” 1992, səh.183
784) Kron xəstəliyi zamanı daha çox zədələnən aşağıdakılardan hansıdır?
A) Mədə
B) Qalça bağırsaq
C) Düz bağırsaq
D) Qida borusu
E) Appendiks
Ədəbiyyat: John W Sinqleton, Piter Mak-Nelli « Секреты гастроэнтерологии» 1999, стр. 406
785) Kron xəstəliyinin müalicəsində hansıları istifadə etmək olar?
A) Vitaminoterapiyadan
B) Bütün sayılanları
C) Steroid hormonlardan
D) Pəhrizdən
E) Sulfasalazindən
Ədəbiyyat: John W Sinqleton, Piter Mak-Nelli « Секреты гастроэнтерологии» 1999, стр. 406
786) Uippl xəstəliyinin klinikası üçün nə xarakterdir?
A) Anoreksiya
B) Limfoadenopatiya
C) Bütün sayılanlar
D) Poliartrit və ödemlər
E) İshal
Ədəbiyyat: А.Л.Гребенева “Руководство по гастроэнтерологии” стр. 435
787) Bağırsaq vərəminin spesifik müalicəsində hansı dərman preparatları istifadə olunur?
A) İzoniazid və Rifampisin
B) Azitromisin
C) Sulfasalazin
D) Prednizalon
E) Metronidazol
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000г. стр.298
788) Uippl xəstəliyinin diaqnostikasında nə həlledici əhəmiyyət kəsb edir?
A) Nazik bağırsağın biopsiyası
B) Yoğun bağırsağın biopsiyası
C) Rentgenoloji müayinələr
D) Klinik əlamətlər
E) Laborabor məlumatlar
Ədəbiyyat: А.Н.Окороков «Диагностика заболеваний внутренних органов». 1999, стр. 213
789) Nazik bağırsağın birincili vərəmini əmələ gətirən mikobakteriyalar orqanizmə hansı yolla daxil olur?
A) Xəstə inəyin südündən
B) Bütün sayılanlar
C) Tozla
D) Qida maddələri ilə
E) Xəstə ananın südündən
Ədəbiyyat: А.Л.Гребенева “Руководство по гастроэнтерологии” стр. 533
790) Psevdomembranoz enterokolitin müalicəsində hansı dərman preparatları istifadə olunmur?
A) Amfoterizin –B
B) Metronidazol
C) Vankomisin
D) Basitrazin
E) Xolesteramin
Ədəbiyyat: S.Çalangu A.Ökten “Praktik iç hastalıkları” İstanbul 1992, səh. 175
791) Bağırsaq vərəmi üçün aşağıdakılardan hansı xarakterdir?
A) Qarında quruldama
B) Qeyri-sabit qarının işləməsi
C) Sayılanların hamısı
D) Sızıldayıcı, küt ağrılar
E) İntoksiyasiya
Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2001, стр.296-297
792) Bağırsaq vərəminin müalicəsində hansı dərmanlar ən çox əhəmiyyət kəsb edir?
A) Fermentlər
B) Kalorili pəhriz
C) İzoniazid və rifampisin
D) Kortikosteroidlər
E) C vitamini ilə qlükoza vurulması
Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2001, стр.298
793) Aşağıdakılardan hansı Tropik Spru xəstəliyinin xüsusiyyətlərindən biri deyildir?
A) İmmunoloji deffekt olması
B) Tetrasiklin müalicəsinə cavab verir
C) Uzaq Şərq və Hindistanda daha çox rast gəlinir
D) Seliakiya xəstəliyinin klinikasına oxşar klinikası olur
E) Histoloji olaraq bağırsaq xovlarında qısalama və genişlənmə müşahidə edilir
Ədəbiyyat: S.Çalangu A.Ökten “Praktik iç hastalıkları” İstanbul 1992, səh.168
794) Bağırsaq sifilisinin diaqnostikasında ən çox əhəmiyyət kəsb edən müayinə metodu hansıdır?
A) Anamnez
B) “+” seroloji reaksiya və mikroskopik müayinə
C) Klinik mənzərə
D) Endoskopiya
E) Rentgen müayinə
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника». 2000 г стр. 300 заболеваний внутренних органов». 1999 стр. 213
795) Qeyri-spesifik xoralı kolitin qeyri-aktiv fazasında xarakterik rektoskopik əlamət hansıdır?
A) Damar şəklinin pozulması
B) Kontakt qanaxma
C) Yaraların olması
D) Selikli qişadan səbəbsiz qanaxma
E) Fibroz ərpin olması
Ədəbiyyat: В.И.Маколкин “Внутренние болезни” 1989 стр.301
796) Daimi və residivləşən diareyanın ən çox rast gələn səbəbləri aşagıdakılardan hansıdır?
A) Bakterial (salmonella,campilobacter)
B) Sadalananlardan hamısı
C) Parazitlər (lamblia)
D) Qastroenterit virusları
E) Xoralı kolit
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология» 2001 г. стр.385
797) Yoğun bağırsağın əsas rentgenoloji müayinəsi hansıdır?
A) Barium əhəngini per os qəbul etdikdən 24 saat sonra
B) Barium əhəngini per os qəbul etdikdən 5-8 saat sonra
C) İrriqoskopiyada R.N.Rəhimov üsulu
D) Su ilə klizma və yüksək voltlu rentgenoqramma
E) İrriqoskopiya
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. “Ümumi Rentgenologiya” 1 hissə B.Baxşıyev 1976 стр.190.
798) Yoğun bağırsağın hansı xəstəliklərində kompyüter tomoqrafiyası əlavə metod kimi istifadə oluna bilər?
A) Şişlərdə
B) Xoralı kolitlərdə
C) Qirşprunq xəstəliyində
D) Kron xəstəliyində
E) Xroniki kolitlərdə
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) оссийская Медицинская Академия. Последипломного образования. Москва 1999 г.стр. 99 код-034.
799) R.N. Rəhimov metodu yoğun bağırsağın hansı xəstəliyində əsas müayinə sayılır?
A) Onkoloji xəstəliklərdə, xüsusən də törəmənin (blastoma) yoğun bağırsaqdan ətraf toxumalara üzvlərə inkişaf etməsini dəqiqləşdirmək üçün.Xroniki kolitlərdə
B) İleosekal nahiyyənin və nazik bağırsağın distal hissəsinin müayinəsi
C) Bütün sayılanlar
D) Spesifiki olmayan xoralı kolitlərdə
E) Qirşpurq xəstəliyində
Ədəbiyyat: B.Ə.Baxşıyev Bakı 1976.”Ümumi rentgenologiya” 1 hissə стр .190.
800) İleosekal nahiyyənin və nazik bağırsağın terminal hissəsində olan xəstəliklərin müayinəsində hansı metoddan çox istifadə edilir?
A) Barium əhəngini per os qəbul etdikdən 24 saat sonra
B) Barium əhəngini per os qəbul etdikdən 5-8 saat sonra ileosekal nahiyyənin obzor rentgenoskopiyası
C) İrriqoskopiya
D) Tomoqrafiya
E) Qarın boşluğunun obzor rentgenoskopiyası
Ədəbiyyat: Квалифицированные тесты по рентгенологии(лучевой диагностике) Российская мед.Акад.-1998.стр.99 код 035.
801) Barium əhəngini per os qəbul etdikdən 24 saat sonra mədə-bağırsaq sistemində nəyi öyrənmək olar?
A) İleosekal nahiyyənin öyrənilməsi
B) Xoralı kolitləri
C) Mədə-bağırsaq sistemində barium əhənginin passaj vaxtını kontrol etmək və yoğun bağırsağın vəziyyətini (necə yerləşməsini) və yoğun bağırsaqda funksional dəyişiklikləri öyrənmək
D) Polipləri
E) Yoğun bağırsağın patologiyasını
Ədəbiyyat: “Ümumi rentgenologiya” (1-ci hissə) B.Baxşıyev. Bakı 1976 стр.190
802) İleosekal həlqəsinin (Bauginə həlqəsi) funksiyası nədən ibarətdir?
A) Qirşprunq xəstəliyi öyrənmək
B) Kron xəstəliyi öyrənmək
C) Bağırsağa evakuasiyasına yardım etmək
D) Bağırsaq invaginasını öyrənmək
E) Həzm prosesi qurtarmadan nazik bağırsağın möhtəviyyatının kor bağırsağa tökülməsinin, yoğun bağırsaq florasının nazik bağırsağa keçməsinin qarşısını almaq
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. стр.190 код 088.
803) Yoğun bağırsağın funksional dəyişikliklərinin rentgen diaqnostikasında əsas nəyi öyrənmək lazımdır?
A) S-vari bağırsağın vəziyyətini
B) Divarların elastikliyini
C) Haustrasiyasını, bağırsağın enini, bariumun passajını
D) Bağırsağın vəziyyəti və ölçüləri
E) Selikli qişasının relyefini
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. стр.126 код-242
804) Qirşprunq xəstəliyi (anadangəlmə meqakolon) nədən yaranır?
A) Əzələ qatında qanqlionar hüceyrələrin olmaması
B) Yoğun bağırsağın xroniki xəstəliyindən
C) Əzələ qatının inkişaf etməməsindən
D) Bağırsağın seqmentar atreziyası
E) Əzələ qatında qanqlionar hüceyrələrin çoxalması
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г.стр.107 код108.
805) Kron xəstəliyində ən çox hansı bağırsaq zədələnir?
A) Yoğun bağırsaq
B) Nazik bağırsağın proksimal yarısı
C) Nazik bağırsağın qalça bağırsaq hissəsi
D) 12 barmaq bağırsaq
E) Düz bağırsaq
Ədəbiyyat: «Справочник по рентгенологии и радиологии» Москва, 1972г. Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999г. стр.383 -384.
806) Kron xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) Nazik bağırsağın zədələnmiş hissəsinin daralması və daralmanın genişlənmə ilə əvəz olunması və yenə də daralması
B) Nazik bağırsağın tez boşalması
C) Nazik bağırsağın mənfəzinin genişlənməsi
D) Dolma defekti
E) Xora simptomu
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999г. стр.122 код219
Dostları ilə paylaş: |