Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Qastroezofageal reflyuks xəstəliyi üçün hansı klinik əlamət daha xarakterikdir?



Yüklə 1,75 Mb.
səhifə2/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   2   3   4   5   6   7   8   9   ...   18

69) Qastroezofageal reflyuks xəstəliyi üçün hansı klinik əlamət daha xarakterikdir?

A) Qəbizlik

B) Qıcqırma

C) Ağız suyu ifrazının artması

D) Ürəkbulanma

E) Köpmə
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.88


70) Qanlı qusma, döş sümüyü üzərində ani əmələ gələn şiddətli ağrı, çiyin və döş qəfəsinin dərisi altında emfizemanın olması (triada) verilənlərdən hansına uyğun gəlir?

A) Ezofaqusun cırılması

B) Mallory-Weiss sindromu

C) Ezofaqus strikturu

D) Divertikulit

E) Ezofaqusun şişi


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.160
71) Qida borusunun strikturasının əmələ gəlməsində aşağıdakılardan hansı iştirak etmir?

A) Barret qida borusu

B) Qida borusunun travması

C) Qida borusunun yanığı

D) Eroziv xoralı ezofagit

E) Qida borusunun divertikulu


Ədəbiyyat: Калинин А.В. с соавт. «Гастроэнтерология. Справочник практического врача», 2009, с.199
72) Kardiyanın axalaziyasının ağırlaşması aşağıdakılardan hansıdır?

A) Qanaxma

B) Aspirasion pnevmoniya

C) Qida borusunun cırılması

D) Divertikulit

E) Mediastenit


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» м.; 2001г., с.121
73) Gəyirmə dedikdə nə başa düşülür?

A) Az miqdarda mədə möhtəviyyatı ilə qarışıq havanın ağız boşluğuna atılması

B) Diafraqmanın yığılması nəticəsində mədə və qida borusu boşluğunda olan havanın qeyri-iradi və ya iradi olaraq ağız boşluğuna atılması

C) Döş sümüyü arxasında yanğı

D) Qastroezofageal reflyuks

E) Mədə möhtəviyyatının ağız boşluğuna atılması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.89
74) Ruminasiya nədir?

A) Hərdən qidanın mədədən ağıza qayıtması və təkrari çeynənilərək udulması və ya tüpürülməsi

B) Merisizm

C) Qida ilə qarışıq havanın ağız boşluğuna atılması

D) Ağız suyu ifrazının artması

E) Udma zamanı ağrı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.89
75) Qida borusu xərçənginin ən tipik simptomu hansıdır?

A) Ağrı


B) Ağız suyu ifrazının artması

C) Anoreksiya

D) Requrqitasiya

E) Disfagiya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.108


76) Qastrin (17) haradan ifraz olunur?

A) Mədənin fundal hissəsindən

B) Mədəaltı vəzidən

C) Mədənin antral hissəsindən

D) 12-barmaq bağırsağın selikli qişasından

E) Brunner vəzilərindən


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.29
77) Mədədə sintez olunan bikarbonatların inhibitorları aşağıdakılardan hansılarıdır?

A) Mədədə duz turşusunun yüksək olması

B) Qeyri-steroid iltihab əleyhinə preparatlar

C) Prostoqlandin E2

D) Qastrin

E) Somatostatin


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.39
78) Autoimmun atrofik qastrit zamanı axlorhidriyanın əmələgəlmə səbəbi hansıdır?

A) Hiperqastrinemiya

B) Bağırsaq metaplaziyası

C) HP kolonizasiyası

D) Aktiv panqastrit

E) Mədə vəzilərinin diffuz atrofiyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.151
79) Aşağıda sadalananlardan hansı mədədaxili pH səviyyəsini 3-dən yuxarıda 18 saat ərzində saxlaya bilir?

A) Famotidin

B) Piranzepin

C) Sadalananlardan heç biri

D) Fosfalugel

E) Lansoprazol


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г., c.434
80) Helicobacter pylori sadalananlardan hansı qrupa aiddir?

A) Göbələklər

B) Saprofillər

C) Qramm-müsbət çöplər

D) Spiralabənzər qramm-mənfi mikroaerofil bakteriya

E) İbtidailər


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.58
81) Mədə çıxacağının dekompensasiya olunmuş stenozunun əsas kliniki əlaməti hansıdır?

A) Qarında qurultu

B) Traube sahəsi altında rezonans

C) Öd qusma

D) Tez-tez qusma, daima iylənmiş gəyirmənin olması

E) Görünən peristaltika


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.243
82) Yaşlılarda mədə çıxacağının stenozunun ən çox rast gələn səbəbi hansıdır?

A) Mədə seliyinin 12-barmaq bağırsağa prolapsı

B) Reflyuks qastrit

C) Mədənin xoşxassəli polipi

D) Xora xəstəliyi

E) Mədə çıxacağı əzələlərinin hipertrofiyası


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.835
83) 2-3 ildir mədə xorasına görə müalicə alan 62 yaşında xəstə son 6 ayda zəiflik, ürəkbulanması, iştahın itməsi, epiqastral nahiyyədə daimi ağrı, proqressivləşən arıqlama (8 kq) kimi şikayətlərlə müraciət etmişdir. Bu zaman hansı xəstəlik haqda düşünmək olar?

A) Xoradan mikro qanaxma

B) Xoranın penetrasiyası

C) Mədə xərçənginin xoralaşmış forması

D) Xoranın perforasiyası

E) Mədənin çıxacaq hissəsinin stenozu


Ədəbiyyat: Комаров Ф.И., Кукес В.Г., Сметнев А.С. «Внутренние болезни» мед., Москва, 1990, с. 309-310
84) Qida borusunun strikturası diaqnozunun qoyulmasında ilk növbədə hansı müayinəyə üstünlük verilməlidir?

A) Endoskopiya

B) Histoloji müayinə

C) Rentgenoloji

D) pH-metriya

E) Kliniki müayinə


Ədəbiyyat: Калинин А.В. с соавт. «Гастроэнтерология. Справочник практического врача», 2009, с.199
85) Sadalananlardan hansı QERX-nin otorinolarinqofaringeal sindromuna aid deyil?

A) Xroniki rinit

B) Frontit

C) Otit


D) Laringit

E) Səs tellərinin qranuloması


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» том 1, 2000 г., с.25
86) Kуrlinq xorasına hansı xəstəlik zamanı əmələ gələn xora aiddir?

A) Travma

B) Qaraciyər sirrozu

C) Miokard infarktı

D) Sepsis

E) Dərin və geniş əhatəli yanıq xəstəliyi


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001г., с.193
87) «Hepatogen» xoranın əmələ gəlməsinin aparıcı amili hansıdır?

A) Ensefalopatiya

B) Portal hipertenziya

C) İntoksikasiya

D) Splenomeqaliya

E) Qaraciyərin inaktivasiya prosesinin azalması ilə əlaqədar olaraq histaminin və qastrinin qanda səviyyəsinin artması, bunun nəticəsində HCl-un hipersekresiyası


Ədəbiyyat: Комаров Ф.И., Кукес В.Г., Сметнев А.С. «Внутренние болезни» мед., Москва, 1990, с.314
88) Dərman xoraları çox vaxt nə ilə ağırlaşır?

A) Stenoz ilə

B) Penetrasiya ilə

C) Reaktiv pankreatitlə

D) Maliqnizasiya ilə

E) Perforasiya və qanaxma ilə


Ədəbiyyat: Комаров Ф.И., Кукес В.Г., Сметнев А.С. «Внутренние болезни» мед., Москва, 1990, с.315
89) Aşağıda sadalananlardan hansı Zollinger-Ellison sindromu zamanı əmələ gələn xora üçün səciyyəvi deyil?

A) Xoranın diareya ilə müşayiət olunması

B) Hiperqastrinemiya ilə müşayiət olunması

C) Qıcqırmanın davamlı və çox xarakter olması

D) Xoranın çoxsaylı və ümumi qəbul olunmuş müalicəyə rezistent olması

E) Sekretin sınağının mənfi olması


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.325-326
90) Gətirici ilgək sindromu hansı cərrahi əməliyyatdan sonra yaranır?

A) SPV ilə piloroplastika

B) Bilrod II üsulu ilə mədənin rezeksiyası

C) Selektik proksimal vaqotomiya (SPV)

D) Gövdə vaqotomiyası

E) Bilrod I üsulu ilə mədənin rezeksiyası


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. ж.812
91) Funksional dispepsiya zamanı mədənin aşağıda sadalanan funksiyalarından, əsasən, hansı pozulur?

A) Həzm


B) Motor-evakuator

C) Sorulma

D) Müdafiə

E) Sekretor


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.134-135
92) Menetrie xəstəliyi dedikdə nə nəzərdə tutulur?

A) Autoimmun qastrit

B) Qranulematoz qastrit

C) Kimyəvi qastrit

D) Mədənin selikli qişasında (antral şöbədən başqa) nəhəng kobud büküşlərin inkişafı

E) Mədə polipi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.157
93) H.pylori ilə assosiasiya olunmuş qastritlərdə mədə turşuluğu necə dəyişir?

A) Azalır

B) HCl ifraz olunmur

C) Çoxalır

D) Dəyişməyir

E) Dalğavari tərəddüd edir


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. с.120
94) İştahanın itməsi aşağıdakı patologiyalardan hansının vacibi simptomu ola bilər?

A) Qeyri-atrofik qastrit

B) Xronik xolesistit

C) Mədə xərçəngi

D) Xronik qastroduodenit

E) Şəkərli diabet


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001г., с.79
95) Sinir sarsıntısı və MSS travmasından sonra mədədə əmələ gələn (stressor) xora hansı əlamətlərlə özünü göstərə bilər?

A) Perforasiya, mədə qanaxması

B) Öd kisəsinin diskineziyası

C) Stenoz

D) Maliqnizasiya

E) Penetrasiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001г., с.193-194
96) Aşağıda göstərilən amillərdən hansı sərbəst olaraq 12-barmaq bağırsaq xorası əmələ gətirmir?

A) Qeyri-steroid iltihabəleyhinə dərmanlar

B) Qlükokortikoidlərin istifadəsi

C) Alimentar amillər

D) Helicobacter pylori

E) Hiperparatireoz


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.195
97) Mədənin hansı amilləri xora xəstəliyi əmələ gətirir və aqressiv faktor adlanır?

A) Prostoqlandinlər

B) Surfaktantabənzər maddələr

C) Qastromukoproteidlər

D) HCl turşusu və pepsin

E) Bikarbonatlar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.195
98) Mədənin kardial hissəsində yerləşən xoranın olması aşağıdakı hansı əlamətlərlə özünü göstərə bilər?

A) Döş sümüyünün arxasında ağrı

B) Ağrının göbək ətrafında yerləşməsi

C) Yeməkdən dərhal sonra epiqastral nahiyyədə ağrının əmələ gəlməsi və horizontal vəziyyətdə güclənməsi

D) Yeməkdən 1 saat sonra epiqastral nahiyyədə ağrı

E) Sağ qabırğa altında ağrı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.218
99) Sadalananlardan hansı QERX-nin qida borusundan kənar əlamətlərlə əlaqədar deyil?

A) Anemik sindrom

B) Otorinolarinqofaringeal sindrom

C) Stomatoloji sindrom

D) Ağciyər sindromu

E) Psixo-nevroloji sindrom


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» том 1, 2000 г., с.24-25
100) Sadalananlardan hansı təcili endoskopiyaya göstərişdir?

A) Ağciyər ödemi zamanı

B) Kardiogen şok zamanı

C) Travmatik şok zamanı

D) Miokard infaktı olan xəstədə profuz mədə qanaxması baş verdikdə

E) Epilepsiya tutması zamanı


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.87
101) Mədənin hansı ölçülü xoraları qiqant xora hesab olunur?

A) 3 sm


B) 2 sm

C) 1,5 sm

D) 1 sm

E) 0,5 sm


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» том 1, 2000 г., с.137
102) Xora xəstəliyinin əsas aparıcı rentgenoloji əlaməti hansıdır?

A) Hipertonus

B) «Taxça» simptomu

C) Hipersekresiya

D) Divarın deformasiyası

E) Atrofiya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.221
103) Sadalanan xəstəliklərin hansının inkişafında helicobacter pylori infeksiyası yaxından iştirak edir?

A) Sadalanların hamısında

B) Xronik qastrit

C) Mədənin adenokarsinoması

D) Mədənin xora xəstəliyi

E) 12-barmaq bağırsağın xora xəstəliyi


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. c.88
104) Aşağıdakı ağırlaşmalardan hansı xora xəstəliyinin cərrahi müalicəsi üçün mütləq göstəriş deyil?

A) Tez-tez residivləşmə

B) Mədə çıxacağının dekompensasiya olunmuş stenozu

C) Təkrar profuz mədə-bağırsaq qanaxması

D) Perforasiya

E) Maliqnizasiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001г., с.185
105) Helicobacter pylorinin ən çox yerləşdiyi yer mədənin hansı hissəsindədir?

A) Fundal nahiyyədə selik qatının altında

B) Mədə kardial hissəsinin selik qatının altında

C) Mədənin antral nahiyyəsində selik qatının altında

D) 12 barmaq bağırsaqda

E) Mədə cisminin selik qatının altında


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. c.89
106) Aşağıdakılardan hansı mədənin xərçəngönü vəziyyətini göstərir?

A) Mədənin xoşxassəli xorası

B) Leyomioma

C) Kəskin qastrit

D) Mədənin diffuz polipozu

E) Qastrinoma


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. c.98, 635
107) Aşağıdakılardan hansı ezofaqoqastroduodenoskopiyanın planlı yerinə yetirilməsinə əks göstərişdir?

A) Mədə patologiyasının dəqiqləşdirilməsi

B) Pileroduodenal stenozun xarakterini dəqiqləşdirmək üçün

C) 12-barmaq bağırsağın üzvü patologiyasının olmasının dəqiqləşdirilməsi

D) Kəskin beyin qan dövranın pozulması

E) Disfagiyası olan xəstələr


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.87
108) Zollinqer-Ellison sindromu ilə müşaiyət olunan neyroendokrin şişi ən çox hansı orqanda yerləşir?

A) Limfa düyünlərində

B) 12-barmaq bağırsaqda

C) Mədəaltı vəzidə

D) Qaraciyərdə

E) Mədədə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.158
109) Aşağıda göstərilənlərdən hansı mədə xərçəngi üçün risk amili deyil?

A) Mədənin selikli qişasının metaplaziyası və atrofiyası ilə müşaiyət olunan diffuz qastrit

B) Mədə polipozu

C) Pernisioz anemiya ilə müşaiyət olunan autoimmun qastrit

D) Mədənin böyük bir hissəsinin rezeksiyasından sonrakı hal

E) Həddən artıq meyvə və tərəvəz qəbulu


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г. c. 86 Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001г, с.207-208
110) Xronik A tip qastrit aşağıdakılardan hansı ilə əlaqəlidir?

A) Qeyri-steroid iltihab əleyhinə dərmanlar ilə

B) Zərdabda qastrinin səviyyəsinin aşağı düşməsi ilə

C) H.pylori infeksiyası ilə

D) Antral stenoz ilə

E) Parietal hüceyrələrə qarşı anticismin yaranması ilə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.151-152
111) Aşağıdakılardan hansı qastroparezə səbəb ola bilər?

A) B-adrenoblokatorla müalicə

B) Duodenal xora

C) Mədə venalarının genişlənməsi

D) Xolinergik dərmanlarla müalicə

E) Sklerodermiya


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002, s.78
112) Endoskopik müayinə zamanı mədə divarından məqsədli biopsiyaya aşağıda sadalananlardan hansı əks göstərişdir?

A) Mədə qanaxmaları

B) Bədxassəli zədələnməyə şübhə olduqda

C) Müalicə nəticələrinin dinamik müşahidəsi

D) Xora xəstəliyi

E) Polipin olması


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.100
113) Mədənin antral hissəsindən qastrinin ifrazını aşağıdakılardan hansı stimullaşdırır?

A) Xolinergik blokada

B) Hiperqlikemiya

C) Antrumun asidofilləşməsi

D) Antruma prostaqlandinlərin təsiri

E) Antrumun qələviləşməsi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.29
114) Mədədə turşu sekresiyasını verilənlərdən hansı stimulyasiya edə bilər?

A) Azan sinirin aktivliyinin artması

B) D- hüceyrələrin aktivliyinin artması

C) Xolinoblokatorlar

D) Vaqotomiya

E) Simpatik sinir sisteminin aktivliyinin artması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.26
115) Mədə şişləri ilə bağlı aşağıdakı cümlələrdən yalnış olan hansıdır?

A) Kardial şişlər udma çətinliyinə, pilorik şişlər isə qusmaya yol açırlar

B) Sol körpücüküstü çuxurda əllənən limfo düyünləri (Virschow düyünləri) mədə xərçənginin metastazını göstərir

C) Mədədəki hiperplastik poliplərin 75%-i sonradan şişə çevrilirlər

D) Atrofik qastrit və intestinal metaplaziya mədə xərçənginə zəmin yaradan amillərdir

E) Erkən mədə xərçənginin inkişafı yavaş, proqnozu yaxşıdır


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.175
116) Aşağıda verilənlərdən hansı xərçəngönü xəstəlik deyildir?

A) Plummer-Vinson sindromu

B) Barret ezofagiti

C) Aftoz stomatit

D) Atrofik qastrit

E) Leykoplakiya


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.160
117) Hp infeksiyası fonunda mədə xərçənginin inkişafına bu infeksiyaların təsiri nədən ibarətdir?

A) Mədə xərçəngin inkişafina mane olur

B) Mədə xərçənginin inkişaf riskini 2 dəfə artırır

C) Mədə xərçəngin inkişafina təsir etmir

D) Mədə xərçənginin inkişaf riskini 10-15 dəfə artırır

E) Mədə xərçənginin inkişaf riskini 3-6 dəfə artırır


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г., c.92
118) H.pylori infeksiyasını nə vaxt yox etməyə (eliminasiyaya) ehtiyac var?

A) 12-barmaq bağırsağın xora xəstəliyinin aktiv dövründə

B) Mədə xorasının aktiv dövründə

C) Bütün sayılan hallarda

D) Xora xəstəliyinin remissiya dövründə

E) Xora xəstəliyinin ağırlaşmaları zamanı


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г., c.93
119) Ezofaqoqastroskopiya zamanı sadalanan ağırlaşmalardan hansı müşahidə oluna bilər?

A) Ürək fəaliyyətinin pozulması

B) Qida borusunun perforasiyası

C) Anesteziya vasitələrinə qarşı allergiya və anaflaksiya

D) Sadalananların hamısı

E) Tənəffüsün pozulması


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г., c.95
120) Aşağıdakı amillərdən hansının mədə selikli qişasının qoruyucu mexanizmləri arasında yeri yoxdur?

A) Bikarbonat ifrazı

B) Prostaqlandinlər

C) Selik sekresiyası

D) Səthi epitelinin tamlığı

E) Qələvi öd sekresiyası


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.161
121) Xroniki qastritin ekzogen etioloji amilinə aşağıdakılardan hansı aiddir?

A) Mərkəzi sinir sisteminin zədələnməsi

B) Anemiya

C) Neyrohumoral tənzimlənmənin pozulması

D) Helicobacter pylori

E) Xroniki pnevmoniya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.60, 150
122) Aşağıdakılardan hansı xroniki qastritin aparıcı etioloji faktorudur?

A) Göbələk florası

B) Helicobacter pylori

C) Herpes virusu

D) Sitomeqalovirus

E) Qastrospillum hominis


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. s.119
123) Helicobacter mənşəli xronik qastritin əsas histoloji əlaməti hansıdır?

A) Mədə selikli qişasının xüsusi səhifəsinin ödemləşməsi

B) Mədə selikli qişasının xüsusi səhifəsində qranülomaların olması

C) Mədənin selikli qişasının xüsusi səhifəsinin limfosit və plazmositlərlə iltihabı infiltrasiyası

D) Mədənin fundal vəzilərinin kəskin nəzərə çarpan atrofiyası bağırsaq metaplaziyası ilə

E) Mədənin selikli qişasının dərin qatlarının eozinofillərlə nəzərə çarpan infiltratlaşması


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.173
124) Xroniki qastritin xüsusi formalarına verilənlərdən hansı aiddir?

A) Qeyri-atrofik qastrit

B) Atrofik qastrit

C) Rigid antral qastrit

D) Eroziv qastrit

E) Qranulematoz


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.167
125) Autoimmun atrofik qastrit üçün verilənlərdən nə xarakterdir?

A) Duz turşusunun sekresiyasının artması

B) Mədə vəzilərinin ikincili atrofiyası

C) Mədənin antral hissəsini zədələmək

D) Müştərək halda xora xəstəliyinin olması

E) Mədənin cism və fundal hissəsində lokallaşmaq


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000, с.151
126) Xronik aktiv antral qastrit üçün xarakterik əsas diaqnostik kriteriya aşağıdakılardan hansıdır?

A) Antrumun selikli qişasında eksudasiya, eritema, hemorragiya, eroziya

B) Xorayabənzər dispepsiya

C) Selikli qişada HP olması və selikli qişanın neytrofil infiltrasiyası

D) Antrumun proyeksiyasında qarının ön divarının rezistentliyi

E) Müsbət ureaza sınağı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.171, 173
127) Eozinofil qastrit üçün morfoloji xarakterik cəhət aşağıdakılardan hansıdır?

A) Foveolyar epitelinin subnuklear vakuolizasiyası

B) Fundal vəzilərin kəskin nəzərə çarpan atrofiyası və bağırsaq tipli metaplaziya

C) Səthi epitelinin altında kollagen yığılmalar

D) Selikli qişanın xüsusi lövhəsində epitelioid hüceyrəli qranulomaların olması

E) Selikli qişanın bütün qatının, xüsusən də, dərin qatların diffuz eozinofil infiltrasiyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.179
128) Mədənin xərçəngönü xəstəliklərinə sadalananlardan nə aiddir?

A) Mədənin xoşxassəli xorası

B) Mədənin parezi

C) Simptomatik mədə xorası

D) Pernisioz anemiya

E) Mədənin divertikulu


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. s.108
129) Ulserogenezin inkişafında yerli mexanizmlərdən hansına xüsusi əhəmiyyət verilir?

A) Hidrogen ionlarının əks diffuziyasına

B) Motor-evakuator pozğunluqlara

C) Sadalanların hamısına

D) Turşu-peptiki amilə

E) Selik bikarbonat müdafiə qatının vəziyyətinə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.196
130) Ağır gedişli xora xəstəliyinin kəskinləşməsi il ərzində neçə dəfə baş verir?

A) İldə 3 dəfə və çox

B) İldə 1 dəfə

C) Kəskinləşmə olmur

D) 1-3 ildə 1 dəfə

E) İldə 2 dəfə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.207
131) 12-barmaq bağırsağın xora xəstəliyinin inkişafında aparıcı amil hansıdır?

A) HCl-in hiposekresiyası

B) Mədədən evakuasiyanın ləngiməsi

C) Pepsinin hiposekresiyası

D) Hipoqastrinemiya

E) Helicobacter pylori infeksiyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.71, 196-197
132) Mədənin xora xəstəliyinin patogenezində aşağıdakılardan hansı daha çox əhəmiyyət kəsb edir?

A) Selikli qişanın qanla təchizatı

B) Siqaretçəkmə

C) Aqressiv amillərin müdafiə amillərindən üstün olması

D) Motor-evakuator pozğunluqlar

E) Qıcıqlandırıcı qidalar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.195
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin