Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Simptomatik qastroduodenal xoralara aşağıdakılardan hansı aiddir?



Yüklə 1,75 Mb.
səhifə3/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   2   3   4   5   6   7   8   9   ...   18

133) Simptomatik qastroduodenal xoralara aşağıdakılardan hansı aiddir?

A) 12-barmaq bağırsaq xorası

B) Mədə xorası

C) Mədə və 12-barmaq bağırsağın müştərək xorası

D) Soğanaqdan kənar xora

E) Stress xorası


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001г., с.193
134) Kuşinq xorası hansı xəstəlik nəticəsində inkişaf edir?

A) Qaraciyərin sirrozu

B) Miokard infarktı

C) Ağır kəllə-beyin zədələnmələri zamanı

D) Böyrək çatmazlığı

E) Sepsis


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г., c. 76-77
135) Anatomik olaraq Mallory-Weiss çatlarına mədənin kardial şöbəsinin aşağıdakı lokalizasiyalardan hansında ən çox rast gəlinir?

A) Hamısında

B) Sağda

C) Solda


D) Arxada

E) Öndə
Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.186


136) Mədə rezeksiyasından sonrakı arzuolunmayan nəticələrə verilənlərdən hansı aiddir?

A) Qıcıqlanmış bağırsaq sindromunun inkişafı

B) Gətirici ilgək sindromunun inkişafı

C) Qısa bağırsaq sindromunun yaranması

D) Susuzluq

E) Qəbizlik


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.201
137) Dempinq sindrom daha çox aşağıdakılardan hansının qəbulundan sonra yaranır?

A) Meyvə


B) Ət xörəyi

C) Çörək


D) Kəmşirin qidalar

E) Duru sıyıq


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.203
138) Xora əməliyyatından sonra vaqotomiyanın effektivliyini dəyərləndirmək üçün aşağıdakı hansı testdən istifadə olunur?

A) Turşu perfuzion testi

B) Hollander testi

C) Duzlu su yükləmə testi

D) Bariumla müayinə

E) Radioizotop müayinələri


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.160
139) Anastomozun peptiki xorasını xora xəstəliyindən fərqləndirən əsas klinik əlamət hansıdır?

A) Turşuluğun yüksək olması

B) Penetrasiyaya meyillilik

C) Ağrıların intensiv olması, belə və sol kürəyə irradiasiya etməsi, kəskinləşmə dövrünün uzun sürməsi

D) Dərman müalicəsinə rezistentlik

E) Qanaxmaya meyillilik


Ədəbiyyat: Комаров Ф.И., Кукес В.Г., Сметнев А.С. «Внутренние болезни» мед., Москва, 1990 г., с. 327-328
140) Mədənin ən sıx rast gələn xoşxassəli şişi aşağıdakılardan hansıdır?

A) Hemangioma

B) Sayılanların heç biri

C) Leyomiyoma

D) Lipoma

E) Adenomatoz poliplər


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.188
141) Xronik duodenitin əmələgəlməsində iştirak edən amillərdən hansına xüsusi əhəmiyyət verilir?

A) Müxtəlif mikroblar

B) Alkohol

C) Qidalanma qaydalarının pozulması

D) Ödçıxarıcı yolların və mədəaltı vəzin patologiyaları

E) Helicobacter pylori


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.153
142) Sadalananlardan hansı Hp-nin mədə-bağırsaqdan kənar zədələnmələrinə aiddir?

A) Hamısı

B) İdiopatik xroniki məxmərək

C) Çəhrayı sızanaqlar

D) Ürəyin işemik xəstəliyi

E) Ocaqlı keçəlləşmə


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005г., c.95
143) Aşağıdakı verilən amillərdən yalnız biri 12-barmaq bağırsağın xora xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilməz. Bu hansıdır?

A) Genetik amillər

B) Hiperparatireoz

C) Hp infeksiyası

D) Kəskin qidaların qəbulu

E) Qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.648, 661
144) Mədənin vərəm mənşəli zədələnməsi özünü hansı şəkildə biruzə verə bilər?

A) Poliplər

B) Reaktiv qastrit

C) Diffuz infiltrasiya

D) İnfiltrativ-sklerotik forma

E) Qranulematoz qastrit


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000г., с.156
145) Mədənin ikincili sifilitik zədələnməsi nə ilə nəzərə çarpa bilər?

A) Eozinofil qastrit

B) Mədə divarının triponema pallididum ilə infiltrasiyası

C) Pilorik kanalın stenozu

D) Qranulematoz qastrit

E) Xora
Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.99


146) Verilənlərdən hansı üst qastrointestinal qanaxmanın çox rast gəlinən səbəblərindən deyil?

A) Qida borusu venalarından qanaxma

B) Eroziv qastrit

C) Hemorragik qastrit

D) Peptik xora qanaxması

E) Mallory-Weiss sindromu


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.195
147) II-III dərəcəli qastroptoz zamanı aşağıdakılardan hansı müşahidə olunur?

A) Qida qəbulundan sonra epiqastral nahiyyədə ağırlıq, gərginlik

B) Xəstənin vertikal vəziyyətində yüngülləşən ağrı

C) Tutma şəkilli ağrılar

D) Qarının yuxarı hissəsinin qabarması

E) Qıcqırma


Ədəbiyyat: Комаров Ф.И., Кукес В.Г., Сметнев А.С. «Внутренние болезни» мед., Москва, 1990 г., с.291
148) Helicobacter pylori mənşəli xronik aktiv qastrit üçün aşağıdakılardan hansı səciyyəvidir?

A) B12 defisitli anemiya

B) Mədənin dibinin və cisminin zədələnməsi

C) Mədənin antral hissəsinin daha çox nəzərəçarpan zədələnməsi

D) Axlorhidriya

E) Fundal vəzilərin atrofiyası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.173
149) Qranulematoz qastrit verilənlərdən hansının təzahürüdür?

A) Şüa xəstəliyi

B) Sarkaidoz

C) Mədə polipozu

D) Vaskulit

E) 12-barmaq bağırsağın polipi


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.144
150) Xora xəstəliyinin əmələ gəlməsinə aşağıdakılardan hansı daha çox səbəb olur?

A) Qeyri-requlyar qidalanma

B) Papiros çəkmə

C) Askorbin turşusunun qəbulu

D) Helicobacter pylori ilə infeksiyalaşma

E) Spirtli içkilərdən mütəmadi istifadə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.194-195
151) Mədədə baş verən perforasiyanın əsas əlamətləri hansıdır?

A) Epiqastral nahiyyədə qəflətən «xəncər» ağrısının əmələ gəlməsi və «taxtayabənzər» qarın

B) Nəcisin və qazın xaric olmaması

C) Qarın tənəffüs aktında iştirak etmir

D) Qusma

E) Bayılma


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.235-236
152) Mədə limfomasının tanınmasında aşağıda verilənlərdən hansı digərlərindən üstündür?

A) Rentgenoloji müayinə

B) Mədənin sitoloji tədqiqi

C) Mədədə turşunun olmaması

D) Endoskopik biopsiya

E) Anemiya


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s. 188
153) Xora xəstəliyinin cərrahi müalicəsinə hansı hallarda göstəriş vardır?

A) Stenoz

B) Mədənin tez-tez qanaxma verən xorası

C) Sadalananların hamısında

D) Profuz qanaxma

E) Perforasiya


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.812
154) Qastroezofageal reflyuks xəstəliyinin (QERX) cərrahi (antireflyuks) müdaxiləsinə göstəriş sadalananlardan hansıdır?

A) Qida borusundan kənar əlamətlərlə (bronxial astma, təkrari pnevmoniya) müşahidə olunan QERX

B) Barret qida borusu (uzun müddətli müalicənin təsiri olmadıqda)

C) Hamısı

D) Qida borusunun peptiki strikturu olanlar

E) Cavan yaşlarından xronik QERX olması və ömürlük proton nasosu inhibitorları qəbul etmək məcburiyyəti


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.801
155) «Stress» xorasının əmələ gəlməsinin aparıcı mexanizminə hansı aiddir?

A) Azan sinirin funksiyasının yüksəlməsi və turşu-peptik amillərin artması

B) Katexolaminlərin sekresiyasının artması

C) Mədənin motor funksiyasının güclənməsi

D) Hipotalomo-hipofizar-böyrəküstü vəz sisteminin aktivləşməsi

E) Sadalananların hamısı


Ədəbiyyat: Комаров Ф.И., Кукес В.Г., Сметнев А.С. «Внутренние болезни» мед., Москва, 1990 г., с.314
156) Erkən dempinq sindromu zamanı qida qəbulundan sonra nə baş verir?

A) Gümrahlıq

B) Tər ifrazının artması, ürək döyünmə, zəiflik, baş gicəllənmə

C) Qəbizlik

D) Tər ifrazının azalması

E) Sidik ifrazının ləngiməsi


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.203
157) Gətirici ilgək sindromunun əlamətlərinə hansı aid deyil?

A) Öd qusma

B) Qarında tutma şəkilli ağrılar

C) Qusmadan sonra rahatlaşma

D) Qida qəbulundan sonra ağrıların güclənməsi

E) Qıcqırma


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М.; 2001 г., с.206
158) Yüksək selektiv proksimal vaqotomiya zamanı aşağıdakılardan hansının inervasiyası pozulur?

A) Mədənin antral hissəsinin

B) Mədənin pilorik hissəsinin

C) Mədənin dib hissəsinin

D) Piloroduodenal hissəsinin

E) Qaraciyərin


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.814
159) Xora xəstəliyinin aşağıda sadalanan ağırlaşmalarından biri cərrahi müalicəyə göstəriş deyil. Bu hansıdır?

A) Perivisserit

B) Mədə çıxacağının çapıq deformasiyası

C) Perforasiya

D) Penetrasiya

E) Qanaxma


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М. Москва, 2001 г., с.648, 661
160) Epiqastral nahiyyədə «acqarnına» gecə ağrılarına hansı xəstəlikdə rast gəlinir?

A) Xoralı kolit

B) Qastroptoz

C) Mədənin kardial hissəsinin xora xəstəliyi

D) 12-barmaq bağırsağın xora xəstəliyi

E) Mədənin kiçik əyriliyinin xorası


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.218
161) Ürək nahiyyəsində, döş sümüyü arxasında əmələ gələn və horizontal vəziyyətdə güclənən ağrı simptomuna aşağıdakı hansı xəstəlikdə təsadüf oluna bilər?

A) Reflyuks qastrit

B) Eozinofil qastrit

C) Mədənin kardial hissəsinin xora xəstəliyi

D) Xronik autoimmun qastrit

E) Xroniki kolit


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.218
162) Sadalanan amillərdən hansı 12-barmaq bağırsaq xora xəstəliyinin yaranmasında aparıcı amil deyil?

A) HCl-un hipersekresiyası

B) Duodenit

C) Papiros çəkmək

D) Öd yollarının xəstəlikləri

E) Hp infeksiyası


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М. Москва, 2001 г., с.631, 652
163) Aşağıdakı klinik əlamətlərdən hansı Menetrie xəstəliyi üçün səciyyəvi deyil?

A) Hiperalbuminemiya

B) Ürəkbulanması və qusmanın daimi xarakter alması

C) Qida qəbulundan sonra epiqastral nahiyyədə baş verən kəskin ağrılar

D) Bədən çəkisinin itirilməsi

E) Anoreksiya


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.329
164) Mədənin çıxacaq hissəsinin dekompensəolunmuş stenozu üçün aşağıda verilənlərdən hansı xarakterik deyil?

A) Dəmir defisitli anemiya

B) Hipoxloremiya

C) Dehidratasiya

D) Qanın qatılaşması

E) Hipokalemiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М. Москва, 2001 г., с.639, 656
165) Mədənin çıxacaq hissəsinin stenozlaşmasına aşağıdakı hansı xəstəlik səbəb ola bilər?

A) Mədə polipozu

B) Menetrie xəstəliyi

C) Antral qastrit

D) Mədənin pilorik və 12-barmaq bağırsağın başlanğıc hissəsinin residivləşən xorası

E) 12-barmaq bağırsağın distal xora xəstəliyi


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» М. Москва, 2001 г., с.191
166) Qeyri-steroid iltihab əleyhinə preparatların mədə selikli qişasına əsas patogen təsir mexanizmi hansıdır?

A) Bikarbonat hasilatını azaltmaq

B) Hüceyrə daxili kalsiumun miqdarını dəyişmək

C) Prostaqlandin sintezini blokada etmək

D) Selikli qişaya qan axınını azaltmaq

E) Turşu sekresiyasını və pepsinogenin ifrazını artırmaq


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. s.97
167) Aşağıda verilənlərdən hansı üzvü obstruksiya ilə əlaqəsi olmayan mədə parezinin əmələ gəlməsinə səbəb ola bilməz?

A) Hp infeksiyası

B) Sistem sklerodermiya

C) Vaqotomiyadan sonrakı vəziyyət

D) Şəkərli diabet

E) Antixolinergik preparatlarla müalicə


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.645, 659


168) Qida borusunun turşuya yüksək həssaslığı ilə müşayiət olunan xəstəliyinin diaqnostikası üçün aşağıdakı müayinələrdən hansının aparılması lazımdır?

A) Qida borusunun pH-nın təyin edilməsi

B) Qida borusunun manometriyası

C) Qida borusunun biopsiyası

D) Barium sıyığı ilə rentgen müayinəsi

E) Bernşteyn sınağı


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.88-89
169) Ezofagit hansı müayinə metodu ilə dəqiq təyin edilir?

A) Qida borusunun manometriyası

B) Ultrasəs müayinəsi

C) Ezofaqoskopiya

D) Qida borusunun pH-nın təyini

E) Rentgen müayinəsi


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.94-95
170) Mədə-qida borusu reflyuksunu hansı müayinə metodu ilə dəqiq müəyyən etmək olar?

A) Kapsul endoskopiyası

B) Ezofaqoqastroskopiya

C) Rentgen müayinəsi

D) 24 saatlıq intraezofageal pH-monitoru

E) USM
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., c.96


171) Mədə-bağırsaq traktının yuxarı hissələrindən qanaxmanın lokalizasiyası hansı üsulla dəqiq təyin edilir?

A) Qanın ümumi analizi

B) USM

C) Laparoskopiya



D) Ezofaqoqastroduodenoskopiya

E) Rentgenoqrafiya


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., c.234
172) 50 yaşlı xəstə Əliyev Ə. qusmadan şikayət edir. Gündə bir neçə dəfə defekasiya və hər dəfə də nəcisi qara rəngdə olduğu üçün xəstə stasionara qəbul edilmişdir. Diaqnozun qoyulması üçün hansı metod optimal hesab olunur?

A) Mədənin rentgen müayinəsi

B) Rektoromanoskopiya

C) İrriqoskopiya

D) Ezofaqoqastroduodenoskopiya

E) Lapаroskopiya


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c. 492 Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., c.234-235
173) Qida borusunun endoskopik müayinəsinə mütləq əks göstəriş verilənlərdən hansıdır?

A) Qida borusunun patologiyasına şübhə olduqda və bu zaman rentgen müayinəsinin qeyri-müəyyən nəticələri alındıqda

B) Ezofaqoskopiyaya mütləq əks göstəriş yoxdur

C) Qida borusunda perforasiya riski yüksək olan xəstəliklərin (qida borusu yanığı və strikturu zamanı, fleqmanoz ezofagit) olması

D) Qida borusunda qanaxma olduqda

E) Qida borusunda bəd xassəli prosesin təsdiqi və ya inkarı üçün


Ədəbiyyat: Ивашкин В.Т., Лапина Т.Л. «Гастроэнтерология. Национальное руководство» 2008г. c.97
174) Zollinger-Ellison sindromunu təyin etmək üçün aşağıdakı hansı müayinənin aparılması daha əhəmiyyətlidir?

A) Bazal HCl-in maksimum HCl nisbəti (HClb/ HClm)

B) Mədənin maksimum HCl sekresiyasının təyin edilməsi

C) Qanda qastrinin təyin edilməsi

D) Mədənin bazal (HCl) sekresiyasının təyin edilməsi

E) Hollander testi


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. s.103
175) Xronik qastrit diaqnozunun qoyulmasının əsas diaqnostik müayinə metodu hansıdır?

A) Mədə şirəsinin analizi

B) Mədə selikli qişasının götürülmüş bioptatın histoloji müayinəsi

C) pH-metriya

D) Qastroskopiya

E) Rentgenoloji müayinə


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.150
176) Mədə selikli qişasının Helicobacter pylori ilə infeksiyalaşması aşağıdakı sadalananlardan hansı ilə aşkarlana bilər?

A) Qastroskopiya

B) Mədənin antral hissəsinin selikli qişasından götürülmüş bioptatın histoloji müayinəsi

C) Mədə şirəsinin müayinəsi

D) Qanın ümumi analizi

E) Nəcisin ümumi analizi


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. s.124
177) Qida borusunun peptik xorasının əsas diaqnostik metoduna aşağıdakılardan hansı daxildir?

A) Qanın biokimyəvi analizi

B) Rentgenoqrafiya

C) pH-metriya

D) Ezofaqoskopiya, morfologiya (bioptatın müayinəsi)

E) Ultrasəs müayinəsi


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.116
178) Mədə və 12-barmaq bağırsaqda Hp-nin eradikasiyasına nəzarət etməyin əlverişli üsulu aşağıdakılardan hansıdır?

A) Nəfəs sınağı və nəcisdə Hp antigeninin təyini

B) Qastroskopiya

C) pH-metriya

D) Kolonoskopiya

E) Qan zərdabında H.pyloriyə qarşı anticisimlərin təyini


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.61
179) Qastrinin qanda konsentrasiyası aşağıdakılardan hansında əhəmiyyətli dərəcədə yüksəlir?

A) 12-barmaq bağırsağın xora xəstəliyində

B) Xronik səthi qastritdə

C) Xronik pankreatitdə

D) Xronik enteritdə

E) Zollinger-Ellison sindromunda


Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykan İ. Qastroenteroloji, Ankara, 2002. s.103
180) Hiperkalsemiya zamanı mədə-bağırsaq traktı tərəfindən müşahidə olunan ilkin əlamətlər hansılardır?

A) Anoreksiya, ürəkbulanma, qusma

B) Qarında ağrı, ishal

C) Qarında tutmaşəkilli ağrıların olması, aclıq hissi

D) Köpmə, gəyirmə

E) Pilorospazm, tez doyma


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.677-678
181) Xora xəstəliyinin diaqnozu qoyulduqdan sonra əlavə olaraq aşağıdakı laborator müayinələrdən hansının aparılması məsləhətdir?

A) Nəcisin disbakterioza görə müayinəsi

B) Qanda zülalın təyini

C) Hp-nin təyini

D) Qanın biokimyəvi analizi

E) Qanda kaliumun təyini


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.221
182) Mədə xərçənginin diaqnostikasında istifadə olunan onkomarkerlər hansılardır?

A) PSA


B) CA 15-3

C) CA 125

D) CA.72-4 və CEA

E) CA 19-9


Ədəbiyyat: Калинин А.В. с соавт. «Гастроэнтерология. Справочник практического врача». Москва, 2009г., с.280
183) Xora xəstəliyinin əsas instrumental diaqnostik metodu aşağıdakılardan hansıdır?

A) Ezofaqoqastroduodenoskopiya

B) Duodenal zondlama

C) Mədədaxili pH-metriya

D) Ezofaqoskopiya

E) Laparoskopiya


Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. «Клиническая гастроэнтерология» Москва, 2001 г., с.165-166
184) Qida borusunun distal hissəsinin bərabər dərəcədə daralması və ondan yuxarı yerləşən hissələrin genişlənməsi aşağıdakılardan hansının rentgenoloji əlamətidir?

A) kardiyanın çatmazlığı

B) Kardiyanın axalaziyası (son mərhələ)

C) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı

D) Qida borusunun divertikulyozu

E) Qida borusunun infiltrativ-xoralı xərçəngi


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.39
185) Kompyuter tomoqrafiyası qida borusu, mədə və 12-barmaq bağırsağın aşağıdakı hansı patologiyalarının diaqnozunu dəqiqləşdirməyə imkan verir?

A) Sadalanların hamısını

B) Şişin zədələnmiş orqandan kənara yayılmasını

C) Şiş prosesinin olmasını

D) Limfatik vəzilərin böyüməsini

E) Şişin inkişafının mərhələsini


Ədəbiyyat: Белоусов А.С. с соавт. «Диагностика, дифференциальная диагностика и лечение болезней органов пищеварения» М., 2002г., с. 26
186) Pilorik stenoz zamanı aşağıdakı əlamətlərdən hansına rast gəlinməz?

A) Soldan sağa irəliləyən peristaltik dalğaların olması

B) Epiqastral nahiyyədə çalxalanma səsi

C) Provokasion qusma

D) Epiqastriumda gərilmə

E) Ödlü qusma


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.163


187) Ezofageal reflyuks zamanı aşağıdakılardan hansı məsləhət görülür?

A) Spazmolitiklər

B) Sitoprotektorlar

C) Kalsium kanalının antoqonistləri

D) Prokinetiklər

E) Xolinolitiklər


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., с.271
188) Aşağıdakı dərman preparatlarından hansı qastroezofageal reflyuks zamanı təyin edilməməlidir?

A) H2-histamin reseptorlarının blokatorları

B) Alqinatlar

C) Kalsium kanalının blokatorları

D) Prokinetiklər

E) Proton nasosu inhibitorları


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.271
189) Reflyuks ezofagitdə aşağıdakı dərmanların hansından istifadə etmək olmaz?

A) Metoklopramid

B) Proton pompa inhibitorları

C) Antasidlər

D) H2-reseptorların blokatorları

E) Antixolinergiklər


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, s.157
190) Diafraqmanın qida borusu dəliyinin yırtığında psevdokoronar (ezofageal) sindrom zamanı ağrını aşağıdakılardan hansı aradan qaldıra bilər?

A) Trankvilizatorlar

B) Bədənin vəziyyətini dəyişmək (horizontaldan vertikala)

C) Xolinolitiklər

D) Spazmalitiklər

E) Nitratlar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.102
191) Ranitidin hansı qrup preparatlara aiddir?

A) Antasid

B) Qeyri-selektiv xolinolitiklər

C) H1-histamin reseptorlarını blokada edən

D) Spazmolitik

E) H2-histamin reseptorlarını blokada edən


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.993
192) Mədə xəstəlikləri zamanı qəbul edilən almagel, fosfalyugel hansı təsirə malikdir?

A) Antasid, absorbsiyaedici, bürüyücü

B) Yerli xolinolitik

C) Ümumi xolinomimetik

D) Relaksasiyaedici

E) Ümumi xolinolitik


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.706-711
193) Helicobacter pyloriyə aşağıdakı preparatlardan hansı təsir edir?

A) Spazmolitiklər

B) Sitoprotektorlar

C) Sintetik peptidlər

D) Antasidlər

E) Vismutun kolloid preparatları


Ədəbiyyat: Ивашкин Б.Т. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» Москва, 2003 г., c.750-753, 908-909
194) Aşağıda göstərilən preparatlardan hansı mədənin və 12-barmaq bağırsağın selikli qişasına sitoproktektor təsir göstərir?

A) B qrup vitaminlər

B) Selektiv xolinolitiklər

C) Vismutun kolloid subsitratı

D) Spazmolitiklər

E) Reparantlar


Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» Н.Новгород, 2000 г., с.294
195) Hp ilə assosiasiya olunmuş xronik qastrit, mədə və 12-barmaq bağırsağın xora xəstəliklərinin müalicəsində birinci sıradan olan hansı ən effektiv kompleks preparatlar istifadə olunur?

A) Ranitidin, klaritromisin, amoksisillin

B) Omeprazol, ranitidin, amoksisillin

C) Sayılanların heç biri

D) Omeprazol, klaritromisin, amoksisillin

E) Ranitidin, metronidazol, de-nol


Ədəbiyyat: Питер Р. Мак Нелли «Секреты гастроэнтэрологии» 2005 г., c.94
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin