1
Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi ilə yanaşı ürəyin işemik xəstəliyi
zamanı mərkəzi hemodinamikanın və sol mədəciyin sistolik funksiyasının
parametrləri arasında korrelyasiya əlaqələri
⃰V.A.Abdullayev, R.N.Babayev
⃰E-mail:
doktor.vasif@mail.ru
Elmi-Tədqiqat Ağ ciyər xəstəlikləri İnstitutu, Bakı, Azərbaycan
Tədqiqatın mövzusu üzrə 352 xəstə müayinə edilmişdir. Onlardan 121 nəfərdə ağ ciyərlərin
xronik obstruktiv xəstəliyi (ACXOX) (I qrup), 113 nəfərdə ACXOX ilə yanaşı ürəyin işemik
xəstəliyi (ÜİX) (II qrup) və 118 nəfərdə təcrid olunmuş ÜİX (III qrup) qeydə alınmışdır. II qrup
xəstələrdə vurğu həcmi və sağ mədəciyin erkən dolma sürətinin gec dolma sürətinə nisbətinin
aşağı düşməsi sol mədəcik sistolik funksiya pozuntuları ilə paralel olaraq sağ mədəcik diastolik
funksiyasının pozulması da məlum olur. Vurğu həcmi və sağ mədəciyin erkən dolma sürətinin
gec dolma sürətinə nisbəti birbaşa olaraq (p=0,08 və r=-0,82 olduqda r=-0,53, p=0,02) sağ
mədəciyin gec dolma dövrünün maksimal həcmi ilə korrelyasiya etmişdir. Bu da sağ qulaqcıq
sistolasına triskupidal qapaq vasitəsilə baş verən qan dövranının olduğunu göstərir.
Açar sözlər: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi, ürəyin işemik xəstəliyi, mərkəzi
hemodinamika, sol mədəcik, korrelyasiya.
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX) və ürəyin işemik
xəstəliyi (ÜİX) yaranmasında ümumi risk amilləri böyük rol oynayır: əlverişsiz
ətraf mühit, həm aktiv, həm də passiv siqaret çəkmə, peşə zərərləri, alkoholizm,
kişi cinsi və qoca yaş [1,2]. Siqaret çəkmə ən əhəmiyyətli risk amillərindən biridir.
Məsələn, Britaniya Torokal Cəmiyyətinin Qurultayında xüsusi qeyd olunmuşdur
ki, gündə cəmi çəkilən 10 siqaret ACXOX-nin yaranması üçün yüksək risk
amilidir [3]. ÜST göstəricilərinə əsasən, 1990-cı illərin əvvəllərində planetdə 1,1
mlrd siqaret çəkən vardır ki, bu da 15 yaşdan yuxarı insan populyasiyasının 30%-ni
təşkil edirdi [4]. 1990-cı ildə yaşlı əhalinin əmək qabiliyyətinin itirilməsi səbəbləri
içərisində siqaret çəkmənin 2,6% payı vardır. 2020-ci ildə bu göstəricinin 9%-ə
qədər artması gözlənilir. Müxtəlif göstəricilərə görə 1990-cı illərin əvvəllərində
siqaret çəkmə hər il 3 mln ölümə səbəb olur və bu rəqəm stabil olaraq artmaqdadır.
Əgər bu tendensiya dəyişməsə, 2020-2030-cu illərdə siqaret çəkmə hər il 10 mln
insanın ölümünə səbəb olacaqdır [5]. Qeyd etmək lazımdır ki, bir sıra müəlliflər
ÜİX və ACXOX-yə meyilliyi artıran genetik amillərin də mövcud olduğunun
mümkünlüyünü qeyd edirlər [6]. Məlumdur ki, daxili orqanların bir çox xroniki
2
xəstəlikləri yaşla sıx bağlıdır, bu zaman təkcə xronik xəstəliklərdən əziyyət çəkən
şəxslərin sayı artmır, həm də eyni xəstədə aşkar olunan xəstəliklərin də sayı artır
[7]. Yaşlı insanlar, 40-dan az yaşı olan insanlara nisbətən, tənəffüs orqanları
patologiyasından daha çox əziyyət çəkirlər. Orta yaşlı insanlar (45-65 yaş)
ACXOX olan xəstələrin ABŞ-da (51%), Kanadada (57%), İngiltərədə (58%),
Fransada (60%), Niderlandda (62%) və Almaniyada (64%) əksəriyyətini təşkil edir
[8].
Həm ÜİX, həm də ACXOX üçün ürəyin hemodinamik, funksional və
struktur vəziyyətinin pozulması xarakteri və formalaşma vasitələri müxtəlif olsa
da, ümumilik təşkil edir. Bununla yanaşı, ÜİX zamanı əsas etibarilə sol mədəcikdə
dəyişikliklər tədqiq olunur, ACXOX zamanı isə – ürəyin sağ şöbəsinin
zədələnməsinə xüsusi diqqət yetirilir. Bu zədələnmələr xroniki hipoksemiya və ağ
ciyər hipertenziyasının formalaşması nəticəsində baş verir [9].
Tədqiqatın məqsədi. Bu tədqiqatda ACXOX ilə yanaşı ÜİX və təcrid
olunmuş ÜİX olan xəstələrdə mərkəzi hemodinamikanın və sol mədəciyin sistolik
funksiyasının parametrləri arasındakı korrelyasiya əlaqələri təyin edilmişdir.
Tədqiqatın material və metodları. Tədqiqat işi 352 xəstənin klinik-
instrumental müayinəsi əsasında aparılmışdır. Bütün müayinə olunanlar 3 qrupa
bölünmüşdürlər:
I qrup – ACXOX olan 121 xəstə;
II qrup – ACXOX ilə yanaşı ÜİX olan 113 xəstə;
III qrup – ÜİX-in xronik formaları olan 118 xəstə.
Bütün xəstələrə ACXOX və ÜİX diaqnozunun verifikasiyası keçirilmişdir.
Xəstəliyin diaqnozu GOLD-2011 və ACHA təsnifatlarına əsasən təyin
edilmişdir. Bütün xəstələrə klinik baxış, qanın biokimyəvi müayinəsi (ümumi
xolesterin, qlükoza), Holter üsulu ilə sutkalıq elektrokardioqrafiya (EKQ),
exokardioqrafiya (Exo-KQ), döş qəfəsinin rentgen müayinəsi, xarici tənəffüs
funksiyasının (XTF) müayinəsi daxil olmaqla tibbi müayinələr aparılmışdır. Bu
mərhələdə tədqiqat işinin məsələlərinə uyğun olaraq kiçik qan dövranı
3
hemodinamikasına və əksgöstərişlərin olub-olmamasına təsir edən yanaşı
xəstəliklər aşkar edilmişdir.
Bizim tədqiqatda Spirmen ranqlı korrelyasiya əmsalı istifadə edilmişdir.
Spirman ranqlı korrelyasiya əmsalı qeyri-parametrik metod olub, vəziyyətlər
arasında statistik təhlillərin aparılması məqsədilə istifadə edilir. Bu zaman
öyrənilən əlamətlərin iki kəmiyyət sıraları arasında paralellizm təyin edilir və
qabarıq əmsalın kəmiyyət göstəricisi vasitəsilə əlaqələrin sıxlığı qiymətləndirilir.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Sol mədəciyin atım fraksiyası
ilə sol mədəciyin miokard çəkisi qarşılıqlı əlaqədə olmuşdur, yanaşı gedən
patologiyalı xəstələrdə bu əlaqə daha kəskin olmuşdur. Sol mədəciyin atım
fraksiyası və sol mədəciyin miokard çəkisi üçün korrelyasiya əmsalı III qrupda r=-
0,35 (p<95,0%), II qrupda 0,41 (p>98,0%) bərabər olmuşdur. Əks, orta və qeyri-
dürüst korrelyasiya asılılığı sol mədəciyin miokard çəkisinin artdığı şəraitdə sol
mədəcik atım fraksiyasının aşağı olduğunu göstərmişdir.
Sol mədəciyin atım fraksiyası sol mədəciyin yığılmasının lokal pozuntuları
ilə bağlı olmuşdur. Belə ki, sol mədəcik atım fraksiyası və sol mədəcik miokard
çəkisi III və II qruplar üçün, uyğun olaraq r=-0,77 (p=99,0% p<0,01) və r=-0,74
(p>95,0%) təşkil etmişdir. Korrelyasiya əlaqəsi əks, güclü və qeyri-dürüst
olmuşdur. Ürəyin işemik xəstəliyi olan xəstələr qrupunda sol mədəciyin atım
fraksiyasının aşağı düşməsi xronik ürək çatışmazlığının mərhələləri ilə bağlı
olmuşdur: uyğun olaraq, r
1
=-0,51 (p=95,0% p<0,05) və r
2
=-0,41 (p=98,0%
p<0,01); anamnezdə miokard infarktının olması: r
1
=-0,35 (p=95,0% p<0,05) və
r
2
=-0,25 (p<0,01); ürəyin işemik xəstəliyi stajı: r
1
=-0,5 (p=95,0% p<0,05) və r
2
=-
0,33 (p=95,0% p<0,05). Sol mədəcik atım fraksiyası yanaşı gedən patologiyalı
xəstələrdə (II qrup) başqa mexanizmlərə təsir göstərmişdir ki, bunlar da sol
mədəciyin atım fraksiyası və sol mədəcik miokardının çəkisinin bir-birindən asılı
olmasına səbəb olur.
II qrupda sol mədəciyin remodelləşməsi göstəriciləri ACXOX-nin ağırlıq
dərəcəsi azaldıqca azalma tendensiyası qeydə alınmışdır. Bu zaman II və III
qruplarda sağ mədəciyin struktur göstəriciləri strukturunda sol mədəcik atım
4
fraksiyası ilə remodelləşmə arasında müsbət, orta və dürüst korrelyasiya əlaqəsi
qeydə alınmışdır.
Sol mədəciyin sistolik funksiyası ilə sağ mədəcik həcmi arasında mənfi
qarşılıqlı əlaqə vardır, sağ mədəcik boşluğunun hipertrofiyası və genişlənməsi
tendensiyası vardır. Tədqiqatda sol mədəcik atım fraksiyası və remodelləşmə aşağı
olduqda orta korrelyasiyanın əks xarakteri sağ mədəciyin artdığını (dilatasiya)
təsdiq edir. Ümumilikdə, belə dəyişiklikləri kiçik qan dövranında qan
durğunluğunun baş verməsi nəticəsində xronik ürək çatışmazlığı olan xəstələrdə ağ
ciyər hipertenziyasının baş verməsi və şiddətlənməsi ilə izah etmək olar. Yanaşı
gedən patologiyalı xəstələrdə ACXOX-nin həm sol mədəciyin sistolik
funksiyasına, həm də sağ mədəciyin morfofunksional vəziyyətinə təsiri nəticəsində
sağ mədəcik ölçüləri ilə sol mədəciyin sistolik funksiyası arasında korrelyasiya bir
qədər yüksək olmuşdur.
Sol mədəciyin atım fraksiyası və remodelləşmə müsbət və zəif olmuş, lakin
xarici tənəffüs funksiyasının bəzi parametrləri ilə korrelyasiya əlaqəsi olmuşdur: ağ
ciyərlərin həyati tutumu r=0,28 (p=0,017 p<0,01), ağ ciyərlərin gücləndirilmiş
həyati tutumu r=0,3 (p=0,046 p<0,05), 1 saniyədə gücləndirilmiş nəfəsvermə
r=0,25 (p=0,033 p<0,02). Ümumilikdə II və III qruplarda ağ ciyərlərin həyati
tutumu, ağ ciyərlərin gücləndirilmiş həyati tutumu, 1 saniyədə gücləndirilmiş
nəfəsvermə praktik olaraq fərqlənmişdir. Sol mədəciyin atım fraksiyası və
remodelləşmə (p=0,024 p<0,05) həmçinin mənfi və zəif, lakin dürüst olaraq kiçik
sürət qradientlərində qanın dinamik laxtalanması ilə korrelyasiyada olmuşdur (r –
0,21 s-dən -0,33 s-ə qədər), bu zaman asılılıq işemik ürək xəstəliyi olan xəstələr
qrupuna nisbətən bir qədər yüksək olmuşdur.
Qeyd etmək lazımdır ki, ürəyin sol şöbələrinin sistolik funksiyası
pozuntuları ilə sağ mədəciyin diastolik funksiya pozuntuları arasında qarşılıqlı
əlaqə vardır. Bu qrupda sol mədəciyin vurğu həcmi və vurğu indeksi dürüst olaraq
sağ mədəcikdə transtrikuspidal diastolik qan axınını xarakterizə edən sağ
mədəciyin erkən dolma sürətinin gec dolma sürətinə nisbəti kimi göstəricilər ilə
korrelyasiya əlaqəsində olmuşdur. Sol mədəcik zərbə həcmi ilə sağ mədəciyin
5
erkən dolma sürətinin gec dolma sürətinə nisbəti arasında korrelyasiya əmsalı 0,81
(p=0,026 p<0,05), sol mədəcik vurğu indeksi və sağ mədəciyin erkən dolma
sürətinin gec dolma sürətinə nisbəti arasında 0,57 (p=0,011 p<0,01) təşkil etmişdir
ki, bu da müsbət korrelyasiyanın olduğunu göstərmişdir. Normada sağ mədəcik
üçün erkən (E) və gec (A) zaman üzrə dolma sürəti piki inteqralının nisbəti 1,2-1,7
arasında olmuşdur. Diastolik disfunksiya zamanı sağ mədəciyin gec dolma
dövrünün maksimal sürət həddi yüksək olmuş,
sağ mədəciyin erkən dolma sürətinin gec
dolma sürətinə nisbəti
nisbəti azalmışdır (I tip sağ mədəcik diastolik disfunksiyası).
Beləliklə, tədqiq olunan xəstələrdə vurğu həcmi və sol mədəcik vurğu
indeksi aşağı olduqda sağ mədəciyin erkən dolma sürətinin gec dolma sürətinə
nisbəti indeksi də aşağı olmuşdur ki, bu da sağ mədəciyin diastolik funksiyasının
pozulduğunu göstərir. Bu pozuntu sol mədəcik sistolik funksiya pozuntusu ilə
paralel baş vermişdir. Müayinə qruplarda vurğu həcmi və sol mədəcik vurğu
indeksi sağ mədəciyin gec dolma dövrünün maksimal sürət ilə mənfi
korrelyasiyada olmuşdur (III qrupda r=-0,53 p<0,05 və II qrupda r=-0,82 p<0,05).
Bu da sağ ürək qulaqcığı sistoluna trikuspidal klapan vasitəsilə qan axının
olduğunu göstərir.
Ədəbiyyat
1. Buist A.S., McBurnie M.A., Vollmer W.M. et al. International variation in the prevalence of
COPD (the BOLD Study): a population-based prevalence study // Lancet, 2007, vol.370, p.741-
750.
2. Celli B.R., Cote C.G., Marin J.M. et al. The body-mass index, airflow obstruction, dyspnea,
and exercise capacity index in chronic obstructive pulmonary disease // N Endgl J Med., 2004,
vol.350, p.1005-1012.
3. Donaldson G.C., Hurst J.R., Smith C.J. et al. Increased risk of myocardial infarction and
stroke following exacerbation of COPD // Chest, 2010, vol.137 (5), p.1091-1097.
4. NHLBI/WHO workshop report. Publication Number 2701, April 2001: 1-100. Updated 2007.
5. Некрасов А.А., Кузнецов А.Н., Мельниченко О.В., Круглова И.С. Ремоделирование
сердца у больных хронической обструктивной болезнью легких // Медицинский альманах,
2011, №3 (16), с.112-115.
6. Хроническая обструктивная болезнь легких. Практическое руководство для врачей.
НИИ пульмонологии МЗ РФ. М., 2004, 61 с.
7. Кузнецов А.Н., Некрасов А.А. Сочетание ишемической болезни сердца и хронической
обструктивной болезни легких в гериатрической практике: легочная гемодинамика и
морфофункциональное состояние миокарда // Клиническая геронтология, 2006, №8, с.16-
19.
6
8. Чучалин А.Г. Хроническая обструктивная болезнь легких и сопутствующие
заболевания // Пульмонология, 2008, №2, с.5-14.
9. Постникова Л.Б., Костров В.А., Болдина М.В., Зеляева Н.В. Распространенность
хронической обструктивной болезни легких в крупном промышленном центре (Нижний
Новгород) // Пульмонология, 2011, №2, с.5-9.
Резюме
Корреляционные связи между параметрами центральной
гемодинамики и систолической функцией левых желудочек у больных с
ХОБЛ в сочетании с ИБС
В.А.Абдуллаев, Р.Н.Бабаев
Научно Исследовательский Институт легочных болезней, Баку,
Азербайджан
По теме работы нами было обследовано 352 пациентов. Из них 121 больных с
хроническими обструктивными болезнями легких (ХОБЛ) (I группа), 113 больных с
ХОБЛ в сочетании с ишемической болезнью сердца (ИБС) (II – основная группа), 118
пациентов с ИБС (III группа). При снижении ударный объем и Е/АТК у больных 2-й
группы уменьшился индекс Е/АТК, что свидетельствует о возможных нарушениях
диастолической функции ПЖ, идущих параллельно с нарушениями систолической
функции ЛЖ. Ударный объем и Е/АТК коррелировали и непосредственно со значением
АТК (r=-0,53, при p=0,08 и r=-0,82, при p=0,02), которое соответствует кровотоку через
трикуспидальный клапан в систолу правого предсердия.
Ключевые слова: хронические обструктивные болезни легких, ишемическая болезнь
сердца, центральная гемодинамика, левый желудочек, корреляция.
Summary
The correlations between the parameters of central hemodynamics
and left ventricular function sistoliechskoy in patients with COPD combined
with coronary artery disease
V.A.Abdullayev, R.N.Babayev
Lung Diseases Research Institute, Baku, Azerbaijan
352 patients were examined by this work. Of these, 121 patients with chronic obstructive
pulmonary disease (COPD) (I group), 113 patients with COPD in conjunction with ischemic
7
heart diseases (IHD) (II - main group), 118 patients with IHD (III group). With a decrease of
stroke volume and E/attack rate patients in group 2 decreased Index E/attack rate, indicating
possible violations of diastolic RV function, running parallel with impaired LV systolic function.
Stroke volume and directly correlated E / attack rate connotation Spd (r=-0,53, p=0,08 and r=-
0,82, p=0,02), which corresponds to the blood flow through the tricuspid valve in the right
atrium systole.
Keywords: chronic obstructive pulmonary disease, coronare artery disease, central
hemodynamics, the left ventricle, the correlation.
Dostları ilə paylaş: |