AZƏrbaycan respublikasi təHSİl naziRİNİN



Yüklə 28.82 Kb.

tarix05.03.2017
ölçüsü28.82 Kb.

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİNİN 

ƏMRİ 

 

AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49, Tel: (012) 496-34-83 



 

№ 1404  


 

 

 



 

 

 



 

 

15 İyul 2011-ci il 



 

Qanunun elan edilməsi və icrası  

barədə  

 

"Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  dəyişikliklər  edilməsi 

haqqında"  Azərbaycan  Respublikasının  2011-ci  il  17  may  tarixli  127-İVQD 

nömrəli Qanununu elan edirəm: 

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" 



Azərbaycan Respublikasının Qanunu 

 

 



Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası 

Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasənqərara alır:  

Azərbaycan  Respublikası  Əmək  Məcəlləsində  aşağıdakı  dəyişikliklər 

edilsin: 

1. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin: 

"Maddə  10-1.  Dövlət  büdcəsindən  maliyyələşən  müəssisələrdə  çalışmanın 

yaş həddi 

10-1.1.  Dövlət  büdcəsindən  maliyyələşən  müəssisələrdə  çalışmanın  yaş 

həddi 65-dir. 

10-1.2.  Dövlət  büdcəsindən  maliyyələşən  müəssisənin  65  yaşına  çatmış 

işçisinin  həmin  müəssisədə  çalışma  müddəti  müvafiq  dövlət  orqanının  rəhbəri 

tərəfindən  hər  dəfə  1  ildən  çox  olmayaraq  uzadıla  bilər.  Çalışma  müddətinin  5 

ildən çox uzadılmasına yol verilmir. 

10-1.3.  Elm,  mədəniyyət,  səhiyyə  və  təhsil  sahələrinin  inkişafında  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət 

büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti 

müvafiq  dövlət  orqanı  tərəfindən  bu  Qanunun  10-1.2-ci  maddəsində  nəzərdə 

tutulmuş müddətdən artıq uzadıla bilər. 

10-1.4.  Bu  Qanunun  10-1.2-ci  və  10-1.3-cü  maddələrinə  uyğun  olaraq 

müvafiq  sahə  üzrə  dövlət  büdcəsindən  maliyyələşən  müəssisələrin  işçilərinin 

ümumi sayının 15 faizindən artıq ola bilməz. 

10-1.5.  Müvafiq  sahə  üzrə  dövlət  büdcəsindən  maliyyələşən  hər  bir  

müəssisənin  çalışma  müddəti  uzadılmış  işçilərinin  sayı  həmin  müəssisənin 


işçilərinin  sayının  2  faizindən  artıq  ola  bilməz.  Müəssisənin  işçilərinin  sayı  100 

nəfərdən  az  olduqda,  çalışma  müddəti  uzadılmış  işçilərin  sayı  iki  ştat  vahidinə 

qədər yuvarlaqlaşdırılır. 

10-1.6.  Dövlət  büdcəsindən  maliyyələşən  müəssisələrdə  çalışan  işçilərin 

çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir". 

2. 70-ci maddənin "d" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi 

ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda "e" bəndi əlavə edilsin: 

"e)  dövlət  büdcəsindən  maliyyələşən  müəssisənin  işçisi  çalışmanın  yaş 

həddinə çatdıqda.".  

 

 



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 17 may 2011-ci il. № 127-İVQD"  

 

 



Qanunun icrasını təmin etmək məqsədilə  

 

ƏMR EDİRƏM: 

 

1.  "Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  dəyişikliklər  edilməsi 



haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  rəhbərlik  və  icra  üçün    qəbul 

edilsin. 

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Strateji təhlil, planlaşdırma və kadrların 

idarə  olunması  şöbəsi  (F.Qədirov),  Kənd  rayonları  üzrə  Ümumi  təhsil  şöbəsi 

(A.Əhmədov),  İqtisadiyyat  şöbəsi  (Ş.Əliyev),  Ali  və  orta  ixtisas  təhsili  şöbəsi 

(İ.Mustafayev),  Texniki  peşə  təhsili  şöbəsi  (N.Məmmədov),  Tərbiyə  və 

məktəbdənkənar  müəssisələrlə  iş  şöbəsi  (A.İbrahimov),  Məktəbəqədər  təhsil 

sektoru (N.Alnağıyeva), Hüquq sektoru (E.Həsənov) ilə birlikdə: 

2.1.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq Təhsil Nazirliyinin 

nomenklaturasına  əsasən  təhsil  müəssisələrində  yaş  həddi  65-ə  çatmış  təhsil 

işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər. 

3.  Əmək  Məcəlləsinin  10-1.3-cü  maddəsinə  uyğun  olaraq  təhsil  sahəsinin 

inkişafında  xüsusi  xidmətləri  olan  65  yaşına  çatmış  işçilərin  çalışma  müddətinin 

Qanunun  10-1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətdən  artıq  uzadılması  ilə 

əlaqədar təkliflərini hazırlayıb rəhbərliyə təqdim etsinlər. 

4. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş 

həddi  65-ə  çatmış  təhsil  işçilərinin  həmin  müəssisədə  çalışma  müddətinin 

uzadılması zamanı aşağıdakı meyarları nəzərə alsınlar: 

-son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; 

-elmi dərəcə və ya elmi adının olması; 

-dövlət təltifi ilə təltif edilməsi; 

-attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; 

-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; 

-müəssisədə  ixtisaslı  kadr  olmadıqda  və  ya  işçini  başqası  ilə  əvəz  etmək 

mümkün olmadıqda; 

-səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda



-işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması. 

5.  Təhsilin  İdarəolunmasının  Məlumat  Sistemləri  Şöbəsi  (İ.Sadıqov)  Strateji 

təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları 

üzrə  Ümumi  təhsil  şöbəsi  (A.Əhmədov),  Ali  və  orta  ixtisas  təhsili  şöbəsi 

(İ.Mustafayev),  Texniki  peşə  təhsili  şöbəsi  (N.Məmmədov),  Tərbiyə  və 

məktəbdənkənar  müəssisələrlə  iş  şöbəsi  (A.İbrahimov),  Məktəbəqədər  təhsil 

sektoru (N.Alnağıyeva) ilə birlikdə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta 

ixtisas təhsili pillələri üzrə məlumat bazasının formalaşdırılmasını təmin etsin. 

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) 

təhsil şöbələri: 

6.1.Əmək  Məcəlləsinin 10-1.2,  10-1.4,  10-1.5, 10-1.6-cı  maddələrinə  əsasən 

müəyyənləşdirilmiş  meyarlar  nəzərə  alınmaqla  təhsil  müəssisələrində  yaş  həddi 

65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə 

əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil 

Nazirliyinə məlumat təqdim etsinlər. 

6.2.Əmək  Məcəlləsinin  10-1.1-ci  maddəsinə  uyğun  olaraq  təhsil 

müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını 

hazırlasınlar,  əmək  məzuniyyətindən  qayıtdıqdan  sonra  onlarla  bağlanmış  əmək 

müqaviləsinin  ləğv  edilməsi  ilə  əlaqədar  tədbirləri  həyata  keçirsinlər,  nəticəsi 

barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat versinlər. 

6.3.Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud 

normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsini təmin 

etsinlər. 

6.4.Qanunun  icrası  ilə  bağlı  yerlərdə  maarifləndirmə  işlərinin  aparılmasını 

təmin etsinlər. 

7. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov) 

təhsil  müəssisələrində  yaş  həddi  65-ə  çatmış  pedaqoji  işçilərlə  bağlanmış  əmək 

müqaviləsinin  ləğv  edilməsi  ilə  əlaqədar  təhlillər  aparsın,  ehtiyac  olan  təhsil 

müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etsin. 

8.  İctimaiyyətlə  əlaqə  şöbəsi  (B.Hüseynzadə)  əmrin  "Azərbaycan  müəllimi" 

qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin. 

9.  Ümumi  şöbənin  müdiri  (X.Fərəcov)  əmrin  çoxaldılıb  yerlərə 

göndərilməsini təşkil etsin. 

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

 

Əsas "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi 



haqqında"  Azərbaycan  Respublikasının  2011-ci  il  17  may  tarixli  127-İVQD 

nömrəli  Qanunu  "Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  dəyişikliklər 

edilməsi  haqqında"  Azərbaycan  Respublikasının  2011-ci  il  17  may  tarixli  127-

İVQD  nömrəli  Qanunun  tətbiqi  barədə”  Azərbaycan  Respublikası  Prezidentin 

01.07.2011-ci il tarixli 460 nömrəli Fərmanı.  

 

 



 

MİSİR MƏRDANOV 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə