Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?



Yüklə 1,75 Mb.
səhifə13/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   ...   10   11   12   13   14   15   16   17   18

807) Yoğun bağırsağa eyni zamanda həm barium əhəngini və həm də hava yeritdikdə, diametri 1,5sm olan dairəvi boşluq görsənir ki, bunun xarici konturu hamar, daxili konturu isə çox da aydın olmur. Bu hansı xəstəliklərdə xarakter əlamət sayılır?

A) Xərçəng

B) Koprolit

C) Yoğun bağırsağın mənfəzindən xaric törəmə

D) Divertikul

E) Polip
Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. стр.126 код 246


808) Yoğun bağırsaqda tək, diametri 3 sm yaxın olan, kənarları nahamar olan dairəvi dolma defekti olan hansı patologiyadır?

A) Divertikul

B) Polip

C) Ekzofil xərçəng

D) Xovlu şişlərdə

E) Koprolitlər


Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. стр.128 код 258.
809) Rentgenoloji müayinə zamanı yoğun bağırsağın mənfəzinin davamlı sirkulyar daralması, kənarları didilmiş və nahamar nə vaxt olur?

A) Spastiki kolitlərdə

B) Xoralı kolitlərdə

C) Qirşprunq xəstəliyi

D) Diverkulyozlarda

E) Mənfəzi daraldan xərçənglərdə


Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. стр.128 код 259.
810) S-vari bağırsaq yuxarıya sıxılıbdır. Hərəkəti məhduddur, onun mənfəzi qeyri-bərabər daralıbdır. Selikli qişasının relyefi saxlanılıb, pozulmayıb. Bu nə zaman olur?

A) S-vari bağırsağın xərçəngində

B) Uzanmış S-vari bağırsaq

C) Yerini dəyişən (çanağa) böyrəklərdə

D) Xoralı kolitlərdə

E) Qadınlarda yumurtalıqların patologiyasında həmin bağırsağın ikincili deformasiyası


Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г.стр.128 код 260
811) Yoğun bağırsaqda selikli qişasının relyefinin dəyişilməməsi fonunda çoxlu dairəvi dolma defektləri görsənir. Kənarları hamardır. Nə zaman belə rentgenoloji təsvir olur?

A) Kron xəstəliyində

B) Qeyri-spesifik kolitdə

C) Çoxlu poliplərdə

D) Divertikulyoz

E) Xərçəngdə


Ədəbiyyat: Квалификационные тесты по рентгенологии (лучевой диагностике) Российская Медицинская Академия. Последипломного образования. Москва 1999 г. 128 код 256.
812) Bagırsagın total müayinəsi üçün istifadə olunan aparat hansıdır?

A) Kolonoskop

B) Qastroskop

C) Rektoromonoskop

D) Bronxoskop

E) Sistoskop


Ədəbiyyat: «Руководство по клинической эндоскопии» Совелев В.С 1985 стр.64
813) Xromokolonoskopiya nədir?

A) Yoğun bağırsağın rəngləyici maddələrin işlədilməsi ilə kolonoskopiyası

B) Yoğun bağırsağın rentgen müayinəsi

C) Yoğun bağırsağın ultrasəs vasitəsilə müayinəsi

D) Yoğun bağırsağın kontrast rentgen müayinəsi

E) Yoğun bağırsağın kolonoskopla müayinəsi


Ədəbiyyat: «Руководство по клинической эндоскопии» Совелев В.С 1985 стр.64
814) Sadalananlardan hansı Kron xəstəliyində cərrahi müdaxiləyə mütləq göstəriş deyil?

A) Perforasiya

B) Toksiki Meqakolon

C) Bağırsaq keçməməzliyi

D) Kütləvi (massiv) bağırsaq qanaxması

E) Qarın boşluğunda infiltratın olması


Ədəbiyyat: В.Т. Ивашкин, Т.А.Лапина, «Гастроэнтерология национальное руководство» стр. 288
815) Qeyri-spesifik xoralı kolitin ağır formasında hansı müayinəni etmək olmaz?

A) Qarın boşluğunun obzor rentgenoskopiyası

B) Nəcisin ümumi analizi

C) Onkomarkerlərin təyini

D) USM

E) Kolonoskopiya


Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 səh.106
816) Ağır dərəcəli ürək ağciyər çatışmazlıqlarda hansı müayinəni etmək olmaz?

A) EKQ


B) Rentgenoskopiya

C) Oksihemometriya

D) USM

E) Kolonoskopiya


Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh.106
817) Təcili kolonoskopiyaya göstəriş nədir?

A) Xroniki kolit

B) Kəskin ürək-qan-damar çatmamazlığı

C) Yoğun bağırsaq qanaxmalarının səbəbinin aşkar olunması

D) Parazitar invaziya

E) Tənəffüs çatmamazlığı


Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh.106
818) Kolonoskopiya zamanı hansı halda premedikasiya aparıla bilər?

A) Biopsiya etmək üçün

B) Yoğun bağırsağın total müayinəsi

C) Şişin lokalizasiyasını təyin etmək üçün

D) Xroniki kolitin diaqnostikasi

E) Dözülməz ağrı sindromu zamanı


Ədəbiyyat: «Атлас колоноскопии » Герхард Потт. стр 36
819) Kolonoskopiya zamanı nə zaman biopsiya edilmir?

A) Qeyri-spesifik xoralı kolitlər zamanı

B) Qanaxmalar zamanı

C) Poliplər aşkar olunduqda

D) Kataral kolit zamanı

E) Bədxassəli şişə şübhə olduqda


Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh. 116-117
820) Kolonoskopiya zamanı polip aşkar olunarsa endoskopik polipektomiya nə vaxt edilir?

A) Əsasının diametrinin əhəmiyyəti yoxdur

B) Əsasının diametri6.5 sm dən artıq olarsa

C) Əsasının diametri5.0 sm dən artıq olarsa

D) Əgər polip əsasının diametri 1.5-2.0 sm dən artıq olarsa

E) Əsasının diametri 4.0 sm dən artıq olarsa


Ədəbiyyat: O.Şirəliyev, « Endoskopik müayinələr” 2002, səh.220
821) Yoğun bağırsağın şişinə şübhə olduqda.Hansı fikir düzdür?

A) Kolonoskopik biopsiya etmək

B) İrriqoskopiya etmək

C) Rentgenoskopiya olunması

D) Onkomarkerləri yoxlamaq

E) Qanın və nəcisin ümumi analizi


Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh.24
822) Yoğun bağırsağın yad cisimləri zamanı hansı müayinə metodundan ilkin istifadə olunur?

A) Təmizləyici imalə

B) Təxirəsalınmaz kolonoskopiyanın təyini

C) Qanın və nəcisin ümumi analizi

D) USM

E) Qarın boşluğunun obzor rentgenoskopiyası


Ədəbiyyat: Савельев В.С «Руководство по клинической эндоскопии» 1985 стр251.
823) Kron xəstəliyinə şübhə olduqda aşağıdakılardan hansı metod daha dəqiqdir?

A) EKQ


B) USM

C) Rektoromonoskopiya

D) Kolonoskopiya

E) Qastroskopiya


Ədəbiyyat: «Атлас колоноскопии с руководством по профилактики карцином толстой кишки.» Г.Потт Москва, 2006 стр.68
824) Xroniki qəbzlik zaman hansı müayinə üsulu istifadə etmək daha məqsədə uyğundur?

A) EKQ


B) Kolonoskopiya

C) Lapaoskopiya

D) Qastroskopiya

E) USM
Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh.106


825) Diareya ilə müraciət edən xəstəyə ilk növbədə hansı müayinə məsləhət görülməlidir?

A) EKQ


B) Qastroskopiya

C) Qarın boşluğunun obzor rentgenoskopiyası

D) Kolonoskopiya

E) USM
Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh.106


826) Kolonoskopik polipektomiya üçün ən vacib müayinələr hansıdır?

A) Qanin biokimyəvi analizi

B) Qanda hormonların təyini

C) Qanın laxtalanması və EKQ

D) Nəcisin və sidiyin analizi

E) Qanda onkomarkerlərin təyini


Ədəbiyyat: Şirəliyev O. “Endoskopiya müayinələri” Bakı-2004 Səh.221
827) Kolonoskopiyaya əks göstəriş nədir?

A) QİÇS


B) Qeyri-spesifik xorali kolitin ağır forması

C) Dizenteriya

D) Mədə qanaxmaları

E) Vərəm
Ədəbiyyat: Şirəliev O.K. “Endosropiya muayinələr” səh 105.


828) Qeyri-spesifik xoralı kolitin diaqnozunda əsas müayinə hansıdır?

A) Qarın boşluğunun USM

B) EKQ

C) Qarın boşluğunun obzor rentgenoskopiyasi



D) Kolonoskopiya

E) Qastroskopiya


Ədəbiyyat: «Руководство по клинической эндоскопии» Савельев В.С., 1985 Səh. 63
829) Kron xəstəliyinin diaqnozunda əsas müayinə hansıdır?

A) EKQ


B) Kolonoskopiya və ya rektoromanoskopiya

C) Qastroskopiya

D) Qarın boşluğunun obzor rentgenoskopiyasi

E) Qarın boşluğunun USM


Ədəbiyyat: Савельев В.С., «Руководство по клинической эндоскопии» 1985 Səh. 63
830) Hansı halda yoğun bağırsağın polipozu diaqnozu qoyula bilər?

A) Yoğun bağırsaqda poliplərin sayı 20-dən artıq olduqda

B) Yoğun bağırsaqda poliplərin sayı 10-dən artıq olduqda

C) Yoğun bağırsaqda poliplərin sayı 30-dən artıq olduqda

D) Yoğun bağırsaqda poliplərin sayı 50-dən artıq olduqda

E) Yoğun bağırsaqda poliplərin sayı 100-dən artıq olduqda


Ədəbiyyat: Г.Потт, «Атлас колоноскопии с руководством по профилактики карцином толстой кишки» Москова, 2006 стр.108
831) Kataral kolitin kolonoskopik diaqnostikası hansıdır?

A) Hipermiyalı, şişkindir psevdopoliplər var

B) Hipermiyalıdır, şişkindir, strikturalar var

C) Hipermiyalı, damar şəbəkəsi qeyd olunur, tək-tək xoralar var

D) Hipermiyalı, şişkin damar şəbəkəsinin olması

E) Hipermiyalıdır, damar şəbəkəsi qeyd olunmur, tək-tək psevdopoliplər var


Ədəbiyyat: Савельев В.С. «Руководство по клинической эндоскопии» 1985, стр.112-113
832) Yoğun bağırsaq poliplərinin hansı formaları daha tez bədxassəli transformasiyaya məruz qalır?

A) Psevdopoliplər

B) Adenopapilomatoz

C) Adenomatoz

D) Hiperplastik

E) Butun poliplər


Ədəbiyyat: Савельев В.С. «Руководство по клинической эндоскопии». 1985 стр.112-113
833) Tropik spru xəstəliyində hansı preparatın təyinatında daha çox effekt olur?

A) Heç biri

B) Fol turşusu

C) Hamısı

D) Vitamin C

E) Qlükoza


Ədəbiyyat: А.С. Логинов А.И.Парфенов «Болезни кишечника» стр. 450
834) Bağırsaqda passaji yavaşıdan ərzaqlar hansıdır?

A) Su


B) Qaysı

C) Düyü


D) Kəpək

E) Süd
Ədəbiyyat: В.В.Домиленко «Секреты питания» 2005 г. стр.66


835) Qeyri-spesifik xoralı kolitin diaqnozunu nə təsdiqləyir?

A) Qədəhəbənzər reaktiv hiperplaziyası

B) Psevdopoliplər

C) Selikli –irinli eksudatın və çoxlu xoraların olması

D) Kript - absess

E) Bütün sayılanlar


Ədəbiyyat: Логинов А..И, Порфенов А.С. «Болезни кишечника» стр.351-356.
836) Hansı preparat bağırsaq kandidozunun əsas müalicəsinə aiddir?

A) Makrolitlər

B) Sefalosporinlər

C) H2 blokatorlar

D) Ftorxinalonlar

E) Flukanazol


Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология » стр. 679
837) Qranulematoz kolitin müalicəsini nə ilə başlamaq daha məqsədə uyğundur?

A) Neomisinlə

B) Sulfalazinlə

C) Levomisetinlə

D) Penisilinlə

E) Hidrokortizonla


Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология » стр. 427.
838) Xartnup xəstəliyi hansı növ sovrulma pozuntusuna aiddir?

A) Postrezeksion

B) 2-ci dərəcəli

C) Sadalanların hamısına

D) Anadangəlmə

E) 1-ci dərəcəli


Ədəbiyyat: А.И. Пaрфенев, А.С Логинов « Болезни кишечника» 2000 г. стр.395
839) Qəbizlik diaqnozu hansı hallarda qoyula bilər?

A) Ayda 5-6 dəfə olarsa

B) Xəstədə defekasiya aktı həftədə 3 dəfədən az olarsa

C) Ayda 3-4 dəfə olarsa

D) Bir həftədən bir olarsa

E) Hər gün lakin defekasiya çətinliklə baş verərsə


Ədəbiyyat: А.И. Пaрфенев, А.С. Логинов « Болезни кишечника» 2000 г. стр.94.
840) “Abetalipoproteinemiya” nədir?

A) Suyun sovrulma pozgunlugu

B) Yagların sovrulmasının pozulması

C) Zülal sovrulmasının pozulması

D) Mineralların sovrulma pozgunlugu

E) Karbohidratların sovrulma pozgunlugu


Ədəbiyyat: А.С. Логинов.А.И.Парфенов « Болезни кишечника» 2000 г. стр.396
841) Etioloji səbəblərinə görə hansı qəbizlik növləri mövcuddur?

A) Proktogen

B) Nevrogen

C) Hipodinamik

D) Sadalanların hamısı

E) Alimentar


Ədəbiyyat: А.Н. Окорков « Лечение внутренних органов» 1998 г. стр 398
842) Dolixokolon nədir?

A) Bağırsağın uzanması

B) Bağırsağın deşilməsi

C) Bağırsağın daralması

D) Bağırsağın gödəlməsi

E) Bağırsağın genəlməsi


Ədəbiyyat: А.С. Логинов А.И Парфенов « Болезни кишечника»-. 2000 г. стр.246.
843) Meqakolon nədir?

A) Bağırsağın gödəlməsi

B) Bağırsağın deşilməsi

C) Bağırsağın genəlməsi

D) Bağırsağın uzanması

E) Bağırsağın daralması


Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов « Болезни кишечника» 2000 г. стр.259
844) Qıcıqlanmış bagırsaq sindromu üçün yoğun və nazik bağırsağın əsas hansı funksiyasının pozulması xarakterikdir?

A) Zülal həzminin pozulması

B) Motor-evakuator

C) Baryer funksiyasının pozulması

D) Elektrolitlərin sovrulma funksiyasınınn pozulması

E) Karbohidratların həzminin pozulması


Ədəbiyyat: А.С. ЛогиновА.И.Парфенов « Болезни кишечника». 2000 г. стр.573.
845) İşemik kolitdə proses ən çox harada lokolizasiya olunur?

A) Çənbər bağırsağın qaraciyər əyriliyində

B) Çənbər bağırsağın dalaq əyriliyində

C) Siqmayabənzər bağırsaqda

D) Kor bağırsaqda

E) Düz bağırsaqda


Ədəbiyyat: П.Я. Григорьев, А.В. Яковенко, «Клиническая гастроэнтерология» 2001 г., Москва, стр. 645
846) Kəskin toksiki meqakolona şərait yaradan faktorlar?

A) Tiflit

B) Qeyri-spesifik xoralı kolit

C) Bütün sayılanlar

D) Kron xəstəliyi

E) Psevdomembranoz kolit


Ədəbiyyat: Питер Р. МакНелли “Секреты гастроэнтерологии” 2001, стр.459.2001
847) Kəskin toksiki meqakolon xəstəliyinin yaranma səbəbi nədir?

A) Sadalanların hamısı

B) Sitomeqalovirus koliti

C) Amöb dizenteriyası

D) Bakterial dizenteriya

E) Qarın yatalağı


Ədəbiyyat: Питер Р. МакНелли «Секреты гастроэнтерологии», Санкт - Петербург, 2001 г., стр. 459
848) Sadalananlardan hansı Kron xəstəliyində cərrahi müdaxiləyə mütləq göstəriş deyil?

A) Toksiki meqakolon

B) Kütləvi (massiv) bağırsaq qanaxması

C) Bağırsaq keçməməzliyi

D) Fistulalar

E) Peritonit


Ədəbiyyat: В.Т. Ивашкин, Т.А.Лапина, «Гастроэнтерология национальное руководство» стр. 288
849) Hansı antibiotiklərin qəbulu psevdomembranoz kolitı yaradır?

A) Klindamisin

B) Linkomisin

C) Sadalanların hamısı

D) Ampisillin

E) Sefalosparinlər


Ədəbiyyat: А.Н.Окороков, “Диагностика болезней внутренних органов” стр217-т.1.
850) Sadalananlardan hansı Kron xəstəliyində cərrahi müdaxiləyə mütləq göstəriş deyil?

A) Peritonit

B) Perforasiya

C) Xroniki hissəvi bağırsaq keçməməzliyi

D) Kütləvi (massiv) qanaxması

E) Sidik yollarının prossesə qoşulması (sidik axarının kompresiyası, bağırsaq –sidik kisəsi-sistulası və.s)


Ədəbiyyat: В.Т. Ивашкин, Т.А. Лапина, «Гастроэнтерология национальное руководство» Mockва 2008, стр. 288
851) Qeyri-spesifik xoralı kolitdə cərrahi müdaxiləyə aşağıdakılardan hansı nisbi göstəriş deyil?

A) Uşaq və yeniyetmə dövründə boy artımının ləngiməsi

B) Yoğun bağırsağın perforasiyası

C) Konservativ müalicəyə rezistent olan qabarıq kliniki əlamətlər

D) Yoğun bağırsağın selikli qişasının displaziyası

E) Bağırsaqdan kənar əlamətlər


Ədəbiyyat: В.Т. Ивашкин «Гастроэнтерология национальное руководство» Mockва 2008, стр. 475
852) 65 yaşında kişi qarnın sol alt kvadrantında olan ağrı, hərarətin yüksəlməsi, ürəkbulanma, qusma ilə xəstəxanaya müraciət etmişdir; anamnezində 4-5 ildir ki, qəbizlik, köp, qarında ağrıların olduğunu göstərir. Fiziki müayinədə qarının sol alt kvadrantında ağrıların olması və ağrılı kütlənin əlləndiyi aşkar olunmuşdur. Eyni zamanda bu nahiyyədə lokal olaraq peritonun qıcıqlanması aşkar olunub. Qanın ümumi müayinəsi yüksək leykositoz aşkarlanmışdır. Verilənlərə görə aşağıdakı hansı xəstəlikdən şübhələnmək olar?

A) İşemik kolit

B) Yoğun bağırsağın Kron xəstəliyi

C) Qeyri-spesifik xoralı kolit

D) Yoğun bağırsağın kanseri

E) Kəskin divertikulit


Ədəbiyyat: S.Çalangu, A.Ökten, “Praktik İç Hastalıkları” İstanbul, 1992, səh. 171
853) Xroniki kolitə aşağıdakı sadalananlardan patoqenetik faktorlardan hansı aiddir?

A) Bağırsağın sinir sistemin pozğunluğu

B) Disbakterioz

C) Bütün sadalanan

D) Yoğun bağırsağın selikli qişanın zədələnməsi

E) Autoimmun pozğunları


Ədəbiyyat: А.Н. Окороков «Диагностика болезней внутренних органов» Москва, 2000 г., стр. 225
854) Bağırsağın işemik xəstəliyinə səbəb hansı faktorlar ola bilər?

A) İnfeksion endokardit

B) Damarların inkişaf anomaliyaları

C) Ateroskleroz

D) Sadalanların hamısı

E) Birləşdirici toxumanın sistem xəstəlikləri


Ədəbiyyat: А.Н. Окороков, «Диагностика болезней внутренних органов» Москва, 2000 г., стр. 266.
855) Çənbər bağırsağın divertikulyozu hansı ağırlaşma verir?

A) Perforasiya

B) Bağırsaq kecməməzliyi

C) Qanaxma

D) Divertikulit

E) Sadalanların hamısı


Ədəbiyyat: П.Я. Григорьев, А.В. Яковенко «Клиническая - гастроэнтерология», 2001 г., Москва, стр. 503.
856) Hansı antibiotiklər istər bağırsaq istərsə də bağırsaqdan kənar amöbiaza təsir göstərir?

A) Sefalosporinlər

B) Tetrasiklin

C) Aminoqlikozitlər

D) Metronidazol

E) Bütün sayılanlar


Ədəbiyyat: П.Я. Григорьев, А.В. Яковенко, «Клиническая - гастроэнтерология» 2001 г., Москва, стр. 679
857) Hansı sulfanilamid preparatı bağırsağın mənfəzində təsir göstərir?

A) Sulfanil natri

B) Sulfapiridazin

C) Urosulfan

D) Sulfadimezin

E) Ftalazol


Ədəbiyyat: П.Я. Григорьев, А.В. Яковенко, «Клиническая - гастроэнтерология» 2001 г., Москва, стр. 678
858) Yoğun bağırsağın xarici quruluşu nazik bağırsağın xarici quruluşundan nə ilə fərqlənir?

A) Yoğun bağırsağın üzərində piy çıxıntıların olması

B) Yoğun bağırsağın qaustriyalı olması

C) Bütün sayılanlar

D) Yoğun bağırsağın lent şəkilli olması

E) Yoğun bağırsağın nazik bağırsaqdan gödəkdir


Ədəbiyyat: П.Я. Григорьев, А.В. Яковенко, «Клиническая гастроэнтерология » 2001 г., Москва стр. 443
859) Qeyri-spesifik xoralı kolitdə cərrahi müdaxiləyə aşağıdakılardan hansı nisbi göstəriş deyil?

A) Uşaq və yeniyetmə dövründə boy artımının ləngiməsi

B) Bağırsaqdan kənar əlamətlərin olması

C) Kütləvi (massiv) bağırsaq qanaxması

D) Konservativ müalicəyə rezistent olan qabarıq kliniki əlamətlər

E) Yoğun bağırsağın selikli qişasının displaziyası


Ədəbiyyat: В.Т. Ивашкин, Т.А.Лапина «Гастроэнтерология национальное руководство» Mockва 2008, стр.475
860) Aşağıda sadalananların hansında kolonoskopiya müayinəsini aparmaq olar?

A) Peritonit

B) Heç birində aparmaq olmaz

C) Kəskin paraproktit

D) Hamiləlik (2-ci, 3-cü trimestr) dövrü

E) Bağırsaq qanaxması


Ədəbiyyat: В.С. Сотников с соавторы, «Колоноскопия в диагностике заболевания толстой кишки», 2006, стр. 30-31
861) Qranulematoz kolitdə qranulyomalar harada əmələ gəlir?

A) Əzələ qatında

B) Selikli qişada

C) Selikaltı qişada

D) Subseroz qişada

E) Seroz qişada


Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко «Клиническая гастроэнтерология » стр. 419.
862) Yoğun bağırsağın mənfəzində olan mikroorqanizmlər aşağıdakı xüsusiyyətlərdən hansılarına malikdir?

A) Fermentativ

B) Öd turşularının metobolizmi

C) Sayılanların hamsına

D) Müdafiə

E) Vitamin sintez etmək


Ədəbiyyat: Сотников В.Н. с соавторами. “Колоноскопия в диагностике заболеваний толстой кишки “ Москва 2007 стр. 9
863) İşemik koliti hansı xəstəliklərlə differensasiya etmək lazim ola bilər?

A) Bütün sayılanlarla

B) Yoğun bağırsağın xərçəngilə

C) Polipozla

D) Qirşprunq xəstəliyilə

E) Divertikulitlə


Ədəbiyyat: S.P.L Treyirs « Гастроэнтерология» 2002, стр. 498
864) Aşağıdakı sadalanan bağırsaq xəstəliklərindən hansıları kolonoskopiyaya əks göstərişdir?

A) İşemik kolit

B) Ağır kliniki formalı (fulminant) xoralı kolit və Kron xəstəliyi

C) Sadalananlardan hamısı

D) Radiasion kolit

E) Divertikulit


Ədəbiyyat: Сотников В.Н. с соавторами. “Колоноскопия в диагностике заболеваний толстой кишки “ Москва 2007 стр. 29-30
865) Kəskin paraproktitin klinik gedişatında əsasən nə qeydə alınır?

A) Əsəbilik

B) Astenizasiya

C) Fistuldan ifrazatın gəlməsi

D) Ağrı sindromu ilə gızdırma

E) Kişilərdə impotensiya


Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2000 стр.320-322.
866) Aşağıdakılardan hansı xronik paraproktitin klinik formasıdır?

A) İntrasfinkterli fistullar

B) Qeyri tam daxili fistullar

C) Bütün sayılanlar

D) Ekstrasfinkterli fistullar

E) Transsfinkterli fistullar


Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр. 320-322
867) Hemoroidal düyünlərin şişkinliyini və digər simptomların xüsusiyyətinə görə babasil xəstəliyini neçə stadiyaya bölürlər?

A) 3 stadiyaya

B) 2 stadiyaya

C) 6 stadiyaya

D) 4 stadiyaya

E) 5 stadiyaya


Ədəbiyyat: А.С.Логинов.А.И.Парфенов “Болезни кишечника” стр.534
868) Hansı dərman preparatları qəbizlik əmələ gətirmir?

A) Hipotenziv preparatlar

B) Qeyri-steroid iltihab əleyhinə preparatlar

C) Hipolipidemik preparatlar

D) Antihistaaminlər

E) İşlədicilər


Ədəbiyyat: Питер Р. МакНелли “Секреты гастроэнтерологии” 2001 стр.456.
869) Anal çatı nədən differensiasiya etmək lazımdır?

A) Kəskin babasildən

B) Kron xəstəliyindən

C) Proktalgiyadan

D) Bütün sayılanlardan

E) Qeyri tam daxili fistullardan


Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2000, стр.499-503.
870) Yoğun bağırsağın mikroflorasında anaeroblar ya aeroblar üstünlük təşkil edir?

A) Anaeroblar üstünlük təşkil edir

B) Anaerob və aeroblar dinamik müvazinətdədir

C) Aeroblar təşkil edir

D) Aeroblar heç yoxdur

E) Anaerob heç yoxdur


Ədəbiyyat: Сотников В.Н. с соавторами “Колоноскопия в диагностике заболеваний толстой кишки”, Москва 2007. стр 8-9
871) Kəskin qeyri-toksiki meqakolon-Oqilvi sindromuna şərait yaradan faktorlar?

A) Ürəyin sağ mədəciyinin çatışmazlığı

B) Ümumi ağrısızlaşdırıcılar

C) Müxtəlif dərman preparatları

D) Cərrahi müdaxilə

E) Bütün sayılanlar


Ədəbiyyat: Питер Р. МакНелли, “Секреты гастроэнтерологии” 2001, стр.457.
872) Düz bağırsağın düşməsinə klinik olaraq nə xarakterdir?

A) Qan və selik qarışığı

B) Bütün sayılanlar

C) Ağrılar və qaşınma

D) Qazların saxlanılmaması

E) Nəcisin saxlanılmaması


Ədəbiyyat: А.С.Логинов “Болезни кишечника” 2000, стр.503-505.
873) Düşən düz bağırsağın sıxılması zamanı aşağıdakılardan hansı narkozsuz istifadə olunur?

A) Düzəliş və təşrih

B) Sklerozlaşdıran məhlullar

C) Fizioterapiya

D) Düzəliş

E) Təcili təşrih


Ədəbiyyat: Федоров В.Д., “Проктология” 1984.
874) Sadalanan fizioloji proseslərdən hansılar yoğun bağırsaqda baş verir?

A) Bağırsaq şirəsinin ifrazı

B) Yerli imunitetin formalaşması

C) Hərəki aktivlik

D) Slektrolit və mayelərin sorulmaı

E) Sadalananlardan hamısı


Ədəbiyyat: СотниковВ.Н. с соавторами “Колоноскопия в диагностике заболеваний толстой кишки” Москва 2007, стр.7
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin