Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Xoşxassəli poliplərin və mədənin polipəbənzər xərçənginin differensial diaqnostikasında nə mühüm rol oynayır?



Yüklə 1,75 Mb.
səhifə16/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   ...   10   11   12   13   14   15   16   17   18

1007) Xoşxassəli poliplərin və mədənin polipəbənzər xərçənginin differensial diaqnostikasında nə mühüm rol oynayır?
A) Polipin səthi

B) Biopsiya

C) Lokalizasiyası

D) Polipin böyüklüyü

E) Yayılması (tək-tək və ya çox saylı)
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000.
1008) Xoranın perforasiyasını təsdiq edir:
A) Diafraqmanın sağ qübbəsi altında rentgenoloji müayinə nəticəsində müəyyən edilmiş qaz toplanması

B) Qarnın aşağı nahiyyəsində kəskin ağrılar

C) Durmadan artan anemiya

D) Arterial qan təzyiqinin yüksəlməsi

E) Meteorizm
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000.
1009) Mədə çıxaracağının üzvi stenozunda qusuntu kütlələri üçün xarakterik əlamətlər bunlardır:
A) Qan qatışığı ilə

B) Tərkibində çoxlu qida qalıqları olan, xoşagəlməz qoxulu böyük həcmdə qusuntu

C) Kiçik həcmdə və selik qatışığı ilə

D) Böyük həcmdə və tərkibində öd olur

E) Böyük həcmdə və tərkibində hidrogen xlorid turşusu olur
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000.
1010) 12 b bağırsağın soğanağında lokalizə olan xora xəstəliyindən əziyyət çəkən xəstədə son vaxtlar kliniki şəkil dəyişib, yeməkdən sonra ağırlıq əmələ gəlib, xəstənin ürəyi bulanır, o yediyini qusur və bu hal daha tez-tez günün ikinci yarısında baş verir, həm də böyük həcmdə olur, ağızdan pis iy gəlir, çəkisini itirib. Bu simptomlar kompleksi aşağıda göstərilənin inkişafını göstərir:
A) Piloroduodenostenoz

B) Bağırsaq keçməməzliyi

C) Penetrasiyalar

D) Periduodenit

E) Mədənin şişi
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000.
1011) 12 barmaq bağırsaq xorasında Pevzner üzrə hansı pəhriz istifadə olunur?
A) №1

B) №5


C) №10

D) №9


E) №2
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология, 2001.
1012) 12 barmaq bağırsaq xorasına əsasən hansı yaşda rast gəlmək olar?
A) 70-dən yuxarı

B) 60-dan yuxarı

C) 40-50 yaş

D) 18-25 yaş

E) 50-60 yaş
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология, 2001.
1013) Xolestaz sindromuna hansı əlamət aid deyil?
A) bradikardiya

B) qanda qələvi fosfatazanın çoxalması

C) dəridə qaşınma

D) hipertenziya

E) qanda xolesterinin çoxalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1014) Alimlərdən hansı xora xəstəliyinin patogenezinin kortiko-visseral nəzəriyyəsini təklif edib inkişaf etdirmişdir?
A) Riqel E.R.

B) Strajesko N.D., Qrekov İ.İ.

C) Bıkov K.M., Kursin İ.T.

D) Aşoff L.

E) Virxov R.
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1015) Alimlərdən hansı xora xəstəliyinin patogenezinin damar nəzəriyyəsini təklif edib inkişaf etdirmişdir?
A) Rigel E.R.

B) Virxov R.

C) Aşoff L.

D) Bıkov K.M., Kursin İ.T

E) Strajesko N.D., Qrekov İ.İ.
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1016) Aşağıdakılardan hansı qaraciyərdə sintez olunmur?
A) fibrinogen

B) albuminlər

C) protrombin

D) estroqenlər

E) xolesterin
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1017) Qaraciyərin sirrozunu hepatitdən fərqləndirən əsas kliniki sindrom hansıdır?
A) splenomeqaliya

B) sarılıq sindromu

C) qaraciyər-hüceyrə çatışmazlığı sindromu

D) intoksikasiya sindromu

E) portal hipertenziya sindromu
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология, 2001.
1018) Hipersplenizm sindromu üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) leykopeniya

B) splenomeqaliya

C) eritrositoz

D) anemiya

E) trombositopeniya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1019) Sağlam insanın yoğun bağırsağında hansı flora üstünlük təşkil edir?
A) bifidobakteriyalar

B) südturşulu çöp

C) bağırsaq çöpü

D) proteylər

E) stafilokoklar
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1020) Hansi preparat antixelikobakter efektinə malik deyil?
A) trixopol

B) qastrofarm

C) de-nol

D) ampicillin

E) furazolidon
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1021) Aşağıdakılardan hansı ulserogenezin əsas nəzəriyyələrinə aid deyil?
A) immun

B) mexaniki

C) kortikovisseral nəzəriyyəsi

D) damar nəzəriyyəsi

E) şok nəzəriyyəsi
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1022) Aşağıdakılardan hansı xroniki hepatitin qaraciyərin sirrozuna keçid əlamətinə aid deyil?
A) “meduza başı”

B) hemoroidal düyünlərin əmələ gəlməsi

C) qida borusunun venalarının genişlənməsi

D) assit


E) anasarka
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1023) Xroniki qastritin öyrənilməsi hansı alimin adı ilə bağlıdır?
A) İ.Mikuliç

B) E. Riqel

C) F.Bruse

D) R.Virxov

E) A.Kussmaul
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1024) Aşağıda göstərilən proseslərdən hansı xroniki qastritin proqressivləşməsinin əsasında durmur?
A) iltihab

B) vəz epitelisinin həddən artıq diferensiasiyası

C) distrofiya

D) disregenerasiya

E) fibroz
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1025) Peptik xoranın klinika, morfologiya və müalicəsini ilk dəfə hansı alim təsvir etmişdir?
A) R.Virxov

B) R.A. Luriye

C) J. Kryuvelye

D) F.Uden

E) A.Kussmaul
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1026) Xora xəstəliyi olan xəstələrin mədəsində divaryanı pH neçədir?
A) 2,5-3,0

B) 3,0-6,0

C) 1,0-1,5

D) 9,0-dan çox

E) 8,0-9,0
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1027) Xroniki pankreatitin əsas simptomu hansıdır?
A) sadalanların heç biri

B) müsbət Vasilenko simptomu

C) müsbət Popov simptomu

D) Meyo-Robson nöqtəsində ağrı

E) müsbət Zimnitski simptomu
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1028) Antiproteaz aktivliyə malik preparat hansıdır?
A) vikalın

B) panzinorm

C) festal

D) kontrikal

E) fosfalügel
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1029) Xroniki pankreatitin diaqnostikası üçün hansı üsul istifadə olunmur?
A) mədəaltı vəzin USM

B) mədənin R-skopiyası

C) kompyuter tomoqrafiya

D) sidikdə amilazanın təyini

E) qanda fermentlərin təyini
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
1030) Qaraciyər sancısı zamanı hansı müalicəvi tədbirlər görülmür?
A) qeyrinarkotik analgetiklərin təyini

B) spazmolitiklərin qəbulu

C) sedativ preparatların təyini

D) desensibilizəolunmuş terapiya

E) xolinolitiklərin qəbulu
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство.Изд. ГЕОТАР МЕДИА, 2008.
1031) Mə’dəaltı vəzin hansı fermentləri zülalın parçalanmasına təsir edir?
A) Maltoza

B) Amilaza

C) Lipaza

D) Tripsin və hemotripsin

E) Sadalanların heç biri
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1032) Yemək borusunun atoniyasında əsas simptom:
A) Qanaxma

B) Boğulma

C) Öskürək

D) Meteorizm

E) Disfaqiya
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1033) Axalaziya kardiyi xəstəliyinin əsas klinik əlamətləri hansılardır?
A) Mə’də ağrıları

B) Qanaxma

C) Döşarxası ağrılar, disfaqiya və requrqitasiya

D) Qəbizlik

E) Qusma və öyümə
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1034) Ezofaqit nədir?
A) Tənəffüs yollarının iltihabi prosesi

B) Yemək borusunun daralması

C) Kardiospazm

D) Boğulma

E) Yemək borusunun iltihabi prosesi
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1035) Ezofaqit gedişinə görə neçə cür olur?
A) 4

B) 1


C) 2

D) 5


E) 3
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1036) Yemək borusunun peptik xorası hansı instrumental üsulla təyin edilir?
A) Kolonoskopiya

B) USM


C) Kriqoskopiya

D) R-skopiya

E) Ezofaqoskopiya
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1037) Qastroptozun neçə dərəcəsi mövcuddur?
A) 2

B) 5


C) 6

D) 4


E) 3
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1038) Kəskin pankreatit zamanı pataloqoanatomik dəyişikliklər hansı xarakter daşıyır?
A) Birləşmiş toxumanın bərkiməsi

B) Subseroz

C) Sirroz, irinli və hemorragik

D) Fibrozlaşma

E) Sklerotik
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1039) Jilber sindromu nədir?
A) ÜJX

B) Birləşmiş toxumanın xəstəliyi

C) , Xroniki qan xəstəliyi

D) İrsi piqment hepatozu

E) Artritlər
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1040) Jilber sindromu zamanı qanda hansı biokimyəvi göstərici artımı müşahidə edilir?
A) Kreatinin

B) Ümumi zülal

C) Birləşməmiş bilirubin

D) C- Reakt. zülal

E) , Sidik turşusu
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1041) Dabina-Jons sindromu zamanı hansı laborator göstərici yüksəlir?
A) Kreatinin

B) KFK


C) Qanda şəkər

D) Birləşmiş bilirubin

E) ASL-O1, seromukoid
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1042) Hepatoserebral distrofiya (Konovalov-Vilson sindromu) nə ilə xarakterizə olunur?
A) Natrium və Xlor mübadiləsinin pozulması ilə

B) Dəmir çatışmamazlığı ilə

C) Kalium elektrolitlərinin artması ilə

D) Mis mübadiləsinin pozulmasi ilə

E) Kalsium mübadiləsinin pozulması ilə
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1043) Hemoxromatozun əsas kliniki əlamətləri:
A) Diabet və kolit

B) Artralqiyalar

C) Qusma

D) Dərinin hiperpiqmentasiyası, qara ciyərin böyüməsi və diabet

E) Cerebral əlamətlər
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1044) Ödün tərkibi hansı spesifik orqanik maddələrdən ibarətdir?
A) Öd turşuları və bilirubin

B) Xolesterin və pensin

C) Amilaza və öd turşuları

D) Bilirubin və maltoza

E) Lecitin və amilaza
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1045) Qara ciyər sirrozu zamanı portal hipertenziya necə təyin edilir?
A) Ezofaqoskopiya və rentgen müayinəsi

B) USM


C) Kolonoskopiya

D) Biopsiya

E) Laborator analizlər vasitasilə
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1046) Qara ciyərin amiloidozu zamanı ən çox rast gələn simptom hansıdır?
A) Hepatosplenomeqaliya

B) Ürək nahiyyəsində ağrılar

C) Meteorizm

D) Sarılıq

E) Qan qusma
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1047) Kəskin xolanqitin klinik əlamətləri hansılardır?
A) Qəbizlik

B) Tərləmə və qusma

C) Sağ qabırğaaltı ağrılar, tərləmə, qızdırma

D) Qusma və ishal

E) Meteorizm və qızdırma
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1048) Həzm sistemində kəskin qanaxmaların klinik simptomları hansılardır?
A) Ürək nahiyyəsində kəskin ağrılar

B) Meteorizm və qusma

C) Sidik ifrazının tezləşməsi

D) Qanın ifrazatı və damar kollapsı

E) İshal
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1049) Nə səbəbə görə kəskin hepatitlər zamanı stul açıq rəng alır?
A) Vitamin B12 azalması

B) Bilirubinin bağırsağa daxil olmasının pozulması

C) Maltaza və amilazanın azalması

D) Öd turşularının azalması

E) Pepsinin azalması
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1050) Xroniki hepatitlərin klinik - morfoloji formasına görə neçə növü mövcuddur?
A) 2

B) 5


C) 4

D) 3


E) 6
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
1051) Bağırsağın xroniki xəstəliyinin əksər hallarda əsas əlaməti:
A) Steatoreya ilə müşayiət olunan diareya

B) Qəbizlik

C) Abdominal ağrılar

D) Nəcisdə steatoreya və kreatoreya

E) Nəcisdə qan, irin və seliyin olması
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-3)
1052) Diareyanın törədicisi kimi mikroorqanizm aşkarlamaq mümkün olmayan hallarda hansı diaqnostik tədqiqatlar təyin edilməlidir? (KT- Kompyuter tomoqrafiya)
A) Selikli qişanın bioptatının radionuklid tədqiqi

B) Rentgenoqrafiya

C) Selikli qişanın bioptatının morfoloji tədqiqi

D) Kontrast KT

E) Selikli qişanın bioptatının immunoloji tədqiqi
Ədəbiyyat: Ж.Д.Кoбалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-3)
1053) Xəstə L.Əliyeva 29 yaş. Əsas şikayətlər: abdominal ağrı və diareya. Nazik bağırsağın selikli qişasının bioptatında makrofaqlar (PAS+ material), α+β-lipoproteinemiya (normal büküşlər, yağlarla vakuolizasiya olunmuş epitelial hüceyrələr) aşkarlanıb. Diaqnoz?
A) Salmonelloz

B) Uippl xəstəliyi

C) Bağırsaq amiloidozu

D) Bağırsaq vərəmi

E) Kron xəstəliyi
Ədəbiyyat: Ж.Д.Кoбалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-4)
1054) İntestinal limfomalar zamanı bioptatın ocaqlı spesifik xüsusiyyətləri:
A) Selikli qişada və selikaltı qatda bədxassəli hüceyrələrin aşkarlanması

B) Selikli qişanın plazmatik infiltrasiyası

C) Limfositar infiltrasiya

D) Polimorfnüvəli leykositar infiltrasiya

E) Qranulematoz kazeoz nekrozun əlamətləri
Ədəbiyyat: Ж.Д.Кoбалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-5)
1055) Eozinofil qastroenterit zamanı bioptatın ocaqlı spesifik xüsusiyyətləri:
A) Limfositar infiltrasiya

B) Amiloidin yığılması

C) Qeyri-kazeoz qranulematozun əlamətləri

D) Plazmatik infiltrasiyalar

E) Selikli qişanın eozinofil infiltrasiyası
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-5)
1056) Bağırsaq amiloidozu zamanı bioptatın ocaqlı spesifik xüsusiyyətləri:
A) Amiloidin yığılması

B) Polimorfnüvəli leykositar infiltrasiya

C) Limfositar infiltrasiya

D) Plazmositar infiltrasiya

E) Atipik hüceyrələrin aşkarlanması
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-5)
1057) Kron xəstəliyi zamanı bioptatın ocaqlı spesifik xüsusiyyətləri:
A) Kazeozlu qranuloma və plazmatik infiltrasiya

B) Kazeozsuz qranulemalar və polimorfnüvəli infiltrasiya

C) Kazeozlu qranulomalar

D) Kazeozsuz qranulomalar

E) Kazeozlu qranuloma və mononuklear limfositar infiltrasiya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-5)
1058) Mastositoz zamanı bioptatın ocaqlı spesifik xüsusiyyətləri:
A) Selikli qişanın plazmositar infiltrasiyası

B) Kazeozlu qranulomalar

C) Eozinofil infiltrasiya

D) Limfositar infiltrasiya

E) Polimorfnüvəli infiltrasiya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-5)
1059) Qlüten enteropatiyası və tropik spru xəstəliklərində bioptatda aşkarlanan diffuz qeyri-spesifik dəyişikliklər:
A) Xovcuqların qısalması ilə plazmositar infiltrasiya, epitelin normal vəziyyətdə olması

B) Kriptaların limfositar infiltrasiyası

C) Kriptaların və xovcuqların hipertrofiyası, mononuklear infiltrasiya

D) Epitelin zədələnməsi, mononuklear infiltrasiya ilə xovcuqların qısalması, kriptaların hipertrofiyası

E) Kriptaların hipotrofiyası, epitelin zədələnməsi, mononuklear infiltrasiya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-6)
1060) Bağırsaq disbakteriozu zamanı bioptatda aşkarlanan diffuz qeyri-spesifik dəyişikliklər:
A) Kriptaların ocaqlı zədələnmələri, limfositar infiltrasiya

B) Kriptaların hipertrofiyası və mononuklear infiltrasiya

C) Kriptaların normal vəziyyətdə olması və plazmositar infiltrasiya

D) Kriptaların qısalması və polimorfnüvəli infiltrasiya

E) Kriptaların hipotrofiyası və mononuklear infiltrasiya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 551 (A-6)
1061) Folatların defisiti zamanı hansı diffuz qeyri-spesifik dəyişikliklər aşkarlanır?
A) Selikli qişanın ulserasiyası

B) Meqalositoz, qısalmış büküşlər, kriptalarda mitozun azalması/zəifləməsi

C) Heç bir dəyişiklik olmur

D) Sarkoid qranulomalar

E) Geniş variabellik
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-1)
1062) Nazik bağırsağın kəskin infeksiyalarını törədən aşağıdakı törədicilərdir:
A) Rotavirus, bağırsaq çöplərinin enterotoksigen ştammları, xolera vibrionu

B) Escherichia coli, rotavirus

C) Shigella spp., xolera vibrionu

D) Staphylococcus aureus, rotavirus

E) Shigella spp., Salmonella spp.
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-2)
1063) Nazik bağırsağın kəskin infeksiyalarında dehidratasiyaya gətirən səbəblər:
A) Qanlı ishal və intoksikasiya

B) İntoksikasiya və hipertermiya

C) Diareya, hipotoniya

D) Metobolik dəyişikliklər və sorulmanın pozulması

E) Diareya, sorulmanın pozulması, intoksikasiya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-3)
1064) Nazik bağırsağın kəskin infeksiyaları zamanı dehidratasion terapiya nə vaxta qədər davam etməlidir?
A) Normal qidalanma bərpa olunana qədər

B) Diareya aradan qaldırılana qədər

C) Simptomatik diareya ləğv olunana qədər

D) Etiotrop antibiotikoterapiya təyin edilənə qədər

E) Diareya aradan qaldırılana qədər, etiotrop antibiotikoterapiya təyin edilənə qədər, normal qidalanma bərpa olunana qədər
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-5)
1065) Dehidratasion şok zamanı mayenin yeridilmə üsulları:
A) Yalnız per os

B) Venadaxili və parenteral

C) Parenteral

D) İlk öncə venadaxili, sonra per os

E) Yalnız venadaxili
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-6)
1066) SİBOS nəyin nəticəsində əmələ gəlir?
A) Laktobakteriyaların artması, bifidobakteriyaların azalması nəticəsində

B) Bakteroidlər, şigellalar, klebsiella və proteylərin azalması nəticəsində

C) Yoğun bağırsağın tranzitor və şərti-patogen mikroflorasının artması nəticəsində

D) Salmonella və proteylərin artması nəticəsində

E) Nazik bağırsaqda bakteroid və bağırsaq çöplərinin artması nəticəsində
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-10)
1067) SİBOS zamanı makrositar anemiyanın əmələ gəlməsinin səbəblərinə aiddir:
A) Nazik bağırsağın selikli qişasının zədələnməsi

B) Dəmir, kobalamin və folatların defisiti

C) Dəmir, pirofosfatların defisiti

D) Folat, kobalamin defisiti

E) Kobalamin defisiti
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-10)
1068) SİBOS zamanı steatoreya nəyin nəticəsində əmələ gəlir?
A) Osmotik diareya nəticəsində

B) Konyuqasiya olunmuş öd turşularının intraduodenal konsentrasiyasının artması nəticəsində

C) Konyuqasiya olunmuş öd turşularının intraduodenal konsentrasiyasının azalması nəticəsində

D) Biliar diskineziyalar nəticəsində

E) Kəskin pankreatit nəticəsində
Ədəbiyyat:Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-10)
1069) SİBOS zamanı steatoreyasız diareyanın səbəblərinə aiddir:
A) Bakterial endotoksinlərin təsiri

B) Tripsinin aktivliyi

C) Duodenal enterokinazanın təsiri

D) Pankreatik amilazanın təsiri

E) Bakterial enterotoksinlərin təsiri
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-10)
1070) SİBOS zamanı qeyd olunan patoloji dəyişikliklərin əsas səbəbləri hansılardır?
A) Yoğun bağırsaqda patogen floranın fəaliyyəti

B) Nazik bağırsaqda şərti-patogenlərin artımı

C) Nazik bağırsaqda bakterial artım nəticəsində yaranan staz və ya yoğun bağırsaqla əlaqəli aerob və anaerob bakteriyaların tərkiblərində artım

D) Yoğun bağırsaq disbiozu

E) Nazik bağırsaqda tranzitor floranın artması
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-11)


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin