Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?


) Nazik bağırsağın anatomik stazının səbəblərinə aiddir



Yüklə 1,75 Mb.
səhifə17/18
tarix26.11.2016
ölçüsü1,75 Mb.
#178
1   ...   10   11   12   13   14   15   16   17   18

1071) Nazik bağırsağın anatomik stazının səbəblərinə aiddir:
A) Yoğun bağırsağın disbiozu

B) Vaqotomiya

C) Qıcıqlanmış bağırsaq sindromu

D) Nazik bağırsağın divertikulları, Kron xəstəliyi zamanı striktura və fistulalar, postrezeksion mədədə hipo- və axlorhidriya, vaqotomiya

E) Lyamblioz, postrezeksion mədə sindromu
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-11)
1072) SİBOS sindromunun digər səbəblərinə aiddir:
A) Pankreatit

B) Biliar patologiya, pankreatit, nazik bağırsağın autoimmun prosesləri və törəmələri, xroniki qəbizlik, yoğun bağırsaq şişləri və divertikulyozu

C) Yoğun bağırsağın şişləri və divertikulyozu

D) Xroniki qəbizlik

E) Biliar diskineziya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 552 (A-11)
1073) SİBOS diaqnozu nəyə əsaslanır?
A) Kobalamin artımı fonunda folatların defisiti

B) Periampulyar divertikulyoz

C) Qlüten enteropatiyası

D) Kobalamin defisiti fonunda yüksək folatlar, nazik bağırsaqda rentgenoloji divertikul və strikturaların aşkarlanması, intubasiya zamanı möhtəviyyatda bakterial fonun yüksək olması

E) Sent sindromu
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-2)
1074) SİBOS müalicəsində istifadə olunan dərman preparatları qruplarına aiddir:
A) Sitoprotektorlar

B) Antibiotiklər

C) Vazodilyatatorlar, statinlər

D) Qastrositoprotektorlar

E) Antibiotiklər, vitaminlər
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-3)
1075) SİBOS zamanı hansı antibiotiklərdən istifadə olunur?
A) Sefalosporinlərdən

B) Nazik bağırsaqda sorulan antibiotiklərdən

C) Aminoqlikozidlərdən

D) Nitrofuranlardan

E) Nazik bağırsaqda sorulmayan antibiotiklərdən
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-3)
1076) SİBOS müalicəsində istifadə olunan antibiotikləri seçin:
A) Metronidazol və ya rifaksimin

B) Siprofloksasin və ya meropenem

C) Klaritromisin, ampisillin, rifampisin

D) Seftriakson və rifampisin

E) Rifampisin və Levofloksasin
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-3)
1077) SİBOS müalicəsində istifadə olunan antibiotiklərə aiddir:
A) Levofloksasin 500 mq x gündə 2 dəfə (per os)

B) Levofloksasin 500 mq x gündə 3 dəfə (per os)

C) Rifaksimin 400 mq x gündə 3 dəfə və ya metronidazol 500 mq x gündə 3 dəfə (per os)

D) Levofloksasin 750 mq x gündə 2 dəfə (per os)

E) Klaritromisin 1000 mq x gündə 2 dəfə (per os)
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-3)
1078) SİBOS zamanı rifaksimin ilə terapiyanın müddəti:
A) 3-5 gün

B) 12-14 gün

C) 7 gün

D) 14-21 gün

E) Xəstənin vəziyyətindən asılı
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-3)
1079) Seliakiya bağırsağın hansı şöbəsinin zədələnməsi ilə təzahür edir:
A) Nazik və yoğun bağırsaq

B) Nazik bağırsaq

C) Siqmayabənzər və düz bağırsaq

D) Çənbər bağırsaq

E) Yoğun bağırsaq
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-4)
1080) Seliakiyanın əsas aparıcı sindromuna aiddir:
A) Yoğun bağırsağın disbiozu

B) SİBOS


C) Anemiya

D) Malabsorbsiya

E) Qıcıqlanmış bağırsaq sindromu
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-4)
1081) Seliakiyanın inkişafında əsas etioloji səbəbi qeyd edin:
A) Helmintoz

B) Enterobioz

C) Lyamblioz

D) İrsiyyət

E) SİBOS
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-4)
1082) Seliakiya zamanı hansı zülal patoqnomonik sayılır:
A) Ximotripsin/qliadin

B) Pepsin/qliadin

C) Tripsin/qlüten

D) Qlüten/qliadin

E) Qlüten/pepsin
Ədəbiyyat:Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-4)
1083) Seliakiya zamanı əsas dəyişikliklər harada inkişaf edir:
A) Nazik bağırsağın distal şöbəsində

B) Qalça bağırsaqda

C) Nazik bağırsağın proksimal şöbəsində

D) Həm nazik, həm də yoğun bağırsaqda

E) Acı bağırsaqda
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-4)
1084) Seliakiya zamanı nazik bağırsağın selikli qişasına əsas toksiki effekt hansılara aiddir:
A) Hidroliz olunmamış peptidlər

B) Xilomikronlar

C) Hidroliz olunmuş peptidlər

D) Triqliseridlər, hidroliz olunmuş peptidlər

E) Aşağı və çox aşağı sıxlıqlı lipoproteidlər
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-6)
1085) Seliakiya zamanı hidroliz olunmamış peptidlərin təsiri nə ilə müşahidə olunur?
A) Toksiki zədələnmə və metabolik pozğunluqlar

B) Toksiki zədələnmə və immun pozğunluqlar

C) İmmunoloji və metabolik pozğunluqlar

D) Toksiki zədələnmə və autoimmun dəyişikliklər

E) Autoimmun və metabolik pozğunluqlar
Ədəbiyyat:Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-6)
1086) Seliakiya zamanı intraepitelial limfositlərin aktivasiyası hansı prosesi stimulyasiya edir?
A) Kolorektal xərçəngi

B) MALT-sindromunu

C) Yoğun bağırsağın adenokarsinomasını

D) Nazik bağırsağın limfomasını

E) Diaqnostik əhəmiyyət kəsb etmir
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-9)
1087) Seliakiya hansı xəstəlik ilə yanaşı gedə bilər?
A) Miokard infarktı

B) Hemorragik insult

C) Şəkərsiz diabet

D) Şəkərli diabet

E) İşemik insult
Ədəbiyyat:Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-9)
1088) Seliakiyanın sinonimlərinə aiddir:
A) Qlüten enteropatiyası, qeyri-tropik spru

B) Kron xəstəliyi

C) Uippl xəstəliyi

D) Sistem vaskulitlər

E) Mikroskopik kolit
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-10)
1089) Seliakiyada malabsorbsiyadan başqa hansı digər simptomlar qeyd olunur?
A) Qəbizlik, arterial hipertenziya, dislipidemiya, proteinuriya, steatoreya

B) Anemiya, yoğun bağırsağın disbiozu, hipoalbuminemiya, proteinuriya, hipotenziya

C) Qıcıqlanmış bağırsaq sindromuna bənzər görüntü (abdominal ağrı, meteorizm, diareya, qəbizlik, dispepsiya), aftoz stomatit, anemiya

D) SİBOS, B12 defisitli anemiya, axlorhidriya, triqliseridemiya, arterial hipertenziya

E) Hiperxrom anemiya, qlükozuriya, proteinuriya, aftoz stomatit
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-14)
1090) Seliakiyanın əsas start yaş müddəti:
A) 40-60 yaş

B) 30-50 yaş

C) 30-70 yaş

D) 15-30 yaş

E) 60 yaşdan yuxarı
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-13)
1091) Qlüten enteropatiyasının klinik görüntülərinə aiddir:
A) Diareya, anemiya

B) Piylənmə, diareya

C) Qəbizlik, anemiya

D) Piylənmə, anemiya

E) Qəbizlik, piylənmə
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 553 (A-14)
1092) Qlüten enteropatiyasının klinik görüntülərinə aiddir:
A) Malabsorbsiya nəticəsində anemiya və hipoproteinemiya

B) Malabsorbsiya, xroniki pankreatit, hemorragik insult, qıcıqlanmış bağırsaq sindromu

C) Malabsorbsiya ilə əlaqəsi olmayan anemiya və hipoproteinemiya

D) Malabsorbsiya, hipoproteinemiya, dislipidemiya, arterial hipertenziya

E) Malabsorbsiya, dismenoreya, triqliseridemiya
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-1)
1093) Seliakiya zamanı diareyanın xüsusiyyətləri:
A) Polifekaliya (duru-sıyığabənzər, açıq rəngə boyanmış nəcis)

B) Polifekaliya (duru-sulu, açıq rəngə boyanmış nəcis)

C) Polifekaliya (duru/formalaşmış, rəngi dəyişməmiş nəcis)

D) Polifekaliya (bərk formalaşmış, axolik nəcis)

E) Polifekaliya (duru/formalaşmış, qara rəngli nəcis)
Ədəbiyyat: Ж.Д.Kобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-2)
1094) Seliakiyanın hansı növləri mövcuddur?
A) Fulminant forma

B) Reqressiv forma

C) Dekompensasiya forması

D) Latent forma

E) Sublatent forma
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-2)
1095) Seliakiyanın hansı növləri mövcuddur?
A) Sublatent forma və seliakiya ilə genetik assosiasiya edilmiş forma

B) Latent və kompensasiya edilmiş formalar

C) Potensial forma (qanda spesifik anticisimləri olan qohumlar), soya enteropatiyası

D) Potensial forma və dekompensasiya forması

E) Soya enteropatiyası və reqressiv forma
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-2)
1096) Seliakiya ilə genetik assosiasiya edilmiş formaya hansı klinik mənzərə xasdır?
A) Diareya və hiperparatireoidoz

B) Psixi pozğunluqlar və aftoz stomatit

C) Şizofreniya və hiperxrom anemiya

D) Poliqlandulyar çatmamazlıq və anoreksiya

E) Talassemiya və aftoz stomatit
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-2)
1097) Seliakiyanın digər əlamətlərinə aiddir:
A) Hiperxrom anemiya, dermatit, miopatiya, osteomalyasiya

B) Talassemiya, makrositar anemiya, sonsuzluq, maniakal-depressiv sindrom

C) Makrositar anemiya, epilepsiya, depressiya, osteoparoz

D) Hemoqlobinopatiya, dermatit, hipotireoz, alopesiya

E) Dəridə müxtəlif səpkilər, miopatiya, epilepsiya, depressiya, paranoye, anemiya
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1098) Seliakiyanın digər əlamətlərinə aiddir:
A) Hemoqlobinopatiya, osteomalyasiya, piylənmə (ll-lll dərəcə)

B) SİBOS sindromu, makrositar anemiya, maldigestiya sindromu, alopesiya

C) Yoğun bağırsağın helmintozu, hiperxrom anemiya, osteoparoz, anoreksiya

D) Reproduktiv sistemin patologiyası, anemiya, osteoparoz

E) Nazik bağırsağın helmintozu, anemiya, osteomalyasiya
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1099) Latent seliakiyalı xəstələrdə yanaşı hansı çatmamazlıq ola bilər?
A) Kəskin qaraciyər çatmamazlığı

B) Poliqlandulyar çatmamazlıq

C) Bağırsaq fermentopatiyası

D) Ürək çatmamazlığı lll-lV dərəcə

E) Böyrəküstü vəzin çatmamazlığı
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1100) Seliakiyanın digər əlamətlərinə aiddir:
A) Sinir-psixi oyanıqlıq

B) Qaraciyərin alkoqol steatohepatiti

C) Amenoreya

D) Konovalov-Vilson xəstəliyi

E) Karsinoid sindrom
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1101) Seliakiya sindromu nə ilə fəsadlaşa bilər?
A) Yoğun bağırsağın disbiozu və hiperxrom anemiya, nazik bağırsağın çoxsaylı xoraları

B) SİBOS sindromu

C) İşemik kolit və kardiovaskulyar çatmamazlıq

D) Qaraciyər sirrozu, enteral xoralar və kolorektal xərçəng

E) Nazik bağırsağın xoralaşması və perforasiyası
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1102) Seliakiya hansı digər patologiyalar ilə assosiasiya edilə bilər?
A) İkincili biliar sirroz, medikamentoz hepatit, kəskin böyrək çatmamazlığı

B) Steatofibroz, pernisioz anemiya, İgA-nefropatiya

C) Virus hepatitləri, Daun və Şeqren sindromu

D) Herpetiform dermatit, l tip şəkərli diabet, autoimmun tireoidit

E) İstənilən virus etiologiyalı patologiya ilə
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1103) Seliakiya hansı patologiyalar ilə assosiasiya edilə bilər?
A) Revmatoid artrit, mukovissidoz, autoimmun hepatit, ilkin biliar sirroz, Addison xəstəliyi

B) İgA-nefropatiya, qırmızı qurdeşənəyi, B virus hepatiti, polimialgiyalar, Bexcet sindromu

C) Revmatizm, Kron xəstəliyi, şizofreniya, ilkin sklerozlaşan xolangit

D) C virus hepatiti, mukovissidoz, miozit, Reyter xəstəliyi, reaktiv artrit

E) İlkin biliar sirroz, mezenterial damarların emboliyası, öd kisəsinin xolesterozu, Dempinq sindrom, l tip şəkərli diabet, hipotireoz
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1104) Seliakiyanın ən ağır fəsadlaşmasına aiddir:
A) Karsinoid şişlər

B) Nazik bağırsağın limfoması

C) MALT-limfoma

D) Hepatosellyular xərçəng

E) Kolorektal karsinoma
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-4)
1105) Seliakiya üçün xarakterikdir:
A) Rentgenoloji yoğun bağırsağın motorikasının artması, steatoreya, nazik bağırsağın helmintozu, D-ksiloza testi mənfidir

B) Polifekaliya sindromu, nəcisdə qan və selik, hipertermiya

C) Steatoreya, bağırsaqda D-ksilozanın sorulmasının pozulması, rentgenoloji dəyişikliklər

D) Steatoreya, kreatoreya, rentgenoloji dəyişikliklər

E) Steatoreya, rentgenoloji dəyişikliklər daimi deyil, D-ksilozanın sorulması pozulmayıb
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1106) Seliakiya zamanı bioptat haradan götürülməlidir:
A) Colon ascendens, ileum, jejunum

B) İleum


C) Jejunum

D) Colon transversum, jejunum

E) Duodenum
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1107) Seliakiyalı xəstələrdən götürülmüş nazik bağırsaq bioptatında nə aşkar edilməlidir?
A) Lamina proprianın plazmoid infiltrasiyası,  -defenzimlərin miqdarının artması, hipereozinofiliya

B) Spesifik dəyişikliklər qeyd edilmir

C) Selikli qişanın nazikləşməsi, lamina proprianın polimorf infiltrasiyası,  -defenzimlərin miqdarının artması

D) Kriptaların və xovcuqların hipoplaziyası, lamina proprianın makrositar infiltrasiyası, selikli qişanın qalınlaşması

E) Selikli qişanın qalınlaşma və sərtləşməsi, kriptaların hiperplaziyası, lamina proprianın limfo-plazmositar infiltrasiyası
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1108) Seliakiya zamanı yüksək spesifikliyə malik test hansıdır?
A) AGA İgG

B) AGA İgM

C) ARA İgE

D) AEA İgA

E) AEA İgM
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1109) Hansı səbəbdən seliakiyalı xəstədə AEA İgA mənfi ola bilər?
A) Selektiv İgA defisitində

B) İkincili immunodefisitli xəstələrdə

C) Selektiv İgE defisitində

D) İmmunoqlobulinopatiyalarda

E) İmmunodefisitlərdə
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1110) Seliakiyanın latent formasında (yüngül gediş) əsas diaqnostik əhəmiyyət hansı müayinəyə ayrılır:
A) USM

B) Spesifik testlər

C) Biopsiya

D) KT və MRT

E) Rentgenoqrafiya
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 554 (A-5)
1111) Seliakiyalı xəstələrin əsas müalicəsinə aiddir:
A) Müalicə aparılmır

B) Dehidratasion terapiya

C) Vitaminoterapiya

D) Steroid terapiya

E) Eliminasion pəhriz
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-1)
1112) Seliakiyalı xəstələrdə eliminasion pəhrizin tətbiqindən neçə müddət sonra müsbət dəyişikliklər qeyd olunmalıdır?
A) 4 həftədən sonra

B) 6 həftədən sonra

C) 2 həftədən sonra

D) 8 həftədən sonra

E) 4-6 həftədən sonra
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-2)
1113) Seliakiyalı xəstədə eliminasion pəhrizin müsbət təsiri nə ilə qiymətləndirilir?
A) Malabsorbsiya və stabil bədən çəkisi ölçüləri

B) Hipertrofiya və sorulmanın bərpası

C) Sorulmanın bərpası və hipotrofiya (lll dərəcə)

D) Bədən çəkisinin artması və maldigestiya

E) Sorulmanın tədricən bərpası və bədən çəkisinin artması
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-2)
1114) Seliakiyalı xəstələrdə müsbət eliminasion pəhrizin göstəricilərinə aiddir:
A) Histoloji mənzərənin 1-3 ay ərzində bərpası

B) Histoloji mənzərənin 2-4 ay ərzində bərpası

C) Histoloji mənzərənin 3-12 ay ərzində bərpası

D) Histoloji mənzərənin 3-12 həftə ərzində bərpası

E) Histoloji mənzərənin 2-6 ay ərzində bərpası
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-2)
1115) Seliakiyalı xəstələrin müalicə strategiyasına eliminasion pəhriz ilə yanaşı hansı korreksiyalar olunmalıdır?
A) Zülal-energetik statusun korreksiyası

B) Ammiakın korreksiyası

C) Mineral mübadilənin korreksiyası

D) Su-duz mübadiləsinin korreksiyası

E) Yod çatmamazlığının korreksiyası
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-2)
1116) Seliakiyalı xəstələrin müalicəsində fol turşusu kombinə olunur:
A) Fe, vit A, D, E, K

B) Na, vit C, D, B12

C) Se, Fe, S, vit A, E

D) Fe, Ca, vit C, B6

E) Se, Fe, vit C
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-2)
1117) Laktaza fermenti harada yerləşir?
A) Mədənin fundal şöbəsinin selikli qişasında

B) Nazik bağırsağın selikli qişasında

C) Mədənin pilorik şöbəsinin selikli qişasında

D) Yoğun bağırsağın selikli qişasında

E) Mədəaltı vəzidə
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-3)
1118) Laktaza fermenti nələri parçalayır?
A) Treqaloza və laktoza

B) Disaxarid və treqaloza

C) Laktoza və qalaktoza

D) Qalaktoza və treqaloza

E) Treqaloza və enterokinaza
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-3)
1119) Laktaza defisiti hansı klinik dəyişikliklərə səbəb olur?
A) Diareya

B) Steatoreya

C) Qəbizlik

D) Kreatoreya

E) Amenoreya
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-3)
1120) Laktaza defisiti diareyanın hansı növü ilə səciyyələnir?
A) Osmotik

B) Ekskretor

C) Qarışıq

D) Sekretor

E) Motor
Ədəbiyyat: Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-3)
1121) Yoğun bağırsağın bakteriyaları laktozanı hansı məhsullara transformasiya edirlər?
A) Sirkə və propion turşuları, CO2, H2

B) Butiratlar, H2O

C) Propion turşusu, CO2, H2

D) İzovalerian turşusu, CO2, H2O

E) Yağ turşuları, CO2, H2
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-4)
1122) Laktaza defisiti zamanı osmotik diareyaya səbəb:
A) Yağ turşularının reabsorbsiyasının artması

B) Öd turşularının reabsorbsiyasının zəifləməsi

C) Yağ turşularının reabsorbsiyasının zəifləməsi

D) Öd turşularının reabsorbsiyasının artması

E) SİBOS sindromu
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-4)
1123) Birincili (ilkin) laktaza defisitinin yaranma müddətləri:
A) 9-16 və 40-60 yaş

B) 0-3 və 18-25 yaş

C) 10-16 və 18-65 yaş

D) 3-6 və 50-60 yaş

E) 0-9 və 20-40 yaş
Ədəbiyyat:Ж.Д.Кобалава, С.В.Моисеев, В.С. Моисеев. Основы внутренней медицины (под редакцией акад. РАМН В.С.Моисеева), Москва ГЭОТАР-Медия, 2014, səh. 555 (A-5)


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin