MüNDƏRİcat giRİŞ


Balkan savaşlarına gedən yol və I Balkan müharibəsi



Yüklə 466,04 Kb.
səhifə4/8
tarix19.05.2023
ölçüsü466,04 Kb.
#118101
1   2   3   4   5   6   7   8
Kurs işi son variant

1.2 Balkan savaşlarına gedən yol və I Balkan müharibəsi
Balkan dövlətləri 1912-ci ilin yaz aylarının başlarından etibarən Makedoniya və Trakyada islahatlar həyata keçirilməsi və bunların öz qoruması altına verilməsi kimi bəzi istəklərlə hərəkətə keçdilər. Serb, bolqar, yunan qruplarının iştirakı ilə bunun həyata keçməsi üçün etdikləri, Makedoniyada vəziyyətin daha da gərginləşməsinə, bu isə savaş ehtimalının hər gün daha da artmasına səbəb oldu. Beləliklə, 1912-ci ilin avqust ayının ortalarında Bolqarıstan tərəfi açıq aydın savaş istədiyini bildirdi. Qaradağ 1878-ci il Berlin Sözləşməsindən bəri göz dikdiyi Osmanlı sərhədlərinə hücum etdi. Sentyabr ayında isə Balkan dövlətləri arasında vəziyyət daha da gərginləşdi. Bunun üstünə, Osmanlı dövləti də ölkəsində səfərbərlik elan etdi.
Balkanlardakı vəziyyət Böyük dövlətlərində bu məsələ üzərində öz maraqlarını həyata keçirməyə səbəb oldu. Ancaq hər dövlətin bu regiona ayrı maraqlarının olması, vəziyyəti daha da gərginləşdirdi. Bu da Balkanlar məsələsini Avropa problemi halına gətirdi.
Rusiya Avstriya-Macarıstanın bu məsələyə qarışmasından, daha doğrusu bu dövlətlərlə savaşa başlamasından çəkinirdi. Amma Balkan İttifaqının qurulması zamanında bölgədəki üstünlüyü də itirmək istəmirdi. Fransa isə Balkan dövlətləri arasında ittifaqın yaradılmasını müsbət qarşılayır və bu ittifaqın Almaniyanı çətin vəziyyətə düşürəcəyinə inanırdı. Bundan sonra Avstriya və Almaniyanın Rusiyaya müharibə elan etməsi halında özünün də bu dövlətin yanında yer almayacağını açıqladı. İngiltərə Balkanlardakı status-kvonun dəyişməsini amma bunu savaş yoluyla olmadan həll etməyin marağında idi.
Beləliklə, Üçlər İttifaqı və ya Üçlü İxtilaf dövlətləri Balkanlarda bir dəfə də qarşı-qarşıya gəlmişdilər. Lakin aralarındakı güc balansı hərəkətə keçməyə mane olurdu. Bu səbəblə də bu dövlətlər sözdə Balkanlarda sülhü qorumaq istəyirdilər.
Böyük dövlətlərin sülh üçün hərəkətə keçməməsini görən Balkan dövlətləri 1912-ci ilin 30 sentyabrında səfərbərlik elan etdilər. 1 oktyabr 1912-ci il tarixində Osmanlı dövləti də öz ölkəsində səfərbərlik elan edərək, bəzi önləmlər almağa başladı. Bu durumda, Osmanlıda Qazi Əhməd Muxtar Paşa hökuməti barışı saxlamağa çalışarkən, 7 oktyabr 1912-ci ildə Qaradağ rəsmi olaraq Osmanlıya müharibə elan etdi. Beləliklə getdikcə yaxınlaşan Balkan savaşının ilk toxumları 1912-ci il 8 oktyabrında Osmanlının da Qaradağa müharibə elan etməsi ilə atılmış oldu. Savaşın qaçılmaz olduğu Böyük dövlətlər tərəfindən anlaşılmışdı və onlar bu regionda olacaq müharibənin bir dünya müharibəsi olmasına və Avropaya sıçramasına çalışırdılar.
Beləliklə, Balkanlardakı durumun bu şəkildə şiddətlənməsi üzərinə, Osmanlı dövlətinin Balkan dövlətlərini məğlub ediləbiləcəyini düşünən Avstriya və Rusiya bütün Böyük dövlətlər adına 8 oktyabr 1912-ci ildə bir bildiri yayınlayaraq, Osmanlı dövləti ilə Balkan dövlətləri arasında müharibə başlayacaq olarsa, bu müharibənin sonunda Ruməlidə sərhəd dəyişikliklərini qəbul etməyəcəklərini, yəni Balkanlardakı status-kvonun davam edəcəyini açıqladılar. Bu zaman Osmanlı dövlətindən 1878-ci il Berlin sözləşməsinin 23-cü maddəsini və buna görə 1880-ci ildə hazırlanan reformların Balkanlarda uyqulanmasını istəyirdilər.
Osmanlı dövləti Böyük dövlətlərin istəklərinə müsbət yöndən cavab hazırlarkən, bu dəfə Balkan dövlətləri də eyni istəkləri 1912-ci il 13 oktyabr tarixində bir ultimatumla Osmanlı Dövlətinə bildirdilər və buna əlavə olaraq, səfərbərliyin ləğv edilməsini istədilər. Lakin bu təklif Osmanlı hökuməti tərəfindən rədd edildi. Bunun nəticəsində 1912-ci ilin 17 oktyabr tarixində Bolqarıstan və Serbiya, bir gün sonra, yəni 18 oktyabrda Yunanıstan Osmanlı dövlətinə savaş elan etdi. Beləliklə Balkan dövlətləri əvvəldən bəridir istədikləri müharibəyə başlamış oldular.
Əslində Osmanlı dövləti belə bir savaşın başlamasının tərəfdarı deyildi. Bu səbəbdən dolayı, savaş iki dönəmli oldu. Trablusqar savaşından yeni çıxan Osmanlı, Balkan dövlətləri ilə olan müharibəyə yaxşı hazırlaşa bilməmişdi. Amma buna baxmayaraq müharibədə Osmanlının müdafiəsi olduqca möhkəm idi. Lakin Ruməlidə ordunun toplanması və savaş düzəni düzgün və vaxtında edilməmişdi və gərəkli önləmlər alınmamış, alınan önləmlər isə səhv edilmişdi. Belə ki, səfərbərlik elan ediliyi vaxtdan bəri ordunun bu bölgələrdə həyata keçirəcəyi əməliyyatlar barəsində plan hazırlanmamışdı və ordunun ərzaqla təmin edilməsində ciddi sıxıntılar mövcud idi. Lakin Yunanıstan bu kimi halları əvvəlcədən düşünərək ərzaq problemin öz ordusu üçün həll etmişdi. Osmanlı dövləti ordunu savaş üçün iki əsas hissəyə ayırmışdı. “Şərq ordusu”-Trakyadan Bolqarıstana qarşı, “Qərb ordusu” – Makedoniya və Albaniyada, yunan, serb və qaradağlılara qarşı savaşacaqdı.
1912-ci ilin 8 oktyabr tarixində Rusiya və Avstriya-Macarıstan Balkan dövlətlərinə nota göndərərək müharibəni dayandırmağı istədilər. Lakin bu cəhd nəticəsiz qaldı. Elə həmin gün, Çernoqoriya Osmanlıya qarşı müharibəyə başladı. Balkan savaşı başlandığı gün(17 oktyabr, 1912-ci il) Osmanlı ordusunun məğlub olması ilə nəticələndi. 19-20 oktyabr tarixindəki savaşlarda Osmanlı ordusu yenidən məğlub edildi. Hələ də hərəkətə keçməyən “Şərq ordusu” 22 oktyabr tarixində savaşa daxil oldu amma bu ordu savaşın ilk anında geri çəkilməyə məcbur edildi. Bu durum qarşısında Osmanlı hökuməti 25 oktyabr 1912-ci ildə Çatalcada bir cəbhə xətti qurulması qərarını verdi. Çünki vəziyyətə görə, Bolqarıstan ancaq bu cəbhə xəttində durdurula bilərdi. Beləliklə savaşın əvvəlində məğlub olan “Şərq ordusu” Çatalcaya qədər çəkilmiş oldu. Bu zaman yunan donanması Egey dənizində üstünlüyünü qurdu. Bu vəziyyət “Şərq ordusu” və Osmanlı dövlətinin “Qərb ordusu” və Makedoniya ilə bağlantısınını kəsilməsinə səbəb oldu. (Şəkil 3)
“Qərb ordusu” 26 oktyabrda Kumanovda Serbiya ordusuna məğlub oldu. Bunun ardınca, dörd Balkan dövləti-Yunanıstan, Bolqarıstan, Qaradağ və Serbiya Makedoniyanı işğal etməyə başladılar. Selanik isə 8 noyabr 1912-ci ildə öz istəkləri üzərinə Yunanıstan ordusuna təslim oldu.
1912-ci ilin 3 noyabrında Osmanlı dövləti Böyük dövlətlərdən onunla Balkan İttifaqı arasında vasitəçilik etməsini xahiş etdi. Osmanlı ordusu həmin vaxt Bolqarıstan ordusunun qarşısını ala bildi. Lakin sürətlə irəliləyən Balkan dövlətləri qısa bir zamanda Ruməliyi ələ keçirdilər. Bu zaman bolqar ordusu işğal etdiyi torpaqlarda osmanlı türklərinə qarşı şiddət göstərir bu onları yaşadıqları torpaqlardan zorla qovurdular.
Bu fəlakətli yenilgi üzərinə sadəcə Ədirnə Bolqarıstanın, Yenya Yunanıstanın, İşkodrada Qaradağın mühasirəsinə qarşı mübarizələrini davam etdirirdilər. Dənizlərdə isə Osmanlı dövləti savaşın ilk anlarında Mərmərə dənizi ilə Qaradənizi başqa gəmilər üçün bağladı və bunun nəticəsində Yunanıstan Egey dənizini asanlıqla nəzarətinə keçirə bildi. Bununla kifayətlənməyən Yunanıstan, Çanaqqala boğazı önündəki adalar daxil Egey adalarını da işğal etdi. Təkcə Rauf Bəy komandalığındakı Osmanlı dəniz qüvvəsi yunanıarla dənizlərdə savaşa girsə də, bu ümumi vəziyyətin dəyişməsinə təsir göstərmədi. Ümumiyyətlə Osmanlı donanması müharibə vaxtı Qaradəniz və Adriatik dənizində həyata keçirdiyi əməmliyyatlarda uğur əldə edə bilmədi.
Adriatik dənizi uğrunda mübarizə kəskinləşirdi. Avstriya-Macarıstan Serbiyanın Adriatik dənizinə çıxış əldə etməsinin əleyhinə idi. Hələ müharibə başlamazdan əvvəl Almaniya və Avstriya-Macarıstan Osmanlının qələbəsinə ümid edirdi. Balkan dövlətlərinin üstünlüyü bu səbəbdən Almaniya və Avstriya-Macarıstanı narahat edirdi. 1912-ci ildə Avstriya-Macarıstanda hərbi səfərbərlik keçirildi və Serbiya ilə sərhəddə yerləşən qoşunlarının sayını artırdı. Almaniya isə Avstriya-Macarıstanı müharibəyə təhrik edir və Balkanlardakı müharibədən istifadə edərək yeni bir müharibəyə-dünya müharibəsinə yol açmaq istəyirdi.
Rusiya bu məsələdə Serbiyanı müdafiə edirdi. Lakin Serbiyanın Avstriya-Macarıstana qarşı müharibəyə başlamasının əleyhinə idi. Fransa hökuməti isə Serbiyanın Avstriya-Macarıstana güzəştə getməsini istəmirdi. Fransa hökuməti bildirdi ki, Rusiyanı və Serbiyanı müdafiə etmək üçün Üçlər ittifaqına qarşı müharibəyə qoşulmağa hazırdır. Ona görə də, Fransa Rusiyadan müharibə hazırlığını daha da artırmasını tələb edirdi. Rusiya isə bütün mübahisəli məsələlərin Böyük dövlətlərin iştirakı ilə həll edilməsində maraqlı idi.
Balkan savaşının gedişində Osmanlı dövlətinin uğradığı ağır məğlubiyyət onun daxili həyatına da təsir etdi. Qazı Əhməd Muxtar Paşa tərəfindən qurulan “Böyük Kabinet” 29 oktyabr 1912-ci ildə istefaya getdi və Kamil Paşanın başçılığı ilə yeni hökumət quruldu. Yeni hökumət İngiltərə yönümlü siyasət yürütməyə başladı. Bu cür səbəblərdən, yəni daxildəki ziddiyyətlərdən dolayı Osmanlı hökuməti savaşı durdurmaq istədi. Belə ki, 28 oktyabr tarixində Osmanlı dövləti ilə Balkan dövlətləri arasında Çatalcada görüşmələr başladı. Bolqarıstan görüşməyə qoşulmaqdan imtina etsə də, Çatalcadakı məğlubiyyətdən sonra görüşmələrə qoşuldu. 3 dekabr 1912-ci ildə Osmanlı ilə Balkan dövlətləri arasında atəşkəs müqaviləsi imzalandı. Lakin Yanya və İşkodranın mühasirəsi davam etdiyindən Yunanıstan ilə Qaradağ atəşkəs anlaşmasına qoşulmadılar. Təkcə Bolqarıstanla imzalanan bu atəşkəs müqaviləsinə görə, Osmanlı dövləti, Bolqarıstanın mühasirəsi altında olan Ədirnəyə yardım göndərməyəcək və sülh müqaviləsi Londonda çağırılacaq konfransa müzakirə ediləcəkdi.
Balkan dövlətləri ilə Osmanlı arasında bütün bunlar yaşanarkən, İtaliya və Avstriyanın təzyiqi ilə Albaniya 28 oktyabr 1912-ci ildə müstəqilliyini elan etdi. Lakin bu zaman Şimali Albaniya torpaqlarının Serbiya tərəfindən işğal edilmiş olması beynəlxalq münasibətlərdə yeni problemlərə səbəb oldu. Serbiyanın Albaniyaya yerləşməsi və Adriatik dənizinə çıxış əldə etmə xəyallarını reallaşdırması və böyük bir dövlət halına gəlməsi Avstriya-Macarıstan politikasına zidd idi. Bu səbəbdən Vyana hökuməti, Serbiyaya qarşı basqı olaraq istifadə edə biləcəyi müstəqil və güclü Albaniya dövlətinin mövcudluğunun tərəfdarı idi. Buna qarşı İtaliya Adriatik dənizi sahillərindəki torpaqları ələ keçirib, bu dənizi İtaliyanın daxili dənizi halına gətirmək istədiyindən, güclü bir Albaniya dövlətinin var olması ilə Serbiyanı buradan çıxartmaq istəyirdi. Lakin Rusiyanın Serbiyanı dəstəkləməsi, İtaliya ilə Avstriya arasında görüş faktları olduğu halda, bu, iki dövlətin birlikdə hərəkət etməsinə səbəb oldu. Beləliklə Avstriya vı İtaliya Serbiyadan dərhal və qeyri-şərtsiz alban torpaqlarından çıxmasını tələb etdi. Avstriya Serbiyaya qarşı müharibə hazırlığına başladı. Bu da Avstriya və Rusiya əlaqələrini gərginləşdirdi. Ümumiyyətlə, Rusiyanın Balkanlardakı mövqeyi müharibədən əvvəl və müharibəd vaxtında fərqli idi. Rusiya ittifaqın yaradılmasında əsas rol oynasa da, Bolqarıstan ordusnun İstanbula doğru hərəkət etməsi Çar Rusiyasını narahat edirdi. Çünki Rusiya hökuməti İstanbulun Bolqarıstanın əlinə keçməsi ilə Boğazların da Bolqarıstan nəzarətinə düşməsini istəmirdi. Ona görə də Çar Rusiyası həmin vaxt Balkan müharibələrində aşağıdakı prinsiplərə yönəlmiş razılıq əldə etməsinə çalışırdı.

  1. Boğazların tərkibinə Ədirnənində daxil olduğu Xinterland Osmanlıya qalacaq

  2. Osmanlının Avropada yerləşən hissəsinin qalan əraziləri qarışılıqlı razılaşma əsasında Balkan ittifaqına üzv dövlətlərin arasında bölüşdürüləcək

  3. Osmanlının süverenliyi altında muxtar Albaniyanın yaradılmasının mümkünlüyü nəzərdə tutulacaq

  4. Serbiya üçün Adriatik dənizinə çıxış təmin ediləcək

  5. Avstriya-Macarıstan əmtəələrinin Serbiyanın yeni əldə etdiyi ərazilərdən azad tranzitinə təzminat veriləcək

Fransa hökuməti Rusiyanın bu prinsiplərini dəstəklədiyini bildirdi. Almaniya isə Avstriya-Macarıstanı tutmaqla bərabər müharibədən yana deyildi. Beləliklə I Balkan müharibəsi Böyük güc dövlətləri yenidən qarşı qarşıya gətirmiş oldu. Lakin bütün bu problemlərin bir savaş halına gəlməsini istəməyən İngiltərə və Almaniyanın çabalarıyla Avstriya-Macarıstan Serbiyanın Adriatik dənizinə çıxmaması şərtilə məsələnin bir kofransa ələ alınıb müzakirə edilməsini qəbul etdi. Bu səbəbdən gərginliklər müharibə mərhələsindən çıxıb diplomatik danışıqlar mərhələsinə keçdi.



Yüklə 466,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin