F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 3.2. Poladlarda baş verən faza çevrilmələri, fazaların



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 3.2. Poladlarda baş verən faza çevrilmələri, fazaların 
xarakterləri və onların mikrostrukturu. 


58 
Tədqiq edəcəyimiz materialın mikroskop altında 
mikrostrukturunu atlaslara əsaslanaraq müəyyən 
edərək, artıq bu mikrostrukturun bərkliyini, onda olan 
karbonun miqdarını, hansı fazaya malik olduğunu, 
möhkəmliyini və s. təxmin etmək olar. Tərkibdə olan 
karbon 
dəmir-karbon 
ərintisinin 
bərkliyinin 
yüksəldilməsində ən səmərəli legirləyici element 
olmasına baxmayaraq, o dəmir-karbon ərintisinə 
lazımi möhkəmliyi vermədiyindən, alınan kövrək 
struktur əsasən yüksək sürtünmə qüvvəsinin təsiri 
altında ovulmaya məruz qalır (sementit və ledeburitə 
malik mikrostrukturlarda). Ferrit və sementit 
strukturlarından ibarət olan, nisbətən yumşaq perlit 
strukturuna malik poladlar da yeyilməyədavamlılıq 
baxımından səmərəli hesab olunmurlar. γ- fazaya 
malik (üzləri mərkəzləşmiş kristal qəfəs) austenitin 
mikrobərkliyinin, α- fazaya malik olan (həcmi 
mərkəzləşmiş kristal qəfəs) ferritin mikrobərkliyi ilə 
müqayisədə yüksək olmasına baxmayaraq, belə faza 
və mikrostruktura malik tirbotexniki hissələr ferrit 
strukturuna malik olan poladlarla müqayisədə kəskin 
adheziyalı yeyilməyə məruz qalırlar. Beləliklə, 
adheziyalı və abraziv yeyilməyə qarşı davamlılığın 
yüksəldilməsi üçün axtarılan struktur, həcmi 
mərkəzləşmiş kristal qəfəsə və nisbətən yüksək 
bərkliyə malik olmalıdır. Belə bir xüsusiyyətlərə malik 
olan struktur, heç bir əlavə legirləyici element tətbiq 
etmədən, dəmir-karbon ərintisinin termiki emalı – 
tablanması ilə əldə olunur. Bunun üçün γ- fazaya 


59 
malik dəmir-karbon ərintisi sürətlə soyudulmalıdır. 
Sürətli soyutma nəticəsində karbon atomunun köməyi 
ilə, həcmi mərkəzləşmiş kristal qəfəsdə yaradılan 
tetroqonal xəta, materialın tirbotexniki baxımdan 
əhəmiyyətli olan bərkliyini və möhkəmliyini artıraraq, 
narın mikrostrukturun - martensitin alınmasına səbəb 
olacaqdır (şək. 3.4., 
A
). Qəfəsdə yaradılacaq belə bir 
xəta materialın yavaş soyudulması ilə də əldə oluna 
bilir. Bunun üçün tərkibə martensit əmələ gətirə bilən 
əlavə legirləyici qoşulmalıdır (şək. 3.4., 
B
).
Kubşəkilli üzləri mərkəzləşmiş qəfəs- 
Austenit
Tetraqonal xətalı həcmi 
mərkəzləşmiş qəfəs 
(HMQ) - 
Martensit 
(bərkitmə strukturu)
Tetraqonal xətalı həcmi 
mərkəzləşmiş qəfəs 
(HMQ) - 
Martensit 
(bərkitmə strukturu)
Başqa metal atomu 
diffuziya yolunu 
bloklayır (havada 
bərkitmə)
Fe atomu qəfəsin 
mərkəzinə atlanır
C atomu donub
C atomu donub

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin