Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti SƏRBƏst iŞ



Yüklə 53,12 Kb.
səhifə1/5
tarix07.01.2024
ölçüsü53,12 Kb.
#206515
  1   2   3   4   5
Analizin instrumental üsullari


Azərbaycan Respublikası Təhsil Nazirliyi


Azərbaycan Texniki Universiteti



SƏRBƏST İŞ
İxtisas : Metallurgiya və materialşünaslıq
Fənn : Analitik kimya və instrumental analiz
Müəllim : Solmaz İsmayılova
Tələbə : Anar Mirzəyev
Mövzu : Analizin instrumental üsulları.Xromatoqrafiya üsulu

Bakı-2022


Mövzu : Analizin instrumental üsulları.Xromatoqrafiya üsulu
Analitik təyinatların aparılması üçün maddənin müxtəlif intensiv və ekstensiv xassələrindən istifadə olunur.Bu xassələrin hər hansı birindən istifadə edərək maddələrin vəsfi və miqdari təyinini müəyyən etmək olar.Beləliklə maddənin hər hansı təyininə əsaslanaraq onun təyini üsulu analiz metodu və ya analitik metod adlanır.
Analitik metodlar kifayət qədər çoxdur.Ona görə də onları hər hansı xüsusiyyətlərinə görə təsnifatlaşdırırlar. Analitik siqnalın alınması və intensivliyinin ölçülməsinə görə analitik metodlar 3 qrupa bölünür:
1.Kimyəvi analiz metodları- Bu metod analitik siqnalın müəyyən kimyəvi reaksiyalar nəticəsində alınmasına əsaslanır.Bu metodlarda analitik siqnal rolunu çöküntü, qaz, rəngli birləşmələr oynayır.Bu reaksiyalardan alınan çöküntünün kütləsindən,ayrılan qazın həcmindən və.s ekstensiv xassə olaraq kimyəvi analiz metodlarında miqdari təyinatların aparılması üçün istifadə olunur.Kimyəvi analiz metodları aşağıdakılardır:

  1. Qravimetrik analiz metodları

  2. Titrimetrik analiz metodları





2.Fiziki-kimyəvi analiz metodları- Bu metodlardan analitik siqnal kimi əsassən analiz olunan maddənin tərkibindəki element atomlarının valent elektronları ilə əlaqədar müxtəlif xassələrindən istifadə olunur.Bu xassələr aşağıdakılardır:
1.Elektrokimyəvi xassələr-elektrod potensialı,cərəyan şiddətinin qiyməti,məhlulun elektrik keçiriciliyi və.s
2.Optiki xassələr-maddələrin elektromaqnit şüaları udması və ya buraxması
3.Kinetik və termodinamik xassələr-reaksiyanın sürəti,istilik effekti və.s

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin