51. Qoşa çökmə hadisələri



Yüklə 13,13 Kb.
tarix02.01.2022
ölçüsü13,13 Kb.
#37049
Qoşa çökmə hadisələri


51.Qoşa çökmə hadisələri

Şöküntülər məhlulda çökərkən öz səthlərində eyniadlı və müxtəlif kənar ionları adsorbsiya edirlər. Xüsusilə adsorbsiya daha geniş inkişaf etmiş kolloid hissəciklərində böyük olur. Analitik, xüsusilə az miqdar (“ion şəklində”) hər hansı qarışığı təyin etdikdə adsorbsiya hadisəsi ilə hesablaşmalı olur. Çökdürmə reaksiyalarında bu az miqdar qarışıq çöküntü tərəfindən tamamilə cəzb edilir və məhlulda təyin edilə bilmir.

Çöküntü tərəfindən məhz hansı kənar ionların hər hansı bir halda adsorbsiya olunması, çökdürmə şəraitindən olduqca asılıdır.

Təcrübə göstərir ki, aədətən birinci növbədə həmin kolloid hissəciklərininin tərkibinə daxil olan ionlar adsorbsiya etdiyindən hər hansı uyğun elektrik yükünü əldə edə bilir. Belə elektrik yükü, hissəciklər koaqulyasiya etdikdə kənar əks işarə iləyüklənmiş ionları özləri ilə birlikdə çöküntüyə cəzb edirlər. Belə ki, əgər ammonium-hidroksid mühitində dəmir-3-hidroksidi çökdürmüş olsaq, onda Fe(OH)3 hissəcikləri OH-adsorbsiya etdiklərindən, mənfi yüklə yüklənmiş olduqlarından koaqulyasiya zamanı müxtəlif kationları, məsələn, Mg2+, Ca2+ və xüsusilə asanlıqla Co2+, Mn2+, Ni2+ və s. cəzb edir ki, bununla da III qrup kationlarının analizinə başlamaq lazım gəlir.



Əksinə, dəmir-3-hidroksid zəif turş mühitdə çökdürülsə, onda Fe(OH)3 hissəcikləri Fe(OH)2+ və ya Fe(OH)2+-ə adsorbsiya etdiklərindən müsbət yüklənmiş olurlar. Buna görə də çöküntü məhluldan müxtəlif anionları (Cl-, SO42- və s.) adsorbsiya edir. Çöküntülərin belə kənar, təcrübənin həmin şəraitində həmin çökdürücü ilə çökə bilməyən ionları cəzb etməsi qoşa çökmə adlanır.

Qoşaçökmə nəinki kənar maddələrin çöküntü hissəciklərinin adsorbsiya olunması nəticəsində, həm də hər hansı real kristalın mikrokapilyarlara çatlaqlara daxili adsorbsiyası nəticəsində əmələ gələ bilər. Daxili adsorbsiyanın mexanizmini təsəvvür etmək çətin deyil: böyüməkdə olan kristalları səthinə uyğun ionlar adsorbsiya etdikdə, maddələrin yeni təbəqələrinin çökməsi nəticəsində məhluldan ayrılmış olur.
Yüklə 13,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin