Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti SƏRBƏst iŞ



Yüklə 53,12 Kb.
səhifə4/5
tarix07.01.2024
ölçüsü53,12 Kb.
#206515
1   2   3   4   5
Analizin instrumental üsullari

Dedektorun əsas xarakteristikası
Dedektorun siqnalının maddənin miqdarına münasibətini xarakterizə edən həssaslıqdır. Dedektorların sərhədi- təyin edilən maddənin minimal miqdarı elə götürülür ki, ona dedektorun iki dəfə artırılmış səs siqnalı uyğun gəlsin. Xəttilik,təkrarlılıq işin sabitliyi çoxsaylı xromotoqrafik metodların ümumi qəbul edilmiş təsnifatının əsasında aşağıdakı əlamətlər durur: Hərəkətli və hərəkətsiz fazaların aqreqat halı, sorbent- sorbat qarşılıqlı təsirinin mexanizmi, sorbent təbəqəsinin forması, xromotoqlaşdırmanın məqsədi.
Fazaların aqreqat halına görə xromotoqrafiyanı ayırırlar

  • qaz

  • maye

Qaz xromotoqrafiyasına daxildir:

  • qaz-maye

  • qaz- bərk,

  • maye

  • maye-bərk

  • maye –gel xromotoqrafiyası

Ayrılan maddənin hərəkətsiz fazada həll olmasının müxtəlifliyinə və ya maddələrin hərəkətli və ya hərəkətsiz maye fazalarda həll olmasının müxtəlifliyinə əsaslanan paylayıcı xromotoqrafiya, adsorbsion xromotoqrafiya, ekskluzion xromotoqrafiya, affin xromotoqrafiya və s.Yerinə yetirmə texnikasına görə kalonkalı xromotoqrafiya, səthi xromotoqrafiyanı fərqləndirirlər. Xromotoqrafiyanın məqsədinə görə analitik, preparativ, sənaye xromotoqrafiyanı fərqləndirirlər.
Qaz xromotoqrafiyası- uçucu birləşmələrin ayrılma metodudur. Qaz xromotoqrafiyası metodu ilə molekul kütləsi 400-dən kiçik olan qaza bənzər, maye və bərk maddələlər analiz edilə bilər. Lakin bu maddələr bu tələblərə cavab verməlidir : Uçuculuq, termostabillik və asan alınma.
Qaz-bərk xromotoqrafiya metodunun üstünlüyü ondan ibarətdir ki, burada hərəkətsiz faza faza rolunu yüksək xüsusi səthə malik (10-1000 ) adsorbent oynayır və maddənin hərəkətli və hərəkətsiz fazalar arasında paylanması adsorbsiya prosesi ilə əlaqədardır. Qaz-bərk xromotoqrafiyada maddələrin selektiv ayrılması üçün kompleks əmələ gəlmədən çox az hallarda istifadə edirlər. Analitik praktika üçün səthdə adsorbsiya olunan maddənin miqdarı bu maddənin qaz fazasındakı qatılığı ilə mütənasib olması vacibdir.

Yəni, paylanma adsorbsiyanın xətti izoterminə uyğun olaraq baş versin. Bu halda hər bir komponent onun qatılığından asılı olmayaraq kalonka boyu sabit sürətlə qarışacaq. Qaz adsorbsion xromotoqrafiya metodunda daha çox tərkibində aktiv funksional qruplar saxlamayan qaz qarışıqlarının və aşağı temperaturda qaynayan karbohidrogenlərin analizində istifadə olunur. Belə moleykulların adsorbsiya izotermləri daha yaxın və xəttidir. Məsələn a yırmaq üçün gilli materiallardan uğurla istifadə olunur.
Q az-maye xromatoqrafiya – Analitik kimyada ən çox qaz-maye xromotoqrafiya metodu (QMX) istifadə olunur. Bu hərəkətsiz maye fazaların son dərəcə müxtəlifliyi ilə əlaqədir. Bu da öz növbəsində verilən analiz üçün selektiv fazanın seçilməsinə əsaslanır. Selektivlik iki amildən asılıdır: təyin edilən maddənin buxar elastikliyindən və onun maye fazadaki aktivlik əmsalından. Paul qanununa görə həll olma zamanı məhlul üzərində maddənin buxar elastikliyi verilən temperaturda onunaktivlik əmsalı γ, məhluldakı molyar hissəsi və təmiz maddənin buxar təzyiqi ilə düz mütənasibdir :






Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin