Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti SƏRBƏst iŞ


Xromotoqrafiyanın nəzəri əsasları, üsulların təsnifatı, işlədilən cihazlar



Yüklə 53,12 Kb.
səhifə3/5
tarix07.01.2024
ölçüsü53,12 Kb.
#206515
1   2   3   4   5
Analizin instrumental üsullari

Xromotoqrafiyanın nəzəri əsasları, üsulların təsnifatı, işlədilən cihazlar.
Xromatoqrafik metod həll olan maddələrin (ionların) müxtəlif bərk maddələr (adsorbent) tərəfindən seçici adsorbsiya olunması hadisəsindən istifadə olunmasına əsaslanır. Adsorbent aktivləşdirilmiş alüminium-oksid, permutit, sintetik qətran və s. ola bilər. Xromotoqrafik metod vəsfi və miqdari analizlərdə tətbiq olunur. Bu metod xüsusilə müxtəlif maddə və ionları ayırmaq üçün geniş tətbiq edilir. Xromatoqrafıya ən çox istifadə olunun analitik metoddur.Yeni xromatoqrafik metodlarla molekul kütləsi vahiddən –ya qədər olan qaz, maye və bərk maddələri təyin etmək olar. Bu hidrogenin izotopları, metal ionlar, sintetik polimerler, zülallar ve s.ola bilər. Xromatoqrafiyanın köməyi ilə üzvi birləşmələrin çoxlu siniflərinin quruluş ve xassələri haqqında geniş məlumat əldə edilmişdir. Zülalların ayrılması üçün xromatoqrafik metodların tətbiqi müasir biokimyanın inkişafına güclü təsir etmişdir.
Xromatoqrafiya biologiyanın ve tibbin ən müxtəlif sahələrində, əczaçılıqda və kriminalistikada tədqiqat ve kliniki məqsədlər üçün uğurla tətbiq olunur: narkotik maddələrin gizli istifadəsinin artması ilə əlaqədar terapevtik monitorinq üçün, antibiotiklarin identifikasiyası va onların bu ve ya digər antibakterial preparatlar qrupuna aid edilməsi, pestisidlerin daha vacib siniflərinin təyini ve ətraf mühitin monitorinqi üçün. Universallıq, ekspresslik ve həssaslıq kimi üstün cəhətlər xromatoqrafiyanın vacib analitik metod olmasına səbəb olur.

Xramotaqrafiya



Xromatoqrafiya komponentlərin iki faza – hərəkətsiz ve hərəkətli - arasında paylanmasına əsaslanan maddələrin ayrılmasının fiziki-kimyəvi metodudur. Hərəkətsiz (stasionar) faza adatən bərk maddə (çox vaxt onu sorbent adlandırırlar) və ya bərk maddə səthinə çəkilmiş maye təbəqədən ibarət olur. Hərəkətli faza hərəkətsiz fazadan keçən maye ve ya qazdır. Analiz olunan qarışığın komponentləri hərəkətli faza ile birlikda stasionar faza boyunca hərəkət edir. Adətən axırıncı kalonka adlanan şüşə (ve ya metallik) trubkada yerləşdirirlər. Sorbentin səthi ilə qarşılıqlı təsirin gücündən asılı olaraq (adsorbsiya ve ya hər hansı bir digər mexanizm hesabına) komponentler kalonka boyunca müxtəlif sürətlə yerlərini dəyişir.
Cihazlar- xromatoqrafiq ayrılmanı cihazlarda – xromotoqraflarda aparırlar. Müasir xromatoqraflarda mikroprossessorlar və EHM geniş tətbiq olunur. Xromatoqrafın əsas mərkəzi kalonkadır. Kalonkalar metaldan, şüşədən və plastikdən olur. Kalonkadan çıxan maddənin miqdarını dedektorun köməyi ilə qeydə alırlar, xromotoqram isə avtomatik olaraq dedektorun siqnalı əsasında diaqramlı lentə yazılır.
Müasir xromotoqraf bir neçə kalonka və müxtəlif dedektorlardan, eləcə də nümunələrin hazırlanması və daxil edilməsi üçün avtomatlaşdırılmış qurğudan ibarət ola bilər. Xromatoqrafik texnikaya güclü prosessorların və yaddaş qurğularının sürətlə tətbiqi identifikasiyanı təkmilləşdirməyə və xromotaqrafik pikləri miqdarı işləməyə imkan verir.
Dedektor- fasiləsiz təsirə malik cihazdır. O, elyuatdakı birləşmə haqqında məlumat verməlidir.Dedektorlar müəyyən sinif birləşmələrə həssas olan selektiv, universal, desturuktiv və qeyri- destruktiv dedektorlara ayrılır.







Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin