Yemək sağlamlıq üçün həmişə faydalıdırmı? Sağlamlıq və ətraf mühit



Yüklə 30.46 Kb.
PDF просмотр
tarix01.05.2017
ölçüsü30.46 Kb.

230

1

Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?

Sağlamlıq və ətraf mühit

Yemək sağlamlıq üçün həmişə

faydalıdırmı?

Müəlliflər: Jerzy Sadowski, Malgorzata Podkanska, Namik Rzayev



Əsas fikir

Sağlamlıq üçün faydalı və ekoloji cəhətdən təmiz qida məhsullarına 

üstünlük verilməsi məqsədəuyğundur

Müddəti

1-2 dərs saatı



Êlin fəsli

Êstənilən



Yer

Məktəb (sinif otağı)



Tədris vəsaitləri

Yazı lövhəsi, videokaset, mağazadan alınmış ekoloji cəhətdən təmiz

müxtəlif qida məhsulları

Tədris fənləri

Biologiya, kimya, ekologiya, davamlı inkişaf , mətbəx mədəniyyəti



Məqsəd

• “Sağlamlıq üçün faydalıdır” adlanan və ekoloji cəhətdən təmiz 

məhsullar arasındakı fərqi dərk etməkdə şagirdlərə kömək etmək; 

• Məhsul seçmə prosesinə şüurlu münasibət formalaşdırmaq.



Metodlar

Diskussiya, dequstasiya-sərgi, analitik fikir mübadiləsi, videofilmlərə 

baxış. 


Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?

231

1

Sağlamlıq və ətraf mühit

Giriş

Ekoloji təmiz məhsulların üstünlüyü ondan ibarətdir ki, onların tərkibində kimyəvi və başqa

əlavələr yoxdur və onlarda bitki və heyvanların çirklənməmiş ətraf mühitdən mənimsədiyi

çoxsaylı müxtəlif bioloji aktiv maddələr olur. Bundan başqa, belə qidalara bizim orqanizmimiz

uzun illər boyu uyğunlaşıbdır.

“Sağlamlıq üçün faydalıdır” adı ilə müəyyan edilən

məhsulların heç də hamısı ekoloji cəhətdən təmiz

olmurlar. Ümumqəbul edilmiş fikrə əsasən, bəzi məhsullar

(məsələn, buğda və onun minimal emal edilmiş məhsulları,

meyvə və tərəvəz, süd və süd məhsulları, bal və s.)

sağlamlıq üçün faydalı hesab edilir, lakin onlar heç də

həmişə sağlamlığa yaxşı təsir etmirlər. Bəzən, əksinə, əgər

onlar çirkli yerlərdə becərilən və ya yığılan məhsuldursa bu

və ya digər təhlükəli kimyəvi maddənin onun tərkibinə

düşməsi və sağlamlıq üçün zərərli və ya hətta zəhərli

olması tamamilə mümkündür.

Êntensiv şəkildə mineral gübrə verilən, pestisidlər istifadə

edilən suvarılan, magistral yolun və ya sənaye müəssisəsinin yaxınlığında yerləşən sahələrdə

becərilən bitkilərdən hazırlanmış qida maddələrində ağır metallara, bitkinin mənimsəyə bilmədiyi

gübrənin və pestisidlərin axıra qədər parçalanmamış hissəsinə, müxtəlif konservantlara rast

gəlinir. Bu maddələr bitkilərə çirklənmiş torpaqlardan, hazır məhsullara isə xammalın sənaye

şəraitində işlənməsi zamanı keçə bilir. Bizim tərəfimizdən istifadə edilən məhsulların keyfiyyətinə

aşağıdakı amillər təsir edir:

Bitkiçilik və heyvandarlıq sənaye əsasına keçididir ki, bu da hər şeydən öncə  yeminə



heyvanların antibiotiklərin, hormonların və başqa maddələrin əlavə edilməsində

özünü göstərir;

Kənd təsərrüfatı heyvanlarının yemlənməsi üsullarında dəyişikliklər yaranmışdır (Avropada



“dəli dana” xəstəliyinin törənməsinə səbəb mal-qaranın heyvanlardan hazırlanmış zülali

əlavələrlə qidalanması olmuşdur) ki, bu səbəbdən də dəfələrlə “qarayara”, “quş qripi”

və s. xəstəliklərin yayılması qeydə alınmışdır;

Kənd təsərrüfatı bitkilərinin intensiv üsulla becərilməsidir ki, bu zaman əsasən yüksək



məhsuldarlığa malik sortlardan istifadə edilir, bu isə öz növbəsində keyfiyyətin aşağı düşməsi

ilə müşayiət olunur (məsələn, bərk buğda ilə müqayisədə yüksək məhsuldarlığa malik

yumşaq buğda sortu keyfiyyətli un almaq və ya makaron hazırlamaq üçün yararlı deyil); 

Gübrələrin və zəhərli maddələrin həddindən artıq çox işlənməsi;



Turşu yağışları;

Hava və torpağın sənaye və nəqliyyatla çirklənməsi, eləcə də bəzi başqa amillər.



Genetik modifikasiya olunmuş orqanizmlərin becərilməsi və onlardan məhsul alınması da,

nəticələri tam bəlli olmasa da əlavə risk faktoru yaradır. 

Êlk əvvəl belə bitkiləri planetdəki qida

çatışmazlığını aradan qaldırmaq məqsədi ilə almağa və becərməyə başladılar.

Belə ki, bu tip sortların məhsuldarlığı ənənəvi seleksiya yolu ilə alınanlarınkından kifayət

qədər yüksəkdir. 



Məşğələlərin aparılması

I Hissə. Homo chemicus

1

“Homo chemicus” videofilmini nümayiş etdirin və onu müzakirə edin. Müzakirə

prosesində ətraf mühitin vəziyyəti ilə insan sağlamlığı arasında olan əlaqəni daha əhatəli

şəkildə ifadə etmək üçün girişdəki və CD-ROM-dakı “Sağlamlıq və ətraf mühit”

bölməsinin məlumatlardan da istifadə edin. Şagirdlərdən onların və yaxın ətraflarının

yedikləri qidaya hansı nöqteyi-nəzərdən (zövqlərinə uyğun olduğuna, adətə uyğun

gəldiyinə və ya sağlamlıq üçün faydalılığına) diqqət yetirdiklərini soruşun. Qida seçərkən

onlar nəyə əsaslanırlar?



232

1

Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?

Sağlamlıq və ətraf mühit

2

Şagirdlərə “genetik dəyişdirilmiş orqanizmlər”, “makrobiota”, “vegetarianlıq” və

“veqantlıq” kimi terminləri “Siz bilirsinizmi ki, ...” nümunəsində olan məlumatlardan

istifadə etməklə izah edin.



3

“Mən oyam ki, mən yeyirəm: bu həqiqətdir, ya yox?” mövzusunda analitik fikir mübadiləsi

keçirin. Bu və ya digər qida məhsuluna üstünlük verdiklərinə görə şagirdləri bir neçə qrupa

bölün, qoy onlar öz nümunələrində yeməyə münasibətdə zövqlərin müxtəlif olduğuna əmin

olsunlar. Uşaqları yalnız fiziki və fizioloji arqumentlərlə deyil, eləcə də fəlsəfi, estetik və mədəni

aspektli arqumentlərlə də inandırmağa çalışın.



4

Şagirdlərə izah edin ki, qida məhsullarının keyfiyyətinə artan marağa ilk əvvəl

makrobiotiklər və vegetarianlar, yəni əsasən meyvə, tərəvəz və müxtəlif bitki mənşəli

məhsullarla qidalananlar səbəb oldu, sonradan zaman-zaman bir sıra ölkələrdə güclü

istehlakçı lobbilər yaranmağa başladı. Nəticədə ekoloji tələblərə ciddi riayət etməklə

məhsul istehsalı ilə məşğul olan təsərrüfatlar əmələ gəldi. Bunların məhsulları mənbəyinə

və keyfiyyətinə görə xüsusi sertifikat aldılar.

5

Düzdür, bu məhsullar baha başa gəlir, lakin istehlakçı məhsulun ətraf mühitin qorunması

prinsipinə əsasən ekoloji cəhətdən təmiz (mineral gübrələrdən və kimyəvi zəhərlərdən istifadə

olunmadan) rayonda becərilmiş xammaldan hazırlanmasına və onda konservantların və süni

bioloji aktiv əlavələrin olmamasına tam əmin ola bilər.

6

Azərbaycanın müvafiq milli qanunvericiliyi ilə müəyyən edilir ki, yüksək keyfiyyətli, ekoloji

cəhətdən təmiz pəhriz və uşaq qida maddələrinin istehsalı üçün əlverişli fitosanitar və texnoloji

şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları xüsusi xammal bölgələri müəyyən edirlər.

Xüsusi xammal bölgələrində pestisidlərin tətbiqi qadağan edilir. 

7

Lövhəyə həkim-dietoloqların əksəriyyətinin bəyəndiyi “Qidalanma sxemi”nin piramidasını çəkin.

Bu, insan orqanizminin uzun illər boyu uyğunlaşdığı qida normasıdır. Sağlam insanlar bu

normanı özünə zərər vurmadan məhdudiyyətsiz müddətə istifadə edə bilərlər.

Piramidanın əsasında müxtəlif yarma və makaron məmulatları, eləcə də qara və üyüdülmüş



buğda çörəkləri dayanır.

Piramidanın ikinci səviyyəsini müxtəlif formada olan (təzə, mürəbbə şəklində, qızardılmış,



bişirilmiş) meyvə və tərəvəzlər təşkil edir. Bitki mənşəli məhsullar planet əhalisinin qidasının

əsasını təşkil etdiyinə görə onların ekoloji təmiz rayonlarda və nəzarət olunan kənd

təsərrüfatı məhsullarindan istehsal edilməsi çox vacibdir. 

Piramidanın üçüncü səviyyəsini zülali maddələr (süd və onun məhsulları, yumurta, 



ət və balıq məhsulları və s.) təşkil edir.

Piramidanın zirvəsində şirniyyat və bal dayanır.



Göyərti, duz və s. kimi köməkçi qida elementləri də mövcuddur. Onun istifadəsi

istehlakçının fərdi zövqündən asılıdır.

8

Şagirdlərə izah edin ki, normal qidalanmada bütün səviyyənin məhsulları olmalıdır. Piramidanın

daha aşağı səviyyəsində yerləşən məhsulun istehsal səviyyəsi digərlərinkindən yüksək olmalıdır.

II Hissə. “Ekoloji mağaza” və supermarket

1

Êlkin hazırlıq: Şagirdlərdən xahiş edin ki, evdən və ya mağazadan aldıqları xoşlarına gələn

müxtəlif məhsulları (məsələn, tərəvəz, meyvə, bulkalar, vafli, süd, qatıq və s.) məktəbə

gətirsinlər. Həmin məhsulların alınma mənbələrinin müxtəlif (adi mağazadan, supermarketdən,

ixtisaslaşdırılmış mağazadan, bazardan və s.) olmasının vacibliyini də onların nəzərinə çatdırın. 

2

Məktəbdə: Sinif otağında biri supermarketi, digəri isə adi mağazanı “təmsil” edən “iki piştaxta”

düzəldin. Onların hər birinə gətirilən ərzaqlardan qoyun. Şagirdləri iki qrupa bölüb, onlara

istədikləri ərzağa uyğun növbəyə dayanmalarını xahiş edin. Hər bir qrupdan bu ərzaq

məhsulları və öz seçimləri haqqındakı fikirlərini bildirmələrini xahiş edin.


Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?

233

1

Sağlamlıq və ətraf mühit

3

Supermarketdə və ekoloji mağazada olan ərzaq məhsullarını müqayisə edin, özü də hər

bir qrup digər piştaxtada olan ərzağı dequstasiya etməlidir. Hansı nəticələrə gəlmək

olar? (“Ekoloji mağazada” olan məhsullar ola bilər ki, estetik gözəlliyə malik olmasın,

lakin tərkibində kimyəvi maddələr yoxdur, belə ki, nəzarət edilən məhsuldan və ekoloji

cəhətdən təmiz yerdə becərilib).



4

Şagirdlərə dietologiyanın qızıl qaydasını xatırladın: ərzaq nə qədər az işlənməyə məruz

qalarsa, həmin məhsul bir o qədər də insan üçün faydalı olur.

Sonrakı fəaliyyət

Şagirdlərə 3 gün ərzində bütün yediklərinin siyahısını tutmağı tapşırın. Onların qidalanmasını



normal hesab etmək olarmı və “Qidalanma sxemi” piramidasına hansı dərəcədə uyğun gəlir?

Genetik modifikasiya olunmuş orqanizmlər və onlardan alınan məhsullar ətraf mühit

və potensial istehlakçılar üçün təhlükə mənbəyidir. Onların törətdikləri nəticələr hələ

lazımınca öyrənilməyib və proqnozlaşdırıla bilinmir.

Makrobiotika — bir qidalanma və müalicəvi pəhriz üsuludur və orqanizmin təbii

məhsullar hesabına (taxılların, paxlalıların minimal işlənmiş dənləri, eləcə də meyvə 

və tərəvəzlər) qidalanmasına əsaslanır və insanın tələblərini maksimum ödəyir.

Vegetarianlıq — ət və balığın istifadəsini istisna edən pəhriz növüdür ki, buna da

əsasən insanlar ya şəxsi inanclarına, ya da sağlamlıqları haqqında baxışlarına görə

keçirlər. Vegetarianlıq ABŞ və Avropada Şərq fəlsəfəsinə marağın və Qərb

sivilizasiyasına etirazın əlaməti, eləcə də ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji

təşkilatların “təbiətə geri” və ya təbiəti dərk edən həyat tərzinə qayıtmaq kimi

çağrışların nəticəsində geniş yayılmaqdadır. 



Veganlıq — vegetarianlığın ən kəskin formasıdır və qidalanmada bütün heyvan mənşəli

məhsulların (süd, yumurta, bal, kürü və s.) istifadəsini istisna edir. Bu termin adi

vegetarianlardan fərqli olmaq üçün işlədilir. Veganlar öz inanclarına görə hətta dəri

palto və dəridən hazırlanan başqa geymlərdən belə istifadə etmirlər.



Bilirsinizmi ki, ...


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə