Uot 004. 351 Ələkbərova İ. Y



Yüklə 134,75 Kb.
Pdf görüntüsü
tarix04.12.2016
ölçüsü134,75 Kb.
#762

İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

26                                                                  www.jpis.az 



 

UOT 004.351 

Ələkbərova İ.Y.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

airada.09@gmail.com 

VİKİ-MÜHİTİN SOSİAL-DEMOQRAFİK PORTRETİNİN ANALİZİ 

Son  illər  Vikipediya  virtual  ensiklopediyası  İnternet  mühitində  ən  böyük  bilik  mənbəyinə 

çevrilmişdir.  Ensiklopedik  məqalələrin  və  viki-istifadəçilərin  sayı  artdıqca  viki  mühitdə 

mübahisələr,  informasiya  qarşıdurmaları,  dezinformasiya  və  təbliğat  xarakterli  məlumatların 

daxil  edilməsi  halları  da  artmaqdadır.  Məqalədə  viki-istifadəçilərin  sosial-demoqrafik  tərkibi 

araşdırılmış  və  onların  ensiklopedik  məqalələrin  məzmununa,  viki-mühitdə  baş  verən 

informasiya qarşıdurmalarına təsiri öyrənilmişdir. 

Açar  sözlər:  Vikipediya,  viki-texnologiya,  informasiya  müharibəsi,  Vikimedia  Fondu,  viki-

cəmiyyət, botlar, intervikilər. 

Giriş 

Son  illər  İnternet  istifadəçilərinin  sayının  kəskin  artması  nəticəsində  qlobal  şəbəkədə 

müxtəlif  profilli, 

yeni  texnologiyaların 

istifadəsi 

genişlənmişdir.  Yeni 

İnternet 

texnologiyalarından  ən  uğurlusu  sayılan  viki-texnologiya  tələb  olunan  informasiyanın 

İnternetdən  operativ  şəkildə  əldə  edilməsi  ilə  yanaşı,  kollektiv  şəkildə  elektron  kitablar, 

məqalələr  yaratmaq,  virtual  məkanda  müzakirələr  aparmaq,  mütəxəssislər  və  hər  hansı  biliyə 

malik insanlarla əməkdaşlıq etmək üçün uğurlu vasitədir.  

Viki-mühitin  ayrı-ayrı  layihələri:  Vikipediya  (Wikipedia),  Vikikitablar  (Wikibooks), 

Vikilüğət (Wiktionary),  Vikianbar (Commons),  Vikinövlər (Wikispecies), Vikisitat  (Wikiquote), 

Vikimənbə (Wikisource) və s., həmçinin bu layihələrin müxtəlif dil bölmələri İnternetdə mötəbər 

xəbər,  informasiya,  bilik  mənbələrinə  çevrilmişlər.  XXI  əsrin  texnologiyası  sayılan  viki-

texnologiya İnternet istifadəçilərinin veb-saytlarla qarşılıqlı əlaqəsini, on-layn  rejimdə səhifənin 

dəyişdirilməsini,  informasiyanın  strukturlaşdırılmasını,  redaktə  olunmasını  nəzərdə  tutur.  Bu 

imkanlar  isə,  öz  növbəsində,  istifadəçilərin  virtual  məkandan  müxtəlif  məqsədlər  üçün  istifadə 

etmələrinə, ilk növbədə, reklam xarakterli məlumatlar, spamlar, dezinformasiya daxil etmələrinə, 

informasiya müharibəsi aparmalarına şərait yaradır  [1, 2].  

İstənilən  viki-səhifənin  istifadəçilər  tərəfindən  on-layn  rejimdə  redaktə  oluna  bilməsi, 

səhifələrə  müxtəlif  multimedia  vasitələrinin  daxil  edilməsi  imkanının  verilməsi  viki-mühitdə 

reallaşdırılan  informasiya  müharibəsi  texnologiyaları  ilə  əlaqədar  müxtəlif  problemlər 

yaratmaqdadır.  Bu  problemləri  həll  etmək  üçün  isə  ilk  növbədə  viki-istifadəçilərin  sosial-

demoqrafik portretinin analizinin aparılması tələb olunur. 

Viki-mühitdə istifadəçi qruplarının analizi 

Viki-texnologiya  əsasında  yaradılan  və  2001-ci  ilin  yanvar  ayında  fəaliyyətə  başlayan 

Vikipediya virtual ensiklopediyası bu gün dünyanın ən nəhəng ensiklopedik layihələrindən olub, 

ən çox müraciət olunan saytlar içində ilk beşliyə daxildir. 2011-ci ilin dekabr ayının məlumatına 

görə, 20,6 milyon ensiklopedik məqaləyə malik layihə 284 dildə fəaliyyət göstərir [3] və hər ay 

477 milyondan artıq İnternet istifadəçisi bu layihəyə müraciət edir. Müraciətlərin sayı ay ərzində 

orta hesabla 6 milyarda yaxındır [4].  

Vikipediya  virtual  ensiklopediyasına  daxil  olan  hər  bir  istifadəçi  viki-texnologiyanın 

dəstəklədiyi proqram təminatından istifadə edə bilər. Məsələn, viki-mühitdə hər bir ensiklopedik 

məqalə,  fayl,  kitab  yalnız  ona  məxsus  ―tarix‖,  ―redaktə‖,  ―müzakirə‖  səhifələrinə  malikdir. 

Həmin səhifələrdən istifadə etməklə informasiyanı redaktə etmək, əvvəlki redaktələrə baxmaq və 

müqayisə  etmək,  mövzu  ilə  bağlı  müzakirələr  aparmaq  mümkündür.  İnformasiya  üzərində 

aparılan bütün dəyişikliklər viki-mühiti idarə edən Vikimedia Fondunun (Wikimedia Fondation, 


İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

 



       www.jpis.az                                                                      27 

 

WMF)  verilənlər  bazasında  (VB)  saxlandığından  istənilən  zaman  silinmiş  informasiyanı  bərpa 

etmək,  viki-səhifələrdə  redaktələrin  kimlər  tərəfindən,  nə  zaman  aparıldığını  təyin  etmək, 

redaktələri müqayisə etmək imkanı vardır [5]. 

Viki-istifadəçilərin sosial-demoqrafik analizini aparmaqla onların maraq dairələrini, hansı 

sosial qrupa aid olduğunu, viki-səhifələrdə etdikləri redaktələrin səbəbini təyin etmək olar və bu 

da gələcəkdə viki-mühitdə baş verə biləcək informasiya qarşıdurmalarının qarşısının əvvəlcədən 

alınmasına  şərait  yaradacaqdır.  WMF-in  dəstəklədiyi  statistik  məlumatları  analiz  etməklə  viki-

mühitin  sosial-demoqrafik  portretinə  aydınlıq  gətirmək  olar.  Vikipediyada  informasiyanın 

bazaya  yüklənməsi,  strukturlaşdırılması  və  redaktəsi  ilə  məşğul  olan  istifadəçilər  3  qrupa 

bölünür: anonimlər, qeydiyyatdan keçmiş istifadəçilər və botlar (Şəkil 1).  

Botlar xüsusi proqramlar olub məqalələrdə müəyyən texniki işlərin görülməsində istifadə 

olunur. Bu işlərə  orfoqrafik səhvlərin düzəlişi,  eyni  mövzulu  müxtəlif dildə  yazılmış  məqalələr 

arasında  hiperkeçidlərin  əlavə  olunması  (intervikilər),  xüsusi  şablonların  daxil  edilməsi  və  s. 

aiddir. 

 

 



 

 

Şəkil 1. Vikipediyada istifadəçi qruplarının fəaliyyətinin müqayisəsi



 

[6]. 


Qeydiyyatdan keçmiş istifadəçilərin özləri də ierarxik struktur üzrə fəaliyyət göstərirlər:  

 



passiv istifadəçilər, yəni yalnız informasiya  əldə etməklə məşğul olanlar;  

 



fəal istifadəçilər, yəni virtual ensiklopediyanın genişlənməsində  rolu olanlar. 

 Fəal  istifadəçilər  adi  istifadəçilərə  və  administratorlara  bölünür.  Fəal  istifadəçilər 

Vikipediya  ensiklopediyasının  inkişafında  əsas  aparıcı  qüvvə  olmalarına  baxmayaraq,  layihəyə 

müraciət edənlərin cəmi 7,42  %-ni təşkil edirlər. Onlardan da yalnız 0,75 %-i administratordur 

(4583  nəfər)  [4].  Viki-mühitdə  administratorlar  viki-cəmiyyətin  fəal  istifadəçiləri  tərəfindən 

səsvermə  yolu  ilə  təyin  edilir.  Viki-səhifələrin  məzmunu,  keyfiyyəti,  hansı  ideologiyanı 

daşıması, ilk növbədə, fəal istifadəçilərdən asılıdır. WMF-in VB-dakı informasiya əsasında fəal 

istifadəçilərin fəaliyyətinin statistik analizini aparmaq mümkündür. Fəaliyyət statistikasını analiz 

edərkən  müəyyən  göstəricilərin  dəqiqləşdirilməsi  vacibdir:  istifadəçinin  fəaliyyət    müddəti    və 

istifadəçinin fəaliyyət müddətində etdiyi redaktələrin sayı.  

İnternetdə  tez-tez  yenilənən  və  müasir  ensiklopediya  resursu  olan  Vikipediyada  viki-

səhifələrin  yaradılması  və redaktəsi  qəbul  edilmiş müəyyən qaydalar üzrə  yerinə  yetirilir və bu 

səhifələrə administratorlar tərəfindən nəzarət olunur.  


İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

28                                                                  www.jpis.az 



 

Aktiv istifadəçilərin bilik səviyyəsi, ensiklopedik məqalələrin yaradılmasında iş təcrübəsi, 

digər  istifadəçilərlə  münasibətdə  etik  qaydalara  nə  dərəcədə  əməl  etmələri  və  ən  əsası  isə, 

fəaliyyətlərindəki  məqsədləri  onların  qruplara  ayrılmasına  səbəb  olur.  Bir  qrup  istifadəçi 

informasiyanın  yaradılması,  digərləri  həmin  informasiyanın  redaktəsi,  strukturlaşdırılması  ilə 

məşğul olursa, müəyyən qrup istifadəçi vardır ki, onlar öz üzərlərinə koordinator işlərini götürür 

və  əsasən,  başqa  istifadəçilərdən  hazır  məlumatları  qəbul  edirlər.  Viki-mühitdə  daha  bir  qrup 

fəaliyyət  göstərir  ki,  onların  da  əsas  işi  hər  hansı  ideologiyanın  təbliği,  müəyyən  fikirlərin  və 

baxışların  cəmiyyətə  çatdırılması  ilə  məşğul  olmaq,  informasiya  qarşıdurmaları  yaratmaq, 

fikirlərini dəstəkləməyən, onlara qarşı çıxan istifadəçiləri viki-mühitdən uzaqlaşdırmaqdır. 



Viki-istifadəçilərin analizi 

WMF  tərəfindən  2010  və  2011-ci  illərdə  viki-istifadəçilərin  fəaliyyəti  analiz  edilmişdir. 

Məqsəd istifadəçiləri narahat edən problemləri araşdırmaq idi. WMF-in hesabatında bildirilir ki, 

Vikipediyaya  müraciət  edən  istifadəçilərin  ay  ərzində  orta  sayı  6  milyarda  yaxın  olmasına 

baxmayaraq,  məqalə  yaradan  və  bu  məqalələrə  nəzarət  edən  fəal  istifadəçilərin  sayı  cəmi  300 

minə yaxındır. Vikipediyada hər ay 250 mindən artıq İnternet istifadəçisi qeydiyyatdan keçir və 

dünyanın 231 ölkəsində insanlar vaxtlarının bir hissəsini viki-mühitdə keçirirlər [5]. 



WMF  VB-dakı  statistik  məlumatlara  əsasən,  viki-istifadəçiləri  4  qrupa  bölmək  olar:  18 

yaşına  qədər,  18-22  yaş  həddində,  22-29  yaş  həddində  və  30  yaşdan  yuxarı  olan  istifadəçilər. 

Viki-istifadəçilər arasında ən fəal yaş qrupu  22-29 yaşlarında olanlardır (Şəkil 2). 

 

 



 

Şəkil 2. Viki-istifadəçilərin yaş həddi və fəaliyyətləri arasında asılılıq qrafiki 

Viki-istifadəçilər arasında qadınların orta yaş həddi 24, kişilərin isə 26-dır. Nəzərə alsaq ki, 

məqalələrin  redaktəsində  qadınlar  cəmi  16,15  %  təşkil  edir.  Bu,  onu  göstərir  ki,  kişilər  viki-

mühitdə məqalələrin yaradılmasında, redaktəsində və müzakirələrdə daha fəaldır [7].  

Vikipediya istifadəçiləri digər sosial şəbəkələrdə, bloq və forumlarda iştirak edən İnternet 

istifadəçilərindən müəyyən göstəricilərə görə fərqlənirlər. Belə ki, kompüter texnologiyalarından 

istifadə  sahəsində  bacarıqlı  və  proqramlaşma  dillərinə  daha  çox  meyilli  olmaları,  elmlə 

maraqlanmaları və müəyyən elmi sahələrdə biliyə, təcrübəyə malik olmaları, iki və daha artıq dil 

bilmələri,  İnternet  mühiti  və  viki  fəlsəfəsini  yaxşı  dərk  etmələri  onları  informasiya  müharibəsi 

meydanında  güclü  və  təhlükəli  rəqibə  çevirir.  Statistik  analiz  nəticəsində  məlum  olmuşdur  ki, 

bakalavr,  magistr  və  elmi  dərəcəsi  olan  istifadəçilər  ümumi  istifadəçilərin  49,5%-ni  təşkil  edir 

(Şəkil 3).  

  

24,20% 



24,50% 

27,40% 


24,40% 

10-17


18-21

22-29


30-85

İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

 



       www.jpis.az                                                                      29 

 

6,03% 



11,75% 

36,11% 


25,47% 

17,68% 


2,95% 

Digər 


İbtidai

Orta


Bakalavr

Magistr


Elmi dərəcə 

 

 

 

 

 



 

 

 



 

 

 



Şəkil 3. Viki-istifadəçilərin təhsillərinə görə təsnifatı 

Viki-mühitdə ensiklopedik məqalələrin yaradılması ilə məşğul olanların mühüm hissəsinin 

ali  təhsilli  mütəxəssislərdən  ibarət  olması  bir  daha  sübut  edir  ki,  Vikipediya  virtual 

ensiklopediyası  əsasən,  müəyyən  biliyə  və  təcrübəyə  malik  insanları  cəlb  etməkdədir  və  bu 

layihədə ənənəvi sosial şəbəkələrdən fərqli olaraq, elmi mühit üstünlük təşkil edir. 

Viki-istifadəçilərin məqalələrin məzmununa təsiri haqqında 

Tədqiqatlar göstərir ki,  istifadəçilər viki-mühitdə  fəaliyyət  göstərərkən redaktəyə  ehtiyacı 

olan  səhifələr  deyil,  şəxsən  onları  maraqlandıran  məqalələr  üzərində  işləyirlər  və  müəyyən 

məlumatları  silərək,  düzgün  hesab  etdikləri  informasiyanı  daxil  edirlər.  Məqalələrin  mövzusu 

onu  redaktə  edən  istifadəçilərin  məqsədini  əks  etdirir  [8].  Bu  isə,  ilk  növbədə,  məqalədəki 

informasiyanın həcminə, aktuallığına, düzgünlüyünə təsir göstərir və informasiya tutumuna görə 

Vikipediya  məqalələri  arasında  kəskin  fərq  yaradır.  Nəticədə,  Vikipediya  ensiklopediyasında 

yalnız  bir  cümlədən  ibarət  məqalələrə,  eyni  zamanda,  həcmi  meqabaytlarla  ölçülən  viki-

səhifələrə  rast  gəlmək  olar.  Digər  tərəfdən,  Vikipediyanın  müxtəlif  dil  bölmələrində  yaradılan, 

eyni mövzuya aid məqalələrdə heç də həmişə eyni fikir və ideya mövcud olmur.  

Viki-mühitdə  hər  hansı  ideologiyanı  daşıyan  fanatlar,  millətçilər  layihədə  baş  verən 

informasiya  qarşıdurmalarında  böyük  aktivlik  və  radikallıq  göstərirlər.  Onlardan  fərqli  olaraq 

bitərəf  istifadəçilərin  hər  hansı  məqalədə  qeyri-dəqiqliyə  qarşı  münasibətləri  passivdir  və  hətta 

münasibət  bildirərkən  çox  güclü  informasiya  qarşıdurmasına  cəlb  olunacaqlarını  hiss  etdikdə 

mübahisəyə qarışmamağa üstünlük  verirlər. Nəticədə, Vikipediya səhifələrində mübahisələrdən 

qorxmayan, sosial qruplarda birləşən, Vikipediya qaydalarını və İnternet texnologiyalarını yaxşı 

bilən və bu texnologiyalardan səmərəli istifadə etməyi bacaran istifadəçilərin ideologiyası təbliğ 

olunur.  

Müəyyən  ideologiyaların  təbliğinə  qarşı  əks  tərəflərin  narazılığı  isə  çox  zaman  əsl 

informasiya  qarşıdurmasına  çevrilir.  Bu  qarşıdurmada  Vikipediyanın  imkan  yaratdığı  bütün 

informasiya  müharibəsi  texnologiyalarından  istifadə  olunur.  Bunlara  dezinformasiya,  təbliğat, 

saxta  məlumatların  daxil  edilməsi,  istifadəçilərə  psixoloji  təsir,  təhdid,  təhqir,  xəbərdarlıq  və  s. 

daxildir.  Viki-mühitdə  reallaşdırılan  informasiya  müharibəsində  ziyanlı  botlardan  da  istifadə 

edilir.  Müxtəlif  funksiyaları  yerinə  yetirən  botlar  qısa  zaman  ərzində  yüzlərlə,  hətta  minlərlə 

ensiklopedik  məqalədə  dəyişiklik  edə  bilərlər.  Məsələn,  digər  səhifələrə  keçidlərin,  müəyyən 

mətnlərin  silinməsi  və  ya  başqa  mətnlə  əvəz  edilməsi,  səhifələrə  mövzuya  aidiyyatı  olmayan 

şablonların daxil edilməsi və s. Viki-mühitdə baş verən qarşıdurmalar, əsasən, tarix, mədəniyyət, 

siyasət, tanınmış şəxslər haqqında mövcud məqalələr ətrafında aparılır [9]. Həmin məqalələr çox 



İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

30                                                                  www.jpis.az 



 

zaman informasiya müharibəsindən qalib çıxan viki-qrupun mövqeyini əks etdirir və bu qruplar 

tərəfindən nəzarətdə saxlanılır.  

Nəzərə  almaq  lazımdır  ki,  Vikipediyanın  müxtəlif  dil  bölmələri  bir-birlərindən  asılı 

olmayaraq inkişaf edir [9]. Yəni həm həcminə və həm də məqalələrdəki ideyaların müxtəlifliyinə 

görə eyni adla yaranan məqalələr tam fərqli ola bilər. Məsələn, ingilis dilindəki ―Karabakh‖, rus 

dilindəki  ―Карабах‖  və  Azərbaycan  dilində  olan  Vikipediya  layihələrindəki  ―Qarabağ‖  adlı 

məqalələr  müxtəlif  həcmə  və  məzmuna  malikdir.  Məqalələrin  loq-fayllarını  analiz  etməklə 

onların  redaktələri  ilə  məşğul  olan  istifadəçiləri  aşkar  etmək,  eyni  zamanda,  bu  istifadəçilər 

arasında  baş  verən  mübahisələri,  informasiya  qarşıdurmalarını  müəyyən  etmək  mümkündür. 

Məsələn, Vikipediyanın ingilis dili bölməsindəki ―Karabakh‖ məqaləsində 2011-ci ildə olunmuş 

bütün  redaktələri  analiz  edək.  Qrafikdən  göründüyü  kimi,  may,  iyun  və  oktyabr  aylarında 

məqalədə edilən redaktələrin sayı kəskin artmışdır (Şəkil 4).  

 

 



 

Şəkil 4. 2011-ci ildə ―Karabakh‖ məqaləsində edilmiş redaktələrin sayı 

Əgər  məqalədə  hər  hansı  bir  zaman  kəsiyində  redaktələrin  sayı  kəskin  artırsa  və  bu 

redaktələr  ətrafında  müzakirələr  aparılırsa,  redaktələrdən  bir  hissəsi  ləğv  olunub  yenidən  bərpa 

olunursa,  onda  belə  hallar  viki-mühitdə  müəyyən  qarşıdurmaların,  mübahisələrin  yaranmasına 

səbəb  olur.  Viki-mühitdə  informasiya  qarşıdurmalarına  səbəb  olan  məqalələri  aşkar  etmək  və 

ranqlaşdırmaq  üçün  müxtəlif  metodlar  təklif  edilmişdir  [10].  Lakin  onlardan  heç  biri  konfliktə 

səbəb  olan  bütün  məqalələri  aşkar  edə  bilmir.  Viki-mühitdəki  ensiklopedik  məqalələrin  ümumi 

sayı ilə müqayisədə informasiya qarşıdurmalarına səbəb olan məqalələr xeyli azdır və 2010-cu 

ilin  məlumatına  görə,  ümumi  məqalələrin  9%-ni  təşkil  edir  [11].  Viki-mühitdəki  informasiya 

qarşıdurmaları layihənin funksionallığına, viki-istifadəçilərin normal fəaliyyətinə ciddi təsir edir, 

ensiklopedik məqalələrin obyektivliyinə  inamı azaldır. 



Viki istifadəçilərin demoqrafik göstəricilərinin təyini haqqında 

WMF VB-da toplanmış verilənləri analiz edərkən məlum olmuşdur ki, son 4 il ərzində ən 

çox ensiklopedik məqaləyə və istifadəçi sayına malik olan viki-layihələrdə 1 ildən az staja malik 

isrifadəçilərin sayı azalmışdır. Bunun müxtəlif səbəbləri vardır: 

 



 yeni  istifadəçilər  viki-mühitin  qaydalarını  bilmirlər  və  bu  səbəbdən  tez-tez  səhvlər 

etməklə  administratorlar  tərəfindən  müəyyən  müddətə  bloklanırlar.  Viki-mühitdə  son  illər 

vandalizm  hallarının  sayının  artması  Vikipediya  qaydalarının  daha  da  sərtləşməsinə  səbəb 

olmuşdur. Bu qaydalar çox zaman təcrübəsizlik səbəbindən səhv edənlərə qarşı da tətbiq olunur. 

Bloklandıqları  müddət  ərzində  onların  yeni  məqalə  yaratmalarına  və  mövcud  məqalələrdə 

redaktə etmələrinə icazə verilmir; 



İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

 



       www.jpis.az                                                                      31 

 



 

 təcrübəli  istifadəçilər  öz  baxışlarını  dəstəkləməyən  istifadəçilərə  psixoloji  təzyiq 

göstərərək onları təqib edirlər; 

 



 yeni istifadəçilərin etdikləri dəyişikliklər çox zaman qəbul edilmir, onlar bunun səbəbini 

aydınlaşdırmaq  üçün  kimlərə  müraciət  etmək  lazım  gəldiyini,  hansı  prinsiplə  fəaliyyət 

göstərmələrini  bilmirlər.  Etdikləri  düzəlişlərin  qəbul  edilmədiyini  görən  istifadəçilər  bir 

müddətdən sonra viki-mühitdən uzaqlaşırlar.



 

Vikipediya  beynəlxalq  layihə  olduğundan,  hər  hansı  məqalənin  yaradılmasında  və 

redaktəsində tam fərqli mövqelərdən çıxış edən tərəflərin iştirakı təbiidir. Redaktələrin sayına və 

xarakterinə  görə  Vikipediyada  reallaşdırılan  informasiya  müharibəsi  müstəvisində  xalqlar  və 

ölkələr  arasındakı  münasibətləri  aydın  görmək  mümkündür.  Bir  neçə  ay  viki-mühitdə  fəallıq 

göstərən istifadəçilər viki-mühitin sosial şəbəkəsini hiss etməyə başlayırlar: onların digər sosial 

şəbəkələrdə olduğu kimi, ―dostları‖ və ―düşmənləri‖ yaranır. Onlar viki-mühitdə açıq və ya gizli 

fəaliyyət  göstərən  qruplara  dəvət  edilir,  fəaliyyətləri  nəzarətdə  saxlanılır.  Viki-istifadəçilərin 

müzakirə  səhifələrini  və  düzəliş  etdiyi  ensiklopedik  məqalələrin  loq-fayllarını  analiz  etməklə 

burada fəaliyyət göstərən gizli və aşkar sosial qrupların məqsədini müəyyən etmək mümkündür 

[12,13].  

Viki-mühitdə  sosial  qruplar  müxtəlif  əlamətlərə  görə  təşkil  oluna  bilər:  eyni  millətin 

nümayəndələri,  eyni  ərazi  vahidində  yaşayanlar  (ölkə,  şəhər,  kənd  və  s.),  eyni  dinə  inananlar, 

eyni ixtisas sahibləri, eyni müəssisədə təhsil alanlar və s. Bu qrupları xüsusi şablonlar vasitəsi ilə 

müəyyən  etmək  mümkündür.  İstifadəçi  səhifələrinə  daxil  edilən  xüsusi  şablonlar  (userbox

istifadəçilər  haqqında  müəyyən  məlumat  toplamağa  imkan  yaradır.  Məsələn,  ingilis  dilindəki 

Vikipediya  layihəsində  Azərbaycandan  olan  viki-istifadəçilərin  qrupunu  təyin  etmək  üçün 

"Category:Azerbaijani Wikipedians" veb-səhifəsini tədqiq etmək kifayətdir. İstifadəçi səhifəsinə 

daxil  edilən  "Template:User  Azerbaijan"    şablonu  vasitəsilə  onların  səhifələrinin  avtomatik 

qruplaşdırılması həyata keçirilmişdir (şəkil 5). 

 

 



 

Şəkil 5. Azərbaycandan olan viki-istifadəçi qrupunu göstərən veb-səhifə 

Viki-mühitdə  hər  bir  istifadəçinin  hansı  qrupa  aid  olduğunu  müəyyən  etmək  üçün  onun 

şəxsi səhifəsində yerləşdirdiyi məlumatlardan istifadə etməklə tədqiqat aparmaq və istifadəçinin 

qeydiyyat  adlarının  daxil  olunduğu  kateqoriyaların  analitik  emalını  həyata  keçirmək 

mümkündür.  Lakin  bu  üsul  müəyyən  vaxt  tələb  etdiyinə  və  dəqiq  olmadığına  görə  effektli 

sayılmır. 


İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

32                                                                  www.jpis.az 



 

Sosial qruplarla fəaliyyət göstərən istifadəçilərin aşkara çıxarılması viki-mühitdə baş verən 

informasiya  qarşıdurmalarının  analizini  aparmağa  imkan  yaradır.  Nəzərə  almaq  lazımdır  ki, 

sosial qruplarda birləşərək hər hansı ideologiyanı təbliğ edən istifadəçilər viki-mühitdə baş verən 

mübahisələrdə və informasiya qarşıdurmalarında güclü rəqibə çevrilirlər.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  viki-mühitdə  baş  verən  qarşıdurmalarda    istifadəçinin 

hansı  ölkədən  olması  və  dil  faktoru  mühüm  rol  oynayır.  Bu  göstəricilər,  eyni  zamanda, 

məqalələrin  keyfiyyətinə  və  sayına  da  təsir  edir.  Vikipediyanın  texniki  imkanları  viki-

istifadəçilərin coğrafi mənsubiyyətindən asılı deyil, lakin ensiklopedik məqalələrdəki məlumatın 

mövzusuna və ideya tutumuna təsiri mümkündür.  

Qeydiyyatdan  keçmiş  istifadəçi  qeydiyyat  adı  ilə  fəaliyyət  göstərdiyinə  görə  onun  İP 

ünvanını  və  coğrafi  yerini  təyin  etmək  sıravi  viki-istifadəçi  üçün  çətindir.  Lakin  viki-mühitdə 

xüsusi  status  verilmiş  istifadəçilər  (CheekUser)  vardır  ki,  onlar  WMF  VB-da  hər  bir 

qeydiyyatdan  keçmiş  istifadəçinin  İP  ünvanını  təyin  edə  bilərlər  [14].  Viki-mühitdə 

qeydiyyatdan  keçmədən  də  fəaliyyət  göstərməyə  icazə  verilir,  lakin  o  zaman  anonim 

istifadəçilərin İP ünvanları onların fəaliyyət statistikası daxil edilən səhifələrdə görünür ki, bu da 

Vikipediya  istifadəçlərinin  konfidensiallığına  təhlükədir.  Bu  baxımdan,  viki-mühitin  sosial-

demoqrafik portretini analiz edərkən iki istiqamət nəzərə alınmalıdır: 

1.

 

Qeydiyyatdan  keçməyən  istifadəçilər  İP  ünvanına  görə  təyin  olunur  –  bu  halda 



istifadəçinin coğrafi mənsubiyyəti haqqında dəqiq məlumat almaq mümkündür; 

2.

 



Qeydiyyatdan keçən istifadəçilər istifadəçi səhifələrinə özləri haqqında daxil etdikləri 

məlumatlara  görə  müəyyən  olunur  ki,  bu  məlumatların  da  düzgün  olmaması  ehtimalı 

böyükdür.  Lakin  WMF-in  serveri  bu  tip  istifadəçilərin  coğrafi  mənsubiyyətini    təyin 

edə bilir. 

Nəzərə alsaq ki, Vikipediyanın müxtəlif dil layihələrində fəaliyyət göstərən istifadəçilərin 

mənsub  olduqları  ölkələr  müxtəlif  olurlar,  o  zaman  WMF-in  VB-dan  əldə  etdiyi  məlumata 

əsasən,  çoxsaylı  məqalələrə  malik  viki-layihələrdə  fəaliyyət  göstərən  istifadəçilərin  coğrafi 

mənsubiyyətini analiz etmək mümkündür  (Сədvəl 1). 

Cədvəldən  göründüyü  kimi,  hər  hansı  dil  bölməsində  fəaliyyət  göstərənlərin  əsas  hissəsi 

həmin  dildə  danışan  istifadəçilərin  üstünlük  təşkil  etdiyi  ölkələrdir.  Məqalələrin  sayı  və 

keyfiyyəti də bu istifadəçilərin sayından birbaşa asılıdır [15]. İstifadəçilərin İP ünvanlarını, hansı 

ölkələrdən  olduqlarını  təyin  etməklə  Vikipediyanın  inkişafı  ilə  əlaqədar  müəyyən  mülahizələr 

irəli sürmək olar.  

Viki-mühitdə  reallaşdırılan  informasiya  müharibəsinin  qarşısını  almaq  üçün  müəyyən 

tədbirlər görülür və qaydalar tətbiq edilir. Məsələn, viki-layihələrdə qeyri-etik ifadələr işlətmək, 

müzakirə  zamanı  qarşı  tərəfi  təhqir  etmək  və  alçaltmaq  qadağandır.  Qaydaları  pozanların  İP 

ünvanları və ya istifadəçi adları müəyyən müddətə, bəzən isə həmişəlik bloklanır. Lakin bunlara 

baxmayaraq, viki-mühitdə informasiya qarşıdurmaları nəinki azalmır, əksinə, istifadəçilərin sayı 

çoxaldıqca, Vikipediya virtual ensiklopediyası dünyada populyarlaşdıqca daha da artır.  

Viki-mühitin sosial-demoqrafik portretinin analizində problem yaradan iki hal vardır: 

1.

 

Bir  neçə  şəxs  eyni  qeydiyyat  adından  istifadə  edə  bilər.  Baxmayaraq  ki,  bu  hal 



Vikipediya  qaydalarına  ziddir,  aşkarlama  çox  zaman  mümkün  olmadığı  üçün  istifadə 

olunur. 


2.

 

Bir şəxsin bir neçə qeydiyyat adı altında fəaliyyət göstərməsinin nəticəsidir ki, bu halın 



qadağan  olunmasına  baxmayaraq,  informasiya  qarşıdurmalarında,  təbliğat, 

dezinformasiya  xarakterli  məlumatların  viki-mühitdə  yayılması  ilə  məşğul  olan 

istifadəçilər çox zaman bu üsuldan istifadə edərək azlığın fikrini çoxlarının istəyi kimi 

təqdim etməyə çalışırlar. İstifadəçinin bir neçə qeydiyyat adının olması müzakirələrdə,  

səsvermələrdə də böyük rol oynayır. 

Lakin  bu  problemə  baxmayaraq  mübahisələrə  səbəb  olan  məqalələri  analiz  etməklə  bu 

mübahisələrdə  iştirak  edən  istifadəçiləri  təyin  etmək  mümkündür  [17].  Viki-istifadəçilərin 


İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

 



       www.jpis.az                                                                      33 

 

fəaliyyət  istiqamətini  müəyyən  etmək  və  sosial-demoqrafik  portretinin  analizini  aparmaq, 



həmçinin  viki-mühütdə reallaşdırılan informasiya müharibəsində iştirak edən qrupları aşkar 

Cədvəl 1. Vikipediya ensiklopediyasının  müxtəlif dil bölmələrində istifadəçilərin mənsub 

olduqları ölkələrə görə statistik göstəriciləri [16] 

№ 

Language 



Country of origin 

All 

others 

1.

 



 

English


 

47.8% 


US: 52.1%, GB: 15.9%, CA: 7.3%, AU: 4.4%, DE: 1.8%, NL: 1.6%, FR: 1.0% 

15.8% 


2.

 

 



German

 

10.8% 



DE: 76.2%, AT: 5.4%, US: 4.8%, CH: 4.4%, NL: 3.2% 

6.0% 


3.

 

 



French

 

6.9% 



FR: 67.3%, BE: 6.2%, NL: 5.4%, US: 4.3%, CA: 4.2%, CH: 3.2%, DE: 1.2% 

8.2% 


4.

 

 



Japan. 

5.6% 


JP: 93.2%, US: 2.1% 

4.6% 


5.

 

 



Polish

 

4.1% 



PL: 80.1%, NL: 5.2%, AU: 4.5%, DE: 1.2%, IT: 1.2%, FR: 1.2%, US: 1.1%, CZ: 1.1% 

4.4% 


6.

 

 



Spanish

 

3.9% 



ES: 39.2%, AR: 10.7%, CL: 8.8%, NL: 8.4%, MX: 7.0%, VE: 5.1%, PE: 3.5%, US: 

3.1%, CO: 2.7%, UY: 1.3%, DE: 1.1% 

9.1% 

7.

 



 

Italian


 

3.7% 


IT: 85.7%, NL: 4.9%, FR: 1.5%, US: 1.2% 

6.7% 


8.

 

 



Dutch

 

2.8% 



NL: 73.0%, BE: 18.7%, FR: 1.6%, US: 1.4%, DE: 1.2% 

4.1% 


9.

 

 



Portugu. 

2.7% 


BR: 61.3%, PT: 17.7%, NL: 11.1%, ES: 2.3%, FR: 1.4%, BE: 1.2%, US: 1.1% 

4.0% 


10.

 

 



Swedish

 

1.9% 



SE: 72.2%, NL: 13.8%, FI: 2.3%, IT: 1.8%, BE: 1.6%, NO: 1.5%, FR: 1.2%, US: 1.1% 

4.7% 


11.

 

 



Russian

 

1.7% 



RU: 54.7%, US: 11.8%, NL: 7.6%, DE: 6.6%, UA: 4.8%, BE: 2.0%, BY: 1.8%, LV: 

1.4%, IL: 1.3% 

8.0% 

12.


 

 

Chinese



 

1.4% 


HK: 28.6%, TW: 25.9%, US: 13.7%, NL: 8.2%, CN: 6.1%, DE: 3.6%, BE: 2.3%, CA: 

2.0%, FR: 1.3%, MO: 1.2%, JP: 1.2% 

5.9% 

13.


 

 

Finnish



 

1.3% 


FI: 77.4%, NL: 14.3%, BE: 2.5% 

5.8% 


14.

 

 



Hebrew

 

1.0% 



IL: 79.2%, NL: 10.3%, US: 5.5% 

5.0% 


15.

 

 



Czech

 

0.9% 



CZ: 79.5%, NL: 10.1%, BE: 3.5%, DE: 1.7% 

5.3% 


16.

 

 



Norweg. 

0.8% 


NO: 66.1%, NL: 21.2%, BE: 3.5% 

9.2% 


17.

 

 



Slovak

 

0.6% 



SK: 55.9%, CZ: 23.5%, DE: 11.0%, NL: 2.8% 

6.8% 


18.

 

 



Danish

 

0.5% 



DK: 54.8%, NL: 26.7%, BE: 6.0% 

12.5% 


19.

 

 



Romani. 

0.5% 


RO: 50.3%, NL: 22.7%, DE: 9.2%, BE: 5.7%, US: 4.0% 

8.1% 


20.

 

 



Korean

 

0.4% 



KR: 67.6%, NL: 12.5%, US: 9.0%, BE: 6.8% 

4.1% 


21.

 

 



Esperan. 

0.4% 


NL: 36.2%, CZ: 10.6%, BE: 9.9%, FR: 9.8%, RO: 7.3%, DE: 6.9%, US: 5.3% 

14.0% 


22.

 

 



Bengali

 

0.2% 



BD: 60.6%, US: 23.7% 

15.7% 


23.

 

 



Tamil

 

0.1% 



LK: 43.2%, CA: 21.1% 

35.7% 


24.

 

 



Kannad. 

0.1% 


US: 69.9%, IN: 27.1% 

3.0% 


25.

 

 



Telugu

 

0.0% 



IN: 38.5% 

61.5% 


 

etmək üçün, ilk növbədə, analiz ediləcək verilənlər mənbəyi müəyyən olunmalıdır. Bu verilənlər 

müxtəlif səhifələrdən toplana bilər: 

1.  İnformasiya  müharibəsinə  səbəb  olan  məqalənin  ―tarixçə‖  səhifəsində  göstərilən 

istifadəçi  adlarını  (user  name)  analiz  etməklə  və  onların  daxil  etdikləri  informasiyanın  və 

dəyişikliklərin təhlilini aparmaqla.  

2. Məqalənin ―müzakirə‖ səhifəsində yazılan mətnlərin və onların müəlliflərinin analizini 

aparmaqla. 

3.  Məqalənin  redaktəsində  iştirak  edən  istifadəçilərin  müzakirə  səhifəsini  təhlil  etməklə 

istifadəçinin hansı sosial qrupa aid olması ilə yanaşı, hansı informasiya qarşıdurmalarında iştirak 

etdiyini  də  təyin  etmək  olar.  Nəzərə  alsaq  ki,  uzun  müddət  (bir  neçə  il)  viki-mühitdə  fəaliyyət 

göstərən  istifadəçilərin  müzakirə  səhifələri  həm  də  alt  səhifələrə  –  arxivləşdirilmiş  səhifələrə 

malikdir,  deyə  bilərik  ki,  müəyyən  staja  malik  istifdəçilərin  ―müzakirə‖  səhifələrini  analiz 

etməklə  əvvəllər  reallaşdırılmış  informasiya  qarşıdurmalarını  və  bu  qarşıdurmalara  səbəb  olan 

viki-səhifələri də müəyyən etmək mümkündür. 


İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

34                                                                  www.jpis.az 



 

4.  Viki-mühitdə  hər  bir  istifadəçinin  ―fəaliyyət‖  səhifəsi  mövcuddur.  İstifadəçinin 

fəaliyyəti  ilə  bağlı  verilənlər  WMF-in  VB-da  toplanır.  Bu  verilənlərdən  istifadə  etməklə 

istifadəçinin bütün fəaliyyətini analiz etmək mümkündür. 

Yuxarıda  göstərilən  mənbələrdən  istifadə  etməklə  istifadəçinin  hansı  mövzulara  maraq 

göstərdiyini,  hansı  ideyanı  təbliğ  edərək  kimlərlə  konfliktdə  olmasını,  hansı  məqalələri 

nəzarətində saxlamasını da təyin etmək mümkündür.   

Nəticə 

Tədqiqatlar  göstərir  ki,  viki-mühitdə  reallaşdırılan  informasiya  qarşıdurmaları  təsadüfi 

yaranmır.  Vikipediya  cəmiyyətin  güzgüsüdür  və  dünyada  baş  verən  tarixi  hadisələr,  sosial-

mədəni,  siyasi  proseslər  viki-mühitə  də  təsir  edir.  Dövlətlər  arasında  istər  iqtisadi,  istərsə  də 

siyasi zəmində baş verən mübahisələr viki-mühitdə davam edir. İnternet istifadəçiləri tərəfindən 

yaradılan, redaktə edilən və nəzarətdə saxlanılan məqalələri analiz etməklə cəmiyyətin baxışını, 

narahatlıq yaradan problemlərini müəyyən etmək,  hal-hazırda viki-mühitdə həyata keçirilən və 

hətta gələcəkdə baş verə biləcək informasiya qarşıdurmalarını aşkara çıxarmaq mümkündür. 

Viki-istifadəçilərin sosial-demoqrafik portretini analiz etməklə viki-mühütdə reallaşdırılan 

informasiya müharibəsində iştirak edən sosial qrupları aşkar etmək və bu qrupların viki-kontentə 

təsirini  öyrənmək  mümkündür.  Bu  üsulla  həmçinin  viki-istifadəçilərin  sosial-demoqrafik 

portretinin analizi, eləcə də, viki-mühitin normal fəaliyyətinə mane olan problemlərin həllinə və 

Vikipediya  virtual  ensiklopediyasında    informasiya  müharibəsi  texnologiyaları  təzahürlərinin 

aşkarlanmasına yardım edə bilər. 



 

Ədəbiyyat 

1.

 



Müller  C.,  Meuthrath  B.,  Baumgraß  A.  Analyzing  Wiki-based  Networks  to  Improve 

Knowledge Processes in Organizations / Journal of Universal Computer Science, vol. 14, no. 

4 (2008), pp. 526-545. 

2.

 



Blaschke  S.,  Stein  K.  Methods  and  Measures  for  the  Analysis  of  Corporate  Wikis:  A  Case 

Study /  In: Proceedings  of the 58th Annual Conference of the International Communication 

Association ICA, May 22-26, Montréal, Canada, 2008, pp 1-24. 

3.

 



http:// www wikimediafoundation.org/wiki/FAQ/en/ 

4.

 



http:// www meta.wikimedia.org/wiki/List_of_Wikipedias/  

5.

 



http:// www en.wikipedia.org/wiki/Wikipedia:Statistics/ 

6.

 



http:// www stats.wikimedia.org/ 

7.

 



http://www.wikipediastudy.org/ 

8.

 



Cress  U., Kimmerle J. A systemic and cognitive  view on collaborative knowledge building 

with  wikis  /  Computer-Supported  Collaborative  Learning,  International  Society  of  the 

Learning Sciences, Inc.; Springer Science + Business Media, LLC 2008, pp. 105–122. 

9.

 



Holloway T., Božicevic M., Börner K., Analyzing and visualizing the semantic coverage of 

wikipedia  and  its  authors    /  Journal  Complexity,   New  York,  NY,  USA,  .  Vol.  12,  Issue  3, 

2007, pp. 30-40. 

10.


 

Vuong B.Q., Lim E.P., Sun A., Le M.T., Lauw H.W. On ranking controversies in wikipedia: 

models and evaluation // Proceedings of the international conference on Web search and web 

data mining (In WSDM ’08), ACM, 2008, pp. 171–182. 

11.

 

Hoda  Sepehri  Rad,  Denilson  Barbosa. Identifying  Controversial  Articles  in  Wikipedia:  A 



Comparative  Study  //  In Proceedings  of  8th  conference  on  WikiSym.  ACM,  2012.  (to 

appear)  

12.

 

Yasseri  T.,  Sumi  R.,  Kertesz  J.,  Circadian  patterns  of  wikipedia  editorial  activity:  A 



demographic  analysis  /  PLoS  ONE  7(1):  e30091.  doi:10.1371/  journal.pone.0030091, 

Hungarian Academy of Sciences, 2011, pp. 3-11. 



İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35 

 

 



       www.jpis.az                                                                      35 

 

13.



 

Paolo Massa, Social Networks of Wikipedia // ACM Hypertext 2011: 22nd ACM Conference 

on Hypertext and Hypermedia  — Presentation Transcript, Via Sommarive, 14, 38123 Povo 

(TN), Italy, pp. 221-230. 

14.

 

http:// www .en.wikipedia.org/wiki/Wikipedia:Checkuser#Contacting_a_CheckUser 



15.

 

Ibaa  T.,   Nemotob  K.,   Petersc  B., Gloor  P.A.    Analyzing  the  Creative  Editing  Behavior  of 



Wikipedia  Editors:  Through  Dynamic  Social  Network  Analysis  //  The  1st  Collaborative 

Innovation Networks Conference , Volume 2, Issue 4, 2010, pp. 6441–6456  

16.

 

http:// www .meta.wikimedia.org/wiki/Edits_by_project_and_country_of_origin 



17.

 

Rad H.S., Barbosa D. Towards Identifying Arguments in Wikipedia Pages // In Proceedings 



of  WWW (Companion Volume), ACM, 2011, pp. 117-118. 

 

УДК 004.351 



Алекперова Иrada Я.

 

Институт Информационных Технологий НАНА, г. Баку, Азербайджан 

 airada.09@gmail.com

 

Анализ социально-демографического портрета Вики-среды 

В последние годы виртуальная энциклопедия Википедия превратилась в самый крупный 

источник  знаний  в  Интернете.  С  увеличением  количества  энциклопедических  статей  и 

числа  вики-участников  в  Вики-среде  растет  и  число  споров,  информационных 

противостояний,  дезинформации  и  пропаганды.  В  статье  исследован  социально-

демографический  состав  вики-участников  и  изучено  их  влияние на  содержание  статей и 

происходящие в Вики-среде информационные противостояния. 



Ключевые слова: Википедия, вики-технологии, информационная война, Фонд Викимедии, 

вики-общество, боты, интервики. 

 

Irada Y. Alakbarova



 

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 



airada.09@gmail.com 

Analysis of socio-demographic portrait of Wiki-space 

In recent years, virtual encyclopedia Wikipedia has became the largest source of knowledge on 

the  Internet.  With  increasing  growth  of  encyclopedic  articles  and  the  number  of  wiki  -

participants

 

in  Wiki-space,  number  of  disputes,  conflicts,  misinformation  and  propaganda  is

 

growing.  In  the  paper  the  socio-demographic  composition  of  the  wiki  participants  is  analyses  

and  their  influence  on  the  content  of  the  articles and  the  information  confrontation  in  the  wiki 

space is studied. 

Keywords: Wikipedia, wiki technology, information warfare, Wikimedia Foundation,  wiki- 

community, bots, interwiki. 

 

Yüklə 134,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin