Biz ail
əyik
Mövzu
Ayrı-seçkilik, ailə, gender
Çətinlik dərəcəsi 2-ci
dərəcə
Yaş həddi
8-10
yaş
T
ələb olunan vaxt 60 dəqiqəlik məşğələ
İştirakçı sayı
8
– 30 uşaq
Oyunun növü Rəsm çəkmək, müzakirə
Xülasə
U
şaqlar ailə anlayışını, ailə strukturlarını fotoşəkillər və rəsmlər
vasit
əsilə müzakirə edirlər.
V
əzifələr
- F
ərqliliklərə münasibətdə müxtəlifliyə və tolerantlığa dəstək vermək
- M
üxtəlif tərbiyə yolları haqqında düşünmək üçün uşaqlara imkan
verm
ək, ailə tərifini nəzərdən keçirmək
- "Qeyri-adi" ail
ə tərkibli uşaqlara qarşı ayrı-seçkiliyi nəzərdən
keçirmək
- Ail
ə və insan hüquqları arasında əlaqəni araşdırmaq
Hazırlıq
-
İllüstrasiyalar dəsti hazırlayın: kiçik qruplara müxtəlif ailə sxemlərini
(m
əsələn, tək ana və ya tək ata, klassik ailə, qarışıq ailələr, övladlığa
götürülmüş uşaqlar, bir neçə nəslin daxil olduğu böyük ailələr) təqdim
ed
ən fotoşəkillər paylayın.
Materiallar
- H
ər kiçik qrup üçün bütün fotoşəkillərin surətləri
T
əlimat
1.
Oyunun şərtlərini izah edin: qeyd edin ki, şagirdlər oyunda ailə adlandırdığımız
m
əfhumu - insanların bir yerdə yaşamağının müxtəlif yollarını - nəzərdən
keçirməlidir. Qeyd edin ki, bütün uşaqlar eyni tipli ailələrdə yaşamır.
2. H
ər bir uşaqdan öz ailəsinin rəsmini çəkməyi xahiş edin (yaşamaq istədiyi ailənin
deyil, reallıqda yaşadığı ailənin). Onlar istəsələr, ailə haqqında əlavə məlumat verə
bil
ərlər (məsələn, hər bir şəxsin adı, yaşı, cinsi).
3.
Uşaqlardan bildikləri digər ailə tiplərini müzakirə etməyi xahiş edin. Onlar öz
ail
ələri haqqında təsvirləri təqdim etsinlər.
4. Birlikd
ə fikirləşib mümkün qədər çox ailə tipinin siyahısıni çıxarın. Siyahıya
yenil
ərini əlavə edin.
5.
Uşaqları 4 və ya 5 nəfərlik kiçik qruplara ayırın və hər bir qrupa hazır şəkilləri və
fotoşəkilləri əvvəlcədən verin. Qruplardan hər bir ailənin əsas fərqini və ya "qeyri-
adiliyi"ni
müzakirə etməyi xahiş edın. Qruplar öz ailə şəkillərini müzakirə etsinlər
v
ə onlara verdiyiniz fotoşəkillərlə müqayisədə oxşar və fərqliliklər barədə
danışsınlar.
Analiz v
ə qiymətləndirmə
Bu
sualların köməyi ilə oyunu təhlil edin:
a)
Oyun zamanı nə baş verdi?
b) Bir ail
ənin şəklini çəkmək və ya təqdim etmək asan oldumu?
c) Dig
ər uşaqların rəsmləri sizi təəccübləndirdimi? Niyə?
d) Kimins
ə ailə fotoşəkilləri sizi təəccübləndirdimi? Niyə?
e) Ail
ələr haqqında nə öyrəndiniz?
f) Nec
ə düşünürsüz,uşaq öz ailəsinin başqalarından fərqli olduğunu görəndə nə hiss
keçirir?
g)
Bu uşaqları necə dəstəkləyə bilərsiniz?
2.
Aşağıdakı sualları verərək oyunu insan hüqüqları ilə əlaqələndirin:
a)
Bütün uşaqlar ailədə yaşamaq hüququna malikdirlərmi?
b) Ail
ədə yaşamaq vacibdirmi? Niyə “hə” və ya niyə “yox”?
c)
Hansı uşaqlar ailədə yaşamırlar? Onlar harada yaşayırlar?
d) B
u cür uşaqların hüquqlarını kim qoruyur?
e) Siz bel
ə uşaqlar tanıyırsınızmı? Bu cür uşaqlara necə kömək edə bilərsiniz?
Davam üçün təkliflər
• "Kim qərar verməlidir?" oyunu ailənin necə yaşadığını və birlikdə verdiyi qərarları
araşdırır.
• Bəzi oyunlar stereotip gözləntilərə aiddir: "Şəkillərlə oyunlar", "Arxamda kim var?",
“Dünya yaz düşərgəsi”.
F
əaliyyət üçün fikirlər
• Siniflə məsləhətləşib yerli uşaq evlərinə və ya internat məktəblərinə ziyarət təşkil
edin.
• Bəzi yerlərdə belə təşəbbüslər vardır: "Nənəni/babanı qızlığa/oğulluğa qəbul et”
v
ə ya "Atanı/ananı oğulluğa/qızlığa qəbul et”. Sizin sinfin şagirdləri də bu
t
əşəbbüslərə qoşula bilər.
• Bəzi uşaqlar özləri yerli məktəblərdə və ya icmada "Oğulluğa/qızlığa qardaş/bacı
q
əbul et” təşəbbüsünü irəli sürə bilər.
Aparıcılara tövsiyə
• Əmin olun ki, bəzi uşaqların qeyri-adi və ya başqalarından fərqli ailə tipləri digər
uşaqlarda qıcıq yaratmasın və bu informasiya sakit qarşılansın. Oyun zamanı
ail
ə ilə əlaqəli olan hissləri və dəyərləri vurğulayın, səbrli, tolerant olmağı aşılayın.
• Sizin qrupunuzdakı uşaqların ailə vəziyyətlərini bilmək və oyunu uyğunlaşdırmaq
vacibdir
ki, uşaqlar öz situasiyaları barədə xəcalət çəkməsinlər və utanmasınlar.
• Bu oyundan əvvəl "Ailə və ya alternativ qayğı" haqqında məlumat əldə edin. Siz
müxtəlif ailə və ailə strukturları haqqında da anlayışlar tapa bilərsiniz.
Uyğunlaşma
Bu oyunu qısaltmaq üçün əlavə ailə fotoşəkillərindən istifadə etməyə bilərsiniz. Uşaqları
kiçik qruplara bölərək, onların çəkdikləri ailə şəkillərini müzakirə etməyi xahiş edin. Lakin
qrupda t
əmsil olunan digər ailə tiplərini də müzakirə etmək və ya onlara istinad etmək
vacibdir.