15. F.Neyman hesablama maşının ümumiləşdirilmiş funksional sxemi
16. EHM-in şinlərinin təşkili və strukturu
Şinlər paralel( verilənlər ayrı – ayrı kanallarla sözlərlə ötürülür ) və ardıcıl ( verilənlər bitlərlə ötürülür ) olur.
Kompüterlərdə daxili və xarici şinlər mövcuddur. Daxili şinlər kompüterin daxili komponentlərini ( operativ yaddaş, HDD, VGA və s.) ana plataya birləşdirilməsi üçün istifadə olunur. Belə şinləri lokal şinlərdə adlandırırlar, çünki lokal qurğuların qoşulması üçün istifadə olunur. Xarici şinlər isə periferiya qurğularının ana plataya birləşdirilməsi üçündür.
Şəbəkə birləşməsi olan Enthernet, adətən şin adlandırılır, ancaq burda konseptual fərq var.
İlk kompüter şinləri bir qrup naqillərdən ibarət idi ki, buda xarici yaddaşı və periferiya qurğularını kompüterə birləşdirirdi. Demək olar ki, həmişə yaddaş və periferiya üçün sürətləri və ötürücü qabiliyyəti fərqli olan şinlərdən istifadə olunurdu.
Dostları ilə paylaş: |