2) Hesablama maşınlarının təşkili və inkişafında mikroprosessorların rolu?
Kompüterin layihələndirilməsi mikroarxitektura və makroarxitektura səviyyəsində aparılır. Mikroarxitekruraya – mərkəzi prosessor, yaddaş modulları, audio və video kanalları, makroarxitekturaya – isə müxtəlif interfeys əlaqələndiricilərinin, əmrlər sisteminin təşkili, informasiyanın maşındaxili təsviri və emalının ümumi prinsipləri aid edilir.
Ən çox tətbiq tapmış arxitektura növlərinə aşağıdakılar aiddir:
klassik arxitektura (Neyman arxitekturası);
çoxprosessorlu arxitektura;
paralel prosessorlu arxitektura.
Çoxprosessorlu arxitektura ümumi əməli yaddaş qurğusuna və bir neçə prosessora malikdir. Kompüterdə bir neçə prosessorun olması o deməkdir ki, paralel olaraq böyük həcmli verilənlər axını və əmrlər toplusu səmərəli üsulla təşkil edilə bilər. Belə olan halda, paralel olaraq bir məsələ üçün bir neçə fraqment yerinə yetirilə bilər.
Paralel prosessorlu arxitekturada bir neçə HMQ vahid İQ-nin idarəsi altında işləyir. Bu o deməkdir ki, verilənlər çoxluğu vahid proqram ilə yəni bir əmrlər axını ilə idarə edilir.
Dostları ilə paylaş: |