15.2. Verilmiş təsirlərə görə ardıcıl korreksiya
Astatizm - statik xətanın olmasıdır ki, inteqrallayıcı bəndin qoşulması statik AİS – i almaq üçün tək üsul deyil. Bir neçə üsula baxaq.
Verilmiş təsirlərə görə ardıcıl korreksiya , qapalı kontura xüsusi seçilmiş otürmə funksiyası Wк ilə korreksiyaedici bəndin qoşulmasıdır (şəkil 114) . Bu halda qapalı AİS – in ötürmə funksiyası belə ifadə edilir :
Wekv(p) = .
Dayanıqlı rejimdə :
Kekv(p) = .
Əgər qəbul olunsa ki, Kk(p) = , onda alırıq ki , Kekv(p) = 1 , yуст(p) = Kekv(p) yo(p) = yo(p), olur ki , burada da statik xəta sıfıra bərabərdir. AİS statik qalır lakin özünü astatik kimi aparır. Eyni zamanda , korreksiyaedici bənd qapalı konturda olsa da , dayanıqlılıq və cəldişləmə zəifləmir. Korreksiyaedici bənd sadə mütənasib bənd ola bilər.
Bu metodun çatışmazlığı ondadır ki, astatizm yalniz müəyyən Kk(p) olduqda təmin olunur.
15.3. Qeyri müəyyən əks əlaqədən istifadə edən korreksiya
Verilmiş təsirlərdən asılı olaraq AİS – in astatikliyini qeyri müəyyən əks əlaqədən istifadə edən korreksiya üsulu ilə təmin etmək o zaman mümkündür ki ,korreksiyaedici qurğu kontura əks əlaqə ilə qoşulsun ( şəkil 115) . Belə ki
Wekv(p) = .
Dayanıqlı rejimdə :
y = yo(p).
Qəbul etsək ki, Kk(p) = , alarıq :
y = = yo(p),
Kekv(p) = 1.
Bu üsulun üstünlukləri və mənfi cəhətləri əvvəlki üsulda olduğu kimidir.
Dostları ilə paylaş: |