C ü tədris ILI üçün məktəbəqədər təhsil müəsisələrinə qəbul ilə bağlı ən



Yüklə 320,31 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix18.06.2023
ölçüsü320,31 Kb.
#132177
  1   2   3   4   5
mektebeqeder-sual-cavab-2022-2023



2022-2023-c
ü tədris ili üçün məktəbəqədər təhsil müəsisələrinə qəbul ilə bağlı ən 
çox verilən suallar və onların cavabları 
 
Sual: Elektron sistem 
vasitəsilə məktəbəqədər təhsil müəssisələrinə sənəd 
qəbulu hansı rayon və şəhərləri əhatə edir? 
Cavab:
Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə 18 iyul 2022-ci il tarixdən , uşaqların 
məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi isə regionlar üzrə mərhələli 
formada 22 iyul 2022-
ci il tarixdən etibarən başlanılır. Prosesin başlanma qrafiki şəxsi 
kabinetdə əks olunacaq.
Sual: 
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sənəd qəbulu 
necə həyata keçirilir? 
Cavab: 
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı 
vasitəsilə həyata keçirilir. 
Sual: 
Məktəbəqədər təhsil müəssisələrinə hansı uşaqlar qəbul edilir? 
Cavab: M
əktəbəqədər təhsil müəssisələrinə məktəbəqədər təhsil müəssisəsinin 
yerləşdiyi ərazidə yaşayan 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər. Yaşayış 
ərazisindəki məktəbəqədər təhsil müəssisəsində uşağın yaşına uyğun qrup və yer 
olmadığı halda uşaqlar digər məktəbəqədər təhsil müəssisəsinə qəbul edilə bilər. 
Sual: 
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sənəd qəbulu 
hansı müddətlərdə həyata keçirilir? 
Cavab: 
Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi 
iyulun 22-
dən başlanılır və proses sentyabrın 14-də qrupların komplektləşdirilməsi 
səbəbilə müvəqqəti dayandırılır. Qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra 
elektron qəbul sistemi yenidən aktiv olacaq və ilboyu boş yerlərə qəbul aparılacaqdır.
Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbəqədər təhsil 
müəsisəsinə təqdim olunma müddəti uşağın sorğusu qəbul edildikdən sonra 15 iş günü 
ərzində həyata keçirilir.

Yüklə 320,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin