1. İdarəetməyə kibernetik yanaşma


Müəssisənin biznes-modelinin qurulmasına xarici mühitin təsiri-8



Yüklə 355,95 Kb.
səhifə34/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   30   31   32   33   34   35   36   37   ...   60
esas

32. Müəssisənin biznes-modelinin qurulmasına xarici mühitin təsiri-8

33. Müəssisənin funksiyalarının təyini-8

Biznes-potensial öz növbəsində müəssisənin funksiyanalını təyin edir. Müəssisənin funksionalı dedikdə biznes-funksiyaları-nın, menecment funksiyalarının və kommersiya fəaliyyətinin göstərilən növlərinnin müntəzəm olaraq dəstəklənməsi üçün tələb olunan funksiyaların siyahısı başa düşülür. Bundan əlavə, bu məqsəd üçün tələb olunan resurslar və müəssisənin strukturu dəqiqləşdirilir.Müəssisənin biznes-potensialını və funksionalını qurmaqla, proyeksiyalar matrisinin köməyilə menecmentin məsuluyyət zonalarını təyin etmək olar.Proyeksiyalar matrisi-təsnifat siyahıları arasında münasibət-lər sistemini əks etdirən və matris şəklində təsvir edilən modeldir.Kommersiya məsuliyyəti matrisi-müəssisənin fəaliyyətinin reallaşdırılmasında struktur bölmələrinin məsuliyyətlərini təyin edir. Maliyyəyə məsuliyyət daşıyan mərkəzlərin ayrılması ilə onun sonrakı detallaşdırılması müəssisənin maliyyə modelinin qurulmasını təmin edir, bu isə öz növbəsində büdcə idarəetmə sisteminin tətbiqinə imkan yaradır.Funksional məsuliyyət matrisi kommersiya fəaliyyəti proseslərinin (alış, istehsalat, satış və s.) və həmçinin bu proseslərin idarə edilməsi ilə bağlı menecment funksiyalarının (planlaşdırma, uçot, nəzarət, heyətin idarə olunması və s.) reallaşdırılmasında struktur bölmələrinin məsuliyyətlərini təyin edir. Matrisin sonrakı detallaşdırılması (ayrı-ayrı əməkdaşın məsuluyyəti səviyyəsində) heyətin bütün üzvlərinin funksional məsuliyyətlərini təyin etməyə imkan verir. Bu isə hüquqların, məsuliyyətlərin, səlahiyyətlərin təsviri ilə birlikdə vəzifə təlimatları paketini tərtib etməyə imkan verir. Bu zaman müəssisədə baş verən proseslər funksiyalar şəklində müəyyənləşdirilir, təsnif olunur və icraçılara təhkim edilir.

Biznes-modelləşdirilməsinin bu mərhələsində müəssisədaxili əsas reqlamentlərin ümumi qəbul olunmuş siyahısı formalaşdırılır:

-müəssisənin təşkilati-funksional strukturu haqqında baza əsasnaməsi;

-ayrı-ayrı fəaliyyət növləri (maliyyə, istehsalat, marketinq və s.) haqqında əsasnamələr paketi;

-struktur bölmələr( filiallar, sexlər, şöbələr, sektorlar, qruplar və s.) haqqında əsasnamələr paketi;

vəzifə təlimatları.

Bununla da menecerlərin məsuliyyət zonalarını məhdudlaş-dırmaqla və sənədlə təsdiq etməklə müəssisənin fəaliyyətində şəf-faflıq yaranır.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin