1. İdarəetməyə kibernetik yanaşma


“İnkişaf etmiş idarəetmə sistemləri”nə keçidin istiqamətləri-7



Yüklə 355,95 Kb.
səhifə30/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   26   27   28   29   30   31   32   33   ...   60
esas

28. “İnkişaf etmiş idarəetmə sistemləri”nə keçidin istiqamətləri-7

Adətən, APS sistemləri qarşılıqlı əlaqəli dörd prosesin (addımın) birləşməsindən ibarət olurlar. Əksər hallarda bu proseslərin hamısında planlaşdırmaya eyni yanaşmadan baxılır, lakin giriş-çıxış verilənləri və məhdudiyyətlər fərqlənir. APS sisteminin ümumiləşdirilmiş strukturu şəkil 12-də verilmişdir.

İstehsalat zəncirinin planlaşdırılması (Supply Chain Planning-SCP)-planlaşdırma sisteminin yuxarı səviyyəsidir. Burada həm müəssisədaxili, həm də müəssisədən kənar lazımi faktorlar nəzərə alınır. Məsələn, xarici faktorlardan şərik və tədarükçü müəssisələrin gücləri, məhsul alıcıları tərəfindən tələbatın səviyyəsi, nəqletmənin təşkili variantları planlaşdırmada nəzərə alına bilər.

SCP-nin köməyilə istehsalat zənciri üzrə istehsalat güclərinə qoyulan məhdudluqları nəzərə almaqla mümkün planlar hasil edilir. Burada məqsəd mövcud resurslara əsaslanan planların və qrafiklərin koordinasiyasını təmin etməkdən ibarətdir.



Müəssisənin fəaliyyətinin planlaşdırılmasında məqsəd bazar tələbatını və ya ayrı-ayrı istifadəçilərin tələbatlarını ödəmək üçün biznes-planların, istehsalat güclərinin və material resurslarının optimallaşdırılmasından ibarətdir. Bu səviyyədə əsas istehsalat resursları və material tələbatları araşdırılır və mümkün plan hasil edilir. Sonradan digər məhdudluqlar və məqsədlər nəzərə alınmaqla həmin plan təkmilləşdirilir.

Məhdudiyyətlər kimi, adətən, istehsalatın və paylayıcı şəbəkənin gücləri, material resurslarının və digər daha vacib resursların mümkündlüyü, məqsədlər kimi-sifarişcilərin tələbatlarının ödənilmə səviyyəsi, gəlir ehtiyatlarının səviyyəsi və s. çıxış edir. Ümumiyyətlə, bu addımda ənənəvi olaraq ERP-nin yuxarı səviyyəsinin modulları tərəfindən yerinə yetirilən funksiyalar (biznes-planlaşdırma, istehsalatın planlaşdırılması, məhsul buraxılışının qrafikinin tərtibi, istehsalat proqramının tələbatlarının hesablanması və s.) birləşdirilir və optimallaşdırılır.

İstehsalat qrafikinin qurulması (Production Schedulinq) modulu müəssisənin əvvəlcədən hazırlanmış iş planı əsasında mümkün material resurslarına, istehsalat gücləri və istehsalatın gedişi haqqında detallaşdırılmış informasiyaya görə təqvim planlaşdırılması məsələsini həll edir. Burada əsas məqsəd sifarişlərə vaxtında əməl edilməsindən ibarətdir. Təqvimi planlaşdırmada da qoyulan məqsədlərdən və məhdudiyyətlərdən istifadə edilir, lakin informasiya daha da detallaşdırılır. Qüsamüddətli material tələbatlarını dəqiq təyin etmək üçün material resursları onlardan istifadə edən konkret əməliyyatlara bağlanır. Material tələbatlarının reallaşdırılması zamanı vaxta və miqdara düzəlişlər etmək məqsədilə, bu modulda həmçinin daha yüksək səviyyə üçün tənzimləmə funksiyası da yerinə yetirilir.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin