1. İdarəetməyə kibernetik yanaşma


ERP sisteminin köməyilə resurslara olan təlabatın planlaşdırılması-5,6



Yüklə 355,95 Kb.
səhifə26/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
esas

23. ERP sisteminin köməyilə resurslara olan təlabatın planlaşdırılması-5,6

Resurslara tələbatın planlaşdırılması

Resurslara tələbatın planlaşdırılması altsistemi məhsul buraxılışı qrafikində verilmiş son məhsulu hasil etmək üçün tələb olunan bütün istehsalat resurslarının miqdarını və vaxtını təyin edir. İstehsalat resurslarına materiallar və yarımfabrikatlar, alınan məmulatlar, müəssisənin özünün istehsal etdiyi məmulatlar, işçi heyəti, maliyyə və istehsalat gücləri daxildir.

Burada lazımi material resurslarının tədarükçüdən alınmasının mümkünlüyü və məhsul buraxılışı qrafikinin yerinə yetirilməsi üçün istehsalat güclərinin kifayət edib-etməməsi araşdırılır. Əgər iqtisadi əsaslandırılmış imkanlar kifayət deyilsə, onda qrafik dəyişdirilməlidir. Məhsul buraxılışı qrafikinin məqbulluğu təyin edildikdən sonra, material resurslarına və istehsalat güclərinə tələbat planları qısamüddətli istehsalat planının nüvəsi kimi qəbul edilir. Material resusrlarına tələbat planlarına əsasən təchizat xidmətləri alınmalı olan bütün material resurslarının tədarük planını, istehsalatı idarə edən xidmətlər isə operativ istehsalat planlarını hazırlayırlar.

Resurslara tələbatın planlaşdırılması iki istiqamətdə aparılır: 1)material tələbatlarının planlaşdırılması (MRP); 2)güclərə tələbatın planlaşdırılması (CRP).

Material tələbatları asılı tələbat kimi planlaşdırılır. Resurslara tələbat istehsal edilməli olan bütün məhsul növlərinə görə tələbatların cəmi kimi təyin edilir.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin