1. İdarəetməyə kibernetik yanaşma


ERP sisteminin köməyilə istehsalatın operativ idarə edilməsi-5,6



Yüklə 355,95 Kb.
səhifə28/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   24   25   26   27   28   29   30   31   ...   60
esas

25. ERP sisteminin köməyilə istehsalatın operativ idarə edilməsi-5,6

İstehsalatın operativ idarə edilməsi. İstehsalatın xarakterindən (kiçikseriyalı, böyükseriyalı və ya kütləvi) asılı olaraq istehsalatın operativ idarə edilməsi fərqlənir.

Kiçikseriyalı və fərdi istehsalat texnoloji prinsiplə (process-focused factories),böyükseriyalı və kütləvi istehsalat isə predmet prinsipi ilə (product-focused factories) təşkil olunur.

Kiçikseriyalı və fərdi istehsalatda adətən «hərəkət verməklə» sistemindən istifadə edilir. Operativ idarəetmə üzrə işlərin başlanğıcı üçün impuls rolunu məhsul buraxılışı qrafikini təmin etmək üçün material tələbatlarının təyini məsələsinin nəticələri oynayır. Qeyd etdiyimiz kimi, həmin nəticələr əsasında sifarişin partiyaları və işə salınma vaxtları təyin edilir.

Bu informasiya əsasında menecerlər gündəlik iş qrafiklərini hazırlamaq və sex səviyyəsində digər operativ qərarlar qəbul etmək imkanı əldə edirlər. Həmin qərarlara iş yerləri (sahələr, emaledici mərkəzlər, qurğular) səviyyəsində sifarişlərin yerinə yetirilməsinin növbəliyinin təyin edilməsi, sifarişlərin sahələr daxilində avadanlıq vahidlərinə təhkim edilməsi və sex (sahə, qurğu) səviyyəsində istehsalatın gedişinin idarə edilməsi və s. daxildir.

Operativ idarəetmədə aşağıdakı işlər görülür:

1.Hər bir sifarişə onun vacibliyinə uyğun üstünlük dərəcəsi verilir. Bu sifarişlərin sahələrdə növbə ilə emal olunmasını təmin edir.

2.Hər bir sahə üçün dispetçer siyahısı (dispatching list) verilir. Disperçer siyahılarında sifarişlərin siyahısı, üstünlük dərəcələri, sifarişin sahədən buraxılışı vaxtı göstərilir. Bəzən dispetçer siyahıları yalnız geri qalan mövqelər üçün tərtib edilir.

3.Tamamlanmış istehsalatın ehtiyatları haqqında informasiya mütəmadi təshih edilir. Bu zaman aşağıdakı parametrlər təyin edilir: hər bir sifarişin yeri və oradakı predmetlərin sayı; sahələr arasında sifarişlərin ötürülməsi; zay məhsulun səviyyəsi; hazırlanıb qurtarmağı tələb edən məmulatların miqdarı; sifariş üzrə defisitin ölçüləri.

4.Bütün sahələr üzrə işə salma-məhsul buraxma prosesləri idarə olunur. Bu cür idarəetmə sahələr arasında işlərin ötürülməsi haqqında informasiya əsasında mümkün olur.

5.Hər bir sahədə (qurğuda, emaledici sahədə) məhsuldarlığın, avadanlığın yüklənməsinin və işçi heyətin uçotu aparılır.

İşəsalma–məhsul buraxma prosesinin idarə edilməsi operativ idarəetmə fəaliyyətinin əsas hissəsidir. Nəticədə güclərdən səmərəsiz istifadə edilməsi və ya onların həddən artıq yüklənməsi, istehsalat prosesinin gedişindəki xətalar, sapmalar aşkar edilir.

Operativ idarəetmədə digər vacib məsələlərdən biri sahələrdə (qurğularda, emaledici mərkəzlərdə) görüləcək işlərin üstünlük dərəcələrinin təyin edilməsidir. Operativ-təqvim planlaşdırma məsələsinin praktiki həllində üstünlük dərəcələrinin təyin edilməsinin aşağıdakı məlum qaydalarından istifadə edilir: «birinci gələnə birinci xidmət edilir», «yerinə yetirilmə vaxtının ən az olması», «böhran ədədi», «yenidənqurma xərclərinin ən az olması».


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin