2. Müəssisənin idarə olunmasının optimal idarəetmə nəzəriyyəsi ilə qurulması-1
Müəssisənin idarə edilməsində həmişə müəyyən məqsəd qoyulur, məsələn: baxılan vaxt ərzində gəlirin maksimum-laşdırılması, istehsalat xərclərinin azaldılması və s. Odur ki, idarəetmə həmişə müəyyən mənada optimal olmalıdır. Müəssisənin idarə edilməsini optimal idarəetmə nəzəriyyəsi ilə qurmaq olar. Lakin praktikada mövcud olan bir sıra faktorlar bu yanaşmanı tam şəkildə tətbiq etməyə imkan vermir. Optimal idarəetmə nəzəriyyəsindən istifadə edilməsi zamani bir sıra faktorlardan istifadə olunur
-müəssisənin dinamik modeli;
-idarəetmə sisteminin modeli;
-optimallaşdırma kriterisi;
-müəssisəyə xarici təsirlərin və informasiya sapmalarının (xarici sapmaların və küylərin) modeli.
Təəssüf ki, praktikada bütün bu komponentləri əhatə edən riyazi modelləri qurmaq mümkün olmur. Hətta sadələşdirilmiş modellər elə böyük ölçüdə alınır ki, optimal idarəetmənin həyata keçirilməsi üçün mövcud olan metodların heç birini idarəetmə təsirlərinin təyini üçün reallaşdırmaq mümkün olmur
Dostları ilə paylaş: |